Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 5

25:52-38:46

70-in ç bəndi, yəni “kobud şəkildə əmək vəzifələrinin pozuntusu”. İşçilər bundan
qorxur çünki heç kim istəmir ki, onun əmək kitabçasında elə bir qeyd olsun.
Əslində bu da gələcəkdə işə götürməmək üçün əsas deyil, amma yenə də işçilər
belə bir şeydən qorxurlar. İşə götürənlər də bundan istifadə edirlər. Hədə-qorxu
gəlirlər, deyirlər ki, “bax səni bununla çıxara bilərəm, yaxşı olar ki, sən özün ərizə
yazıb çıx” və işçilər də çıxırlar. Yəni siz gələcəkdə əmək hüququnu ona görə
bilməlisiz ki, mən ərizəmi yazmasam, mənə heç nə edə bilməz. İlk olaraq
gələcəkdə işçi kimi öz əmək hüquqlarınızı bilməkdən ötrü əmək hüququnu
bilməlisiz. İkincisi, gələcəyin hüquqşünasları kimi əmək hüquqlarını bilməlisiz ki,
başqalarının da hüquqlarını müdafiə edə biləsiz.

Əmək hüququ vacib insan hüquqlarından biridir. Sosial-iqtisadi hüquqlara aiddir.


Əməyi gətirib sosialın içinə qoymaq olar. Eyni zamanda bublar bizim başqa
hüquqlarımıza da təsir edir. Əmək hüququ nə üçün vacibdir? İlk olaraq əmək
hüququ insan hüququ kimi Universal Declarations of Human Rights
bəyannaməsində, 1966-cı il tarixli İqtisadi Sosial hüquqlar haqqında Paktda, AR-
nın Konstitusiyasında (35, 36, 37-ci maddələr) təsbit olunub. Bu sənədlərdə bir
hüquq olaraq öz əksini tapmışdır. Hüquq olaraq bizim üçün önəmlidir.
Ümumiyyətlə əmək ona görə lazımdır ki, birincisi, bunun maddi tərəfi var və bu da
gedib bizim başqa hüquqlarımıza təsir edir. İnsan ona görə işləyir ki, bunun
qarşılığında bir pul, əmək haqqı alsın. Bu onun dolanışığını, yaşayışını təmin edir.
Yəni bir minumum olmalıdır ki, layiqli həyat səviyyəsini təmin edə bilsin. Əmək
hüququnun həyata keçirilməsi artıq insanın o səviyyəsini təmin etmək üçün bir
vasitədir. Bu birinci tərəfi idi. İkinci tərəfi odur ki, insan əməkdən həm də zövq
alır. Əməyə sosial kateqoriya kimi baxırıq. Çünki insanın cəmiyyətdə olmağa,
başqa insanlarla əlaqədə olmağa ehtiyacı var. Bu nöqteyi-nəzərdən bizim üçün
önəmlidir. Bu, əmək haqqının müəyyən olunmasında da bizim üçün önəmli olacaq.
Yəni işdən aldığın zövq də əmək haqqının müəyyən olunmasında bir meyar ola
bilər. Bu kimi məsələlər əməyi bizim üçün önəmli edir. Əmək önəmlidirsə, əmək
hüququ bir hüquq olaraq bizim üçün önəmli olmalıdır. Bu həm beynəlxalq
aktlarda, həm də Konstitusiyamızda nəzərdə tutulub. Konstitusiyanın 35-ci
maddəsində deyilir ki, 35.I. Əmək fərdi və ictimai rifahın əsasıdır. Həm fərdi həm
də ictimai rifah nəzərdə tutulub. Rifah pozitiv mənada gedir. Rifaha təsir edən
amillər insanın yaşayışının layıqli səviyyədə olması, təhlükəsizliyin olması və s.-
dir. Bu komponentlərin hər birini qaldırmalıyıq ki, rifahdan danışa bilək. Həmin
komponentlərin səviyyəsinin artırılmasında əməyin böyük bir rolu var. Maddədə
deyir ki, həm fərdi, həm də ictimai rifahın əsasıdır. Çünki birincisi, insan özü-
özünü təmin edir və bunu edə bilməsə, o, sabah cəmiyyət üçün bir təhlükəyə
çevrilə bilər. Digər tərəfdən əmək olmasa, işlətdiyimiz kompüterlərin, stolların
mövcud olması mümkün deyil. Ona görə də əmək rifahın əsası kimi gedir. 35-ci
maddə həm də əməyin vacib prinsiplərini əks etdirir. 35-ci maddədə əmək deyəndə
müəllim onu geniş mənada nəzərdə tutur. Sadəcə orda bir bənd var ki, “35.VI. Hər
kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz
işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az
olmayan haqq almaq hüququ vardır.” bunu sırf əmək hüququ konseptinə aid edə
bilərik. 35-ci maddə deyir ki, 35.III. Heç kəs zorla işlədilə bilməz. Məcburi əməyi
artıq qadağan edir. Amma istisna halları verir ki, V. Məhkəmə qərarı əsasında
şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi
xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar
işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan
işləri gördürmək hallarına yol verilir.
Tələbə: Bəzən olur ki, şəxslər radioaktiv maddələrlə işləyirlər. Bu da onların
sağlamlığına təsir edir.

Müəllim: Ona görə də həmin kateqoriyadan olan şəxslər üçün güzəştlər olur.
Amma bu sahələrdə işləməmək də olmur. Çünki yeraltı işlərdir, mədənlərdir və s.
buralarda da iş getməlidir. Biz sadəcə o nöqtəyi-nəzərdən baxırıq ki, o şəxslərin
təhlükəsizliyini necə təmin edə bilərik. Onlar üçün müəyyən şəraitlər
yaradılmalıdır. Məsələn, təsirə məruz qalır deyə gün ərzində müəyyən ərzaqlar
qəbul etməlidir ki, təsiri neytrallaşdırsın, yəni işə götürən bunları təmin etməlidir.
Və ya gün ərzində üstü çirklənir və o zərərli maddələrdən təmizlənsin deyə çimə
bilməlidir. Yəni bu şəraitləri işə götürən təmin etməlidir. Amma həmin yerlərdə də
iş olmalıdır deyə iş gedir. Sadəcə biz oranın özünə uyğun olaraq əmək şəraitinə
uyğun olaraq tənzimləməliyik.

Biz dedik ki, bəzi hallarda Konstitusiya məcburi əməyə icazə verir (yuxarıdakına
davam edir). Amma heç kəs zorla işlədilə bilməz. Yəni insan özü seçir ki, işləmək
istəyir yoxsa yox. Kimisə zorla gətirmək olmaz ki, işləsin. 35.II. Hər kəsin əməyə
olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və
iş yeri seçmək hüququ vardır. Minimum və maximum istirahət vaxtlarını təyin edir.
37.II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8
saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21
təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

 Konstitusiya 35, 36, 37-ci maddələrə baxın.


 Əsaslar anlayışlara baxın:
1. İşçi
2. İşə götürən
3. Əmək müqaviləsi
4. Əmək münasibəti – məsələn, əmək münasibətləri əmək müqaviləsi
bağlandığı andan yaranan münasibətlərdir. Bunun tərəfləri işçi və işə götürən
olur. Əgər mülki münasibət yaratmışıqsa, mülki müqavilə bağlamışıqsa,
burda işçi və işə götürəndən danışmırıq. İşçi və işə götürən yalnız əmək
hüququnda olur. Bunun üçün də əmək münasibətləri yaranmalıdır. Əmək
münasibətlərini də mahiyyətini öncə müəyyən edib əmək müqaviləsi
bağlayaraq yaradırıq. Əmək müqaviləsi əsasında yaranan münasibətlərə
əmək münasibətləri deyilir. Ola bilər ki, elə münasibətlər var ki, onlar
əməklə bağlıdır. Məsələn, əməkdən öncə gələn münasibətlər (recruitment),
məşğulluğa dair münasibətlər. Ola bilər ki, müqaviləyə xitam verilir,
mübahisə yaranır, işə məhkəmədə baxılır. Bəli, əməklə bağlı münasibətlər
ola bilər. Amma əmək münasibətləri sırf bizim danışdığımız, əmək
müqaviləsi əsasında ola münasibətlərdir.
5. Həmkarlar ittifaqı
6. Kollektiv müqavilə
7. Beynəlxalq əmək təşkilatı – əsas baxmalı olduğumuz qurum. Əmək
sahəsində, əmək hüquqlarının qorunmasında əsas standartları müəyyən edən
qurumdur. Beynəlxalq əmək təşkilatının bir sıra konvensiyaları var – bərabər
əmək haqqı, məcburi əməyin qadağan edilməsi və s. Azərbaycan da bu
konvensiyalara qoşulub. Bunlar bizim üçün önəmlidir. Çünki qanunvericilik
sistemimizə görə, 1.Konstitusiya, 2.Referendumla qəbul edilmiş aktlar,
3.Beynəlxalq aktlar gəlir. Ona görə də bu konvensiyalar bizim üçün
önəmlidir. Daha sonra isə ƏM-dən danışırıq. Sonra digər qanunlar və ən
sonda isə NK-nin qərarları gəlir. Ona görə də beynəlxalq əmək təşkilatının
vacib bir rolu var. Saytından da izləyə bilərsiz çağırışlarını, gündəlik hansı
məsələlərə toxunur və s. Milli səviyyədə isə bu, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyidir (bundan sonra qısa belə yazaq – ƏƏSMN). Bu sahədə
əsas fəaliyyəti həayata keçirən qurum olaraq ƏƏSMN-dır.

You might also like