Professional Documents
Culture Documents
DƏRS 6
DƏRS 6
1 / Periferiya qurğuları
Giriş-çıxış qurğuları İnformasiyanı həm kompyuterə daxil edən və eyni zamanda həm də
kompyuterdən xaric edən qurğular.
2 / Giriş qurğuları
Klaviatura – həm daxiletmə, həm də idarəedici funksiyası mövcuddur. Adətən, klaviatura hərflər,
rəqəmlər və funksional düymələrdən ibarət olur. Standart klaviaturalarda 105 düymə olur. Klaviaturanın
sistem bloka iki cür qoşulma üsulu var: USB və PS/2 portları ilə qoşula bilir.
Klaviaturada mövcud olan düymələri 3 qrupa ayırmaq olar:
Hərf-rəqəm qrupu
Funksional düymələr qrupu
Əlavə düymələr qrupu
Hərf-rəqəm qrupu - kompyuterə hərf və rəqəm simvollarını daxil etmək üçün istifadə edilir.
Funksional düymələr qrupu - hər hansı bir əməliyyatın yerinə yetirilməsi məqsədilə kompyuterə uyğun
əmrin verilməsi üçündür. Funksional düymələr müxtəlif proqramlarda müxtəlif əməliyyatlar yerinə
yetirir. Bəzi funksional düymələr isə bütün proqramlarda eyni işi görürlər.
Əlavə düymələr qrupu - Bəzən klaviaturada standart düymələrdən başqa əlavə düymələrə də rast
gəlmək olur. Bu düymələri 3 yerə ayırmaq olar:
1. Qida mənbəyini idarə edən düymələr;
2. İnternet proqramlarını idarə edən düymələr;
3. Multimedia düymələri.
43
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA
Aşağıdakı cədvəldə mətn redaktoru rejimi üçün funksional düymələrin yerinə yetirdikləri əməliyyatları
sadalayaq:
Enter Seçilən əmri yerinə yetirmək üçün istifadə edilir, mətn yığan zaman isə növbəti abzasa
keçmək üçün istifadə edilir.
Shift Mətn hazırlayarkən Shift düyməsi sıxılı vəziyyətdə düymə sıxılarsa, böyük hərf yazılır.
Del Seçilmiş mətni, faylı ləğv edir və kursordan sağdakı simvolları ləğv edir.
Tab Mətn redaktorunda kursorun yerinin bir neçə mövqe dəyişdirilməsi üçün istifadə edilir.
Windows-da mausun köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün istifadə olunur.
Print Screen Ekranın təsvirini mübadilə buferinə göndərir, Alt düyməsi ilə birgə basıldıqda buferə yalnız
aktiv pəncərənin təsviri göndərilir.
44
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA
Skaner - Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir.
Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar istifadə
edilməsinə imkan verir. Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin
olunur. Ən geniş yayılmış iki tip skaner mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop).
Əl ilə işləyən - skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa
yerə aparmaq nöqteyi-nəzərindən yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin
üzərində sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm (10 sm) olur,
uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.
Veb kamera - Video informasiyanı kompyuterə daxil edən giriş qurğusudur. Video
kart ilə əlaqəli işləyir.
45
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA
3 / Çıxış qurğuları
Monitor - Monitor (displey) – kompyuterə daxil edilən və kompyuterdən alınan mətn, cədvəl və qrafik
informasiyanı əks etdirən qurğudur. Monitorun iki iş rejimi var: qrafik iş rejimi və mətn iş rejimi. Qrafik iş
rejimi ekrana qrafiklərin, şəkillərin çıxarılmasını təmin edir, mətn iş rejimi isə mətn tipli informasiyanın
ekrana verilməsi üçün nəzərdə tutulmuşdur. Monitor üfüqi və şaquli nöqtələr çoxluğudur. Monitorun
nöqtələri piksel adlanır. Monitorun diaqonalı düym (1 düym=2.54 sm) ilə ölçülür.
Monitorun seyrəklik Bu kəmiyyət vasitəsi ilə monitorda yerləşən nöqtələrin sayı təyin
qabiliyyəti (videorejim) edilir. Aydındır ki, bu nöqtələrin sayı nə qədər çox olarsa, təsvir o
qədər keyfiyyətli alınar. Seyrəklik qabiliyyəti iki kəmiyyəti təsvir edir
- üfüqi və şaquli istiqamətdə nöqtələrin sayı. Bu kompyuterdə səlis
yox, rejimdən-rejimə keçdikcə dəyişir.
Printerlər iş prinsipinə görə iki yerə ayrılır: Zərbli (impact) və Zərbsiz (non-impact).
Zərbi printerlərə aiddir: literli və matrisli printerlər.
Zərbsiz printerlərə aiddir: şırnaqlı, lazerli termiki printerlər.
47
“İPG” MAGİSTR YAYINLARI İNFORMATİKA
Modem Fax
Sensor monitor
48