Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 8

27.11.

2023

Case 1
Əliyev Kamran Vidadi oğlu 01.03.1963-cü ildə Bakı şəhərində anadanolmuşdur.
01.08.1980-ci ildə o, Azərbaycan Memarlıq və İnşaat Universitetindəmühəndislik ixtisasına
qəbul olmuşdur və orada ali təhsil almışdır. 30.06.1985-ci ildə o, dövlət imtahanını verərək
məzun olmuşdu, diplomunu isə həmin ilinsentyabrında vermişdilər. 15.07.1985-15.07.1986-cı
illərdə o, Sovet Ordususıralarında Moskva şəhərində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Xidmətmüddəti bitdikdən sonra o, müddətdən artıq hərbi xidmətdə qalmışdı və ona zabitrütbəsi
verilmişdi. 23.01.1987-ci il tarixində o, hərbi xidmətdən qayıtdı.01.04.1987-ci il tarixində o,
kömür fabrikində (kömürün istehsalı ilə məşğul olanfabrik) kiçik mühəndis kimi əmək
fəaliyyətinə başladı, 01.04.1990-cı ildə həminmüəssisədə mühəndis vəzifəsinə keçirildi,
01.06.1991-ci ildən isə baş mühəndis vəzifəsində çalışmağa başladı. 28.09.1999-ci ildə isə onun
əmək fəaliyyətinə xitamverildi. 01.11.1999-cu il tarixində o, yaşayış binaların tikilməsi ilə
məşğul olan birşirkətdə mühəndis kimi çalışmağa başladı. 01.01.2004-cü ildə əmək
fəaliyyətiniorada dayandırdı. 03.02. 2006-cı il tarixdə atası vəfat edəndən sonra,
atasınınmülkiyyətində olan 7 hektar kənd təsərrüfatına yararlı torpaq Kamranın mülkiyyətinə
keçdi və o, ondan özünün və ailəsinin ehtiyaclarını təmin etmək üçünistifadə etməyə başladı
(yəni atasının işini davam etdi - həmin torpaqlarda əkdi,becərdi və s.). Hazırda Kamranın ailəsi
ahıl anası (75 yaşı var), 50 yaşında həyatyoldaşı və 2 övladından (birinin 10 yaşı, digərinin 15
yaşı vardır) ibarətdir.01.04.2023-cü il tarixdə o, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası
təyinolunması üçün müvafiq “DOST” mərkəzinə müraciət etdi.

Sual:1. Sizin fikrinizcə, qanunvericiliyə əsasən hazırda Kamranın güzəştlişərtlərlə yaşa


görə əmək pensiyası yoxsa ümumi şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. Əgər
hazırda pensiya hüququyaranmayıbsa, bir müddət sonra ola bilər mi?Suala cavab vermək üçün:
1) Yaşa görə əmək pensiyasının (həm ümumi, həmgüzəştli şərtlərlə) verilməsi əsaslarını
müəyyənləşdirin; 2) Kamranın sığortastajına daxil ediləcək dövrləri müəyyən edin və həmin
dövrlərin sübut edilməsiməsələsinə toxunun.

2006-cı ildən əvvəlki münasibətləri tənzimləmək üçün vətəndaşların pensiya təminatı


haqqında qanuna baxılır. M.67 – təhsil müdddəti sığorta stajına daxil edilir. Əmək pensiyalarının
təmin edilməsi, bir növündən başqa növünə keçirilməsi, hesablanması haqda NK qərarına 4-cü
bəndinə əsasən 2006, 1 yanvaradək olan dövrə qədər hansı sübutların təqdim olunması göstərilir.

Əmək pensiyaları haqda qanunun 21.2.3 əsasən hərbi xidmət dövrü də sığorta stajına
daxil edilir. NK qərarının müvafiq qərarının 4-cü bəndində sübut kimi təqdim ediləcək sənədlər
göstərilir. Keysdə həqiqi hərbi xidmət dövrü sığorta stajına daxil edilir.

86-87-ci ildə müddətdən artıq hərbi xidmətdə olub. Əmək pensiyaları haqda qanunun
21.2.11-ci maddəsinə əsasən bu dövr də sığorta stajına daxil edilir.
NK qərarına əsasən dövlət orqanının arayışına əsasən sübut edilir. Sənəd varsa, həmin
dövr staja daxil ediləcək. 86 iyundan 87-ci il yanvarındakı 6 aylıq müddət sığorta stajına daxil
edilir.
1987-1999 əmək müqavilə ilə çalışdığı dövr də əmək pensiyaları haqda qanunun 21.2.1-
ci maddəsinə əsasən sığorta stajına daxil ediləcək. NK qərarına əsasən 2006-cı dövrdən əvvəlki
əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq edilir.

!xidmət müqaviləsi olsa belə, sığorta haqqı ödənilibsə, həmin dövr staja daxil edilir.

1999-2004 – mühəndis. əmək müqavilə üzrə çalışırsa, əmək kitabçasını göstərərək,


xidmət müqaviləsi üzrə çalışırsa, sığorta stajı ödədiyi dövr sığorta stajına daxil ediləcək.

2006-dan yararlı torpaqdan istifadə - əmək pensiyaları haqda qanun m.21.2.10(sosial


sığorta haqda qanunda da var-m.14). məcburi d.sosial sığorta ödəyibsə, staja daxil ediləcək.

2006-2023- 17 il keçdi.

Eyni dövrdə həm torpaq becərir, həm də ahıl anasına baxır. Amma ikisindən birini sığorta
stajına daxil edəcəyik.

!sübut- İkisi də ərizə yazır, notariusda təsdiq edilir. Sonra DSMF-yə verirlər. 1 adama 2
nəfər qulluq edirsə, 2-sinin də sığorta stajına daxil ediləcək? Qanunda əslində qulluq edən yazılır.

əslində 80 yaşlı insan özünə qulluğu həyata keçirə bilər.

Kömür fabriki, tikinti şirkəti.

Yaşa görə əmək pensiyasında şəxs 65 yaşəna çatmalı və kapital min. Pensiyanın təmin
olunması üçün yetərli olmalıdır. Yaxud 25 il staj olmalı. Kamran 1963-də doğuıub 2003-də
müraciət edir, ümumi şərtlərə görə yaşa görə pensiya hüququ yaranmadı. Güzəştli şərtlərlə m.9.
xüsusilə zərərli olan işlərdə işləyərsə- NK qərarı var, işlərin siyahısı təsbit edilib. Qərarın 2.3-cü
maddəsi-kömür fabriki yazılıb. B bəndində mühəndislər sözü yazılıb. Baş mühəndis siyahıds
yoxdursa, praktikada bəzən baş mühəndisin daxil etmirlər.

Güzəştli odur ki, 65 ildirsə, 5 il azaldılacaq. İşinə görə güzəştli şərt istəyir. güzəştli şərtin
bir neçə əsası var. onlardan biri ağır iş şəraitidir. NK qərarlnda vəzifələr var.

1987-1999 – 12 il 5 ay. Axrınci iş yerindən asılı olmayaraq həmin vəzifələrdə. Qanunda


yaşayış binası məsələsinə toxunulmur. Qanunda yaşayış binası yazılmayıb, bina yazılıb. 3 gün
çatmır ki, pensiyaya çıxsın. 65 yaşına qədər gözləsin. DSMF qəbul eləməyəcək. Amma şəxs
məhkəməyə müraciət eləsə, məhkəmə prinsiplərdən çıxış edib qərar verə bilər. az müddəti
çatmayanlar üçün nəsə nəzərdə tutmaq yaxşı olardı.

25 il olmalıdır, 25 ildən 12 il 6 ay çıxmalıdır ki, güzəştli şərtlərlə pensiya verək. Şəxs 65


yaşını gözləməlidir
Ümumi şərt olanda ya kapital olmalıdır, ya da staj. Güzəştli şərtdə də 12 il 6 ay kriteriyası
mövcud olmalıdır. Hədiyyə verə bilərik? çatmırsa, hədiyyə verərək güzəştli şərtlərlə pensiyaya
göndərə bilərik? M.22-1. 25 il ümümi üçündür. 25 il hədiyyə güzəştli şərtlərə tətbiq olunmur.
Maddənin özündəq eyd olunub. Bu halı istisna edir.

Kənd təsərrüfatına yararlı torpaq məsələsi- əgər o torpaq atasında ona keçsəydi, kamran
istifadə eləməsəydi, sığorta stajı hesablanmalı deyildi. Şünki sosial sığorta haqqı ödənilməyib.
M.14 – istifadə etdiksə sözü var.

Kişilərdə 65 yaşdlr, dayanıb.

Case 2.

Səlimov Kənan Bahadur oğlu 05.04.1963-cü ildə Bakı şəhərində anadanolmuşdur. O,


01.07.1981-ci ildən 01.07.1983-cü ilədək Kiyev şəhərində müddətli həqiqi hərbi xidmətdə
olmuşdur. 15.08.1983-cü ildə o, sənədlərini verərək BakıDövlət Universitetinin Hüquq
fakültəsinə qəbul olmuşdur. Kəsrləri olduğuna görəo, vaxtında Universiteti bitirə bilmədi və
01.06.1990-cı il tarixində məzun oldu.01.09.1990-cı il tarixində o, özəl müəssisələrinin birində
hüquqşünas kimiçalışmağa başladı. O, işini yarımçıq qoyub 1991-1993-cü illərdə Qarabağda
gedəndöyüşlərdə iştirak etmişdir. 01.03.1994-cü il tarixdə o, prokuror köməkçisi kimiəmək
fəaliyyətinə başladı. 05.04.2023-cü il tarixində prokurorluq orqanlarındaxidmətinə xitam verildi
və o, güzəştli şərtlərlə pensiya təyinatı üçün müvafiqquruma müraciət etdi.
Suallar:
1. Necə düşünürsüz, prokurorluq orqanlarında xitam verilmə səbəbiəhəmiyyət kəsb edir
mi? Əgər hə deyirsizsə, fikrinizcə, səbəb burda nəehtimal olunur?2. Kənana güzəştli
şərtlərlə yaşa görə əmək pensiyası verilməlidir ?3. Kənan sosial müdafiənin başqa
hansı növlərindən istifadə edə bilər?4. Sizin fikrinizcə, o, pensiya üçün müraciət
etməli idi yoxsaavtomatlaşdırılmış qaydada pensiya təyin olunmalıdır ?

Kənan bizdən güzəştli şərtlərlə pensiya istəyir. yəni 65-i gözləmək istəmir, 60 yaşda istəyir. nəyə
görə tez çıxa biləcəyini düşünür? Prokurorluq məsələsi var. güzəştli şərtlərlə pensiyanın
şərtlərinə baxmaq lazımdır ki, hansı şərtlər ödənməlidir ki, şəxs pensiyanı ala bilsin. əmək
pensiyaalrı haqda qanunda yazılıb ki, istisna var, rütbədən məhrum edilmiş şəxslər bura aid
edilmir. Xitam məsələsinə baxmalıyıq ki, niyı çıxıb. 9-cu maddə 2 məsələni fərqləndirir. Ya yaşa
çatıb(60-a çatanda xidmətlərinə xitam verilir). Ya yaşa görə xitam verilir, yaşa görə xitam
verilibsə, onun tələbi başqadır. Ümumi 35 il, filan qədəri də prokurorluq orqanlarında
işlənilməlidir. yaşa görə deyilsə, 60-dan qabaqdırsa, onda sırf 35 illik xidmət müddətinə baxırıq.
Yaşa görə çıxıbsa, 35 illik staj olmalı, bunun 17 il 6 ayı prokurorluq orqanında olmalı.
29.11.2023

Qulluq etmə məsələsi ilə bağlı ml-nın fikri- Bir vəkil müəllim deyib ki, mütləq şəkildə
patranaj olmalıdır, patranaj haqda qərar DSMF-yə verilməlidir, həm də qulluqetməyə dair ərizə
verilməlidir. Yəni hər ikiis olmalıdır. Qulluqetmədə ola bilər ki, şəxs ahıldır, 70 yaşına çatıb,
amma heç bir problemi yoxdur. Əgər A şəxsi deyirsə ki, evə ahıl şəxs var, mən ona qulluq
etməliyəm, o zaman vəkil-müəllim deyir ki, mütləq şəkildə patranaj olmalıdır. Amma NK
qərarının bəndi 3 halı sadalayır, patranaj haqda qərara əsasən,qulluq edən və qulluq olunanın
ərizəsinə əsasən, məhkəmə qərarına əsaəsn. Fəridə x. Düşünür ki, bunlar optiondur, hansndansa
biri ola bilər. Qısaca, müxtəlif yanaşmalar ola bilər. Nazirliyin hüquqşünası da Fəridə x. ilə eyni
fikirdədir. yəni option kimi verilib, mütləq deyil ki, patranaj olsun.
Qulluq edənin sayı məsələsinə qanunvericilikdə toxunulmur.
Qulluq olunan vəfat edirsə, məhkəmə qərarına əsasən olur. Ağlabatan deyil ki, həm
patranaj olsun, həm də digər sənədlər.
Əmək pensiyaları haqqında qanunun da 21-ci maddəsində də patranaj təyin olunmuş ahıl
şəxslərə ifadəsi qeyd edilməyib.
!ahıl şəxsin FQ yoxdursa, qəyyumu olur, qəyyumun stajına daxil edilə bilər-bu məsələ də
qanunda tənzimlənmir.
Əslində qəyyum və qulluq edəni vəzifələri eyni deyil. Qəyyum ancaq hüquq tərəfdən
baxırsa, faktiki qulluğu yoxdursa, yalnız qulluq edənin stajına daxil ediləcək. Yox, əgər bunu da
qəyyum edirsə, qəyyumun stajına daxil edəcəyik.
Qulluq etmə deyəndə nə nəzərdə tutulduğu ilə bağlı konkret yanaşma yoxdur. Amma şəxs
özü-özünə baxa bilmir deyə kimsə ona qulluq edir deyə bilərik.
Məhkəmə araşdırmalıdır ki, ahıl şəxsin, həqiqətən, qulluğa ehtiyacı varmı. Sonradan
araşdırsın ki, qulluq edilibmi, edən kim idi.
Sosial təminatda qəyyum məsələsinə toxunulmur.

Case 2
Səlimov Kənan Bahadur oğlu 05.04.1963-cü ildə Bakı şəhərində anadanolmuşdur. O,
01.07.1981-ci ildən 01.07.1983-cü ilədək Kiyev şəhərində müddətlihəqiqi hərbi xidmətdə
olmuşdur. 15.08.1983-cü ildə o, sənədlərini verərək BakıDövlət Universitetinin Hüquq
fakültəsinə qəbul olmuşdur. Kəsrləri olduğuna görəo, vaxtında Universiteti bitirə bilmədi və
01.06.1990-cı il tarixində məzun oldu.01.09.1990-cı il tarixində o, özəl müəssisələrinin birində
hüquqşünas kimiçalışmağa başladı. O, işini yarımçıq qoyub 1991-1993-cü illərdə Qarabağda
gedəndöyüşlərdə iştirak etmişdir. 01.03.1994-cü il tarixdə o, prokuror köməkçisi kimiəmək
fəaliyyətinə başladı. 05.04.2023-cü il tarixində prokurorluq orqanlarındaxidmətinə xitam verildi
və o, güzəştli şərtlərlə pensiya təyinatı üçün müvafiqquruma müraciət etdi.
Suallar:
1. Necə düşünürsüz, prokurorluq orqanlarında xitam verilmə səbəbiəhəmiyyət kəsb edir
mi? Əgər hə deyirsizsə, fikrinizcə, səbəb burda nəehtimal olunur?2. Kənana güzəştli şərtlərlə
yaşa görə əmək pensiyası verilməlidir ?3. Kənan sosial müdafiənin başqa hansı növlərindən
istifadə edə bilər?4. Sizin fikrinizcə, o, pensiya üçün müraciət etməli idi yoxsaavtomatlaşdırılmış
qaydada pensiya təyin olunmalıdır ?

Sual budur ki, sonda biz bu şəxsə əmək pensiyası veririk, yoxsa yox. Prokurorluqda iki
məsələ var. Ya 35 il qulluğu götürürük, ya da şəxs 60 yaşına çatıbsa, onsuz da yaşa görə onun
qulluğuna xitam verilirsə, Onda ümumi iş stajını 35 il götürəcəyik, mütləq deyil ki, 35 ilin
hamısını prokurorluqda işləsin, prokurorluqdan əvvəl də hardasa işləyə bilər. Ümumi 25, amma
17 il 6 ayı prokurorluqda işləməlidir. Bu keysdə yaşa görə təyin edilir. Tələb-35 il olmalıdır,
onun 17 il 6 ayı prokurorluqda olmalı. Bu dövrlər kazusda ödənilir. 35 ilə hərbi xidmət dövrü
daxil edilir. Kəsr məsələsi mübahisəlidir, nə köhnə, nə də təzə qanunda tənzimlənmir. Qanunda
sadəcə təhsil müddəti yazılır. NK-nin bir qərarı var. Zabit heyətinə mənsub olanlarla bağlı. Daxili
işlər orqanlarında çalışanlar, FHN-də çalışanlar bunların sığorta stajına daxil olan dövrlər
hansıdır. Orda təhsil müddətinə də toxunulur. Onların stajına təhsil müddəti indi də daxildir. Orda
5 illik təhsil götürülüb.
əslində diplomda real müddət qeyd edilir- məsələn, 1983-də daxil oldu, 90-cı ildə bitirdi.
Bu qanun əyani təhsil alanlara şamil edilir, şəxs kəsilmiş olsa belə, uniyə gedib gəlib,
işləməyə şansı olmayıb.

!köhnə qanunda qadınların sosial məzuniyyətində yazılıb ki, max 6 il-2 uşağa görə.
Məhdudiyyət qoyulub. Bu təhsil məsələsinə məhdudiyyət qoyulmayıb. Fəridə x düşünür ki, bu
qnaunda boşluqdur, necəsə limitləri qoymalıyıq. Qanun ancaq təhsil müddəti qeyd edib. Kəsr və
s. məsələsinə toxunmur. Şəxs diplomu əlinə alanda təhsili bitmiş sayılır.
90-91 – fərz edək ki, əmək kitabşası var,
Qarabağdakı döyüşlərdə iştirakını daxil edirik
93-94 boşluq
1994-2023 – işləyir

35 illik stajı var. 17 il 6 ay prokurorluq orqanında işləməlidir, hələ çox işləyib. Şəxsi 60
yaşında pensiyaya göndəririk(digər şəxslər 65 yaşda pensiyaya gedir). Pensiya veririk. Yaşa görə
xitam verilir.
Avtomatlaşdırılmış qaydada pensiyanın təyin olunması, 25 ilin hədiyyə olunması
güzəştlidə olmur. güzəştli deyəndə qanun 8-ci maddəni nəzərəd tutmur, m.8-də verir, qadınlar 5
uşağa görə çıxanda onlara 25 il hədiyyə verilir.

Case 3
Kərimova Tahirə Mehman qızı 01.04.1960-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O,
01.08.1978-ci ildə sənədlərini verərək indiki Azərbaycan Dövlətİqtisad Universitetinə qəbul
olmuşdur. 01.06.1982-ci il tarixində məzun oldu.01.09.1982-ci il tarixində o, əri ilə birlikdə
Rusiyaya köçdü və orada müəssisələrinbirində mühasib kimi əmək fəaliyyəti ilə məşğul oldu.
01.06.1984-cü ildə o,Bakıya qayıdıb gəldi və 5 ay sonra taun əleyhinə olan stansiyada
mühasibvəzifəsində çalışmağa başladı. 01.09.1987-ci ildə o, hamilə olduğuna görə və
yaxınzamanda övladını dünyaya gətirəcəyinə görə sosial məzuniyyətə getdi. Uşağının 3yaşı
olanadək ona qulluq edəcəyi və işə gəlməyəcəyi barədə ərizə yazdı. Bumüddət ərzində 1989-cu
ildə onun çalışdığı müəssisə bağlandı. Tahirə işinə qayıdabilmədi. 1990-cı ildə onun ikinci uşağı
dünyaya gəldi və o, uşağa qulluq etdiyiüçün işləmək istəmirdi. 01.04.1992-ci ildə o, özəl
müəssisələrinin birində mühasibkimi fəaliyyətə başladı. 2007-ci ilin 10 yanvar tarixində ən kiçik
bacısının vəfatı iləəlaqədar olaraq o, onun 4 və 6 yaşlı uşaqlarına baxmağa məcbur qaldı və
işləyəbilmədi. Buna görə o, ailə başçısını itirməyə görə əmək pensiyası aldı. 2011-ci ilin fevralın
1-də o, yenidən əmək fəaliyyətinə başladı, lakin 15.07.2015-ci ildə onaorqanizmin 61-80 faiz
pozulmasına görə əlillik təyin olundu (o vaxtki 2-ci qrup) vəo, pensiya almağa başladı. Tahirə
hazırda yaşa görə əmək pensiyasının alınmasıüçün müraciət edir. O hesab edir ki, onun hazırda
yaşa görə pensiya almaq hüququvar və bütün bu dövrlər onun sığorta stajına daxil olmalıdır.
1. Necə düşünürsüz, Tahirə düz fikirləşir ?
Qadının indi 2023-cü ilin noyabrında pensiya hüququ var? indi pensiya yaşı nə qədərdir. 63 yaş 6
ayı keçib. Pensiya yaşı 63 yaş 6 aydır. NK-nin qərarında var. 6 ayı oktyabrda olub. Qadın pensiya
istəyir. Yoxlamalıyıq ki, qadına pensiya verə bilərik, yoxsa yox. Yaş tələbi yerinə yetirilib(yaşa
görə pensiya), 2-ci tələb- pensiya kapitalı. Burda heç bir məlumat yoxdu. Pensiya kapitalı elə
olmalıdır ki, 280-ni ala bilsinlər. Kapitalı sistemdən yoxlamaq olur. Hesab edək ki, pensiya
kapitalı yoxdur. staja baxırıq onda. 25 illik sığorta stajı olmalıdır. Təhsil müddətini daxil edirik.
1982-1984 – rusiya həmin dpvrdə SSRİ bir dövlət idi. daxil edirik. İngiltərəyə getsəydi, daxil
etməyəcəkdik. 1 yanvar 1992-ci ilə qədər bu belədir. SSRİ daxil olan başqa ölkənin ərazisində
əmək stajı qazanıbsa, daxil edirik. 1 yanvar 1992-ci ildən sonra sığorta haqlarına baxırıq. Qanun
nəzərəd tutur ki, kimsə xaricdə işlədiyi vaxt bura sığorta haqqı ödəyirsə, staja daxil edəcəyik. Bu
məsələlərə əmək pensiyaları haqqında qanunda təsbit edilib. 1984-də Bakıya gəlib. Taun niyə
yazılıb? 1987-yə qədər taun əleyhinə olan müəssisədə mühasib kimi işləyib. Siyahı var. siyahıda
qeyd edilib ki, belə yerdə çalışan daha tez pensiyaya çıxmalıdır. 24-cü maddə. 1 il 2 il kimi
hesablanır. Bu güzəştli şərtlərlə stajın hesablanmasıdır. 2 qat, 3 qat olan sığorta stajı
hesablanması var.

1 sen, 1987- uşağın anadan olmasına görə sosial məzuniyyətə gedir. Uşağa qulluğa görə. 90-cı
ildə qayıtmalı idi. 89-da müəssisə bağlanır. Nə etməliyik. NK qərarına əsasən, 1 yanvar 2006-cı
ilə qədərki periodda işləməyən şəxs körpə uşağa qulluq etdiyinə görə qismən ödənişli sosial
məzuniyyət sosial sığorta stajına daxil edilir. Müəssisə bağlanmasa, 3 illik dövrü daxil edirik- o
vaxtki qanunda var. O vaxt daxil edilirdi. Qadın sosial məzuniyyətdə olduğu dövrdə müəssisə
bağlandı. İlk uşağın 3 yaşı olanda, digər uşaq dünyaya gəlir. Müqavilə yoxdur. İndiki
qanunvericiliklə də sosial məzuniyyət işləyən qadına(anaya) verilir. Artıq işçi deyilsə,
məzuniyyətdə hesab edilmir. 2-ci uşağa görə 3-cü ili daxil etmirik. 1-ci uşaq da 3 il də daxil
edilir. İndiki əmək məcəlləsində 79-cu maddə var. belə halalrda əmək müqaviləsi ləğv edilə
bilməz. Amma müəssisənin ləğvi halı istisnadır. Şəxsin hüququ yaranıb artıq, ərizə yazanda 3
illik yazdı ki, gedirəm. Müəssisə bağlanmasaydı, 2-ci uşağı da daxil edəcəkdik, amma 3-cü uşağı
daxil etməyəcəkdik. Qanun 6 il məhdudiyyət qoyur.
1992-2007 – sığorta stajına daxildir. 2006-dan əvvəl əmək kitabçasına baxırıq. 1 il üçün fərdi
uçot məlumatlarına əsasən daxil edirik.

Kimki ölənin uşaqlarına 8 yaşına çatanadək baxırsa və işləmirsə ailə başçısının itirməsinə görə
pensiya ala bilər. uşaqlara baxmaq üçün işdən çıxıb. Burda ailə başçısı qismində kiçik bacısı
gedir. Bacısının vəfatına görə həmin pensiyanı alıb. 14-cü maddə. Yaşından və əmək
qabiliyyətindən asılı olmayaraq.... . Nəvəsinə, kiçik bacı qardaşına da baxa bilərdi. Maddədə
qeyd edilib. Sırf bu məsələyə görə işdən çıxması vacib deyil, ümumiyyətlə işləmirsə də ola bilər.
vəfat edən bacı sığorta olunan şəxs olmuş olmalıdır. Müəyyən qədər sığorta stajı olmalıdır.

Əgər bacı işləməyir, ölürsə, sağ bacı uşaqlara baxdığı üçün qəyyumluğa görə müavinət ala bilər.

Ölən bacının sığorta stajı olmalıdır. Necə müəyyən edirik. əlillikdə necə müəyyən edirdik? Neçə
yaşda əlillik oldusa, 15-i çıxırıq. 4ə vururuq. Eyni qayda burda tətbiq olunur. Azı 5 illik, sonra
hər kəs üçün hesablanan sığorta stajı, bacısının sənədləri, həmin staj varsa, bacısı tahirə ona görə
pensiya ala biləcək.

2007-2011 Tahirənin sığorta stajına daxil edilməyəcək. 21-ci maddədə qeyd edilib. Sosial sığorta
haqqında qanunun 15-ci maddəsi var- orda ödəniş növləri var ki, bunlardan sığorta haqqı
tutulmur. Pensiya, müavinət və s. buna pensiya verilirsə, ondna sığorta haqqı tutulmur. Həmçinin
21-ci maddədə də bu hal göstərilməyib. 4 il pensiya aldı, amma stajdan itirdi.
2011-də əmək fəaliyyətə başladı.

2015-2023. Əlilliyin verilmə şərtləri necədir. Əlillik təyin olunub. Əlilliyə görə pensiya alır. Bu
dövr sığorta stajına daxil ediləcək? 21-ci maddədə var. ammatələb var. istehsalatda bədbət hadisə
nəticəsində. Keysdə bu haqda nəsə yoxdur. itehsalat deyəndə iş yerinin özündə nəzərdə tutulur.
Daxil etmirik.

25 il hədiyyə verə bilərikmi? Hədiyyə - 25 il stajın verilməsi. Hədiyyənin şərtləri necədir. Şəxs
2006 yanvardan 2018 iyul ayına qədər işləyib sosial sığorta ödəyibsə. Hədiyyə də verilə bilərdi-
pensiya yaşına çatmalıdır.

Sual 4
Əliyevlər ailəsinin tərkibinə baxaq. 96 yaşlı Əliyev İkinci Dünya Müharibəsinin
iştirakçısı olub. Onun 90 yaşında həyat yoldaşı var, 55 yaşında işsiz və dul qızı var, 30 yaşında
qız nəvəsi var və o, 2 yaşlı uşağa qulluqla əlaqədar sosial məzuniyyətdədir, boşanmışdır.Bu ailə
sosial müdafiənin hansı növlərindən yararlana bilər?
Özü müharibə iştirakçısıdır. Həyat yoldaşı ancaq yaşa görə müavinət ala bilər. 55 yaşlı
qız uşağa qulluğa görə müavinət alır.

You might also like