DƏRS 6

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 6

“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA

DƏRS 6: PERİFERİYA QURĞULARI

1 / Periferiya qurğuları

Kompyuterin imkanlarını genişləndirmək üçün periferiya qurğularından istifadə edilir. Periferiya


qurğuları xüsusi portlarla kompyuterə qoşulur. Periferiya qurğularını təyinatına görə 3 yerə ayırmaq olar:

Giriş qurğuları İnformasiyanı kompyuterə daxil edən qurğular.

Çıxış qurğuları İnformasiyanı kompyuterdən xaric edən qurğular.

Giriş-çıxış qurğuları İnformasiyanı həm kompyuterə daxil edən və eyni zamanda həm də
kompyuterdən xaric edən qurğular.

2 / Giriş qurğuları

Giriş qurğularını sadalayaq:


 Klaviatura  Mikrofon
 Maus  Tv-tüner
 Skaner  Veb-kamera
 Qrafiki planşet (digitayzer)

 Klaviatura – həm daxiletmə, həm də idarəedici funksiyası mövcuddur. Adətən, klaviatura hərflər,
rəqəmlər və funksional düymələrdən ibarət olur. Standart klaviaturalarda 105 düymə olur. Klaviaturanın
sistem bloka iki cür qoşulma üsulu var: USB və PS/2 portları ilə qoşula bilir.
Klaviaturada mövcud olan düymələri 3 qrupa ayırmaq olar:
 Hərf-rəqəm qrupu
 Funksional düymələr qrupu
 Əlavə düymələr qrupu

 Hərf-rəqəm qrupu - kompyuterə hərf və rəqəm simvollarını daxil etmək üçün istifadə edilir.

 Funksional düymələr qrupu - hər hansı bir əməliyyatın yerinə yetirilməsi məqsədilə kompyuterə uyğun
əmrin verilməsi üçündür. Funksional düymələr müxtəlif proqramlarda müxtəlif əməliyyatlar yerinə
yetirir. Bəzi funksional düymələr isə bütün proqramlarda eyni işi görürlər.

 Əlavə düymələr qrupu - Bəzən klaviaturada standart düymələrdən başqa əlavə düymələrə də rast
gəlmək olur. Bu düymələri 3 yerə ayırmaq olar:
1. Qida mənbəyini idarə edən düymələr;
2. İnternet proqramlarını idarə edən düymələr;
3. Multimedia düymələri.

43
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA

Aşağıdakı cədvəldə mətn redaktoru rejimi üçün funksional düymələrin yerinə yetirdikləri əməliyyatları
sadalayaq:

F1 Kömək pəncərəsini açmaq üçün istifadə olunur.

Enter Seçilən əmri yerinə yetirmək üçün istifadə edilir, mətn yığan zaman isə növbəti abzasa
keçmək üçün istifadə edilir.

Esc Əməliyyatdan imtina.

Caps Lock Böyük hərf rejimini qoşur.

Shift Mətn hazırlayarkən Shift düyməsi sıxılı vəziyyətdə düymə sıxılarsa, böyük hərf yazılır.

Page up Kursoru bir səhifə yuxarıda yerləşdirir.

Page Down Kursoru bir səhifə aşağıda yerləşdirir.

Backspace Kursordan soldakı simvolları ləğv edir.

Del Seçilmiş mətni, faylı ləğv edir və kursordan sağdakı simvolları ləğv edir.

Ins Seçilmiş mövqedən etibarən əvəzetmə-daxiletmə funksiyalarını yerinə yetirir.

Home Kursoru sətrin əvvəlinə keçirir.

End Kursoru sətrin sonuna keçirir.

Tab Mətn redaktorunda kursorun yerinin bir neçə mövqe dəyişdirilməsi üçün istifadə edilir.
Windows-da mausun köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün istifadə olunur.

Print Screen Ekranın təsvirini mübadilə buferinə göndərir, Alt düyməsi ilə birgə basıldıqda buferə yalnız
aktiv pəncərənin təsviri göndərilir.

 Maus - Hərəkəti idarəedici siqnala çevirən mexaniki manipulyatordur. Maus


idarəedici əmrləri kompyuterə daxil edən giriş qurğusudur. Mausun ekrandakı
göstəricisi kursor adlanır. Hər bir əməliyyat zamanı kursorun forması dəyişir.
Kursoru idarə edən manipulyator adlanır.
Mausun digər əvəzediciləri də mövcuddur. Məsələn, trekbol, taçpad. Maus
sol və sağ düyməyə və iki düymələrin arasında yerləşən təkərciyə sahibdir. Mausun
hər düyməsinin özünə xas olan funksiyası var. Mausun düymələrinin aşağıdakı hadisələri var və hər bir
əməliyyatın nəticəsi fərqlidir:

1. Mausun sol düyməsini bir dəfə klik etmək.


2. Mausun sol düyməsini ikiqat (fasiləsiz) klik etmək.
3. Mausun sağ düyməsini bir dəfə klik etmək.
4. Sol düymə basılı vəziyyətdə olmaqla mausu zəruri istiqamətdə sürüşdürmək (Drag and Drop).
5. Sağ düymə basılı vəziyyətdə olmaqla mausu zəruri istiqamətdə sürüşdürmək.

44
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA

 Skaner - Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir.
Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar istifadə
edilməsinə imkan verir. Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin
olunur. Ən geniş yayılmış iki tip skaner mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop).

 Əl ilə işləyən - skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa
yerə aparmaq nöqteyi-nəzərindən yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin
üzərində sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm (10 sm) olur,
uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.

 Stolüstü skanerlərə - çox vaxt səhifəlik, planşet və ya avtoskaner deyilir. Bu


skaner vasitəsilə 8,5x11 və ya 8,5x14 dyüm ölçülü təsvirləri kompyuterə daxil
etmək mümkündür. Stolüstü skanerlərin 3 növü mövcuddur. Flatbed, Sheef-fed,
Overhead.

 Qrafiki planşet (digitayzer) - Qrafiki planşet qələm ilə planşet üzərində


yaradılan fiquru kompyuterə daxil edir. Skanerdə olduğu kimi, qrafik planşet
də iki əsas parametrlə xarakterizə edilir: işçi sahənin ölçüsü və seyrəklik
qabiliyyəti. Qrafik planşetlə işləyən zaman nöqtəli təsvirlə deyil, ayrı-ayrı
xətlərdən istifadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə deyil, bir
dyümə düşən xətlərlə (lpi – line per inch) ifadə olunur.

 Mikrofon - Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurğusudur.


Səs kartı ilə əlaqəli işləyir.

 TV-Tüner - Müxtəlif formatlı televiziya verilişlərini qəbul edib, monitorda


göstərilməsini təmin edən giriş qurğusudur.

 Veb kamera - Video informasiyanı kompyuterə daxil edən giriş qurğusudur. Video
kart ilə əlaqəli işləyir.

45
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA

3 / Çıxış qurğuları

Çıxış qurğularını aşağıdakı cədvəldə sadalayaq:


 Monitor (displey)  Akustik sistemlər (kalonkalar)
 Printer  Proyektor
 Plotter

 Monitor - Monitor (displey) – kompyuterə daxil edilən və kompyuterdən alınan mətn, cədvəl və qrafik
informasiyanı əks etdirən qurğudur. Monitorun iki iş rejimi var: qrafik iş rejimi və mətn iş rejimi. Qrafik iş
rejimi ekrana qrafiklərin, şəkillərin çıxarılmasını təmin edir, mətn iş rejimi isə mətn tipli informasiyanın
ekrana verilməsi üçün nəzərdə tutulmuşdur. Monitor üfüqi və şaquli nöqtələr çoxluğudur. Monitorun
nöqtələri piksel adlanır. Monitorun diaqonalı düym (1 düym=2.54 sm) ilə ölçülür.

Hazırlanma texnologiyasına görə monitorlar əsasən 3 tipə bölünür:

 Elektron şüa borulu;  Maye-kristallı;  Plazma ekranlı;

Tipindən asılı olmayaraq monitor bəzi parametrlərlə xarakterizə olunur:

Monitorun ekran Bu göstərici piksellərin minimal ölçüsünü göstərir. Bu parametr


piksellərinin ölçüsü təsvirin keyfiyyətinə bilavasitə təsir edir. Yəni, piksellər nə qədər
böyük olsa, təsvir o qədər kobud alınar.

Monitorun seyrəklik Bu kəmiyyət vasitəsi ilə monitorda yerləşən nöqtələrin sayı təyin
qabiliyyəti (videorejim) edilir. Aydındır ki, bu nöqtələrin sayı nə qədər çox olarsa, təsvir o
qədər keyfiyyətli alınar. Seyrəklik qabiliyyəti iki kəmiyyəti təsvir edir
- üfüqi və şaquli istiqamətdə nöqtələrin sayı. Bu kompyuterdə səlis
yox, rejimdən-rejimə keçdikcə dəyişir.

Monitorun yuxarıda qeyd etdiyimizdən başqa parametrləri də var.


 Maksimal tezliyi
 Təzadlıq dərəcəsi
 Müşahidə bucağı
 Piksellərin əks olunma vaxtı
 Matrisin tipi

 Printer - informasiyanı kağız üzərinə çap edən çıxış qurğusudur. Printerlər


USB portu vasitəsi ilə kompyuterə qoşulur.

Printerin aşğıdakı əsas parametrləri var:

1. Əməliyyat prinsipi; 4. İşləmə qabiliyyəti;


2. Rəng imkanları; 5. Çap keyfiyyəti;
3. Qrafiki imkanları və onların 6. Çap sürəti;
olmaması; 7. Qiyməti.
46
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA

Printerlər iş prinsipinə görə iki yerə ayrılır: Zərbli (impact) və Zərbsiz (non-impact).
Zərbi printerlərə aiddir: literli və matrisli printerlər.
Zərbsiz printerlərə aiddir: şırnaqlı, lazerli termiki printerlər.

Zərbli a) Matrisli Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün


(impact) mümkün işarələr kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr
toplusu vasitəsilə təşkil olunur. Printer başlığı 9, 18 və ya
24 iynəli ola bilər. Həmin iynələr hərf formasında kağıza
zərbə vurmaqla çap edir.

b) Literli Prinsipcə matris printerləri kimi işləyir.

Zərbsiz a) Şırnaqlı Bu printerlərin iş prinsipi mürəkkəbi kağız üzərinə


(non-impact) püskürtməkdir. Kifayət qədər səssiz işləyir.

b) Lazerli Bu printerlərdə quru toz hissəciklərindən istifadə edilir.


və LED Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir.
Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan
fotohəssas çap barabanı və optik-mexaniki sistemdir. LED
printerlərində isə yarımkeçirici lazeri xırda işıq diodları
əvəz edir.

c) Termiki Bu printerlə çap zamanı xüsusi kağızdan istifadə olunur. Bu


kağız növü qızdırıldıqda rəngi dəyişilir.

 Plotter – Mürəkkəb təsvirlərin kağız üzəridə çap etdirilməsi


üçün istifadə edilir. Əsasən çertyojlar, xəritələr və s. çap etmək
üçün istifadə edilir. Böyük formatda (A0, A1) olan qrafiki
təsvirlərin çapı üçün istifadə edilir. Plotterin çap texnologiyasına
görə aşağıdakı növləri var:

1. Perolu (qələmli); 4. Elektrostatik;


2. Karandaş - qələmli; 5. Lazerli;
3. Şırnaqlı; 6. Led.

 Akustik sistemlər (kalonkalar) – Səs informasiyasını dinləmək üçün


istifadə edilir. Səs kartı ilə əlaqəli işləyir.

 Proyektor – Kompyuterin ekranındakı informasiyanı müstəvi səth


üzərində təsvir edirmək üçündür.

47
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA

4 / Giriş - çıxış qurğuları

Giriş-çıxış qurğularını aşağıdakı cədvəldə sadalayaq:

 Modem  Fax
 Sensor monitor

 Modem – Kompyuterin İnternet şəbəkəsinə qoşulmasını təmin edən qurğudur.


Bu qurğu kompyuter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq
siqnallarına və ya əksinə avtomatik çevirir. Bu çevrilmə onunla əlaqədardır ki,
kompyuter rəqəmli siqnallarla işlədiyi halda, telefon xətti analoq siqnallarla
işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə
modulyasiya, əks prosesə demodulyasiya deyilir. İnformasiyanın ötürülmə sürəti
bod ilə ölçülür.
Modemlər istifadə olunan kompyuterlərin tiplərindən asılı olaraq daxili (sistem blokun daxilində
yerləşdirilir) və xarici (ayrıca qurğu kimi kompyuterə qoşulur) olur.

 Sensor monitor – Müasir monitor növüdür və toxunuşa həssas hazırlanmışdır.


Demek olar ki, hal-hazırki əksər telefonun monitoru sensordur. Sensor
monitorlarda klaviatura və mausa ehtiyac qalmır.

 Fax – İnformasiyanı həm qəbul ediməsini , həmdə ötürülməsini təmin edən


qurğudur.

48

You might also like