Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 10

On altıncı dərs- 20.10.

2023

On altıncı dərs-20.10.2023-Əlilliyi olan şəxslərin sosial müdafiəsi

Əlilliklə bağlı danışdıqda ilk olaraq baxmaq lazəmdər ki, əlillik nədir. Kimlər əlil hesab olunur.
əlillik elə bir haldər ki, insanın müəyyən orqanizmin funksiyaları pozulur. Orqanizm artıq öz
funksiyalarını yerinə yetirə bilmir. Bura hansı pozunlar ola bilər? Fiziki pozuntular, əqli
pozuntular, psixi pozuntular ola bilər. Bu orqanizmin funskiyalarının pozulmasına səbəb olur.
Bunlar ya anadangəlmə olur, yada sonradan hansısa xəstəlik nəticəsində, və ya sağlamlığına
hansısa xəsarət dəyir və bunun nəticəsində nəsə xəsarət alır və əlillik yaranır. Bizdə əmək
məcəlləsində istehsalat sözündən istifadə edilir və rahat şəkildə desək iş yerində bədbəxt hadisə
baş verir və bunun nəticəsində şəxs əlil olur. bu iş yeridnə daha çox zərərli əmək şəraiti aid ola
bilər, amma istənilən hal ola bilər. Məs, müəllim ADA universitetində pilləkanı düşərkən yıxıla
bilər və əli sına bilər. Artıq bu bədbəxt hadisədir, əmək funksiyasını yerinə yetirə bilmir. Yəni, İş
yerində bədbəxt hadisə ola bilər, istehsalatda nəsə bir bədbəxt hadisə baş verir. Və istənilən halda
şəxsin sağlamlığına hansısa bir xəsarət ola bilər. Hansısa bir xəsarət nəticəsində və ya hanısa
xəstəlik, və ya anadangəlmə ola bilər. Bu da orqanizmin funksiyasının pozuntusuna səbəb olur.
istər fiziki, istər psixi, istərsədə əqli qüsurlar bura daxildir. Bu pozuntuların nəticəsində şəxsin
əlilliyi yaranır. Orqanizm öz funskiyalarını tam yerinə yetirə bilmir buna görədə şəxs digər
şəxslərlə bərabər öz həyat fəaliyyətini tam həyata keçirə bilmir. Həyat fəaliyyətinin hansısa bir
sahəsində- ola bilər bir sahəsində, ola bilər hamısında şəxdə məhdudiyyət yaranır. Məs, şəxsin
evdə özünə qulluq bacarığı, şəxs bunu edə bilmirsə artıq bu o deməkdir ki, şəxsin digər şəxslərə
ehtiyacı var. Orqanizmin funskiayalarınən pozulmasə əlilliyə gətirib çıxarır və əlillikdə ona
gətirib çıxarır ki, şəxs özünə qulluq bacarığını itirə bilər. Şəxs mağazadan özünə çörək ala bilmir,
nəqliyyatdan istifadə edə bilmir. Məhdudiyyət yaranır. İnsanın fəaliyyət bir məhdudiyyət yaranır.
Fəaliyyət əslində geniş bir anlayışdır. Məs, biz təhsil fəaliyyəti ilə məşğuluq, qutardıqdan sonra
əmək fəaliyyəti ilə məşğul olacayıq. Ünsiyyət bura aid ola bilər. Yəni, ümumən şəxs üçün bir
məhdudiyyət yaranıb və əlillik elə bir haldır ki, bu məhdudiyyətlərə gətirib çıxarır. Ola bilər,
hamısına, ola bilər birinə və bir neçəsinə. İlk olaraq başa düşmək lazımdır ki, hər hansı bir
məhdudiyyət yaranır.

Təhsil sahəsində həmin şəxslər hamı kimi gedib təhsil ala bilmirlər. Şəxs əmək fəaliyyəti ilə
məşğul ola bilmir. Bizdə əmək qanunvericiliyində heç bir qadağa yoxdur. Qanunda heç bir
qadağa yoxdur ki, əlil olan şəxslər işləyə bilməz. Yəni qanunda belə bir qadağa yoxdur. Düzdür
amma praktikada belə pozuntu halları olur. Əlilliyi olan şəxs işləyə bilirsə, deyilə bilməz ki, o
niyə işləyir, yada işləməsin. Bu qanunun və hüququn prinsiplərinə ziddir. Belə bir şeyi heç
qanunda göstərmək düzgün deyil.

Əgər bu insanın fəaliyyətində hansısa məhdudiyyətlərə gətirib çıxarırsa, artıq onların sosial
müdafiəsi məsələsi ortaya çıxır. Cəmiyyətdə bir həssas təbəqə var və o həssas təbəqəyə əlilliyi
olan bu şəxslərdə daxildir. Onlarında hüquqları var, məs, təhsil, əmək kimi hüququları var. Biz
onları bu hüquqdan məhrum etmirik. Məsələ odur ki, onlar bunu bərabər şəkildə həyata keçirə
bilmirlər. Bərabərlik var amma onlar bunu bərabər şəkildə həyata keçirə bilmirlər. Əlillik sözü
özü 102 saylı konvensiyada İnvalidity sözü kimi gedir-Benfits on invalidity. İnvalidity latın
mənşəli sözdü, gücsüz mənasına gəlir. Yəni, neyləsəkdə onlar bərabər ola bilmir. Biz isə deyirik
ki, onlara bərabər hüquqlar vermişik, daha doğrusu biz verməmişik onlarında bu hüquqları var
amma onları bərabərləşdirmək üçün, onların bu hüquqlarını digərləri ilə bir yerdə öz hüquqlarını
həyata keçirə bilmələri üçün, onlar üçün nəsə edilməlidir. Nəsə bir xüsusi yanaşma olmalıdır ki,
onların başqaları ilə öz hüquqlarını həyata keçirilə bilsin. Bəzən bu daha çox əmək hüququnda
danışılır. Ayrıseçkilik və differensiyasiya mövzusu. Differensiyasiya dedikdə bu nəzərdə tutulur.
Onlara edilən güzəşt ayrı seçkilik deyil. Burada differensial yanaşma var. Onların bərabər olması
üçün, onların qaldırılması üçün onlara müəyyən güzəştlər edilir. Bu güzəştlər o demək deyil ki,
onlara ayrı seçkilik var bu güzəştlər differensial yanaşmadır. Çünki bunu etməsək onlar digərləri
ilə bərabər ola bilməyəcək. Buna görədə bu şəxslərin sosial müdafiəsi ciddi bir yer tutur.

İlk olaraq əsas məsələ elə təhsildir. Elə olmalıdır ki bu şəxslər təhsil hüququnu həyata keçirə
bilsinlər. Access məsələsi olmalıdır. Digər tərəfdən onlara əmək şəraiti yaradılmaldıır. Yaxud ola
bilsin bu şəxslər işləyə, onlar özləri gəlir əldə edə bilmir. Buu zaman artıq sosial təminat
məsələsi yaranır. Onlara yardım edilməlidir. Onda bu yardım hər hansı bir pul vəsaitinin
verilməsi ola bilər, onları müəyyən bir vasitələrlə təmin etmək ola bilər. Yaxud onlara müəyyən
bir xidmətlərin göstərilməsi ola bilər. Onlara nəyinsə alınıb gətirilməsi xidməti ola bilər. Onların
əmək hüququda sosial müdafiəyə daxil ola bilər. Yaxud onların tibbi yardımından söhbət gedə
bilər. Təhsildə burq aid edilə bilər. Bu sahələrin hamısı bir birilə əlaqəlidir. əgər bu şəxsləri işə
götürmürlərsə, yaxud onların əmək müqaviləsinə xitam verirlərsə, artıq bu gəlib düşür sosial
müdafiəyə. Çünki şəxs gəlirsiz qalır. Bu ona görə geniş müdafiə vasitələrini özündə əhatə edir.
Bütün bunlar komplex şəkildə həyata keçirilməlidir ki, onların sosial müdafiəsi həyata keçirilə
bilsin.

Nəyə müraciət etmək lazımdır?

Hansı normativ hüququ aktlar var. 2006-cı il tarixli konvensiya var. BMT baş assambleyası
tərəfindən qəbul edilib. Azərbaycan bu konvensiyaya qoşulub. Azərbaycan bir çox
konvesniyalara məs, 102 saylı konvensiyaya qoşulmayıb. Amma buna qoşulub. Əlilliyi olan
şəxslərin hüquqları haqqında konvensiya. Eyni adlı bizim qanunumuzda var. 2018-ci il tarixli
qanunumuzda var. O qanunda təhsillə bağlı, əmək şəraitinin yaradılması, infrastruktur
planlaşdırılarkən əlilliyi olan şəxslərin nəzərə alınması və s bura daxil edilir.

Burada əsas sual isə odur ki, əlilliyi necə müəyyən etmək olar. İstənilən pozuntu əlilliyə gətirib
çıxarırımı? Burada bir meyar olmalıdır. Burada nazirlər kabinetinin iki qərarı var. ən son 2020-ci
ildə yeniləndi. Birinin adı budur ki, əliliyin qiymətləndirilməsi qaydası. Yəni əlillik varmı yoxsa
yoxmu müəyyən edilir. əlillik müəyyən edilirsə neçə faizdir. Hansı faizə düşür. əlilliyin müəyyən
edilməsi qaydası hansı formada həyata keçirilir. Buna qiymətləndirmə deyilir. Bu
qiymətləndirmənin bir qaydası var ki, nazirlər kabineti bunu müəyyən edib. Burada qayda odur
ki, necə hıyata keçirilir, prosessual məsələlər, müraciət, müayinə və s. Birdə əlilliyin
qiymətləndirilməsi meyarları vardır və burada artıq xəstəliklər bölünür. Orada xəstəliklərin
siyahısı var. Ağırlıq dərəcəsindən, müəyyən faizdən asılı olaraq bu dəyişir. Nazirlər kabinetinin
qərarında o siyahı var ki, bu ağır səviyyədir, bu yüngül səviyyədir, və buna əsasəndə faizləri
müəyyən edir. Bu iki qərar və konvensiya bu sahəni tənzimləyir.

Bunlardan əlavə əmək pensiyaları haqqında qanunda əsasdır. Onlara tibbi yardım göstərilirsə bu
zaman tibbi sığorta haqqında qanuna baxılır. əhalinin sağlamlığının qorunması haqqında qanun
var. Pensiya verilirsə əmək pensiyaları haqqında qanundan danışılır. Müavinət verilirsə, sosial
müavinət haqqında qanundan danışılır. Təqaüd verilirsə bu zaman prezidentin fərmanı var ona
baxılır. Yəni hansı sahədən danışılırsa həmin qanunvericiliyə baxılacaq.

Tibbi yardım və reabilitasiya hüququ. Hamının tibbi yardım hüququ var amma reabilitasiya
hüququnda sırf əlilliyi olan şəxslərdən söhbət gedir. Məs. Burada onlara hansısa bir müalicənin
təmin olunması, və ya hansısa vasitələrin verilməsi, protez və ya dərmanların verilməsi,
ortopedik vasitələrin verilməsi aid ola bilər. Yaxud onlara əsaların verilməsi, təkərli oturacağın
verilməsi bura daxil ola bilər. Yaxud minik avtomobili məsələsi var. Buda azərbaycanın
bütövlüyü uğrunda mübarizə aparan və bunun nəticəsində əlil olan şəxslər verilir. Bu vasitələr
dövlət hesabına verilir.

Reabilitasiya onların müalicə olunması, onların reabilitasiya mərkəzlərinə yerləşdirilməsi,


onların vasitələrlə təmin olunmasıdır.

əmək hüququnda əmək məcəlləsinə istinad edilir. əlilliyi olan şəxlsər qısadılmış iş vaxtında
çalışırlar. Bu birinci ikinci qrup əlillərə aiddir. Məs, hamı 40 saatda işləyir onlar 36 saatda
işləyirlər amma tam maaş alırlar. Bu ayrı seçkilik deyil, bu differensial yanaşmadır. Çünki bu
şəxslər çox işləsə onların səhhətinə təsir edə bilər. Buna görədə o məcbur işdən çıxa bilər. Bu
zaman əmək hüququ pozulur. Bu da sosial müdafiə dairəsinə düşür. Və sabah onsuzda ona
pensiya yada müavinət verilməlidir. Ona görə differensial yanaşma tətbiq edilməlidir. Yaxud
müqaviləyə xitam verilərkən, bəzən istisna olur ki, bu əlilliyi olan şəxslərə aid deyil. İxtisar
zamanı onlara üstünlük verilir. Bu kimi imtiyazlar verilir. Yaxud atesstasiya olur, amma
atesstasiya onlara aid deyil. Bu müharibə iştirakçısı olanlara aiddir. Yaxud reabilitasiya
vasitələrində müalicə alırsarsa, artıq onların əmək müqaviləsinin ləğv edilməsi qadağandır (əmək
məcəlləsi 79-cu maddə). Onlara bu kimi imtiyazlar verilir.

Digər tərəfdən əlilliyi olan şəxlərdə müəyyən qruplara bölünür. Ola bilər ki,ümumi xəstəlik
nəticəsində olub, yaxud anadangəlmə ola bilər. Onların içərisindəndə seçilir. Xüsusi olaraq o
şəxslər seçilir ki, onlar azərbaycanən bütövlüyü uğrunda mübarizə aparıb, və bunun nəticəsində
əlil olanlar xüsusi olaraq ayrılır. Qarabağ müharibəsində iştirak edənlər, çernobil əlilləri və s.
birdə var ki, bunlarında arasında seçilir ki, azərbaycanın bütövlüyü uğrunda mübarizə aparanlar.
Yəni əlillər öz içlərində ayrılır. Ümumi xəstəliklər ayrılır və azərbaycanən bütövlüyü uğrunda
mübarizə aparan şəxslər ayrılır. Belə bir yanaşma doğrudurmu? Orada daha əhəmiyyətli məsələ
olan vətən məsələsi var.

Burada daha çox səbəbə baxılır. Ümumi xəstəlikdir yoxsa sonradan alınmş xəsarətdir. Əlilliyin
dərəcəsidə bura təsir edir. Müavinət veriləndə fazilərə uyğun bölünür.
TİBB MÜƏSSİSƏLƏRİNİN
HƏKİM-MƏSLƏHƏT TİBBİ – SOSİAL
KOMİSSİYALARI VƏ YA EKSPERT
HƏRBİ-HƏKİM KOMİSSİYASI
KOMİSSİYALARI

ŞƏXS AGENTLİK

ƏLİLLİYİN
QİYMƏTL
ƏNDİRİL
MƏSİ
Bir şəxs var. Və müraciət edib. Burada hansısas bir qurumdan söhbət gedir. Burada dsmf geri
çəkilir və tibbi sosial ekspertiza və reabilitasiya agentliyi. Bu əmək və əhalinin sosial müdafiə
nazriliyinin nəzdində fəaliyyət göstərir. TSEK-tibbi sosial ekspert komissiyalar deməkdir. onlar
bu agentliyin tərkibindədirlər. Qiymətləndirmə həmin komissiyalar tərəfindən həyata keçirilir.
Şəxsin əlilliyinin müəyyən edilməsi üçün o tibb müəssisəsinə müraciət edir. Həmin yibb
müəssisəsinin həkim məsləhət komissiyası olur. bu hansı tibb müəssisələridir. Qanunda bu
məsələyə toxunulur ki, orada bir siyahı olmalıdır- səhiyyə nazirliyi, icbari tibbi sığorta agentliyi
və əmək və əhalinin sosial müdafiəsi nazirliyinin 3nün birlikdə razılığı əsasında tərtib edilmiş bir
siyahı olmalıdır. İcbari tibbi sığorta agentliyinin səhifəsin də bu siyahı var. Tibb müəssisələrinin
siyahısı var. O siyahıda verilən tibb müəssisələrindən söhbət gedir. Məs, hansısa polikilinika var
bu zaman həkim məsləhət komissiyası yaradılır. Əgər söhbət hərbi qulluqçulardan gedirsə hərbi
həkim komissiyaları yaradılır. Şəxs ilkin olaraq o komissiyaya müraciət edir və şəxs oradan
göndəriş alır, ilkin müayinəni keçdikdən sonra komissiya göndərişi verir və yönləndirir TSEK-ə.

Nazirlər kabinetinin qərarında yazılır ki, bu göndişlər elektron formada olur amma bunlar
anonim olur. Göndərişin kimin barəsində olması, həkim komissiyasının tərkibi və s adsız olur.
Bu şəffaflıq üçün edilib. Çünki vaxtilə saxta əlilliklər çox olub. Tsek o göndərişə baxıb öz
qərarını qəbul edir. Tsek agentiliyə tabedir. Nəsə əlavə problem və ya araşdırma olsa bu zaman
artıq agentliyə müraciət edilir. əlilliyin qiymətləndirilməsi barəsində qərar Tsek tərəfindən qəbul
edilir. Sadə səs çoxluğu ilə məsələ həll edilir. Tsek bu qiymətləndirməni apardıqdan sonra faizi
müəyyən edir, hansı müddətə müəyyən ediliyini müəyyən edir. Ola bilər ki, müddətsizdə olsun.
Bu proses belə işləyir.

Əlillik müəyyən edildikdən sonra faiz müəyyən edilir.

Orqanizm funskiyalarının pozulması:

30 faizədək pozulmadırsa bu zaman əlillik yoxdur.


31-60-dırsa bu zaman hipertoniya xəstəliyi 3-cü mərhələ (bu siyahıda olan xəstəliklərdən biridir)
61-80 ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuzisiya
81-100 ağır dərəcəli əqli gerilik.

Bəzən bu faizlər səhv hesablana bilər. Hüquqşünasın artıq əsas vəzifəsi yaranır ki, bu problemləri
aradan qaldırsın. Məs, qadın deyir ki, mən daha ağır əlillik qrupuna daxiləm, amma məni 3-cü
qrupa salıblar. əgər qadının birinci nəsə şikayəti varsa gərək birinci agentliyə müraciət etsin.
Daha sonra məhkəməyə müraciət etsin. Bu zaman hüquqşünasın əsas vəzifəsi burada meydana
çıxır. Səhv müəyyən edilibsə, bu zaman hüquqşünasın üzərinə böyük yük düşür. Birinci problem
burada yarana bilər. Əlilliyin faizi sosial müdafiəyə təsir göstərir. Meyaların özü nə dərəcədə
ədalətlidir- bu da problemlərdən biridir.

İkinci problem orada yaranır ki,

Əlillllik müəyyən olunduqdan sonra əsas məsələ gəlir ki, şəxsə hansı sosial müdaifə təyin
edilməlidir. əsasə məsələ gəlir-pensiya, müavinət,təqaüd.

əlbəttə ki, şəxs daha çox pensiya almaq istəyər. Çünki, pensiyada hər bir şəxsin öz kapitalına
əsasən hesablanır. Müavinət dəyişilmir. Onu dəyişmək olmur. Prezident öz fəamnı ilə təsdiq
edir. Amma pensiyada belə deyil. Burada şəxsin kapitalı məsələsi var. Minimum pensiya 280
manatdır hal hazırda. Bu biraz problemdir bizdə. Yaşa görə müavinət isə 220 manatdır. Arada 60
manat fərq var. Amma burada gördüyünüz kimi bu rəqəm çox azdır. Amma müəllimə düşünür ki,
bu rəqəm böyük bir fərq olmalıdır. Məs, azı 200 man. Hər şəxsin öz kapitalı olduğuna görə
rəqəmlər dəyişir. Buna görədə şəxs pensiyaya daha maraqlı olur. Pensiya alan şəxs işləyədə bilər.
Burada məhdudiyyət yoxdur. əgər şəxs işləməyə davam edirsə, onun pensiya kapitalı yenədə
artır. Və 6 ildən sonra kapital yenidən hesablanacaq. Amma problem odur ki, pensiya sığorta
stajına bağlıdir. Heç vaxt işləməyən şəxs pensiya ala bilməz. Hətta əgər işləyən insanın sığorta
stajı tam deyilsə ala bilmir. Pensiya hüququ yoxdursa, gedib müavinətə düşür. Müavinət alan
şəxs işləyə bilməz.

Təqaüddə bura daxildir. Müavinət daha genişdir. Azərbaycan respublikasının prezidentinin


təqaüdün təsdiq edilməsi haqqında fərmanı var. Təqaüd müxtəlif kateqoriya şəxslərə verilir,
müavinət isə daha genişdir. Amma təqaüddə aylıq verilir. Müavinət birdəfəlikdə verilə bilir.
əlillikdə isə aylıq müavinətdən söhbət gedir.
Əlillik üçün pensiya şərtləri. Onların pensiyası üçün sığorta stajı tələbi var. Qanun iki pensiyanın
alınmasını qadağan edir. İkisindən birini almalıdır. Birindən imtina etməlidir.

Müəllimə düşünür ki, bu şərtlər biraz sətdir. Staj burada necədir. İlk olaraq 81-100 faiz olanlarda
yalnız sığorta stajə tələbi var. 31-80 kimi isə həmdə pensiya kapitalı tələbi var. Müəllimin
fikrincə bu şərt çox sərtdir.
Qanuna əsasən iki növ staj fərqləndirilir. 1) İlk olaraq şəxsin azı 5 il sığorta stajı olmalıdır. 5 il
yoxdursa, artıq pensiya qıraqda qalır, və müavinətə baxılır. 2) 5 illik staj kifayət etmir. əmək
qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. əmək qabiliyyətli dövr
hansı dövrdür. Şəxs 40 yaşında əlil olubsa, əmək qabiliyyətini itirir. Düzdür işini davam elətdirə
bilər, amma biz götürürük ki, davam etməyədə bilər. Faktiki əmək qabiliyyəti ya itirilir, yada
məhdudlaşır. Bütün 40 il əmək qabiliyyətli deyil. əmək məcəlləsinə əsasən şəxs 15 yaşından
əmək müqaviləsi bağlaya bilər. Demək 15 yaşından sonra şəxs əmək qabiliyyətli ola bilər. Mülki
müqavilələrə gəldikdə isə 14 yaşına qədər şəxs tam fəaliyyət qabiliyyətli sayılmır. Emansipasiya
məsələsi var. Orada belə 16 yaşdır. Optimal olaraq 15 yaş götürülür. əmək qabiliyyətli illər 15 ilə
40 arasıdır. Deməli 40-dan 15-i çıxırıq. Qalır 25. 25 il əmək qabiliyyətli illərdir. 25 ili vururuq 4-
ə. Edir 100 ay. 8 il 3 ay edir. Bu şəxsin tələb olunan stajı 8 il 3 aydır.

Müəllimə belə bölüb ki bir ümumi staj 5 il. Birdə fərdi qaydada hesablanan staj. Pensiya
veriləndə hər iki şərt ödənməlidir. 5 il varsa fərdi stajada baxılmalıdır. İkinci şərtdə ödənməlidir.
81-100 faizə aiddir bu şərt. Bunu yaşa görə əmək pensiyası ilə qarışdırmayın. Orada 40 320
manat kapital olmalıdır.

Müavinətin miqdarıda fərqlidir. Birinci qrupdursa, 270 manatdır. 2-ci qrupa 220 manat, 3-cü
qrupa 150 manatdır. Bu rəqəmlərində nə dərəcədə ədalətli olması sual altındadır. Birdə təqaüd
məsələsi var. Şəxs pensiya ala ala müavinət ala bilməz. Müavinət alırsa, işləməməlidir. Pensiya
alırsa, təqaüddə ala bilər. Və ya müavinət alırsa, təqaüddə ala bilir. Orada da fərqlidir. Birinci
qrup 500 manat, ikinci qrup 400 manat. 3-cü qrup 300 manatdır. əlilliyə görə pensiya
maddələrinə bax.

On yeddinci dərs- 22.10.2023

On yeddinci dərs-22.10.2023-əlilliyi olan şəxlər ikinci hissə


Burada bir qanun yoxdur, burada məcəllə yoxdur. Ona görə burada nazirlər kabinetinin qərarı ilə
işlənilir. Əlillik necə qiymətləndirilir və s bu məsələlər üçün nazirlər kabinetinin qərarına baxırıq.

Ödəniş
Burada pensiya müvainət və təqaüd var. Pensiya və müavinəti eyni anda almaq olmur. Amma
təqaüdü bunlarla bir yerdə almaq olur. Müavinət o halda verilir ki, o şəxs işləmir. Bizim sosial
müavinətlər haqqında qanunumuz var. O qanunada baxmaq lazımdır. Məbləğlər orada qeyd
edilmıyib. Məbləğlər prezidentin fərmanında var. Ümumi müavinətlər haqqında məlumatlar
həmin qanunlar vasitəsilə tənzimlənir. Pensiyanı alıb işləməyə davam etmək olur. amma
müavinət işləməyənlərə verilir. əgər pensiya hüququ yaranmırsa, bu zaman şəxs gedir müavinət
üçün müraciət edir.
Təqaüd xüsusi kateqoriya şəxslərə verilir. Təqaüd daha xüsusi gedir. Məs, əlilliyi olanlara
tələbələrə, fəxri adı olan şəxslərə verilir. Təqaüd daha xüsusi gedir. Amma işləyən şəxslərdə ala
bilər.

Əlilliyə görə əmək pensiyası

Ən ağır dərəcə 81-100 fazidir. 81-100 faizə sığorta stajı hesabına verilir. 5 il sığorta stajı
olmalıdır və əmək qabiliyyətli olduğu hər il üçün 4 ay hesablanır.
Burada mütləq şəkildə 5 il sığorta stajı olmalıdır. Birinci faizə baxılır. Əgər 81-100dürsə sığorta
stajına baxılır. Mütləq şəkildə azı 5 il staj olmalıdır. İkincisi isə fərdi qaydada hesablanan sığorta
stajı tələbi var. Hər şəxs üçün bu fəqlənir. Çünki əlillik müxtəlif yaşda baş verə bilər.

Burada isə deyilir ki, 6 ilin hamısını işləməli deyil. Bu 6 il ərzində hər il 4 ay işləməli ilidi. 6-nı
vururuq 4ə. Daha sonra isə bu edir 24. Yəni 2 il. əgər şəxs işləməyibsə bunzaman müavinət alır.
əgər məs, şəxs 4 il işləyibsə, bu zaman birinci tələb olna 5 illik staj tələbinə əməl edilməyib.
Buna görə şəxsə yenədə sığorta stajı verilməyəcək. Yəni faktiki sığorta stajı və sığorta stajı tələbi
var. Çünki əlillik müxətəlif yaşda başlaya bilir.

Sığorta olunan kimi qeydiyyatda olma müddəti. 10 il sığorta olunan kimi qeydiyyatda olmalıdır.
5 il isə sığorta haqqı ödəməlidir. Hesabın var amma bunun içindən

Məs, bir nəfərin 45 yaşı var. Gedir tsekə müraciət edir. əslində ora müraciət etmir, ora göndəriş
gedir. Tsek müəyyən edir ki, şəxsin 81-100 aralığı əlilliyi var. Şəxsin 10 il sığorta stajı var.
Şəxsin 45 yaşı var. 45-dən 15 çıxacayıq. Onun əmək qabiliyyətli olduğu dövrü 30 ildir. 30-u 4-ə
vuracayıq. Bu da edir 120. Şəxsin 10 il sığorta stajı olmalıdır. Yəni, şəxsə pensiya düşür.

İki tələb var. Biri 5 ildir digəri isə fərdi qaydada hər şəxs üçün ayrıca hesablanır. İki staj ikisidə
eyni anda olmalıdır. Qanunun tələbi budur.

Türkiyə qanunvericiliyində belə bir şey var idi ki, sığorta olunan kimi qeydiyyatda olma
müddəti. əlillik üçün pensiyanın verilməsi üçün 10 il sığorta olunan kimi qeydiyyatda olmalıdır.
5 ildə sığorta haqqı ödəməlidir.

4 ay məsələsində hər il üçün 4 ayın olması lazım deyil əslində. Sadəcə il başı üçün 4 ay
götürürlər. Ola bilər ki, şəxs bir il işləməyib, növbəti il 12 ay işləyib. Önəmli olan sonda stajın
olmasıdır. Ümumi tələbə baxılır ki, bu qədər olmalıdır. Müəllimə düşünür ki, ikisinin bir anda
olması ədalətsizdir.

31-80 aralığı əlillik

Eyni sığorta stajı tələbi və üstəgəl pensiya kapitalı tələbi var. Hamısı bir yerdə olmalıdır.
Qanunun bu yanaşması ədalətsizdir. Çünki bu şəxslər həssas təbəqədir. Ola bilər ki, 81-100 daha
ağırdır, amma yenədə 31-80 aralığına belə şərtin qoyulması ədalətsizdir. Eyni qayda ilə sığorta
stajı hesablanır, daha sonra pensiya kapitalına baxılır.
Qanun deyir ki, minimum pensiya təminatına imkan verən kapital. Məsələ odur ki, elə kapital
olmalıdır ki, şəxs minimum olan 280 manatı ala bilsin. Qanun deyir ki, kapital bölünür 144 aya
12 ilə yəni. Və bir ayın pulunu tapırıq. Tapılan pul ən az 280 manat olmalıdır. 40320 tələb olunan
pensiya kapitalıdır. Amma indi bunlarda fərqlidir. Düstur fərqlidir.

Tələb olunan sığorta aylarının sayını məs, 120-ni bölürük iki yüzə və tapırıq k-nı. K sığorta
davamiyyəti əmsalıdır.

35 yaşında əlillik baş verib.


1. 5 il sığorta stajı tələbi olmalıdır. 35 yaşında olan biri məs, 10 ildir ki, işləyir. Faktiki staj
10 ildir.
2. Fərqi qaydada hər bir şəxs üçün hesablanan staj. Ümumi qayda ödənilir. 35-dən 20 ili
çıxırıq. Arada 20 il qalıb. 20 il şəxsin əmək qabiliyyətli ilidir. Qanun deyir ki, hər ilin 4
ayını götürməklə şəxs işləməlidir. Yəni. Beləliklə 20-ni vuracayıq 4-ə. Bu da edəcək 80
ay. 80 ay isə 6 il 6 ay edir. Yəni bu şəxs pensiyanı ala biləcək. Çünki iki şərtdə ödənilib.

Bu yazılanlar 81-100 faiz aralığında əlil olanlara aiddir. Əgər 31-80 arasıdırsa bu zaman pensiya
kapitalına baxılır.

Sığorta hissəsi bərabərdir psk bölünsün t*k-ya. Bu t 144-ə barəbərdir. 144 ayın haradan
gəlməsinə baxmaq üçün bunu qanunda yazılmayıb. Amma prezidentin fərmanı var. Fərmanda
yazılıb ki, qanun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 aya bərabərdir.
Müəllim düşünür ki, bu ədalətsizdir. Yəni hesablama nəticəsində 280 manat olmalıdır. Psk elə bir
məbləğ olmalıdır ki, onu 144-ə böləndə minimum 280 manat olmalıdır. Bu elə bir məbləğ
olmalıdır.

K nəyə barəbərdir. 80 ayı böləcəyik 200 aya. Burdan nə alınacaqsa bu k-ya bərabər olacaq. Bu da
edir 0.4. daha sonra 144-ü 0.4-ə vuracayıq.
25 illik hədiyyə məsələsində isə bu şəxslərə 25 illik kapital lazəm olmadığı üçün, bu şəxslərə
2006-2018 arasında işlədikləri il ərzində 4 ay verilir. 22-1-ci maddə deyir ki, 4 ay verilir.

Əlillikdə əgər hərbi qulluqçudularsa və bu addan məhrum edilməyibsə, və müddətli həqiqi hərbi
xidmət keçənlər 81-100 faiz pozuntuda (bu pozuntu hərbi xidmətdə olarkən başveribsə, müharibə
zamanı və s) bu zaman onlara staj tələbi yoxdur. Hərbi qulluqçularda xidmət illəri anlayışından
istifadə edilir. Onlarda qayda biraz fərqlidir. Yenədəsistemdən baxılır. Amma onların xidmət
illərinə dair bir vərəq tərtib edilir. Orada vəzifə, neçə il xidmətdə olduğu və s yazılır. Həmin
hərbi qulluqçulara xidmət illərində asılı olmayaraq əlilliyə görə əmək pensiyası verilir. Amm
yerdə qalanlara, hərbi xidmət adından məhrum edilənlərə, yaxud 31-80 faiz arası olanlara adi
qaydada verilir. Hərbi qulluqçuların hamısına aid edilir, müddətlidə isə 81-100 faiz
olanlara.??????

Ailələrin və tənha yaşayan şəxslərin sosial müdafiəsi

Şəxsin ümumiyyətlə heç bir imkanı yoxdursa bu zaman onların hamısına bu imkan yaradılmır.
Ailə cəmiyyətin özəyidir. Bunların sosial müdafiəsi var. Bizim üçün burada önəmli olanlar
nələrdir? Ailə nədir? Ata ana rəsmi nikahdadırsa. Yaxud ailə geniş çərçivədə ola bilər. İki ailə bir
yerdə qala bilər.

Lakin sosial müdafiədə bizə nə lazımdır. Ailə məcəlləsində nikah anlayışı var amma ailənin
anlayışı yoxdur. Ünvanlı dövlət sosial müdafiə haqqında qanunda ailənin tərifi verilir. Ailə o
konteksdə baxılır ki bunu kimə verməliyik. Qanun yoxsulluq anlayışından istifadə etmir. Sosial
təminatla hər kəsi əhatə etmək olmur.

Məsələ odur ki, biz sistemi nə cür görürük. Hazır ki, sistemdə biz hamını əhatə edə bilmirik.

Ünvanlı dövlət sosial yardım haqqında qanunda deyilir ki, qohumluq bağlılığı olan şəxslərin, və
ya qanunvericiliklə müəyyən edilən formada digər bağlılığı olan şəxslər. Qohumluq dedikdə
nikaha toxunmur, ümumi qohumluqdan söhbət gedir-nənə, baba və s. Hər qanunda qohum
anlayışı fərqlidir. Bu qanunda ümumi nəzərdə tutulub ki, qohumluq bağlılığı və ya digər şəkildə
müəyyən olunmuş digər şəxslər. Məs, övladlığa götürülənlər, qəyyumluq. Onlar bir yerdə
yaşayırlar, bir təsərrüfata malikdir. Ola bilər ki, bir neçə ailə bir yerdə yaşayır. O şəxslər ki, nəsə
bir bağlılıqları var. Onların ümumi təsərrüfatı var. Və ya tənha şəxslərdə ola bilər. Ünvanlı dövlət
sosial yardım haqqında qanunda belə verilir.

Ailənin qournmasından sphbıt gedirsə, və ya tənha şəxslərdirsə bu zaman onlara necə yardım
etmək olar. Biri ailə başçısını itirməyə görə peniyadır, ikinci ünvanlı dövlət sosial yardımı.
Müavinətdə var aztəminatlı ailələr üçün. Qanun aztəminatlı məsələsinə toxunur. Ümumiyyətlə
işləməyən şəxs ünvanlı dövlət sosial yardımınıda ala bilmir. Müəllimə qanunun bu tələbləri ilə
razılaşmır. Çünki məqsəd yardım etməkdir. Peniya kompensasiyadır, amma yardımım məqsədi
şəxsə kömək etməkdir. Ona görə bu çox ədalətsizdir.

Ünvanlı dövlət sosial yardımında son 12 aya baxılır. Şəxs son 12 ay ərzində işləməlidir və gəliri
az olmalıdır. Ünvanlı sosial yardımda şəxs tənhadırsa, ona tək baxılır, amma ailədirsə, ailənin
ümumi gəlirinə baxılır.

Ailə başçısını itirməyə görə peniyada ilk olaraq ailə başçısı sözünü istifadə etmək düzgün deyil.
İnglislərdə olan breadwinner sözünü işlətmək daha uyğundur. Ailə dolandıran şəxs. İndiki
redaksiyada belə yazılıb, pensiyanı aşağıdakı ailə üzvləri alır. Amma əvvəlki redaksiyada
yazılmışdı ki, ailə başçısının tam öhdəsində olan şəxslər. Bu öhdəsində məsələsi qanunda
tənzimlənməyib. əmək pensiyaları haqqında qanunda mötərizədə anlayışı verilib. Yəni tam
maddi təminatında olan. Financial support məsələsi yaranır. İnglisdilində dependent verilir.
Birindən maddi cəhətdən asılı olmaq. Kiminsə təminatında olmaq. Yəni ailə dolandıran yeganə
şəxs odur. İndi bunu yığışdırıblar.

Öhdəsində məsələsi qalırsa, bu zaman o deməkdir ki, əgər ailədən kimsə işləyirsə, və çox maaş
alırsa, bu zaman onlara pensiya düşmür. Kimlər bu pensiyanı ala bilər: uşaqlar, həyat yoldaşı, ana
və ya ata. Nənə baba, bacı və qardaş da müəyyən şərtlər daxilində ala bilir.

Uşaqlarda şərt odur ki, 18 yaşına kimi. Amma 15 yaşında olan şəxs işləyə bilər. Və bu uşaq vəfat
edən atasından çox alır. Bu zaman o şəxs əslində onun öhdəsinə düşmür. İndiki qanunda bu tələb
yoxdur, amma keçmiş redaksiyada var idi.

You might also like