Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 9

Rəqs konturu. Rəqs konturunda sərbəst harmonik rəqslər.

Elektrik və maqnit sahələrini xarakterizə edən əsas parametrlərin (yükün,


cərəyan şiddətinin, gərginliyin, elektrik və maqnit sahələri enerjisinin) periodik
dəyişdikdə elektromaqnit rəqsləri yaranır. Elektromaqnit rəqslərini almaq üçün

elektrik rəqs konturundan bir-birinə ardıcıl bağlanmış sarğacdan ( ),

kondensatordan ( ) və aktiv müqavimətdən ( ) ibarət çox sadə elektrik

dövrəsindən istifadə edilir.


Müqaviməti çox kiçik olan ( ) rəqs konturunda rəqslərin yaranma
mexanizmini öyrənək. Rəqslər zamanı rəqs konturunda kondensatorun elektrik
sahəsi enerjisinin ( ) sarğacın maqnit sahəsi enerjisinə ( ) periodik çevrilməsi
və əks proses baş verir. Rəqs konturunda rəqslər almaq üçün kondensatorun
köynəklərini yükləyirlər, yəni kondensator cərəyan mənbəyindən dolur və onun
lövhələri arasında yükü toplanır. Bunu zamanın başlanğıc anı ( ) hesab
etsək (şək.1a), onda bu zaman kondensatorda qədər enerji yığılar. Rəqs
konturunun bu vəziyyəti mexaniki rəqqasın tarazlıq vəziyyətindən çıxan hal ilə
eynidir ( , , ).
Kondensatoru sarğacla birləşdirdikdə o boşalmağa başlayar və dövrədə
artan cərəyanı axmağa başlar. Nəticədə elektrik sahəsinin enerjisi azalar, maqnit
sahəsinin enerjisi isə artar. Dövrədən axan cərəyan maksimuma çatdıqda
kondensator tamamilə boşalar və dövrədəki cərəyanın müqaviməti sıfır
olduğundan elektrik sahəsinin enerjisi tamamilə maqnit sahəsinin enerjisinə

çevrilər (yəni , , ). Konturun bu halı, zamanın anına,

mexaniki rəqqasın isə tarazlıq vəziyyətindən keçid anına təsadüf edir (şək.1b).
Dövrədə cərəyanı davam etdirən səbəb olmadığından cərəyan azalar,
bununla əlaqədar maqnit sahəsi də azalar və maqnit sahəsinin azalması
(dəyişməsi) öz-özünə induksiya hadisəsinə görə konturda əsas cərəyanla üst-üstə
düşüb, onu azalmağa qoymayan induksiya cərəyanı yaradır. Bu zaman
kondensatorun lövhələri arasına yığılmağa başlayan yük və elektrik sahəsi
cərəyanı zəiflədər və nəhayət cərəyan kəsilər. Beləliklə cərəyan kəsildikdə
kondensator tamamilə dolar və maqnit sahəsinin enerjisi tamamilə elektrik
sahəsinin enerjisinə çevrilər ( , , ). Bu zamanın , mexaniki
rəqqasın isə əks istiqamətə meyl etdiyi hala uyğundur (şək.1c).
Kondensatorda elektrik sahəsinin istiqaməti dəyişdiyindən, dövrədən əks
istiqamətdə cərəyan axar (şək.1d). Sonrakı anlarda yuxarıda söylədiyimiz
proseslər təkrarlanar və anında sistem ilk vəziyyətinə qayıdar.
Beləliklə, dövrədə itki olmadıqda yükün, gərginliyin, cərəyan şiddətinin,
elektrik və maqnit sahəsinin enerjisinin periodik dəyişməsi (rəqsləri) əmələ gəlir.
Bir period müddətində kondensatordakı elektrik sahəsinin və dövrədəki cərəyanın
istiqaməti iki dəfə dəyişir.

a)

b)

c)

d)

Şək.1

Əmələ gələn rəqslərin kəmiyyət xarakteristikalarını öyrənmək üçün rəqs

konturunda Kirxhofun qanununu tətbiq edək. Bu qanuna görə qapalı dövrədə

təsir edən e.h.q-nin cəmi həmin dövrədəki gərginlik düşgülərinin cəbri cəminə
bərabərdir. Onda

(1)

olar. Burada aktiv müqavimətdəki (naqillərdə) gərginlik düşgüsü,


(2)

olub kondensatordakı gərginlik,

(3)

olub sarğacda yaranan öz-özünə induksiya e.h.q-dir.

(2) və (3) ifadələrini (1) düsturunda nəzərə alsaq, onda

(4)

alarıq. Burada olduğundan,

və ya

Bir başqa şəkildə isə

(5)

olar. (5) tənliyini

(6)

kimi də yazmaq olar. Burada

(7)


(8)
ilə işarə etsək,

(9)

alarıq. (9) tənliyi - aktiv müqaviməti sıfırdan fərqli olan ( ) rəqs konturunda

yaranan sərbəst sönən rəqslərin diferensial tənliyidir. (7) ifadəsi ilə təyin olunan

- sönmə əmsalı, (8) ifadəsi ilə təyin olunan isə həmin sistemin sərbəst

rəqslərinin dairəvi tezliyidir. olduqda və (9) tənliyi bu şəklə düşür:

(10)

(10) tənliyi konturdakı sönməyən sərbəst harmonik rəqslərin diferensial tənliyidir.


Bu tənliyin həlli
(11)

kimi olub konturdakı yükün harmonik rəqslərinin tənliyidir. yük rəqslərinin

amplitudu, sərbəst rəqslərin məxsusi tezliyidir. Rəqslərin periodu

isə Tomson düsturu ilə

(12)

təyin edilir. Rəqs konturundakı cərəyanın rəqsləri

gərginliyin rəqsləri isə

kimidir. Beləliklə, müqaviməti sıfır olan dövrədə harmonik qanunla dəyişən


sönməyən elektromaqnit rəqsləri yaranır.

Sərbəst sönən elektromaqnit rəqsləri


Hər bir real rəqs konturu aktiv müqavimətə malikdir. Aktiv müqavimət –
kontura bağlanmış rezistor və ya aparıcı naqillərin müqaviməti ola bilər. Belə
konturlarda yaranan enerji aktiv müqavimətin qızmasına sərf olunur. Bu isə rəqs
amplitudunun azalmasına və nəhayət rəqslərin tamamilə sönməsinə səbəb olur.

Müqaviməti sıfır olmayan ( ) real rəqs konturunda yaranan rəqslərin

diferensial tənliyi

(1)

kimidir. Burada sönmə əmsalı, rəqslərin məxsusi

tezliyidir. Diferensial tənliklər nəzəriyyəsindən məlumdur ki, (1) tipli tənliklərin


həlli
(2)
şəklində olur. Burada . (2) ifadəsindəki

(3)

əmsalı sönən rəqslərin amplitudu, rəqslərin başlanğıc amplitudur. (3)

ifadəsindən göründüyü kimi, rəqslərin amplitudu zaman keçdikcə eksponensial

azalır. Rəqs amplitudunun qədər azaldığı müddətinə relaksasiya müddəti

deyilir.
Sönən rəqslər ümumuyyətlə periodik deyil. Lakin sönmə çox zəif olarsa (
), şərti olaraq rəqslərin period və tezliyi anlayışından istifadə etmək olar:

(4).

Sönən rəqsin bir-birindən period qədər fərqlənən iki qonşu amplitud qiymətlərinin
nisbəti, sönmənin dekrementi adlanır:
(5).

Bu ifadənin natural loqarifmi isə sönmənin loqarifmik dekrementi ( ) adlanır:

(6)

Burada amplitudun qədər azaldığı müddətdə olan rəqslərin sayıdır.

Rəqs sistemini xarakterizə etmək üçün konturun keyfiyyətlik əmsalı adlanan


parametrdən də istifadə olunur:

Qeyd etmək lazımdır ki, müqaviməti (və buna görə də sönmə əmsalı) böyük olan
sistemlərdə olduğundan ümumiyyətlə rəqslər alınmır.

Məcburi elektromaqnit rəqsləri


Hər bir real rəqs konturu aktiv müqavimətə malik olduğundan, rəqs
enerjisinin bir hissəsi Coul-Lens istiliyinə çevrilir və beləliklə konturda rəqslər
sönür. Ona görə də konturda sönməyən rəqslər almaq üçün azalan enerjini
kompensasiya etmək lazımdır. Belə kompensasiya hər hansı periodik dəyişən
faktorun sistemə təsiri ilə ola bilər. Rəqs konturu üçün belə faktor - harmonik
qanunla periodik dəyişən xarici e.h.q-i və ya dəyişən gərginlik
(1)
ola bilər. Bu halda, (1) gərginliyi induksiya e.h.q-si ilə toplanar və baxdığımız

dövrə üçün Kirxhofun qanunu aşağıdakı kimi yazılar:

(2).

Burada kondensatorun lövhələri arasındakı gərginlik düşgüsü,

induksiya e.h.q-si, isə (1) ilə təyin olunan xarici gərginlikdir.

Onda (2) bərabərliyini aşağıdakı kimi yaza bilərik:


Burada . Ona görə alırıq ki,

Əgər və əvəz etsək, onda

(3)

Rəqs konturunda periodik dəyişən xarici e.h.q-nin təsiri ilə əmələ gələn
rəqslərə məcburi rəqslər deyilir. Məcburi rəqslər (3) diferensial tənliyi ilə
xarakterizə olunur. (3) tənliyi bircins olmayan diferensial tənlikdir. Onun həlli

(5)

Burada ( ) - bircins diferensial tənliyin (

) ümumi həlli, isə qeyri-

bircins tənliyin xüsusi həllidir. Yəni

(6)

Burada

(7)

(8)

(3) tənliyinin həllindəki birinci hədd ( ) yalnız başlanğıcda, yəni rəqslər

başlayandan qərarlaşana kimi əhəmiyyətli olur. Sonrakı mərhələdə isə rəqslər

tezliyi ilə dəyişən harmonik rəqslərdir və onların amplitudu ilə fazası (7) və (8) ilə
təyin olunur. Yükün ifadəsini diferensiallayıb,

qərarlaşmış halda konturdakı cərəyan rəqsləri üçün alırıq ki,

və ya

Şək.2-də konturdakı yükün məcburi rəqslərinin


qrafiki verilib. Göründüyü kimi, başlanğıcda rəqslərin
amplitudu artır və qərarlaşdıqdan sonra rəqslər
harmonik olur.
Şək.2

Rəqs konturunda rezonans


Məcburi rəqslərin amplitudunu ifadə edən (7) düsturundan görünür ki,

yükün rəqslərinin amplitudu tezlikdən asılıdır. (7) düsturundakı və

kəmiyyətləri verilmiş kontur üçün sabitdir. Amplitudun maksimumunu tapmaq


üçün (7) düsturundakı kökaltı ifadənin minimumunu tapmaq lazımdır. Bunun üçün

kökaltı ifadənin ya görə diferensiallayıb, sıfra bərabər edək.

Onda alırıq ki,


Bu tənlik və qiymətlərində ödənir. Fiziki mənaya isə nın

müsbət qiyməti ( ) malikdir. Deməli rezonans tezliyi

(10)

olur. tezliyi (10) qiymətini aldıqda, (7) düsturuna görə kökaltı ifadə minimum

olduğundan, yük rəqslərinin amplitudu maksimum qiymət alır. Yəni kontura tətbiq
olunmuş xarici gərginliyin tezliyi rezonans tezliyinə (10) bərabər olarsa,
konturdakı yük rəqslərinin amplitudu kəskin olaraq maksimuma qədər artar ki, bu

da rezonans hadisəsi adlanır. olduqda olur. Yəni

rezonans, xarici gərginliyin tezliyi konturun məxsusi tezliyinə bərabər

olduqda baş verir. (10) ifadəsini (7) düsturunda nəzərə alanda

(11)

You might also like