Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 5

50:00-1:05:40

Bu hüququdur. Qanun bunu təsisçiyə məcbur eləmir ki, nə qədər qazandın, kapitalı
artır. Amma qanun deyir ki, kapitaldan aşağıdırsa sənin əmlakların, elan eləmisən
ki, mənim 100 minim var, salındısa bunu aşağı, digərini də sal. Çünki bu ancaq
rəqəmdir, elan olunmuş fiktiv bir rəqəmdir. Bunu reallığa uyğunlaşdırmaq laızmdır
ki, sənlə müqavilə bağlayan, səndən mal alan, sənə mal satan bilsin ki, sənin
reallığın budur.

T: Siz vurğuladınız ki, hər ilin sonunda, növbəti maliyyə ilində. Məsələn, 2023-cü
ilə qədər 100 min idi, 2024-cü ilin ortasında düşdü 20 minə və 2024-cü ilin axrına
doğru kimsə yatırım etmək istəyir. O halda nə olacaq?

M: Ona görə də qanun hər maliyyə ilinin sonunda deyir ki, şirkət dayanmadan
işləyir. Bu qalxır, sabah enir, asset hər gün eyni olmur axı. Onda bunlar gərək
əllərində kağız verginin qabağında dayanalar ki, bu gün qalxdıq, sabah düşdük.
Buna görə deyir ki, gəlin bunu reallığa uyğun edək. Həm də bu bilinmir axı. Mən
bu gün mal satdım, pulunu bir ay sonra alacam. Bir şirkətdən mal almışan, pulunu
2 il sonra verəcəm. Ona görə hər ilin sonu deyir ki, hər ilin sonunda şirkət maliyyə
hesabatı dərc etməlidir. Maliyyə hesabatı o deməkdir ki, ilin sonuna real rəqəmlər.
Ona görə qanun deyir ki, səni hər gün yormayacam. Qoy ilin sonunda maliyyə
hesabatını tərtib etsinlər sənin maliyyəçilərin, onda maliyyə hesabatına əsasən bil
ki, səni nə gözləyir. Yəni bir il ərzində rahat işlə. Mən sənə bir şey demirəm.
Amma ilin sonunda ona zəhmət olmasa bax. Və kapitalı azalt. Məsələn, 100 mini
80 minə sal. Çünki onu salaraq reallığı göstərməlisən. Amma bəzən ola bilər ki,
qanun nimzanamə kapitalı ilə bağlı minimum tələb qoyubdur. Məsələn, QSC üçün
2000 manat, MMC ilə bağlı yoxdur. MMC-ni 5 manatla da şirkət yarada bilərsiz,
minimum yoxdur. Bəziləri deyir olsun, bəziləri isə deyir ki, mən bunu qaldırsa, heç
kim şirkət yarada bilməyəcək. Amma Belçikada bu 50 min avrodur. Çünki mən
bilmək istəyirəm ki, sən real olaraq biznesə girmək istəyirsən. Amma bizdə belə bir
öhdəlik yoxdur. Qanun ona görə deyir ki, siz əgər minimum kapitaldan aşağısızsa,
onda ləğvə getməlisən. Yəni bankdırsa, banklarla bağlı ayrıca kapital tələbi var –
50 milyon, sığorta şirkətləri ilə bağlı, səhmdar cəmiyyəti ilə bağlı, məsələn, ASC
ilə bağlı – 4 min tələb var. Amma MMC ilə bağlı yoxdur. Sənin əgər net assetin 0
olmadığı müddətcə və ya minus olmadığı müddətcə ləğv ehtimalı yoxdur. Amma
bu varsa, onda ləğvə getməlidir. Yoxdursa, sadəcə azaltmalıdır.

53:07-ci dəqiqədən HW ilə bağlı deyir – İndi sual çıxır ki, yaxşı mən bunu
etməsəm nə olacaq? İlin sonuna baxdım, gördüm ki, düşmüşəm, aşağıdayam və
deyirəm ki, kim biləcək ki, eləmirəm. Bu zaman məsuliyyət nə olacaq? CM-də,
İXM-də belə bir məsələ yoxdur. (Tələbə deyir ki, Vergi Məcəlləsinə baxaq). Vergi
Məcəlləsində də yoxdur, çünki vergi məcəlləsi vergini tənzimləyir. Bu vergi ilə
bağlı məsələ deyil. (Bu hissə elə də vacib deyil, sadəcə müəllim tələbənin dediyinə
fikir bildirir. Bizdə vergi ilə niyə bu qarşıdırılır? Ona görə qarşıdırılır ki, bizdə
kommersiya hüquqi şəxslərin reyestrini vergi xidməti aparır. Ona görə də
qarışdırılır ki, bunun vergi tərəfi var. Bu nəyə görə belə oldu? Əslində 2007-ci ilə
kimi bütün hüquqi şəxslərin reyestrini Ədliyyə nazirliyi (ƏN) aparırdı. Sadəcə
Vergilər xidmətində bir pəncərə sistemi yarandı, daha şəffad idi, sistem daha açıq
idi. Onda düşüldü ki, ƏN-də olan sistemdənsə, gəlin bütün kommersiya şəxslərini
vergilərə köçürək. Çünki onsuzda bunun vergi operatoru bunları yoxlayır və
bunların bütün məlumatları orda var. Amma ƏN-də heç bir məlumat yoxdur.
Amma kommersiya hüquqi şəxslərində olan bütün baza var deyə elə bir pəncərə
sisteminin mahiyyəti də odur ki, hım vergi məsələsinə baxım, həm də bütün
reyestri ora köçürüm. Amma o idarə ayrıca idarədir - kommersiya hüquqi şəxslərin
qeydiyyat idarəsi. O vergi xidmətində vergi işlərinə baxmayan, ancaq hüquqi
şəxslərin qeydiyyatı ilə məşğul olan idarədir. Milli gəlirlər departamentində
yerləşir. Milli gəlirlər departamenti bir vergi ödəyicilərinə baxır, onun bir qolu da
kommersiya hüquqi şəxslərin qyediyyat idarəsidir. O idarə də sırf qeydiyyata baxır.
Kommersiya hüquqi şəxslərin yaradılmasına, ləğvinə, dəyişilməsinə, kapitalın
azaldılmasına və s. Yəni şirkətlərin qeydiyyatı ilə bağlı hər şeyə baxır.) İndi sual
çıxdı ki, məsuliyyət nədir? Mən baxıb deyirəm ki, CM-də və İXM-də belə bir
məsuliyyət görmürəm. Bu əslində qanunun pozuntusudur. Amma sanksiyası
yoxdur.

55:31 – HW 1: Nizamnamə kapitalı azaldılması öhdəliyini icra etməsəm, məni


nə gözləyə bilər? Ancaq MM-ə baxın. Baxın ki, sizə qarşı nə neqativ nəticə
yarana bilər. 90.4-cü maddə var və onun tələbində deyir ki, net assetdə
nizamnamə kapitlı çoxdursa, onu net assetə eyniləşdir. Eləməsən, səni nə
gözləyir? Başqa məcəlləyə baxmayın, ancaq MM.

Kapitalı qoydum. Amma şirkətə bu vəsaiti qoyanda – daha çox bunu kapitalla bağlı
dedik ki, kapitalın vəsaiti şirkətlər üçün ilkin maliyyə roludur. Amma şirkətlər
başqa cür investisiya əldə edə bilər yoxsa yox? Necə maliyyə əldə edə bilərəm?
Maliyyənin əldə edilməsinin birinci yolu kapitaldırsa, ikinci yolu borcdur.
Borcun növləri nədir? Kapitalı artırmaq üçün share satmaq. Nizamnamə
kapitalına əlavə pul qoyuluşudur. Yəni ilkin təsisçilərin qoyduqlarından başqa
share satışı edirsiz, kapital injectiona düşür, yenə də nizamnamə kapitalına qoyuluş
növüdür. Amma mən sahre sata bilirəm. Bu ona görə yaxşıdır ki, fərdi sahibkarda
belə bir imkan yoxdur. Fərdi sahibkar özüməm. Amma hüquqi şəxsi yaradandan
sonra orda olan kapitala əlavə pay buraxıram və ya səhmdar cəmiyyətiyəmsə, əlavə
səhm buraxıram, satıram, investor alır. Bu da mənim gəlirimə, idarəetməmə şərik
olur müəyyən həcmdə amma həm də ora pul qoyur. O pulu da mən istifadə edə
bilərəm. Bu bir versiyadır. Tutaq ki, zavod tikəcəm. Az.-da qurbağa biznesi
yaradıram və xaricə satacam. Amma mənə zavod lazımdır. Zavoda ilkin pulu
kapitalla qoydum. Əlavə nə edə bilərəm çünki mənə pul lazımdır. Bazara qiymətli
kağız buraxa bilərəm. Bazarda istiqraz buraxıram. Bir səhm satışını edirəm, səhm
satışı eləmək üçün mən ASC olmalıyam, ASC-nin elə əsas üstünlüklərindən biri
odur ki, mən birjaya gedə bilirəm və birjada öz səhmlərimin satışını edə bilirəm.
Məsələn, beynəlxalq bank elan edir ki, mən səhm buraxacam və gəliri illik 14%
olacaq, gəlin mənim səhmlərimi alın. Bu səhm idi. İkinci istiqrazdır. Fond birjası
saytına baxsaz, adi bir nümunə - ASCO (Zaur nagiyev eheheh) tankerlər almaq
üçün vəsait lazım idi, bir məqalədə iki mənbəni qeyd elədi. Dedi ki, xəzər dəniz
gəmiçiliyi tankerlərini yeniləmək istəyir, müqavilə bağlayıb, Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankından 45 milyon dollar kredit götürüb – bu bir
maliyyə mənbəyidir, yəni kredit götürmək. İkinci – xəzər dəniz gəmiçiliyi istiqraz
buraxır. Çünki o, ASC deyil, QSC-dir, ona görə də səhm buraxa bilmir, ancaq
istiqraz buraxa bilir. Çünki istqiraz buraxmaq hüququ da hüquqi şəxslərə
məxsusdur, fərdi sahibkar buraxa bilməz. İstiqraz buraxmaq hüququndan da
istifadə edir və deyir ki, istiqraz özü də bir az da borc qiymətli kağızıdır. Yəni sən
mənə pul verirsən, bir ilin tamamında 5% ilə sənin pulunu qaytarıram. Yəni borca
oxşayan bir şeydir. Sadəcə istiqraz bir tələb hüququdur. Yəni sən mənim
istiqrazımı alırsan, bir il sonra o istiqrazı mənə qaytarırsan, mən də istiqraz
müddəti bitəndən sonra illik 5 və ya 10% (hansını elan etmişəmsə), o faizlə də mən
sənin həm əsas pulunu verirəm, həm də o faizini verirəm. Bu da bir maliyyə
mənbəyidir. İstiqraz da maliyyə mənbəyidir, səhmlər də maliyyə mənbəyidir, kredit
də maliyyə mənbəyidir, təsisçinin verdiyi borc da maliyyə mənbəyidir.

1:02:14 – burdan etibarən suala başlayır – Onda bir sual yaranır ki, ola bilərmi
ki, bir şirkət sırf donationla yaşasın? Yəni bir gəliri yoxdur, ana şirkət buna ancaq
bağışlama ilə pul verir.
HW 2 – Kommersiya hüquqi şəxslərinin bağışlama müqaviləsi əsasında bir-
birinə əvəzsiz pul verməyi nə dərəcə də düzgündür? Hər iki tərəf kommersiya
hüquqi şəxsidir, mən birinə yardım edə bilərəm, xəstəxanaya aparat alıb verə
bilərəm ki, xəstələri sağalt, və ya 10 min pul ayıraram ki, getsin xəstələrə
pulsuz yardım göstərsin. Amma burdakı məsələdə hər ikisi kommersiya
hüquqi şəxsidir. Biri ana şirkətdir, digəri də özü. Deyir ki, borc vermək
istəmirəm, heç mənə qaytarması da lazım deyil. Mən ona hər il 100 min dollar
göndərəcəm. Qatarmasını da istəmirəm. Aralarında da bağışlama müqaviləsi
var. Bunun cavabını qanunvericilikdən başqa həm də beynəlxalq praktikada
araşdırsın. Burda kapital injection eləmir, kapitala pul qoymur. Sadəcə
bağışlayır. Çünki kapitala pul qoymaq kapitalı artırmaqdır, orda çıxanda ləğv
olunmasıdır, bunun shareholder kimi məsuliyyəti artır müəyyən məmada. Bu
deyir ki, mən bunu istəmirəm. Sadəcə pul verirəm və heç nə gözləmirəm.
Kommersiya hüquqi şəxsləri arasında bağışlama münasibətləri ola bilər yoxsa
yox.

You might also like