Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

GET metodu Request URL-lərinin çox yönlülüyünün araşdırılması: Parametrlərin göndərilməsinin

müxtəlif yolları
GET sorğusu serverdən məlumat tələb etmək üçün web brauzerlər tərəfindən istifadə edilən
HTTP metodudur. İstifadəçi brauzerinin ünvan sətrinə URL daxil etdikdə, keçidə kliklədikdə və ya
metod atributunun "GET" olaraq təyin edilmiş forma təqdim etdikdə, brauzer göstərilən URL-ə
GET sorğusu göndərir.
Web development sahəsində GET sorğuları serverlərdən məlumatların alınması üçün əsas
mexanizmlərdəndir. Biznes analitikləri və məhsul sahibləri kimi GET metodu Request URL-də
parametrlərin göndərilməsinin müxtəlif yollarını başa düşmək vacibdir. Biznes Analitikləri və
Məhsul Sahibləri bilməlidirlər ki, GET sorğuları URL-də parametrləri özündə daşıyır. Məxfilik və
təhlükəsizlik risklərini azaltmaq üçün GET sorğuları vasitəsilə ötürülən hər hansı məlumatın,
xüsusən də istifadəçiyə xas və ya məxfi məlumatların müvafiq qaydada idarə olunmasını və
təhlükəsizliyini təmin etmək vacibdir.
GET metodunda parametrlər request URL-də iki yolla göndərilə bilər:
Query Parametrləri: Query parametrləri sual işarəsindən (?) sonra URL-in sonuna əlavə olunur.
Onlar ampersand (&) ilə ayrılmış key və value cütlərindən ibarətdir. Request parametrləri GET
request URL-də parametrlər göndərməyin ən ümumi yoludur.
URL Parametrləri (Path Parameters və ya Route Parameters): Path Parameters və ya Route
Parameters kimi də tanınan URL parametrləri URL-in özündə birləşdirilir. URL parametrləri URL-
nin əsas URL-dən sonra gələn hissələridir və məlumatı serverə ötürmək üçün istifadə olunur.
Query parametrləri ilə müqayisədə GET sorğularında daha az ümumi olsa da, URL parametrləri
müəyyən ssenarilərdə hələ də etibarlı və faydalıdır.
Bu üsullar, proqramçıların hər hansı bir tətbiq üçün və ya API-larının ehtiyaclarına görə ən
uyğun olan yolu seçməyə imkan verir.
Mənbələr:
1. https://betterprogramming.pub/the-anatomy-of-an-http-request-728a469ecba9
2. https://www.w3schools.com/tags/ref_httpmethods.asp
3. The Definitive Guide / Brian Totty, David Gourley

You might also like