Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 6

2:50-21:53

Bugünki mövzumuz korporativ sahədə olan ən vacib məsələlərdən biri – hüquqla digər bir
sahənin qarışığıdır. Dərsimizin əsas hissəsi biznes etikası (corporate ethics) ilə bağlıdır.

Gələcəkdə çoxunuz biznes sektorunda işləyəcək – məsələn, hüquq şirkətləri, holdinqlər, banklar,
sığorta şirkətləri və s. Dövlət qulluqçularının da davranış qaydaları var. Əslində biznes sahəsində
olan davranış qaydalarının vahid tənzimləməsi yoxdur. Bunun tənzimlənməsi bir çox hallarda
müəyyən olunur – qanunla, özünün code of contact (davranış qaydaları) ilə, özünün policy-ləri
ilə. Etika əslində nədir? Etika bizim ən böyük nəzəri problemlərdən biri olan hüquqla əxlaqın
qarşılıqlı əlaqəsidir. Hüquqla əxlaq bir yerdə toqquşurlar. Bu nəzəri sahədə də olur, cinayət
sahəsində də olur, kommersiya hüququnda da rast gəlinən əsas məsələlərdən biridir. Ethics
əslində fəlsəfənin sahəsidir. Fəlsəfənin sahəsi olmaqla yanaşı əslində nəyin doğru, nəyin səhv
olduğunu göstərmək üçündür, yəni etdiyiniz hərəkət düzdürmü, yoxsa səhvdirmi, bunu moral
(əxlaq) prinsipləri ilə əlaqəsi nədir. Nəyə görə bu lazım olur? Ona görə lazım olur ki, biznes
sahəsində siz ancaq müəyyən işi görmürsüz. Sizin gördüyünüz işin, sizin etdiyiniz davranışların,
verdiyiniz qərarların bir çox şəxslərə təsiri olur. Təsirləri kimlərə var? İşçilərə, shareholderlərə,
cəmiyyətə, dünyaya, müştərilərə və dövlətə təsirləri var. Əslində belə bir anlayış var ki, şirkətlər
özü bir corporative vətəndaşdırlar. Necə ki, siz bir vətəndaşsızsa, şirkətlər özü də bir vətəndaşdır.
Amma bunlar corporative vətəndaşdılar. Yəni bunun bir corporative statusu var, fiziki statusu
olmasa belə bunun bir vətəndaş rolu var. Niyə vətəndaş rolu var? Çünki bu ancaq bir mexanizm
deyil ki, sizə pul qazandırsın. Bu əgər cəmiyyətdədirsə, cəmiyyətdən pul qazanırsa, demək bu
cəmiyyətin vahid hissəsidir. Bu cəmiyyətin vahid hissəsidirsə, onun verdiyi bütün qərarlarda da
cəmiyyət faktoru olmalıdır. Necə ki, siz cəmiyyətdə bir fərdsiz, etdiyiniz hərəkətlər var, yaxşılığı,
doğruluğu qiymətləndirirsiz, niyə şirkətlər də bunu qiymətləndirməsin. Şirkət Az. bazarına
girirsə, məsələn, Daşkəsən, Gədəbəy hadisələrində, tutaq ki, mən girdim, hər şeyi dağıtdım,
aldım, getdim. Bu belə olmalı deyil. Sən əgər burdansansa, cəmiyyətə bir contributionın
olmalıdır. Contributionın ən rahat versiyasını dövlətlər kəşf edib – bu vergidir. Vergilər alırsan,
cəmiyyətə verirsən. Nəyə görə xaricdən investorlar cəlb edirlər? Bu bir tərəfidir ki, cəmiyyətdə
olan o xeyri bunlar bölüşdürsünlər. Artıq sən burda qazanıbsansa, bunu cəmiyyətlə bölüşməlisən.
Bunun bir yolu vergidir. Digər yolu işçilərdir. Məsələn, bizim neft layihələrinin minimum tələb
var ki, işçilərin sayının çoxu yerli olmalıdır. Çünki sən əgər burdan pul qazanırsansa, yerli əhali
niyə qazanmasın. Deyirlər ki, yaxşı 1-2-ni gətir amma növbəti illərdə xarici işçilərə dair kvotanı
azaldıram və Azərbaycanda öyrət, əks halda xaricdən gətirəcəksənsə, əlavə ödənişlər etməlisən,
əlavə öhdəliklər daşımalısan. Məqsəd odur ki, sənin cəmiyyətə bir effektivliyin, köməyin olsun.

Bəs cəmiyyətə köməklik olanda burda bir etikal məsələ ortaya çıxır. Etikal məsələ ortaya çıxanda
sual çıxır ki, bu etikal məsələnin həddi nədir. Bəzən siz qanuna riayət etməklə əslində etikal
məsələni həll etmiş olursuz. Məsələn, reklamla bağlı. Reklamla bağlı deyilir ki, gizli reklam
qadağandır, qeyri-dəqiq reklam qadağandır. Siz yalançı bir reklam verə bilməzsiz, qeyri-dəqiq
reklam verə bilməzsiz. Bunun özü həm də etikal bir məsələdir. Məsələn, Az.-nın ən böyük
təmizlik şirkəti reklam verir. Müəllim belə bir case-lə rastlaşıb. Reklam verirlər ki, Az.-nın ən
böyük təmizlik şirkəti. Antiinhisar Komitəsi belə bir sorğu vermişdi ki, xahiş edirəm təsdiq edin
ki, siz Az.-nın ən böyük təmizlik şirkəti olmağınızı nə ilə sübut edirsiniz. Hələ ilkin sualdır ki,
əgər bunu iddia edirsizsə, sizin bir sertifiaktınız varmı, diplomunuz varmı, nə ilə sübut edirsiz ki,
siz Az.-nın ən böyük və ən məhşur təmizlik şirkətisiz. Ortada da bir şey yoxdur. Qeyri-dəqiq
reklama getdi, və reklam haqqında qanunun pozulmasına səbəb oldu. Bunun özündə ancaq qanun
məsələsi yoxdur. Həm də istehlakçını aldatmaq məsələsi var. Yəni sən düzünü demirsən, sadəcə
öz reklamın üçün yalan məlumatlar ötürürsən. Bunun özü də bir wrongdur. Çünki siz cəmiyyəti
aldadırsız. Siz profit-maximazation etmək istəyirsiz, istəyirsiz ki, gəlir əldə edəsiz, bu gəlir üçün
də cəmiyyəti tanımırsız. Deyirsiz ki, qoy yalandan aldadım, nə olarsa olsun. Ona görə də bəzən
əxlaq qaydalarına, etik qaydalara riayət etmək elə hüquqla eyni olur. Yəni siz hüquqa riayət
edirsizsə, etik qaydalara da riayət etmiş olursuz.

Amma bu hər zaman belə deyil. Çünki buna bir anlayış verdilər ki, əslində qanunlar özü
minimum complience-dır. Yəni etik qaydalarının minimumu burdadır. Amma bu o demək deyil
ki, hamısı burdadır. Çünki dövlət hər zaman əxlaqa girmək istəmir. Dövlət deyir ki, mənə ancaq
lazım olan məsələlərlə bağlı əksini tapdırıram. Məsələn, qeyri-dəqiq reklamla bağlı. Əxlaq tərəfi
var, insanları aldadırsız amma həm də bunun cəmiyyətə də bir ziyanı var. Mən bunu
sanksiyalaşdırıram. Və ya digər versiya betting-dir (mərc). Bu da əslində əxlaqa zidd bir
davranışdır. Amma dövlət deyir ki, mən burda həm də pul qazanmaq istəyirəm. Necə edir? Onda
lisenziyalaşdırılmayanların hamısını çıxarır, bunları qadağan edir, bundan istifadəyə məsuliyyət
müəyyən edir. Ancaq onun tanıdıqlarına icazə verir. Onu göstərir ki, dövlət bəzən tam müdaxilə
edir, bəzən heç etmir, bəzən isə lazım olan həddə buna icazə verir. Dövlət əslində hüquqla əxlaqı
qarşıdırmaqda ehtiyatla yanaşır və hər məsələyə girmək istəmir. Amma bəzən görürür ki, bu
labüddür. Labüdlüyün biri nədir? Məsələn, Wall Street. Walls özü ən böyük unethical məsələlər
idi. İnsanları aldatmaq üçün, insalara asan gəlir göstərmək üçün insalar kifayət qədər provokativ
hərəkətlərdən istifadə edirdilər. İstehlakçıları aldadırdılar. Zəng edirdilər, görüşürdülər, reklam
edirdilər. Amma manipulasiya edir ki, axırda gəlib pulunu ora qoysun. Onun vaxtını alaraq,
prosesi uzadaraq bir piramida sistemi yaradırdılar ki, onun pulu digər şəxsdən verilir, ortada real
bir asset yoxdur, axırda böyük bir partlayış oldu. Amma böyük partlayış olanda şəxslərin
məsuliyyəti var. Amma partlayış olana kimi olan məsələ tənzimlənmirdi. Ona görə də Amerikada
qanun qəbul etdilər ki, Wall Street Act qəbul etdilər ki, Wall Street-də olan bütün fraudların
hamısının qarşısı alınsın. Çünki görürdülər ki, burda artıq sırf worker fee-dən, vasitəçilik
xidmətlərindən pulun qazanılması üçün insanlar kifayət qədər unethical məsələlərə keçirdilər.
Aldadırlar, onları manipulasiya edirlər və axırda unethical decision yaranır amma dövlət gördü
ki, buna axırda qərar verməyin mənası yoxdur. Axırda sanksiyalaşdırmağın mənası yoxdur. Buna
əvvəldən reaksiya etmək lazımdır. Məsələn, başqa Elsa-nın case-i var. 90-cı illərin sonu 2000-
lərin əvvəlində olmuş bir case-dir. Amerikanın ən böyük energetika şirkəti idi. Hətta əvvəllər big
5 five şirkətlər var idi və Andersa Andersa şirkəti var idi, məhşur audit şirkəti idi. O böyük
gəlirini Elsa-dan qazanırdı. Ona görə də ən böyük müştərisi Elsa şirkəti idi deyə bəzi şeylərə göz
yummağa başlamışdı. Bunların maraqlı məsələsi var idi ki, bunlar bir gəlir əldə edirdilər və gəlir
əldə edəndə də bəzi şirkətləri də cəlb edirdilər. Məsələn, mən bir işi görürəm, digər şirkətləri də
bura cəlb edirəm, burdan 1 milyon qazanıramsa, 500 minini contractorlarıma paylayıram. Amma
profitimi də 1 milyon göstərirəm, 500 mini göstərmirəm. Yəni gross salesi profit kimi
göstərirəm, auditi aldadıram. Audit də bunu görür, bəzən müştərini itirməmək üçün razılaşır. Bu
da şişərək sonda bir gün müəyyən olunur ki, (profitin olmağı dolayısıyla şirkətin də qiymətini
bazarda qaldırır) əslində bunun səhmlərinin heç bir dəyəri yoxdur. Bu oratada yalan bir bubble
yaradır, profit kimi yaradır və sonra kiməsə satır, xidmətləri kimdənsə alır. Əslində net salesi
göstərmir. Götürür net salesi profit sales kimi göstərməyə başlayır. Nəticədə şirkət yalandan
sanki böyüyümüş kimi görünür. Bu əslində çox riskli bir şeydir. Salesi göstərəndə, sən əgər
həqiqətəndə büdcəni göstərəndə real gəlirini göstərməlisən. Bunu artıq belə bir formada etməyə
başladılar. Nəticədə belə oldu ki, şirkətə bunu çox adam bilir amma hər kəs susur. Risk etmirlər.
Çünki bilirlər ki, burda anonim olmayacaq. Auditlə də razılaşdırılır və audit bunlara məlumatları
verir. Rəhbərlik bəzən bunun nəticəsini görmür. Bir gün birjada bir xəbər dolaşır ki, əslində
reallıqda şirkətin gəliri yoxdur. İnvestorlar dərhal pulları çəkməyə başlayırlar. İnvestorlar
pullarını çəkdikcə çirkət dərhal injection etməlidir, çünki hamı əgər pulları çəkirsə, pulun dəyəri
düşməsin deyə şirkətə injection, yəni pul daxil olmalıdır. Ortada bir pul da yoxdur. Hamı pulunu
çəkdikcə bazarda satdıqca təklif artdığı üçün tələb azalır. Artıq səhmlərin qiyməti düşür. Bu da
federal araşdırma orqanlarının diqqətini cəlb edir ki, burda nəsə baş verir. Gəlib yoxlayanda
müəyyən edirlər ki, məhşur Elsa şirkətinin ortada heç nəyi yox imiş. Yəni var amma energetika
sahəsindən çıxıb maliyyə sahəsinə o qədər giriblər ki, ortada fraud var, sənədlərin
saxtalaşdırılması var, burda da audit company iştirak edib. Axırda big five şirkətlərdən biri
ixtisara getdi, parçalandı. Elsa iflasa getdi, ortada böyük investorlar əllərində ölü səhmlə qaldılar.
Dövlət o ana kimi müdaxilə etmirdi. Bundan sonra dövlət müdaxilə etməyə başladı. Necə?
Dövlət dedi ki, birinci olaraq şirkətin rəhbərləri ona təqdim olunan bütün audit reportları
oxumalıdır, tanış olmalıdır, imzalamalıdır. Çünki sən o nəticələrə cavabdehsən. İkinci olaraq
şirkətdə qeyri-qanuni hərəkətlərə görə şirkət mexanizmləri yaradılmalıdır. Çünki bu faktı bilən
insanlar var idi amma susurdular ki, rəhbərlik bizə nəsə edər, işdən qovularıq, işimizi itirərik və
s. Onlar dedilər ki, əgər şirkətdə bir problem varsa, bunu raise eləməyin anonim bir mexanizmi
yaradılmalıdır ki, insanlar qalxıb şikayətlərini bildirsinlər. Əks halda problemdən xəbərləri
olmayacaq. Elsa şirkətinin özünün iflas olması investorları da məhv elədi, işçilərə də böyük təsiri
oldu. Axırda böyük bir qalmaqal yarandı və iqtisadi bir çöküşə getdi. Bunu ona görə misal
göstərdi ki müəllim, bəzi hallarda ethical məsələlər baş verir ondan sonra dövlət müdaxilə
etməyə baş verir. Dövlət deyir ki, yox, mən artıq nələrisə dəyişməliyəm, çünki indiyə kimi
müdaxilə etmirdim, gördüm ki, ethical skandalların daha böyük təsiri var. Ethical skandalların
nəyə böüyk təsiri var? Ethical skandalların təsiri odur ki, bəzən hər şey doğru olur, hüquqca
doğru olur. Onsuzda hüquqa zidd olanlar ayrıca problemdir. Bəzən hüquqca düzgün edirsiz,
amma onun o qədər unethical məsələsi ortaya çıxır ki, etdiyiniz şey hüquqa görə məsuliyyət
yaratmır amma sizin unethical məsələniz sizi cəmiyyətdə böyük bir nüfuzun itirilməsinə səbəb
olur. Məsələn, Qarabağ müharibəsi zamanı Ermənistanı açıqca dəstəkləyən şirkətlər var idi, Az.-
da təzə ofis açmışdılar restoran kimi və bir gündə bağlandı. Bəlkə də onların qlobal olaraq kimisə
dəstəkləmələrinin problemi yox idi. Amma unethical məsələ üzrə elə həssas msələyə toxunuldu
ki cəmiyyətdə, 2 gün sonra bağlandı hansı ki, dünyaca məhşur idi. Onu göstərir ki, bəzən deyə
bilərsiz ki, qanunun nəyini pozuram ki. Amma unethical məsələ təkcə planetar münasibətdə
deyil, həm də cəmiyyətin olduğu dəyərlərə də müdaxilədir, ətrafda olan insanların good tərəfini
müəyyən edən bir şeydir. Ona görə də əslində dövlət bu məsələdə həssas yanaşır. Çünki həm
müdaxiləni çox eləmək istəmir, həm də görür ki, bəzi hallarda bu müdaxilə olmasa da olmaz.

Unethical məsələdə də qərar vermək niyə mürəkkəbdir? Məhşur case var. Amerikada baş verib.
Amerikada tibb universitetində oxuyur tələbə. Universitetin kurikulumunda bir məsələ də
professionalizm idi. Yəni tələbənin professionalizmi əsas competencelərindən biridir.
Professionalizm dedikdə şəxsin honest olması, reliable olması, fair olması nəzərdə tutulur və bu
kurikulumda qeyd olunur. Bir tərələb olur, akademik göstıriciləri çox əla olur amma onun mənfi
əxlaqi hərəkətləri olub – harrasment edib, praktikaya getdiyi xəstəxanadan şikayətlər gəlib,
müəllimdən xahiş edib ki, mənə qayıblar qoyma, tələbələr tərəfindən şikayətlər olub və s. Axırda
bu akademik olaraq yaxşı bitirir. Amma universitet deyir ki, mən sənə diplom verməkdən imtina
edirəm. Deyir ki, mənim kurikulumumda bir məsələ sənin professionalizmin idi və sənin burda
ethical qaydalara riayət etməyin tələb olunurdu. Sən bunları universitetdə olduğun müddətdə
etməmisən və mən səni certify etmirəm. Çünki sən mənim tələblərimi pozmusan. Tələbə
məhkəmədə iddia qaldırır ki, universitet mənə qarşı diskriminasiya edib çünki başqa tələbələrin
də belə hərəkəti olub niyə məhz mənə belə edirlər, həm də universitet akademik mühitdir və
mənim hərəkətlərimin universitetdə olan nəticələrə təsiri yoxdur. Akademik yerdisə, akdemik
rates var və mən bütün dərsləri uğurla keçmişəm, mənim dərsdən kənarda classroomdan kənarda
etdiklərimin aidiyyəti yoxdur. Bu səbəbdən mənə diplom verilməsinə təsiri ola bilməz. Birinci
instansiya məhkəməsi bunu təmin edir və deyir ki, bura akademik mühitdir və burda akademik
göstəriciləri yaxşıdırsa, diplomu verməlisiz. Appelyasiya məhkəməsi deyir ki, kurikulumda yazıb
ki, tələbədən gözlənilən 9 competence var və bu birlikdə professionalizmdir. Bu
professionalizmdə şəxsin honest və relaible tələbə olmağı göstərilməlidir. Amma təsdiq olunan
sübutlar bunu göstərmir. Buna arqument olaraq tələb deyir ki, professionalizm burda geniş təfsir
olunmamalıdır. Çünki bu professionalizm ancaq akademik məsələ ilə bağlı olmalıdır. Yəni
professionalizm dedikdə mənim akademik nəticələrimlə bağlı olmalıdır, yəni kurikulumda
professionalizm dedikdə mənim akademik olaraq professional olmağımı göstərməlidirlər ki, mən
təcrübəyə gedirəmsə, təcrübədən nəsə əldə etmişəm. Bu mənim insan olaraq professional olmağı
göstərmir. Məhkəmə qərar verir ki, diplom verilməsi əslində universitetin öz hüququdur. Necə ki,
mənim məhkəmə qərarıma heç bir şxəs müdaxilə edə bilməz, diplom verilməsinə də universitet
qərarlarına kəskin müdaxilə yolverilməzdir. Burda gərək sustantial violation olmalıdır. Əgər
substantial violation yoxdursa, mən oturub hər universitetin qərarına toxunmalı deyiləm. Çünki o
akademik mühitdir, akademik mühitdə də qərarları verən məhkəmə özüdür. Ona görə də mən çox
mühit məsələ olmadıqca toxunmalı deyiləm. Amma göstərirəm ki, kurikulumda professionalism
qeyd olunub (məhkəmə deyir). O da sizin honest insan olmağını tələb edir. Həm də məhkəmə
tarixində də heç vaxt belə bir hal olmayıb. Əgər belə bir şeylər olsaydı, biz deyərdik ki,
universitet mütəmadi olaraq müdaxilələr edir bununla bağlı. Amma bu onu göstərir ki, bu
tələbənin etdiyi hərəkətlərə analoji bir şey olmayıbdır. Yəni universitetin arxivində belə
hərəkətlərə görə kimisə çıxarmayıblar. Çünki bu hərəkətləri edən insan da olmayıbdır.

You might also like