213ingilis Dili Qrammatika

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 81

İsmayılov Sakhavat 055-669 79 49

The Noun (İsim)

İsim canlı və cansız əşyaların adını bildirir.İsim sadə,düzəltmə və mürəkkəb olur.


Sadə isim(simple noun) bir kökdən ibarət olur. Ex: a book,a pen...
Düzəltmə isimlər (the derivative nouns) kök və şəkilçidən ibarət olur.
İsim düzəldən şəkilçilər bunlardır.
-er,or  feldən isim düzəldir: teacher,worker,writer...
-ness  sifətdən isim düzəldir: happiness,kindness,darkness...
-ment  feldən isim düzəldir – development,department...
-hood  childhood,brotherhood,neighbourhood...
-ism  heroism,communism,Lenenism...
-ship  leadership,fellowship,friendship...
-dom  freedom,kingdom...
-tion,ssion,sion  distation,profession,reviesion...
-ence,ance  attendance,performance,dependence...
-ing meeting,weeding,carving...
-ity  popularity,celebirity...
-age  village,cottage,paskage...
-th  strentgth,width,length,depth...
-ist  typist,dentist...
Mürəkkəb isimlər ( Compound nouns) iki və daha çox sözdən ibarətdir.
Ex : flowerbed,railway,sunset.
İsimlər iki qurupa bölünür:Ümümi isimlər (Common Nouns) ,xüsüsi isimlər (proper
nouns).

Common nouns.

Eyni qəbildən olan əşyaların adını bildirən isimlərə ümumi isimlər deyilir.Ex: a city, a
country , a lake, peace, weather...
Ümumi isimlər özləri də 2 qrupa bölünür :
I.Konkret isimlər (concrete nouns)
II.Mücərrəd isimlər (abstract nouns).
1) Konkret isimlər–konkret əşyaların adını bildirən isimlərdir: a pen, bread , a city;
Konkret isimlər özləri də iki qrupa bölünür :
a) Sayılan isimlər (countable nouns )
b) Sayılmayan isimlər (uncountable nouns)
Sayılan isimlər – tək və cəm olur.
Saya bildiyimiz bütün isimlər sayılandır,cəmlənir,tək halda mütləq “a” , ”an” qeyri-
müəyyənlik artiklı ilə işlənməlidir.Çox mənasında “many” ilə, az mənasında “few” ilə
işlənir və many – dən, few-dan sonra gələn sayılan isim cəm gəlir,feli də cəm olur.
Ex: Many books are on the table.Few pens and so on

1
a) Sayıla bilməyən isim heç vaxt cəmlənmir,özündən sonra fel təkdə gəlir,heç vaxt “an ,a”
qeyri-müəyyənlik artiklı ilə işlənmir.Çox mənasında much, az mənasında little ilə işlənir,
qarşısında rəqəm işlənmir.
Ex :much milk , little butter.
bütün maddi isimlər:
ərzaq adları,maye adları : (su, yağ, neft, benzin)
material adları (silk-ipək, cotton-pambıq, wool-yun, wood-taxta, paper-kağız,
glass-şüşə, marble-mərmər).
metal adları (iron-dəmir, silver-gümüş, gold-qızıl, bronze-bürünc) sayılmayan isimlərdir.
Mücərrəd isimlər-adətən gözlə görünməyən, əl ilə toxunulmayan isimlərdir.
Bunlar: hərəkət ,vəziyyət və keyfiyyət adları bildirir,sayılmır,cəmlənmir “a” , ”an” qeyri-
müəyyənlik artikilı ilə işlənmir,özündən sonra fel təkdə olur: (yalnız a good knowledge, a
single cloud, a terrible storm, a long distance, a long period, a thick population, a long
silence, a good salary, a bad empression, a hard life - qarşılarında sifət gələrsə artikilla
işlənirlər).
A lot of həm sayılan, həm sayılmayan, həm də mücərrəd isimlə işlənə bilirlər, a lot of
həm many, həm də much ilə sinonimdir.
A lot of-dan sonra gələn sayılan isim, felidə cəm gəlir, sayılmayan və ya mücərrəd isim
tək,felidə tək gəlir. a lot of ancaq təsdiq cümlədə, many, much sualda və inkarda işlənə bilir.
a lot of heç vaxt sualda inkarda işlənmir, many, much a lot of olmasa təsdiqdə işlənə bilir, a
lot of “a lot” kimi zərfdir, bu zaman feldən sonra gəlir və zərf olur.Hər ikisi çox tərcümə
olunur.
Ex: He reads much. He reads a lot.-hər ikisi zərfdir.
much isimdən əvvəl işlənəndə əvəzlikdir: much bread - çox çörək.
Bundan başqa ingilis dilində kollektiv isimlərlər də var ki,onlar bir deyil bir ad altında
bir neçə nəfər olduğunu bildirir.
Ex: family, crowd (izdiham) company, crew (ekipaj, heyət).Onlar sayılan
isimlərdir, tək və cəm olurlar. Bu isimlər cəm olsa fel də cəm gəlir. Ancaq family
sözündən sonra fel tək də ola bilər, cəm də. Əgər ailə bütövlükdə götürülərsə fel
təkdə olur, ailənin üzvüləri ayrı-ayrılıqda götürülərsə fel cəm olur. (hər iki halda
family heç bir cəmlik qəbul etmir)
My family is large.my family are early risers. Mənin ailəm(yəni ailə üzvülərim erkən
qalxandır).
İngilis dilində mövcud olan police, cattle, poultry sözləri topluluq bildirən isimlər adlanır.
Bu isimlər cəm şəkilçisi qəbul etmir, lakin həmişə cəmlik bildirir, özlərindən sonra fel
cəmdə gəlir.Cəmlik bu isimlərin mənasındadır.
The police were there.
The cattle were grazing in the meadow of layer
Topluluq bildirən “people” ismi də həmişə cəmdədir, özündən sonra fel də cəm gəlir.Xalq
mənasında tək olur, “s” qəbul edə bilir.

2
Cəm olarkən topluluq bildirib,amma təkdə olan isimlər money, youth, linen bir qayda
olaraq həmişə tək formada işlədilir və özündən sonra gələn feli də təkdə tələb edir.Çox
mənasında “much” ilə, az mənasın da little ilə işlənir, sayılmır: Money makes money.

Proper nouns (xüsusi isimlər)

Eyni qəbildən olan adları bir-birindən fərqləndirmək üçün onlara verilən adlara xüsüsi
isimlər deyilir.Xüsüsi isimlərə insan adları, coğrafi adlar, gəmi, mehmanxana, meydan,
klub, teatr, jurnal adları , Az-dilindən fərqli olaraq ayların və həftənin günlərinin adları
xüsüsi isimlərdir.
Plural nouns (Cəm isimlər)
İsimlərin cəm forması –S,-es şəkilçisi vastəsiilə düzəldilir. “-s,-es” Az dilində -lar2
şəkilçisinə uyğun gəlir. a boy-boys, a girl- girls, a pen-pens. Sonu s, ss ,sh,ch,tch,x
hərifləri ilə bitən isimlərin cəmi -es vasitəsilə düzəldilir.
Ex: a box-boxes , bench-benches, a bus – buses.
İngilis dilində 7 isim var ki,onların cəm forması arxaik üsulla ,yəni kökdəki saitin
dəyişməsi ilə düzəlir.
a man-men
a woman-women [ w i m i n ]
a foot - feet
a tooth - teeth
a goose - geese
a mause – mice
a louse – lice
Bir isimin cəmi isə həm kökdəki saitin tələffüzünün dəyişməsi və həm də -en şəkilçisi
vastəsiilə düzəldilir:a child - children
Tərkibində man və ya woman sözü olan mürəkkəb isimlərin cəmini düzəldərək man-
men, woman – women sözünə çevrilir.
Ex: postman-postmen, woman-writer, women , writer.
Tərkibində man morfemi olan German, Roman, Norman kimi sözlərin cəmi onların
sonuna adi qayda ilə “-s” artırmaqla düzəlir.
Ex: German –Germans,Roman -Romans.
Əgər isimin sonu f ,və ya fe ilə bitərsə həmin isimlərin cəm formasını düzəldərkən f,
fe –v çevrilir və sonra –es şəkilçisi əlavə edilir, es (z) oxunur.
Wife –wives [ w a i v z ]
f, ff ilə qutaran bir qisim isimlər vardır ki,onların cəm formasını düzəldərkən isimin
sonuna sadəcə olaraq “ – s “ şəkilçisi artılılır , f və ff dəyişmir.
3
a roof-roofs - ( dam)
a chief - chiefs - ( rəis,başçı)
cliff - cliffes - ( qaya)
a handkerchief – handkerchifs -(əl dəsmalı)
Bu isimlər isə iki formaya malikdir:
Hoof - hoofs - hooves - ( mal dırnağı)
scarf - scarfs - scarves - ( şərf )

İsim “ O ” hərfi ilə qutararsa həmin ismin cəm formasını düzəltmək üçün onun
sonuna “ -es ” şəkilçisi artırılır.
potato - potatoes
hero - heroes
negro - negroes

QEYD: aşağıdakı isimlərin cəmi adi qayda ilə düzəlir, ismin sonuna yalnız “s” əlavə
edilir,
radio - radios
piano - pianos
solo - solos
zero - zeros
photo - photos
zoo - zoos
video - videos
İsimin sonu “ y ” hərfi ilə qutararsa və “ y ” hərfindən əvvəl samit gələrsə nəmin
ismin cəm formasını düzəldərkən “ y ” hərfi “ i ” ilə əvəz edilir.

city - cities
family - families
factory - factories
vectory - victories
“ y” hərfindən əvvəl sait gələrsə “ y” hərfi dəyişmir,və cəm forması yalniz “ s ”
əlavə etməklə düzəlir.
a day - days
a boy - boys
a toy - toys

Ancaq tək formada işlənən isimlər

İngilis dilində elə isimlər vardır ki,onlar ancaq tək formada işlənir.Bunlar aşağıdakılardır.
1.Sayıla bilməyən isimlər-bura maddi və mücərrəd isimlər daxil olur.

4
Ex: sugar,butter,bread,hate,friendship,hapiness,iron,silver.
2. advice [ əe d v a i s ] - məsləhət
information [ i n f o m e i ∫ n] - məlumat
progress [progrəs] - nailiyyət
traffic [træfik] - nəqiliyyat
knowledge [noli] - bilik
luggage [l∧gi] - yük
baggage [ b əe g i  ] - yük
furnifure [ f ə : n i t∫ ə ] - mebel
bu isimlər də ancaq təkdə işlənir.Heç bir halda bunların cəm forması yoxdur. Az-dilində
( bir məsləhət - a piece of advice) bunların həm tək , həm cəm forması ingilis dilində
ancaq təkdə işlənir tək gəlir, çox mənasında “much” ilə , az mənasında
“ little ” ilə işlənir , “a” , “an” qeyri-müəyyən artikl ilə işlənirlər.
Hair [ h E ə ] - saç ismi həmişə təkdə işlənir, özündən sonra fel həmişə tək gəlir.
Fruit sözü təkdə işlənir.
Ex: fruit salad, I like fruit. Fruit is useful.
Ancaq bu isim müxtəlif növ meyvə mənası kəsb etdikdə cəm formada işlənə bilər.
There are a lot of fruits in our garden

Ancaq cəm formasında işlənən isimlər

Müasir ingilis dilində bir qisim isimlər var ki,onlar ancaq cəm formada işlənir və həmişə
sonunuda “s” sonluğu olur,onların tək forması yoxdur və özündən sonra həmişə feli
cəmdə tələb edir.Bunlar aşağıdakılardır.
1.İki eyni hissədən ibarət olan isimlər:
tongs [t∧ŋz] - kəlbətin
scissors [si:zəs] - qayçı
spectacles [ s p e k t ə k l z ] - eynək
scales [skeilz] - tərəzi
trousers [trauzəz] - şalvar
jeans [  i: n z ] - cins
tights [t a it s] - kalqotka
pyjamas [ p i j ə məs ] - pijama
glasses [ g l a : si z ] - eynək,durbin
shoes [∫ u:z] - ayaqqabı
gloves [glvz] - əlcək
mittens [mitnz] - tək barmaq əlcək
boots [ b u : ts ] - çəkmə
5
socks [soks] - corab
stockings [stokiŋz ] - uzun corab
2.Konkret əşya bildirənlər:
goods [gu dz] - mal,əmtəə
stairs [stEəz] - pilləkən
clothes [ k l ou ð i z ] - pal,paltar
3.holiday –ismi bayram mənasında tək olur , özündən sonra fel təkdə olur,tətil
mənasında cəm olur, “s” qəbul edir və özündən sonra fel cəm olur.
Bu isimlər Az.dilində həm tək,həm də cəmdə işlənə bilir,tərcümə edilərkən tək də olsa,cəm
də olsa cəmdə tərcümə olunur.(həmişə cəmdə olan isimlərə aiddir).
Yalnız onlar bir qayçı,bir şalvar mənasında a pair of ilə işlənə bilərlər.
a pair of scissors - bir qayçı
a pair of trausers - bir çalvar

Cəm formada olub təkdə işlənən isimlər (Yəni sonunda “s” olub təkdə işlənən
isimlər)

İngilis dilində bir neçə isim var ki,onlar formaca cəmdir , yəni sonunda “s” şəkilçisi var,
lakin həmişə təkdə işlənirlər.
1.news – xəbər ismi formaca cəmdir,yəni sonunda “s” səkilçisi var,lakin həmişə təkdədir,
özündən sonra feli təkdə tələb edir. a, an qeyri-müəyyənlik artikli ilə işlənmir, sayılmayan
isimdir,özündən əvvəl much, a lot of gəlsə də o təkdə olur, özündən sonra feli təkdə tələb
edir .Az dilinə həm tək,həm də cəmdə tərcümə olunur.
2.Elm adları bildirən isimlər phonetics, physics, optics, lexics, lingiustics gymnastics,
economics və sair - sonunda “s” sonluğu olmasına baxmayaraq həmişə təkdədir,sayılmayan
isimdir,artikl ilə işlənmir, özündən sonra feli təkdə tələb edir.
Ex: Phonetics is a branch of linguistics [ l i n g w i s t i k s] - dilçilik.Fonetika dilçiliyin
bir sahəsidir.

Təkdə və cəmdə eyni formada işlənən isimlər.

İngilis dilində bir neçə isim vardır ki,onlar heç bir cəmlik qəbul etmədən həm təkdə,həm də
cəmdə olurlar.Həmin isimlər bunlardır : sheep,swine,deer, fish,Bunların tək və cəm olması
cümlə daxilində müəyyənləşir.Bu isim “a” , “an” artikili ilə işlədikdə təkdir,qalan bütün
hallarda, yəni artiklsiz işləndikdə, qarşısında some, any, few rəqəmlər işləndikdə cəm
olurlar, felidə cəm gəlir.
a sheep - bir qoyun
5 sheep- beş qoyun.
Bunlar sayılan isimlərdir.Tək olsalar fel tək gəlir , cəm olsalar fel cəm gəlir.
6
Yalnız “fish” isiminin qarşısında “different , various ” işlənəndə “fish” ismi
- es qəbul edir.
Ex: There are various fishes
In the Caspian Sea.

İsmin yiyəlik halı. (Possessive case of nouns)

İngilis dilində ismin yalnız iki halı var:


1.Ümümi halı (The Common case)
2.Yiyəlik halı (The possessive case)
İsmin ümümi halının heç bir şəkilçisi yoxdur.
a table, a boy , a bench.
Yiyəlik halı əsasən şəxs və ya əşya arasında mövcud olan yiyəyik, sahiblik əlaqəsini ifadə
edir.Bu və ya digər əşyanın kimə məxsus olduğunu bildirir.
Yiyəlik halın düzəldilməsi:
İsmin yiyəlik halı tək isimlərdə “ ’s” və cəm isimlərdə isə yalnız “ ‘ ” vastəsiilə düzəldilir.
Ex: oğlanın topu - the boy’s ball.
Canlı isimlərdə ona görə təkcə ‘ (apastrof) vasitəsilə düzəlir ki,onların sonunda cəm
formasının “s” şəkilçisi olur.
Ex: the boys ’ ball – oğlanların topu .
’ s və ya ’ - Az dilinə yiyəlik hal şəkilçisi “ in” –nın4 kimi tərcümə olunur.
Cəm forması kökdən dəyişən isimlərin yiyəlik hal forması həm təkdə,həm cəmdə ‘s
vastəsi ilə düzəlir,çünki onların cəm formasını düzəidərkən sonuna “s” əlavə edilmir,ona
görə də həm tək ,həm cəm halın yiyəliyi “ ‘ s ” vasitəsilə düzəlir.
kişinin şapkası – the man‘s cap
kişilərin şapkaları – the men‘s caps
uşağın oyuncaqları – the child‘s toys
uşaqların oyuncaqları – the children‘s toy
Sonu “s” hərfi ilə qutaran isimlərin yiyəlik halı iki cür düzəlir,ya adi qayda ilə.
Sonuna ’s əlavə etməklə, düzəlir ya da təkcə ‘ (apastrof) əlavə etməklə düzəlir. Hər iki
forma düzgündür.
Ex: Dickens ’s father və ya Dickens’ father.
Mürəkkəb isimlərin yiyəlik halını düzəldərkən şəkilçi axırıncı komponentə əlavə edilir.
Ex: my father in law’s house - qaynatamın evi
the editor in chief ’s house - baş redaktorun evi

7
Eyni bir əşya iki və ya daha çox şəxsə məxsus olduqda yiyəlik hal şəkilçisi axırıncı ismə
əlavə edilir.
Ex: Tom and Nick’s father
Əgər hər bir şəxsə ayrı-ayrılıqda məxsus olarsa o zaman axırıncı deyil hər birinə ’s əlavə
edilir.
Ex: Tom’s and Hick’s eyes.
Cansız varlıqları bildirən isimlərin bir qayda olaraq yiyəlik halı “ of ” sözönü
vastəsiilə düzəlir .

The leq of the table – stolun qılçası


The centre of the city- şəhərin mərkəzi
Yalnız elə cansız isimlər var ki,onların da yiyəlik halı ’s vastəsilə düzəlir.
1.Fəsillərin,ayların və həftənin günlərin adını bildirən isimlərlə.
December ’s frost - dekabırın şaxtası
Sunday’s rest - bazar gününün istirahəti
2.Ölkə və şəhər adları bildirən isimlərlə
The Soviet Union’s peace policy
Sovet İttifaqının sülh siyasəti
London’s beauty –Londonun gözəlliyi
3. the Sun, the Moon, the Earth, river, ocean, world, wind, city, town, ship, boat və sair
sözlərinin yiyəlik halı ’s ilə düzəlir.
the river’s bank - çayın sahili
the ship’s side - gəminin yanı
Bunlar eyni zamanda “of ” sözönü ilə də düzələ bilir.
The bank of the river
Ancaq zaman bildirən sözlər ’ s ilə düzəlir, onlar heç vaxt of söz önü ilə düzəlmir.
a moment’s silence - bir anlıq süküt
two days’ rest - iki günlük istirahət
Today,tomorrow və yesterday zaman zəriflərinin yiyəlik halı həmişə ’ s ilə düzəlir.
today’s newspaper – bu günkü qəzet
yesterday’s news – dünənki xəbər
tomorrow’s work – sabahkı iş
İngilis dilində cins kataqoriyası üçüncü şəxsdə özünü göstərir,əvəzliklərdə he, she, it.
Bir qadın cinsi düzəldən şəkilçi var: -ess
Ex: actor – actress, lion – lioness
waiter – waitress and so on.
Ölkə adları həmişə qadın cisinə aid edilir,ərazi mənası bildirdikdə orta cincə aid edilə bilər.
Ex: Azerbaijan is our country.
8
She is an independent country.
Its area is 84 square kilometres.
Həşaratlar , quşlar , balıqlar həmişə orta cinsə aid edilir.
cloud [k l a u d] – bulud
wind [w i n d] – külək
beauty [b j u : t i] – gözəllik
impression [i m p r e ∫ n] – təssürat
idea [ a i d i ə] – fikir
strom [ s t s : m] – tufan – cəmlənə bilir.

Sayılmayan isimlər

water [ w o t ə] - su
beer [b i ə] - pivə
milk [milk] - süd
tea [t i:] - çay
coffee [k o f i : ] - kofe
wine [w a i n ] - çaxır
oil [oil] - neft, yag
champagne [ ∫ æ m p e i n] - sampan
honey [h ni] - bal
juice [  u: s] - şirə
cheese [t∫i:z] - pendir
butter [ b∧ t ə] - yag
bread [ b r e d] - çörək
toast [ t o u s t] - qızardılmış çörək
cake [ k e i k] - tort, piroq
suqar [∫ugə] - qənd
rice [ r a i s] - düyü
cream [kri:m] - krem
jam [  æ m] - cem , mörəbbə
flour [ f l a u ə] - un
meat [ m i : t] - ət
salt [ s o : l t] - duz
food [f u : d] - ərzaq
fruit [ f r u : t] - meyvə
silk [ s i l k] - ipək
wool [w u : l] - yun
cotton [k o t n ] - pambıq
9
gas [ g æ z] - qaz
ink [iŋk] - mürəkkəb
paper [p e i p ə] - kağız
shampoo [∫æmpu:] - şampun
toothpaste [ t u : θ pa : st ] - diş pastası
linen [linin] - mələfə,kətan
cardboard [ k a : d b o : d ] - karton
chalk [ t∫ o: k] - təbaşir
chess [ t∫ e s ] - şahmat
garbage [ g a : bi  ] - zibil
rubbish [r ∧ b i ∫ ] - zibil
grass [gra:s] - ot
mud [m∧d] - palçıq
thunder [ θ ∧ n d ə ] - şimşək, ildırım
petrol [p e t r s o l] - benzin
money [ m ∧ n i] - pul
furniture [ fə: n i t ∫ə] - mebel
snow [s n o u] - qar
work [ wə : k] - iş
rain [r e i n ] - yağış
hair [h e ə ] - saç
sand [sæ n d] - qum
wood [wud] - taxta
dust [d ∧ s t] - toz
qold [ g o u l d] - qizil
silver [ s i l v ə] -gümüş
bronze [b ro n z] - бürünc
tear [tiə] - göz yaşı
soap [ s o u p] - sabun
cream [ k r i : m] - krem
ice [ a I s] - buz
glass [ g l a : s] - şüşə
iron [ a i ə n] - dəmir
coal [koul] - kömür
work [w ə : k ] - iş
shoppinq [ ∫ opi ŋ ] - bazarlıq
hope [houp] - ümüd
weather [we ð ə ] - hava
10
knowledge [ n o l i ] - bilik
pity [p i t i] - təəssüf
damage [dæ m i ] - zərər, ziyan
harm [ha : m] - ziyan
horror [ h o r ə] - dəhşət
beauty [ bj u : t i] - gözəllik
love [l ∧ v] - sevgi
hate [ h e i t] - nifrət
life [laif] - həyat
death [d e θ ] - ölüm
economy [i k o n o m i] - iqtisadiyyat
news [ n j u : z] - xəbər
advice [ æ d v a I s] - məsləhət
experience [ i k s p i ə r i ə n s] - təcürbə
help [ h e l p] - kömək
information [ i n f o : m e i ∫ n] - məlumat
luggage [l∧gi] - şey-şüy,yük
buggage [b∧gi] - yük
charity [ t ∫ æ r i t i] - xeyriyyə
joy [ o i] - sevinc
courage [ k ∧ r i] - cəsarət
light [ l a i t] - işıq
sunlight [ s ∧ n l a i t] - gün işığı
moonlight [ m u : n l ait] - ay işığı
dark [ da :k] - qaranlıq
sunshine [ s ∧ n ∫ a i n] - günəş işığı
communication [ k o m j u ni kei∫n] - rabitə
behaviour [ b i h ei v i ə] - davraniş
co – operation [ kou o pe rei∫n] - əməkdaşlıq
fun [f ∧ n] - zarafat
marriage [ mæ r i  ] - evlilik
nonsense [n o s en s] - cəfəngiyyat
dirt [ də : t] - çirk,kir
transport [ t r æ n sp o : t] - nəqiliyyat
traffic [ t r æ f i k] - nəqliyyat
travel [ t r æ v l] - səyahət
music [ mju: z i k] - musiqi
strength [ st r e ŋ θ] - güc,qüvvə
11
air [ E ə] - hava
luck [ l ∧ k] - bəxt
happiness [ h æ p i n i s] - xoşbəxtlik
proqress [ p r o g r e s] - tərəqqi,inkişaf
choice [ t ∫ o i s] - seçim
hobby [ h o b i] - məşğuliyyət
mail [ m e i l] - poçt
anger [ æ ŋ g ə] - hirs,qəzəb
education [ e d j u : k e i ∫n] - təhsil
time [ t a i m] - vaxt
prohibition [ p r o h i b i ∫ n] - qadağan
applause [ æ p l o s] - alqış
assistance [ æ s i s t ə n s] - yardım
business [ b i z n e s] - iş
trade [ t r e i d] - ticarət
capital [ k æ p i t ə l] - kapital
chaos [ k a o u s] - xaos
cookery [ k u k ə r i] - klunaruya
dancing [ d a: n s i ŋ] - rəqs
evidence [ e v i d ə n s] - dəlil, sübut
flu [ f l u :] - soyuq dəymə
gossip [ g o s i p] - şaiyə
homework [ houm wə : k] - ev tapşırığı
hometask [ houm ta : sk] - ev tapşırığı
housework [ haus wə :k] - ev işi
hospitality [ ho sp i t æ b i l i t i] - qonaqpərvərlik
jewellery [  u ə l ə r i] - zərgərlik
patience [ p e i ∫ əns] - səbr
parking [ p a : k i ŋ] - maşın saxlama
smoking [ s m o u k i ŋ] - papiros çəkmə
spelling [ s p e l i ŋ] - hərifləmə
stupidness [ s t j u : p i d n i s] - axmaqlıq
wealth [welθ] - var-dövlət
health [ h e l θ] - sağlamlıq
writing [raitiŋ] - yazı
storm [ s t o : m] - tufan
liqhtning [ laitniŋ] - şimşək
laughter [la:ftə] - gülüş
12
rubber [r∧bə] - rezin
money [m∧ni] - pul
mustard [ m ∧ s t ə d] - xardal
pease [ p i:s] - sülh
pepper [ pepə] - istiot
pollution [ p ə’ l u : ∫ən] - çirklənmə
power [ p a u ə] - güc,quvvət

Məlum növdə felin zaman forması

İngilis dilində felin xəbər şəklinin zaman formaları 4 qrupa bölünür.


1.Qeyri-müəyyən zaman formaları - İndefinite tense forms.
2.Davamedici zaman formaları - Continuous tense forms.
3.Bitmiş zaman formaları - Perfect tense forms.
4.Davam edib – bitmiş zaman formaları - Perfect Continuous tense forms.

Qeyri-müəyyən zaman formaları (İndefinite Tense Forms )

Qeyri-müəyyən zaman formaları da 4 yerə bölünür.


1.İndiki qeyri-müəyyən zaman forması Simple Present və ya Present İndefinite tense
form.
2.Keçmiş qeyri-müəyyən zaman – Past İndefinte və ya Simple Past.
3.Gələcək qeyyri-müəyyən – Future İndefinite və Simple Future.
4.Keçmişə nəzərən gələcək qeyri- müəyyən - Future İndefinite in the Past və ya Simple
Future in the Past.
Qeyri-müəyyən zaman formalarına xas olan başlıca xüsusuyyət ondan ibarətdir ki,onlar
hərəkətin davam etməsinə yaxud bitməsinə işarə etmədən indiki va ya keçmiş zamanda baş
verdiyini icra edildiyini habelə gələcək və ya keçmişə nəzərən cələcəkdə baş verəcəyini,icra
edilicəyini bildirir.

Simple Present ( və ya Present İndefinite) İndiki qeyri-müəyyən zaman

Bu zaman formasını düzəldərkən məsdərdən “ to ” ədatı atılır,bütün şəxslərdə fel olduğu


kimi qalır yalnız ІІІ şəxsdə təkdə fel-s və ya –es sonluğu qəbul edir.
Ex: I go We go
You go You go
He ( she) goes They go
13
Əgər fel s, ss, sh, ch, ch, tch, x, z , o hərifləri ilə bitərsə üçüncü şəxs təkdə felə - es əlavə
olunur.
Ex: He teaches. She passes.
Bu zamanın sual formasını düzəldərkən “to do” köməkçi felindən istifadə edilir. “Do”
köməkçi feli cümlənin lap əvvəlinə mübtədadan əvvələ keçir.Bu zaman ІІІ səxsdə əlavə
olunan s, -es düşür və do ilə deyil ІІІ səxsə does ilə sual verilir
Ex: Do I go ? Do we go ?
Do you go Do you go ?
Does he(she) go ? Do they go ?
İnkar formasınını düzəltmək üçün isə mübtədadan sonra “ do və ІІІ şəxsdə does”
köməkçisi feli və “ not ” inkar hissəciyi qısa , tam şəkildə əlavə olunur.
Ex: I don’t read. We don’t read.
You don’t read. You don’t read.
He ( she ) doesn’t read. They don’t read.
Qısa təsdiq və ya qısa inkar forması do köməkçi feli,və ya does ( ІІІ şəxsdə ) ilə verilir.
Yes, I do. No, I don’t . Yes, he does. No, he doesn’t
Bu zamanın sual inkar forması do köməkçi feli, sonra mübtəda, sonra isə not inkar
hissəciyi yalnız və ya lap əvvəldə verilir.
Ex: Do I not go ?
Don’t I go ?

İşlədilməsi: Aşağıdakı hərəkətləri bildirmək üçün işlədilir.


1.Adət halını almış təkrarən icra edilən hərəkətləri bildirmək üçün .Bu halda hərəkətin
təkrar olunmasını bildirmək məqsədilə.Bu zaman every day (week,month,summer,year),
usually zərfləri ilə işlədilir.
I go to the İnstitute every day.
They usually have dinner at five every day.
2.Təbiət və cəmiyyətdə ümümi həqiqət olaraq baş verən hərəkətləri bildirmək üçün.
The sun rises in the East.
Water boils at cintigrade.
The Earth travels around the sun.
3.Haqqında danışılan şəxsi səciyyələndirən hal və hərəkətləri bildirmək üçün.
He sleeps soundly
They play tennis well.
4.Zaman və şərt budaq cümlələrində till, untill, when, before, as soon as, if
bağlayıcılarindan sonra gələcək zamanda baş verəcək hərəkətləri bildirmək üçün.
Bu zaman bağlayıcılar olan tərəf yəni budaq cümlə indiki qeyri-müəyyən zamanda baş
cümlə gələcək zamanda olur.
Ex: I shall go to the cinema if she comes.
Bu zamanın zaman zərfləri every day (week, month, year, summer), usually, seldom ,
sometimes, onse a week, onse a month, onse a day, once a year, on sundays, on mondays, to
day.

14
Azərbaycan dilinə bir qayda olaraq felin indiki zaman foması kimi tərcümə olunur.

Keçmiş zamanın qeyri-muəyyən forması ( Simple Past )

Bu zaman formasının düzəldilməsi üçün vahid forma yoxdur.Bu zamanın düzəldilməsinə


görə fellər 3 qrupa bölünür:
1.Qaydalı fellər ( reqular verbs);

2.Qaydasız fellər ( irregular verbs );

3.Qarışıq fellər ( mixed verbs ).

Qaydalı fellərin keçmiş zaman formasını düzəltmək üçün məsdərdən “ to ” ədatı atılır, felin
sonuna “ ed ” suffikisi əlavə etməklə düzəlir, bütün şəxslərdə eyni qalır.

I worked We worked. - Mən işlədim.

You worked You worked. - Sən işlədin.

He (she) worked They worked. - O işlədi.

1.Qaydasız fellər – bu fellərin keçmiş zamanı və feli sifət forması müəyyən qaydaya
əsasən deyil, müxtəlif yollarla düzəlir:

2.Kökdəki saiti dəyişməklə və feli sifət ІІ forması “ en” artırmaqla.

To write - wrote - written to speak - spoke - spoken

3. Kökdəki saiti dəyişməklə və “ d ” yaxud “ t ” samit artırmaqla

to sell - sold - sold


to fell - felt - felt
4. d samitinin “ t ” ilə əvəzlənməsi
to spend - spent - spent
to send - sent - sent
5.Dəyişmədən hər iki formada eyni işlənən fellər.
To cut ,cost , hit,hurt, to let,to put,to shut ,to set,to read,to spread (yayılmaq, açılmaq)
6.Həm məsdəri, həm keçmiş qeyri – müəyyən forması və feli sifət forması müxtəlif olanlar.
15
to be - was, were - been
to go - went - gone
7.naqis ( modal ) fellər
can - could
will - would
may - might
shall - should
ІІІ - Qarışıq fellər - keçmiş zaman qeyri-müəyyən forması qaydalı, keçmiş zaman feli
sifət forması qaydasız fellər kimi düzələn fellərə qarışıq fellər deyilir.
to show – showed – shown
to learn –learned – learnt

Qaydalı fellərə əlavə edilən “ – ed ” suffiksi özündən əvvəl gələn səsdən asılı olaraq üç cür
oxunur.
1. Sait və cingiltli samitlərdən sonra [ d ]
played - [ p l e i d ]
2.kar samitdən sonra [ t ] asked - [ a s k t]
3. d və t samitlərindən sonra ed - [ i d ] oxunur
added - [ æ d i d ]
Keçmiş zamanın qeyri – müəyyən formasının sualı “ to do ” köməkçi felinin keçmiş zaman
forması “ did ” ilə düzəlir.Bütün şəxslərdə did işlənir, bu zaman əsas feldəki “ ed ”
düşür, fel başlanğıc formaya qayıdır.
Did I ask ? Did he ( she ) ask ? Did they ask .
Did you ask? Did we ask ? Yes, I did.
No , I didn’t
İnkar formasını düzəldərkən did və not inkar ədatı mübtədadan sonra əlabə edilir.

I didn’t ask . We didn’t ask.


You didn’t ask. You didn’t ask.
He ( she ) didn’t ask. They didn’t ask

İşlədilməsi

1.Ümumiyyətlə keçmişdə baş vermiş hərəkətləri bildirmək üçün.


He went to the park yesterday
2.Keçmişdə ardıcıl olaraq baş verən,icra edilən hərəkətləri bildirmək üçün.
He came in , greeted them and sat dawn.
3.Keçmişdə baş verib icra edilən hərəkətləri bildirmək üçün:
16
When I lived in the village, I washed in the river.
Qeyd : Keçmişdə təkrarən baş vermiş hərəkətləri adətən used to + məsdər birləşməsi
ilə ifadə olunur.
When I was young I used to go to the river.
Zaman zərfləri : yesterday, the day before yesterday, two days ago, ( weeks, month,
years, hours ) ago, last week ( year, month, summer), once , once upon a day, the other day,
in 1994, in 1920, in XІX century, during the war, in my youth, in my childhood, at an
early ages, on Monday, on Sunday.
Bu zaman forması Azərbaycan dilinə şuhudi keçmiş zaman forması kimi tərcümə olunur
( yəni -dı4 )
Təkrarən baş vermiş hərəkətləri ifadə edərkən Azərbaycan dilinə müzarəli keçmiş kimi
tərcümə olunur . I went to the forest every day. - Mən hər gün meşəyə gedərdim.

Gələcək zamanın qeyri-müəyyən forması ( Simple Future)

Bu zaman forması shall, will köməkçisi felləri və məsdər ( to ədatsız) vasitəsilə düzəldilir.
“ Shall ” birinci səxs təkdə və cəmdə, will isə qalan səxslərin tək və cəmində işlədilir.

I shall work. We shall work


You will work. You will work
He ( she) will work. They will work
Shall , will köməkçi felləri Azərbaycan dilində gələcək zaman şəkilçisi -acaq 2 kimi
tərcümə edilir.
Sual formasını düzəldərkən köməkçi feli mübtədadan əvvələ keçirməklə düzəlir.
Shall I work?
Will he (she) work?
Will you work?
İnkar formasını düzəldərkən not inkar ədatı shall,will – dən sonra yazılır.
I shall not ( shan’t) work
He ( she) will not ( won’t ) work .
Qısa təsdiq şəkli ’ll format ilə düzəlir
Ex: I ’ll work.
You ’ll work.
İnkarda qısa şəkli shan’t , won’t kimi işlənir.

I shan’t work.
You won’t work.
Sual inkar şəkili belə düzəlir.
Shall İ not work?
17
Shan’t İ work?

İşlədilməsi

Gələcək zamanın qeyri-müəyyən forması gələcəkdə baş verəcək , icra ediləcək hərəkətləri
bildirmək üçün işlədilir.
I shall go - Mən gedəcəyəm.
Müasir ingilis dilində gələcəkdə icra ediləcək hərəkətləri bildirmək üçün çox vaxt gələcək
zamanın qeyri – müəyyən forması əvəzinə
to be going to + məsdər , to be about to + məsdər birləşmələrindən biri işlədiir.
to be going to + məsdər - bir şeyi etməyə hazırlaşmaq.
to be about to + məsdər - bir şeyi etmək üzrə olmaq.
I am going to read this novel - Mən bu romanı oxumağa hazırlaşıram.
The train is about to start - Qatar yola düşmək üzrədir.
Zaman zərfləri: tomorrow , the day after tomorrow , next week
( month , year , summer) , soon , in a week , in two days , in a moment və s .

Azərbaycan dilinə qəti və qeyri-qəti gələcək kimi tərcümə olunur.Əgər nəzərdə tutulan
hərəkətin icrası qətidirsə qəti gələcək (yəni -acaq2 ), hərəkətin icrası qeyri – qətidirsə
qeyri-qəti gələcək kimi tərcümə edilir (yəni - ar2 ).
Tom mənə məktub yazacaq - Tom will write me.
Tom mənə məktub yazar - Tom will write me.
Keçmişə nəzərən gələcək zamanın qeyri – muəyyən forması.

The future indefinite in the past.

Bu zaman forması “ should , would” köməkçi felləri və əsas felin məsdəri (“ to ”


ədadsız) vastəsiilə düzəldilir.Should І şəxs təkdə və cəmdə, would isə qalan bütün
şəxslərdə işlənir.
I should come We should come .
You would come You would come.
He ( she) would come They would come .
Sual formasını düzəldərkən köməkçi fellər should, would mübtədadan əvvələ keçir.
Should I come ? Should we come ?
Would you come? Would you come?
Would he ( she) come? Would they come?

18
İnkar formasını düzəldərkən köməkçi fel should, would – dan sonra “ not ” inkar ədatı
əlavə etməklə düzəlir.
I should not come
You would not come
He ( she) would not come
We should not come .
You would not come
They would not come .
Qısa təsdiq və qısa inkar belə düzəlir.
I ’d come I shouldn’t come
You’ d come You wouldn’t come.
Sual inkar forması belə düzəlir.
Should I not come Shouldn’t I come?
Would you not come wouldn’t I come?
Bu zaman forması keçmiş zaman vaxtından gələcəkdə icra olunacaq,baş verəcək
hərəkətləri bildirmək üçün işlənir.
I knew that he would return in time.
Azərbaycan dilinə -acaq2 tərcümə olunur.
He said that they would come.
O dedi ki, onlar gələcəklər.

Zaman zərflərı : The next day, the following day.

Davamedici zaman formaları

Bu zaman formalarının hamısı davametməkdə olan hərəkətləri ifadə edir.Bir qisim fellər
hərəkət bildimədikləri üçün davamedici zamanda işlənmirlər.Bunlar:
1. Zehni fəaliyyət bildirənlər : to like, to see, to know, to notice, to hear, to wont, to wish ,
to dream, to think, to understand, to realize, to remember, and so on.
2. Hissi qavrayış bildirənlər: to hate, to love
3. Mücərrəd əlaqə bildirənlər : to belong to - məxsus olmaq, to depend on – asılı olmaq.
to think - fikirləşmək mənasında davamedici formada işlənir. məncə, səncə - mənasında
davamedici zamanda işlənmir.
I am thinking of you. - Sizin haqqınızda fikirləşirəm.
I think you are right - Məncə siz haqlısınız.

The Present Continuous Tense Form. İndiki davamedici zaman forması.

19
Bu zaman forması “ to be” felinin indiki zaman qeyri – müəyyən səxs formaları ( am,is,
are) və əsas felin indiki zaman feli sifəti vasitəsilə düzəlir , yəni ( fel + ing sonluğu )
I am writing We are writing
You are writing You are writing
He is writing They are writing
She is writing

Sual formasını düzəldərkən “ to be” - nin səxs formaları mübtədadan əvvələ keçir.
Am I writing ? Are we writing?
Are you writing? Are you writing?
Is he (she) writing? Are they writing?
İnkar formasını düzəldərkən “ to be ” felinin səxs formasından sonra “ not” inkar ədatı
əlavə edilir.
I am not ( amn’t) writing.
You are not ( aren’t) writing.
He (she) is not writing.
We are not ( aren’t) writing .
You are not writing .
They are not writing.

Qısa inkar şəkli və qısa təsdiqi aşağıdakı kimidir.


Ex : I’m writing . I’m not writing.
You’re writing You’re not writing
He’s writing He isn’t writing.
Sual inkar aşağıdakı kimidir.
Am I not writing? Amn’t I writing ?
Are you not writing? Aren’t you writing ?
Is he/she not writing? Isn’t he/she writing ?

İşlədilməsi
Bu zaman forması danışıq zamanı ilə eyni anda baş verən,icra edilən hərəkətləri
bildirmək üçün işlədilir.
Zaman zəfləri now , at the moment, at the present moment və ya cümlənini əvvəlində
look,listen sözləri varsa bu zaman indiki davamedici zaman işlənir.
Ex: Look !The child is returning from school.
Listen!Your sister is returning.
Azərbaycan dilinə indiki zaman kimi tərcumə olunur.
20
The Past Continous Tense Form.Keçmiş zamanın davamedici forması.

Bu zaman forması “to be” felinin keçmiş zaman forması (was, were) və əsas felin
indiki zaman feli sifət ( P І ) vasitəsilə düzəlir.
I was writing We were writing
You were writing You were writing
He (she) was writing They were writing
Sual formasını düzəldərkən “ to be” felinin şəxs formaları mübtadadan əvvələ keçir.

Was I writing Were we writing


Were you writing Were you writing
Was he/she writing Were they writing
İnkar formasını “ to be ” felindən sonra “ not” inkar hissəciyi əlavə edilir.
I was not writing We were not writing
You were not writing You were not writing
He (she) was not writing They were not writing
Bu zaman fomasının inkar-sual forması belədir:
Was I not writing? Weren’t we writing?
Were you not writing ? Weren’t you writing ?
Was (he) she not writing ? Weren’t they writing?

İşlədilməsi.

Keçmiş zamanın davamedici forması aşağıdakı hallarda işlədilir.

1.Keçmişdə dəqiq bir vaxtda baş verən ,icra edilən hərəkətləri ifadə etmək üçün.Bu halda
hərəkətin icrasının dəqiq vaxtı iki vasitə ilə göstərilir.

a)felin keçmiş qeyri- müəyyən formasında olan , baş verən bir hərəkətlə.Həmin hərəkət “
when” ilə başlanan budaq cümlə ilə verilir.
Ex: When I came , my sister was writing something.
2.Zərf birləşmələri ilə ifadə edliir:
at that time yesterday ( dünən bu vaxt)
at two o’clock yesterday ( dünən saat 2-də)
3. Keçmişdə baş verərək müəyyən müddət davam edən hərəkətləri bildirmək üçün,bu halda
hərəkətin davam müddətini göstərmək üçün çox vaxt cümlədə “ the whole day, all day
long” ifadələrindən biri işlədilir.
21
I was working at my English all day long yesterday.
Müasir ingilis dilində keçmiş zamanin davamedici forması hərəkətin başlanğıcını
bildirmək üçün işlədilir.
I was beginning to learn English.
Bu zaman forması Azərbaycan dilinə felinə felin şühudi keçmiş zaman forması ilə və felin
keçmiş davam forması ilə tərcümə olunur.
We were going on an excursion at that time yesterday - Dünən bu vaxt biz ekskursiyaya
gedirdik.
The Present Perfect Tense Form. İndiki zamanın bitmiş forması
Bu zaman forması “ to have ” köməkçi felinin indiki zaman qeyri – müəyyən forması
( have , has ) P ІІ vastəsiilə düzəlir.
I have answered We have answered.
You have answered You have answered .
He ( she) has answered They have answered .
Bu zamanın sual formasını düzəltmək üçün köməkçi fel ( have , has ) mübtədadan
əvvələ keçir.
Have I answered? Have we answered?
Have you answered? Have you answered ?
Has he\she answered? Have they answered ?

Bu zaman formasının inkar şəkilini düzəltmək üçün feldən sonra “ not” inkar ədatı əlavə
edilir.
I have not answered .
You have not (haven’t) answered.
He (she) has not answered.
We haven’t answered.
You have n’t answered .
They haven’t answered .
Qısa təsdiq , qısa inkar cavab belədir.
Yes , I have no , I haven’t.
Yes , he has no , he hasn’t .
Yes , we have no , we haven’t.
Sual inkar şəkli aşağıdakı kimidir.
Have I not answered?
Has he\she not answered?
Haven’t I answered.

22
İşlədilməsi
Aşağıdakı hallarda işlədilir:
1. İcra edilib bitmiş , lakin nəticəsi göz qabağındakı hərəkətləri bildirmək üçün işlədilir.
I have written the letter , you may post it.
I have done my homervork , now I can play.
2. Təkrarən baş verib , icra edlib bitmiş hərəkətləri bildirmək üçün.
I’ve written it over and over.
3.İcrası keçmişdə başlamış , müəyyən müddət davam etmiş və hal hazırda da davam
etməkdə olan hərəkətləri bildirmək üçün adətən since - bəri , davam müddətini
bildirmək üşün isə “ for ” sözünü işlədilir.
We have known each other since we were children.
We have known each other for ten years.
İnkarda bu zaman forması haqqında danışılan hərəkətin icra olunmadığını, baş
vermədiyini bildirir.Bu zaman forması inkarda əsasən never, ever, yet zərfləri ilə işlənir.
Ex: I have never seen him before.
“ Ever ” ən çox sualda işlənir.Sual forması hərəkətin bitib-bitmədiyi soruşulur.
Ex: Have you ever seen her before.
Bu zaman formasının zaman zərfləri: already, yet, ever, recently, lately, since , for, for
a long time, over and over, this week [month year, summer] , today, nowdays.
Azərbaycan dilinə nəqli keçmiş zaman kimi tərcümə edilir.for ilə verilərkən indiki
zaman kimi tərcümə edilir.

The Past Perfect Tense Form. Keçmiş zamanın bitmiş forması

Bu zaman forması “ to have ” köməkçi felinin keçmiş qeyri – müəyyən zaman forması had
+ P ІІ ( keçmiş zaman feli sifət ) vastəsilə düzəlir.
I had written We had written
You had written You had written
He ( she ) had written They had written
İnkar formasını düzəldərkən köməkçi feldən sonra “ not ” inkar ədatını əlavə
etməklə düzəldilir.
I had not written We had not written
You had not written You had not written
He ( she ) had not written They had not written
Sual formasını düzəldərkən “ had ” əvvələ keçir.
Had I written ? Had we written?
Had you written ? Had you written?
Had he ( she ) written? Had they written ?
23
Qısa təsdiq və inkar forması belə düzəlir.
I’ d written I hadn’t written
You ’d written We hadn’t written
He ’d written You hadn’t written
She’d written They hadn’t written
İnkar - sual şəkli belə düzəlir.
Hadn’t I written ?
Hadn’t we written ?
Hadn’t you written ?
Hadn’t they written ?

İşlədilməsi.
Aşağıdakı hərəkətləri bildirmək üçün işlədilir:
1) Keçmişdə müəyyən bir vaxta kimi baş verib, icra edilib bitmiş, qurtarmış hərəkətləri
bildirmək üçün. Bu müəyyən vaxt iki vasitə ilə bildirilə bilər.
1.Keçmiş qeyri – müəyyəndə baş verən bir hərəkətlə.Həmin hərəkət when,after,before ilə
verilən budaq cümlələrdə verilir.When, before olan tərəf keçmiş qeyri-müəyyəndə baş
cümlə isə keçmiş bitmiş zamanda olur .
Ex: When we came she had already done her homework. - Biz gələndə o, ev
tapşırığını etmişdi.
Past perfect tez-tez “ after ” ilə verilən budaq cümlələrdə işlədilir. Belə budaq cümlənin
Past perfrct – də verilməsi göstərir ki , burda budaq cümlədəki hərəkət yəni after olan
tərəfdəki, hərəkət birinci , baş cümlədəki hərəkət ikinci olur,buna görə də baş cümlədəki
hərəkət Past İndefinite - də yəni keçmiş qeyri-müəyəndə olur.
After he had written the letter , he went to sleep.
2.Bir də zaman zərfləri ilə:
by that time yesterday, by the end of the year , by five o’clock yesterday ,
by Saturday , by the 15 of December ,by you came and so on.
Bu zaman forması scarecly... when , hardly... when ; ( heç ) , no sooner...than (yenicə)
bağlayıcıları ilə işlədilir.Bu bağlayıcı ilə işlənən cümlələrdə inversiya edilir, yəni “
had ” mübtədadan əvvələ bağlayıcının yanına keçir.
Ex : No sooner had I turned round I bumped ( toqquşmaq ) into a stranger.
Yenicə küçənin tinini dönmüşdüm ki, yad adamla toqquşdum.
Hardly had I turned round when I bumped into a stranger.
Heç küçənin tinini dönməmişdim ki,yad adamla toquşdum.
Bu zaman forması Azərbaycan dilinə uzaq keçmiş zaman forması kimi tərcümə edilir.
Ex: We had finished our work before the rain began yesterday.Dünən yağış
başlayandan əvvəl biz işimizi qutarmışdıq.
24
Zamanların uzlaşması. Seguence of Tenses
İngilis dilində bir qayda olaraq , budaq cümləli tabeli mürəkkəb cümlənin baş cümləsində
fel keçmiş zamanda olduqda tamamlıq budaq cümləsindəki fel də mütləq keçmiş
zaman formalarından birində işlənməlidir.
I heard that he was ill.
Bu hadisəyə zamanların uzlaşması deyilir.
Aşağıda uzlaşma növləri var.
1.Əgər budaq cümlə when, if, after, before, as soon as, till, until ilə bağlanarsa bu
zaman həmin bağlayıcılar olan tərəf indiki qeyri- müəyyən , baş cümlə isə gələcək
qeyri-müəyyəndə olur.
If my mother comes İ shall go to the sinema.
Əgər baş cümlə əmr formasında olsa budaq cümlə yenə indiki qeyri-müəyyən
zamanda olur.
Go to school if mother comes.
2.Baş cümlə ilə budaq cümlədəki hərəkət eyni vaxtda baş verərsə budaq cümlə “when”
bağlayıcısı ilə bitmiş budaq cümlə qeyri müəyyyəndə, baş cümlə ya keçmiş
davamedicidə ya da keçmiş qeyri-müəyyəndə olur.
When I came my friend was writing something.
3. Budaq cümlədəki hərəkət baş cümlədəki hərəkətdən əvvəl icra edilibsə, budaq
cümlədəki fel yəni before ilə verilən budaq cümlə keçmiş qeyri- müəyyəndə baş
cümlə keçmiş bitmişdə olur. When ilə bağlana da bilər bu budaq cümlə yenə when
olan tərəf keçmiş qeyri-müəyyəndə , baş cümlə keçmiş bitmişdə olur.
When I came my sister had done her homework. - Mən gələndə bacım ev tapşırığını
etmişdi.
Bağlayıcılar olan tərəf yəni budaq cümlə indiki qeyri – müəyyən formada , baş cümlə
ya gələcək qeyri-müəyyən ya da əmr formasında olur.
Ex: If the rain stops, we shall go to the forest.
If the rain stops, go to the forest.
2.Əgər baş cümlə ilə budaq cümlədəki hərəkət eyni vaxtda baş verərsə, budaq cümlə
(əsasən when ilə verilir) keçmiş qeyri – müəyyən zamanda, baş cümlə keçmiş
davamedici və ya keçmiş qeyri-müəyyən zamanda olur.
Ex : When my father came I was preparing my lessons.
3.Baş cümlədəki hərəkət 1-ci , budaq cümlədəki hərəkət baş cümlədən sonra baş
verərsə , budaq cümlə olan, tərəf ( when və ya before ilə verilən tərəf) keçmiş qeyri –
müəyyən zamanda , baş cümlə keçmiş bitmiş zamanda olur.
Ex: Before my father came I had done my homework.
4. After ilə olan budaq cümlələrdə əksinə olur,after olan tərəf keçmiş bitmiş
( yəni 1-ci hərəkət) , baş cümlə keçmiş qeyri-müəyyən zamanda işlənir.
25
After my mother had slept I came.
5.Since + illər, since then, since + keçmiş qeyri-müəyyəndə olan budaq cümlə, since
+ həftənin günləri verilərsə, baş cümlə indiki bitmiş zamanda olur.
Ex: I haven’t seen her since he came.
6.Baş cümlə keçmiş qeyri – müəyyən zamanda olarsa , budaq cümlədə gələcəyə aid
olan hərəkətlər keçmişə nəzərən gələcək zamanda olur.
Ex : He said that he would come.
7. While ilə verilən budaq cümlələrdə while olan tərəf keçmiş davamedici , baş cümlə
keçmiş qeyri –müəyyən və ya keçmiş davamedici z amanda olur.
While I was coming he prepared his lessons.
While I was coming he was preparing his lessons.
Aşağıdakı hallarda uzlaşma pozula bilər.
1.Ümumi həgigətlərdən söhbət gedən budaq cümlələrdə .
Ex:The teacher said that the Earth goes around the Sun.
2.Müqayisə budaq cümlələrində .
She skated better last year than you skate now.
3.Təyin budaq cümlələrində.
I read the article which published some days ago.

Sifət( adjective)

Sifət şəxs və ya əşyanın əlamətini, keyfiyyətini və s.bildirir.


Ex: a clever boy, a long street,green leaves
Sifət aid olduğu isimdan əvvəl gəlir.Təyin etdiyi isimlə uzlaşır; İsim hansı halda, hansı
cinsdə, hansı miqdarda olmasına baxmayaraq sifət bir formada olur .
Ex:an interesting book, five interesting books
Sifət zərflə təyin oluna bilir.
Ex: The task was too difficult .
Sifətlər sadə,düzəltmə,mürəkkəb olur.
1. Sadə sifətlər-long , short, black, cool
2. Düzəltmə sifətlər suffiks və prefikslər vasitəsilə düzəlir:
a) less – sız4 - hopeless
b)like – kimi - manlike, womanlike – kişi kimi , qadın kimi.
3. ish- boyish , polish , childish
4. ed ( d ) - lion - hearted , shame d - faced , blue - eyed
5. ful – lı4 careful , useful
6. ible , able – malı2 - responsible ,imipossible , hospitable , eatable
7. ent , ant - important , silent , dependent , different
8.en - golden ,woolen , wooden , silken
26
9.ous - famous , dangerous.
10. some - handsome , troublesome.
11. ly - weekly , daily , monthly.
12. y - windy , cloudy , foggy , frosty , snowy.
13. ic - patriotic , cosmic.
14. ive - passive , active collective
İki və daha artıq kökdən düzələn sifətlər müxtəlif nitq hissələrinin birləşməsindən
düzəlir.
Blue - eyed snow-white pease -loving
Sifətlər məna baxımından 2 qrupa bölünür.
1. Əsli sifətlər
2. Nisbi sifətlər
a) əsli sifətlər - kökdən sifətlərdir. Long , short
b) nisbi sifətlər “ en ” şəkilçisi vastəsilə düzəlir.
Ex : golden, woolen

Sifətin dərəcələri. The category of Degrees of adjectives


Əsli sifətin üç dərəcəsi var :
1.adi dərəcə ( the positive degree )
2.müqayisə dərəcəsi – the comparative degree
3.üstünlük dərəcəsi - the superlative degree.
Əsli sifətlərin dərəcəsi 2 yolla düzəlir.
1.– sintetik yolla - yəni sifətlərin sonuna şəkilçi əlavə etməklə :
2. – analitik yolla- yəni sifətin əvvəlinə köməkşi söz əlavə etməklə.Bu üsulların seçilməsi
sözün neçə hecalı olmasından asılıdır.Yəni bütün birhecalı sifətlərin sonu er , e , ow ,
fle , y hərfi ilə bitən ikihecalı sifətlərin dərəcələri sintetik yolla yəni müqayisə
dərəcəsi er üstünlük dərəcəsi est vastəsilə düzəlir.
Bütün çox hecalı sifətlərin və sonu er , e , ow, fle , y , hərfi ilə bitməyən ikihecalı
sifətin müqayisə dərəcəsi sifətin əvvəlinə “ more ” üstünlük dərəcəsi isə most
artırmaqla düzəlir.

Ex : long - longer - longest.

short - shorter - shortest.

happy - happier - happiest.

interesting - more interesting - most interesting.

Sifət adi dərəcədə heç bir morfoloji formaya malik olmur.Sifət adi dərəcədə as ….

27
as, not so …. as , not as ….. as bağlayıcıları ilə işlənərək müqayisə olunan şəxs və ya
əşyaların eyni dərəcəli keyfiyyətə , əlamətə malik olub olmadığını bildirir.
1) as … as bağlayıcısı müqayisə olunan şəxs və ya əşyanın eyni dərəcədə
keyfiyyətə, əlamətə malik olduğunu bildirir.
My room is as large as yours - Mənim otağım səninki kimi böyükdür.
Not so …. as - bağlayıcısı ilə müqayisə olunan şəxs və ya əşyaların qeyri-bərabər
əlamət və keyfiyyətə malik olduğunu bildirir.
Ex : My brofher is not so strong as yours - Mənim qardaşım sənin kimi güclü deyil.
Sifətin müqayisə dərəcəsində hər hansı bir səxsi ya əşyanın başqa bir şəxs və yaxud
əşyadan keyfiyyətcə artıq olduğunu bildirir.Bu halda than bağlayıcısından istifadə
edilir.Bu bağlayıcı dilimizə -dan 2 bağlayıcısı yaxud da “dan - daha dən – daha”
tərkibi ilə tərcümə olunur.
Ex : My room is larger than yours
Mənim otagım sizinkindən genişdir .
This guestion is more important than that one.
Bu məsələ ondan daha vacibdir.
Müqayisə dərəcəsi “much” ilə qüvvətləndirici.
Ex : This table is much thinner than that one
Bu stol o birisindən daha nazikdir.
This boy is much stonger than your brother.
Bu oğlan sənin qardaşından daha güclüdür.
This book is much more interesting than that one
Bu kitab o kitabdan daha maraqlıdır.
Üstünlük dərəcəsi əşya və ya şəxsin onun daxil olduğu sinifdə ən yüksək keyfiyyətə
malik olduğunu bildirir.
Ex : Ali is the strongest boy in our class
My grandfather is the oldest man in the village.
My brother is the cleverest boy of all the boys at school.

Bütün üstünlük dərəcəsində olan sifətlərin qarşısında “ the ” müəyyənlik artikili işlənir.
Bəzi sifətlərin müqayisə dərəcəsi ilə üstünlük dərəcəsi kökdən dəyişir.
good - better - best
bad - worse - worst
little - less - least.
many
much more - most

28
Bir neçə sifətin müqayisə və üstünlük dərəcəsinin də iki forması vardır.Bunlar
aşağıdakılardır.

far farther - farthest


further - furthest

near - nearer nearest


next
little – latter - last

old older - oldest


elder - eldest

Bu sifətlərin müqayisə və üstünlük dərəcəsində mövcud olan formaların əksəriyyəti


müxtəlif mənaya malikdir.
1. farther , farthest ; further , furthest məsafə bildirir :
Ex: The shop is at the farthest end of the street. - Mağaza küçənin lap sonundadır.
She refused to go any further - O artıq ( uzağa ) getməkdən imtina etdi.
Lakin further həm də bir deyil sonradan gələcəyini bildirir və Az. dilinə sonra, daha
deyə tərcümə olunur.
What happened further? - Sonra nə baş verdi?
Further discussion is not necessary.- Daha müzakirə lazım deyil.
Nearest məsafə , next isə sıra ilə əlaqədar olaraq işlədilir.
2. Nearest Az- dilinə ən yaxın , next isə o biri, gələn sözləri ilə tərcümə edilir.
Ex: İt is the nearest way to our village - Bu bizim kəndə gedən ən yaxın yoldur.
The next year he could enter the institute - O biri il o, instituta girə bildi.
I shall go to Moscow next year - Gələn il mən Moskvaya gedəcəm.
3. older , oldest - ümumiyyətlə müddət , yaş bildirir.
Ex: I am older than my friend. - Mən dostumdan yaşlıyam.
Elder, eldest isə eyni bir ailənin üzvlərini fərqləndirərkən və ya hüquq və rütbəsi daha
yüksək olan səxslər haqqında danişılarkən işlədilir.
elder - Azərbaycan dilində böyük,eldest isə ən boyük, ən qocaman sözləri ilə tərcümə
edilir.
My elder brother lives in Moscow. - Mənim böyük qardaşım Moskvada yaşayır.
She was the eldest child of the family. - O ailənin ən böyük uşağı ıdı.
QEYD: Elder sifətindən sonar heç vaxt “ than ” bağlayıcısı işlədilmir.
4.later ( than) zamanla əlaqədar olaraq işlənir və Azərbaycan dilinə -dan 2 şəkilçiləri
və gec sözü vastəsilə tərcümə edilir.
29
Ex : It was later than I expected - Mən gözlədiyimdən gec idi.
Latter sıra bildirir və Azərbaycan dilinə ikinci,ikisindən axırıncı kimi tərcümə
edilir.
Tom and Brown are students.The latter studies at our institute.-Tom və Brayn
tələbədirlər.İkinci ( ikisindən axırıncı ) bizim institutda oxuyur.
Last sıra bildirir və Azərbaycan dilində keçən , axırıncı , sonuncu kimi tərcümə edilir.
Ex: We went to the theatre last week - Biz teatra keçən həftə getdik.
1) Əgər cümlədə as … as , not so …. as , not as…. as, too, very, quite, rather varsa orda
sifət adi dərəcədə işlənir.
2)Əgər cümlədə than , much , a little varsa orda sifət müqayisə dərəcəsində işlənir.
3) Əgər cümlədə “ the ” müəyyənlik artiklı, ever, of all, which of, in the world ,
among boys, in the village, in the family, among TV actress,in class, at school, of
home olarsa orada sifət üstünlük dərəcəsində olur.
Müqayisə dərəcəsində olan sifətdən sonra sayıla bilən tək isim gələrsə o zaman
müqayisə dərəcəsində olan sifətin qarşısında “ a , an ” qeyri-müəyyənlik artikili işlənir.

Əvəzlik ( pronouns)
Müasir ingilis dilində əvəzlik aşağkakı kimi təsnif olunur :
1. Şəxs əvəzliyi ( personal pronouns )
2. Yiyəlik əvəzlikləri ( possesive pronouns )
3. Qayıdış əvəzlikləri ( reflexive pronouns )
4. İşarə əvəzlikləri ( demonstrative pronouns )
5. Qarşılıq əvəzlikləri ( reciprocol pronouns )
6. Sual əvəzlikləri ( interrogative pronouns)
7. Nisbi əvəzliklər ( relative pronouns )
8. Bağlayıcı əvəzlikləri ( conjuctive pronouns )
9. Təyin əvəzlikləri ( defining pronouns )
10. Qeyri – müəyyən əvəzlikləri ( indefinte pronouns )
11. İnkar əvəzlikləri ( negative pronouns )
Şəxs əvəzliyi (personal pronoun)
İngilis dilində şəxs əvəzliklərinin cəmi iki halı var:
1. Adlıq hal
2. Obyekt hal
1.Adlıq hal Azərbaycan dilində əvəzliyin adlıq halı kimi tərcümə olunur.
Şəxs əvəzlikləri aşağıdakılardır.

I - mən we - biz
you - sən you- siz

30
she , he , it – o they – onlar
I ( Mən) şəxs əvəzliyi böyük həriflə yazılır.
Üçüncü şəxsin təkini göstərmək üçün 3 şəxs əvəzliyi var.Bunların 3-ü Azərbaycan
dilinə “ o” kimi tərcümə olunur.Hər 3 cins cəmdə ≪ they ≫ ilə ifadə olunur.Şəxs
əvəzliyi cümlədə mübtəda funksiyasında çıxış edir.Cümlənin əvvəlində gəlir.
2.Obyekt hal azərbaycan dilində yönlük və təsirlik hal kimi tərcümə edilir.
me - məni , mənə us - bizi , bizə
you - səni, sənə you - sizi,sizə
him,her, it - onu, ona them – onları,onlara
Şəxs əvəzliyinin obyekt halı həm vastəli, həm də vastəsiz tamamlıq vəzifəsində işlənir.
Obyekt əvəzlikləri sözönləri ilə də işlənir.
≪to≫ sözönü ilə işlətdikdə Azərbaycan dilinə əvəzliyin yönlük halına uyğun gəlir. Ex :
He has sent this book to me – O bu kitabı mənə göndərib.
≪ speak ≫ feli ilə işlədilən ≪ to≫ Azərbaycan dilinə yiyəlik halı ilə ( la,lə )
kimi tərcümə edilir.
I spoke to him – Mən onunla danışdım.
≪ by≫ sözönü ilə işlətdikdə ≪by≫ sözönü ≪tərəfindən≫ sözü vastəsilə tərcümə
edilir.Bu zaman xəbər məchul növdə olur.Ex: The money is sent by them – Pul onların
tərəfindən göndərilib.
Obyek əvəzliyi ≪ with≫ sözünü ilə işləndikdə dilimizə ilə - la,lə qoşmaları ilə tərcümə
edilir.
I went wint him - Mən onunla getdim.
≪for≫ sözünü ilə obyekt əvəzliyi dilimizə yiyəlik halda əvəzlik və ≪üçün ≫
qoşması vastəsilə tərcümə olunur.
The book is for you - Kitab sizin üçündür.
≪about≫ sözönü ilə obyekt əvəzliyi dilimizə yiyəlik halda əvəzlik və haqqında sözü
kimi tərcümə olunur.Ex : He has wiritten about you - O. sənin haqqında yazmışdır.
≪form≫ sözönü ilə obyekt əvəzliyi dilimizə çıxışlıq halda əvəzlik vastəsilə tərcümə
olunur.
I got a letter from her
Yiyəlik əvəzlikləri ( possesive pronouns )

Yiyəlik əvəzliyinin 2 forması var :


1. Yiyəlik əvəzliyinin isimlə işlənən forması
2. Yiyəlik əvəzliyinin müstəqil ( isimsiz) işlənən forması
1.isimlə işlənən forması bunlardır :
my- mənim our - bizim
your- sənin your- sizin

31
her,his, its - onun their - onların
Yiyəlk əvəzliyin bu forması bir qayda olaraq təyin funksiyasında işlənir:
My aunt was a n actress.Whose aunt was an actress?
Yiyəlik əvəzliyinin isimlə işlənən forması azərbaycan dilinə şəxs əvəzliyinin yiyəlik halı
vastəsiilə tərcümə edilir.Bu forma özündən sonra mütləq isim tələb edir.
2.Yiyəlik əvəzliklərinin isimsiz forması isə tək işlənir,özündən sonra isim tələb etmir.
mine – mənimki ours – bizimki
yours – səninki yours - sizinki
his , her, its onunku theirs - onlarınkı
Bu forma cümlədə mübtəda xəbər ( ismi xəbər) və tamamlıq funksiyasında çıxış
edir.Sözünü ilə işlənərkən yiyəlik əvəzliklərinin müstəqil işlənən forması təyin
funksiyasında çıxış edir.
Nick is an uncle of ours.
Qarşılıq əvəzlikləri ( reciprocol pronouns )
Müasir ingilis dilində iki qarşılıq əvəzliyi var:
1. each other
2. one another
1. Each other – iki şəxs arasında
2. one another isə 3 və daha artq şəxs arasındakı münasibəti bildirmək üçün işlənir.
Ex: We are sisters;We help eachother ; Our classmates help one another.
Each other əvəzliyi Azərbaycan dilinə bir-birini , biri – birinə,one anther isə
bir –birinə , biri – birinə, biri digərlərinə kimi tərcümə edilir.
They greeted one another - Onlar bir - birini salamladılar.
They must not see one another - Onların biri o birini görməməlidir.
Qayıdış əvəzlikləri ( Reflexive pronoun)
Qayıdış əvəzliklərinin hamısı düzəltmə sözlərdi.1-ci və 2-ci şəxsin təki və cəmi qayıdış
əvəzlikləri müvafiq yiyəlik əvzliklərinin üzərinə təkdə self ,cəmdə selves əlavə
etməklə, üçüncü şəxsin təki və cəmində isə obyekt halda şəxs əvəzliklərinin
( him, her, it, their) üzərinə təkdə self cəmdə selves əlavə etməklə düzəlir.

myself - özüm ourselves - özümüz

youself – üzün youselves – özünüz

himself, herself, itself – özü themselves – özləri

Help yourself – ifadəsi yemək təklif edilərkən işlənir.Qayıdış əvəzlikləri ancaq ismi
əvəzlik kimi işlənir və cümlədə əsasən vasitəsiz tamamlıq kimi çıxış edir və cümlənin
sonunda işlənir, mənanı qüvvətləndirmək isdədikdə aid olduğu sözün yayında gəlir.İ do
my homework myself.
32
I myself do my homework
Qayıdış əvəzliklərindən əvvəl sözönü işlənə bilir.Bu halda qayıdış əvəzlikləri sözönlü
tamamlıq funksiyasında çıxış edir.by himself - ≪özü tək ≫ kimi tərcümə edilir.
He thinks to much of himself

İşarə əvəzlikləri ( Demonstrative pronouns )


İşarə əzəzlikləri aşağıdakılardır : this , that, the same,such.
Bu əvəzliklərdən 2-nin this və that cəm forması var.
This - these ( bu – bunlar)
that – those ( o onlar)
this these - işarə əvəzliyi zaman və məkanca yaxın olan isim yerində işlənir.
Bu- günlər – these days
o günlər – those days
İngilis dılində isimlə işarə əvəzliyi təyin etdiyi isimlə kəmiyyətcə uzlaşır,yəni isim
cəm olarsa işarə əvəzliyi də cəm olur.
this book – bu kitab
these books - bu kitablar
İsimdən əvvəl işarə əvəzliyi olduqda artikl işlənmir.Çox zaman haqqında danışılan isim
təkrar etməmək məqsədilə ≪ this və that ≫ ilə one əvəzliyi işlədilir.
Ex: Give me another book. I have read this one – Mənə başqa kitab ver.
Mən bunu oxumuşam. The same – bu əvəzlik həmişə müəyyənlik artikli ilə işlənir
Azərbaycan dilinə eyni, həmin sözləri vastəsilə tərcümə edilir.
Such – işarə əvəzliyi azərbaycan dilinə elə, belə sözləri vastəsilə tərcümə edilir.İsim
sayıla bilən tək isim olarsa such-dan sonra ≪a ≫ ≪ an≫ qeyri-müəyyənlik artikli
işlənir.Such-in işlənməsi üçün isim oimalıdır.

Sual əvəzlikləri ( İnterrogative Pronouns)


İngilis dilində aşağıdakı sual əvəzlikləri vardır: who ( whom), whose ,whose ,which.
Sual əvəzlikləri xususi suallarda işlənir və bir qayda olaraq cümlənin başlanğıcında
durur.
Who is in the room? Whose book is this?
What do you want? Which pen do you prefer ?
Who – ilə canlı mübtədaya sual veririk.Who mübtəda olduqda xəbər təkdə
olur.Mübtədanı götürürük yerinə who sual əvəzliyini qoyuruq.
Who teachers you English? – Sizin ingilis dili müəlliminiz kimdir?
Who was the fist spaseman? – Birinci kosmonaft kim olub ?
Who əvəzliyi mürəkkəb ismi xəbərin ad hissəsi olduqda mübtəda ilə uzlaşır.
33
Who are these students – Bu tələbələr kimdir ?
Who – nun 2 forması var.Who – kim, obyekt hal forması.Whom – kimi,kimə.
Who ilə mübtədaya , whom ilə tamamlığa sual veririk.
I give him a book - Who gives him a book?
Whom do I give a book.
Whom – dan sonra mütləq köməkçi fel işlənir. Əgər tamamlıq sözönlü olarsa sözönü
whom – dan əvvələ , yəni cümlənini lap əvvəlinə keçir.
Who ilə tamamlığa da sual verilə bilir.Fərq ondadaır ki, who ilə tamamlığa sual
who – dan sonra köməkçisi fel işlənir və sözönlü tamamlıq olarsa bu zaman whom
– dan fərqli olaraq sözönü lar axırda gəlir.
I give a book to him.
Who do I give a book to ?
Whose - mənsubiyyət , sahiblik ifadə edir . O, həmişə qəti əvəzlik kimi işlənir və aid
olduğu ismin qarşısinda gəlir.Bu halda ismin qarşısında heç bir artikl işlənmir.Whose
ilə yiyəlik halda ismə və yiyəlik əvəzliyinə sual verilir.Azərbaycan dilinə “kimin”
kimi tərcümə edilir.
What - bu ədatən cansız varlıqlarla işlənir.
Ex: What is it ?
Lakin adamların sənətini , vəzifəsini soruşarkən what əvəzliyi şəxsə aid olur.
What is he -O nəçidir?
What əvəzliyi ilə cansız mübtəda işləndikdə xəbər təkdə olur .What həm
sifət , həm də ismi əvəzlik kimi işlənə bilir. İsmi əvəzlik kimi işlənərkən isə
hansı ? sualı əvəzliyi vasitəsilə tərcümə olunur.
What has happened ? - Nə olub ?
What book is it ? O hası kitabdır?
What book did you buy? - Siz hansı kitabı aldınız?
Which - Bu əvəzlik seçmə mənasına malikdir , mövcud olan 2 şəxsə və ya əşyadan
münasib , lazım olduğunu soruşarkən işlədilir.
Which book do you want read ?
Həm şəxsə , həm də əşyaya aid verilə bilir.Which - hansı kimi tərcümə olunur.
Which room do you like the dining room or bed room - Hansı otaq xoşlayırsınız ?
Yemək otağını , yoxsa yataq otağını ?

Təyin əvəzlikləri (Defining pronouns )

Təyini əvəzliklər bunlardır: each, every, everybody, everyone, everything, both, either,
other , another.
All - təyini əvəzliyi ümumləşdirici mənaya malikdir.All həm tək, həm
34
də cəm isimlərlə işlənə bilər. All – hamı, bütün kimi tərcümə olunur.
Ex: All were present at the meeting.
All the students are in the yard.
All - canlı varlıqları bildirikdə fel cəmdə olur, mücərrəd varlıqları bildirdikdə fel
təkdə işlənir.
Ex : All were invited to the meeting.
All that glisters is not gold - Hər parıldayan qızıl deyil.
All – dan sonra sayılmayan isim gələrsə tək gəlir , fel də tək gəlir.
Ex : All information is useful
All təyini əvəzliyi bəzən şəxs əvəzliklərindən sonra işlənərkən onların əlavəsi
olur.
It all seened useless
Each - Bu əvəzlik əvvəlcə qrup halında xatırladılmış və ya nəzərdə tutulmuş əşya
və yaxud şəxislərin hər bir özü özünü ayrı - ayrılıqda bildirmək üçün işlədilir .
Ex : There were many childhen in the yard. Each had a red flag.
Each - həm də təkadə işlənə bilir , həm də özündən sonra isim gələ bilir.
Each –mübtəda olarkən ondan sonra fel təkdə gəlir. Each - isim əvəzlik kimi
işlədildikdə ondan sonra ≪of ≫ sözünü işlənir.
Ex : Each of them got a new flat.
Every - Bu əvəzlik sayıla biən isimlərin qarşısında sifəti əvəzlik
kimi işlənir . Every- ismin qarşısında işləndikdə ondan əvvəl və sonra
artikl işlənmir. Every of - heç vaxt işlənmir , each of işlənir.Azərbaycan dilinə
hər , hər bir kimi tərcümə olunur.
Every man must be honest - Hər bir adam doğruçu olmalıdır.
Everybody, everyone - hər kəs və ya hamı kimi tərcümə edilir. Şəxsə aid
işlənir.Mübtəda olduqda ondan sonra gələn fel tək gəlir , özündən sonra isim tələb
etmir.
Everything - bir qayda olaraq əşyalara aid işlənir, hər şey kimi tərcümə
olunur.Özündən sonra isim gəlir , mübtəda olduqda fel təkdə olur
Ex : Everything is clear - Hər şey aydındır.
Both – Azərbaycan dilinə hər iki , ikisi də kimi tərcümə edilir.Bu əvəzlik
əvvəlcədən xatırladılmış iki şəxsi əşyanı və ya fikiri bildirmək üçün işlədilir.Həm
artikl , həm də artiklsiz işlənir.Both - mübtəda olduqda xəbər cəm olur.
≪ Bolth≫ şəxs əvəzliyinə əlavə kimi də işlənir.
We both, both off us , both of them kimi işlənə bilər.
Both ... and ... - həm, həm də kimi tərcümə olunur.
Both my sister and brother are doctors - Həm bacılarım , həm qardaşlarım
həkimdilər.
35
Both ... and ancaq təsdiq cümlədə işlənir. Onun inkarı neither ... nor ilə düzəlir.
Both inkarı ≪neither≫ ilə düzəlir. Both hər ikisi , neither heç biri kimi tərcümə
edilir , ondan sonra xəbər tək olur , yəni neither əvəzliyindən sonra.
Either - bu əvəzlik əvvəl xatırladılmış 2 şəxs və əşyaya aid işlənir.
Azərbaycan dilinə 2 mənada istədiyin , hər hansı ikisindən biri, hər ikisi - kimi
tərcümə olunur .
Ex :Take either book. I don’t mind - Hansı kitabı istəyirsən götür. İstədiyini götürə
bilərsən.
Bəzən Either - isdədiyin , isdədiyiniz kimi tərcümə edilir.
Ex : I have two pens.You can take either - Mənim 2 qələmim var. İsdədiyini götürə
bilərsən.
Either mübtəda olduqda fel tək olur.
Either of the sides of the road was planted with young trees - Yolun 2
tərəfində cavan ağaclar əkilmişdi.
Either - həm də inkar cümləni təsdiq etmək üçün işlənir və inkar cümlənin lap
sonunda gəlir. Təsdiq cümləni,həm də sual cümləni ≪too≫ təsdiq edir.Hər ikisi
azərbaycan dilinə - həmçinin da , də kimi tərcümə olunur.
Ex : I go to school.My sister goes to school too.
I don’t go to school. My sister doesn’t go to school Either .
Eyni zamanda həm təsdiq , həm də inkar cümlələri qısa da təsdiq etmək olar.
Ex : I go to school , so , does my sister - Bacınız da.
I don’t go to scool.Neither , does my sister – Bacım da.
Təsdiqi qısa etmək üçün so sonra köməkçi fel sonra şəxs gəlir.
Ex : I have a book , so do you – Sənin də.
İnkarı təsdiq etmək üçün isə neither gəlir. Sonra köməkçi fel, sonra şəxs əvəzliyi və
şəxs bildirən isim gəlir.
Ex: I can’t speak English.Neither can I.
Həmçinin either ... or bağlayıcısı da geniş işlənir,ancaq təsdiq cümlədə Azərbaycan
dilinə ya ... ya da kimi tərcümə olunur və either ... or mübtəda olarkən fel axırıncı
mübtəda ilə uzlaşır.Yəni axırıncı mübtəda tək olsa fel tək , cəm olsa fel cəm olur.
Ex : Either my brothers or my sister is at home - Ya bacım ya da qardaşlarım
evdədir.
Bunun inkarı da neither nor - la nə ... nə də ilə düzəlir.Ex : Neither my sister nor
my brothers are home - Nə bacım , nə də qardaşlarım evdədir.
Other - Bu əvəzlik əvvəlcə xatırladılmış və ya şəxsdən fərqlənən digər bir şəxs
və ya əşya haqqında danışarkən işlənir.
Other həm tək , həm cəm isimlə işlənir . Həm sayılan, həm sayılmayan işimlərlə
işlənir.Həm də özü cəm ola bilər , ancaq ondan sonra isim gəlmir.
36
Ex : I have lost my pen , my book and others.
Həmçinin others əvəzliyindən əvvəl ≪the ≫ artikli işlənə bilir və bu zaman
yenə other - dan sonra isim gəlmir.
Ex: Mr. Brown has two sons, one is a doctor , the other is a teacher - Cənab
braunun 2 oğlu var . Biri həkim , o birisi müəllimdir.
Other - Azərbaycan dilinə o biri ,başqa , digəri kimi tərcümə olunur.
Ex : You must be tender to the others - Siz başqalarına qarşı nəzarətli olmalısınız.
Həmçının else - də başqa savayı kimi işlədilə bilər.
Other və else what və who ? sual əvəzliyindən sonra işlədilir.Əgər 3 nöqtədən
sonra isim gələrsə, deməli o zaman other işlədilir.Əgər 3 nöqtədən sonra fel
köməkçi fel gələrsə ≪else≫ işlənir.
Ex : Who else is there?
What else do you want?
What other filings do you want to see
Another – Bu əvəzlik düzəltmə sözdür. O , other əvəzliyi və an artikil ilə
düzəlmişdir.Buna görə də , bu əvəzlik qeyri – müəyyənlik artiklina xususiyyətinə
uyğun olaraq ancaq təkdə sayıla bilən isimlərə işlənir.
Ex : Another pen, another table.
İsim cəmdə olarkən another əvəzliyi işlənmir.
Ex : another pen - other pens.
Another əvəzliyinin 2 mənası var :
1. başqa bir ( əvvəlkindən fərqli)
2. ( əlavə ) bir ... də ( da )
Bu mənaları fərqləndirmək üşün ondan sonra gələn cümləyə baxmaq lazımdır.
Another başqa bir məhasında işlənərkən ondan sonra gələn cümlə inkar olur
və həmin şeyin yaramadığını bildirir.
Ex : Give me another pen.This one dosen’t write - Mənə bir başqa qələm
verin.Bu yazmır.
Bu əvəzlik əlavə ... bir də mənasında işlənərkən əvəzliyin işləndiyi cümlədən sonra
gələn cümlədə haqqında danışılan şeyin kifayət etmədiyini göstərir.
Ex : Bring me another cup of tea. I am very thirsty. - Mənə bir fincan da çay
gətirin . Mən çox susamısam.

Qeyri – müəyyən əvəzlikləri (İndefinte Prononouns )

Qeyri – müəyyən əvəzliklər danışana məlum olmayan şəxs və əşyaları bildirmək


üçün işlədilir.Bunlar aşağıdakılardır:

37
Some, any, somebody, anybody, someone, anyone, something , anything, many,
much, little, few.
Some , any - Həm sayılan , həm də sayıla bilməyən isimlərlə işlənir.Sayılan isimlə
işləndikdə ondan sonra gələn fel cəm olur.
Ex : Some pupils are in the yard.
Some sayıla bilməyən isimlə işləndikdə , isim də tək , fel də tək olur.
Ex : Some milk is useful.
Some sayılan isimlə işlədildikdə bir neçə sayılmayan isimlərlə işlədildikdə bir az
kimi tərcümə edilir. Some təsdiq cümlədə işlənəndə any və some – dan sonra həmişə
isim gəlir.Bəzən əvvəlki cümlədə adı çəkilən isim sonrakı cümlənin sonunda təkcə
some və ya any əvəz edilər.
Ex : Give me some milk.Look at the refregerator. İ have some.
Bring me some paper.We haven’t any
Any - istədiyin mənasında, şərt budaq cümləsində təsdiq cümlədə işlənə bilir.
Ex : İf you have time come to us at any time. - Əgər vaxtın olsa isdədiyin vaxt
bizə gəl.
Some isə bəzi mənasında inkar cümlədə işlənir.
Some birds can’t fly– Bəzi quşlar uça bilmlr.
Sayıla bilməyən isimlərlə işləndikdə some bir başqa kimi də tərcümə oluna
bilər.
Ex: Some sugar is damp. - Qəndin bir hissəsi yaşdır.
Somebody , someone - kimsə kimi tərcümə olunur və ondan sonra isim gəlmir.Onlar
mübtəda funksiyasında işlədikdə onlardan sonra gələn fel tək gəlir.Şəxsə aid işlənirlər,
ancaq təsdiq cümlədə işlənir.
Anybody, anyone - heç kim kimi tərcümə edilir. Şəxsə aid işlənir.Yalnız inkar və sual
cümlələrində işlənir , onlardan sonra fel tək gəlir, onlardan sonra isim işlənmir.
Ex : Does anybody come? – Kimsə gəlir?
Anybody isn’t come - Heç kim gəlməyib
Something , anything - əşyaya aid işlənir.Bunlardan sonra fel tək gəlir.
Bunlardan sonra isim işlənmir.Something təsdiq cümlədə, anything sual, inkar
cümlədə işlənir.Something - nəisə bir şey, anything - heç bir şey kimi tərcümə edilir.
Many, much - hər ikisi Azərbaycan dilinə çox ( çoxlu ) kimi tərcümə olunur. Many
sayıla bilən isimlərlə işlənir , ondan sonra gələn isim cəm gəlir, fel də cəm gəlir.
Much - sayıla bilməyən isimlərlə işlənir , ondan sonra gələn isim tək gəlir, ondan
sonra gələn fel də tək gəlir.
Many books, much milk.
Thehe are many books on the table.
There is much milk in the cup.
38
Many , much əsasən sual, inkar cümlədə işlənir.
A lot of - təsdiq cümlədə işlənir , sualda , inkarda onu many, much əvəz edir.
A lot of sayılan isimlə işləndikdə ohdan sonra gələn isim cəm, fel də cəm olur.
A lot of sayılmayan isimlə işlədildikdə isim də tək gəlir, fel də gəlir.
Ex : A lot of newspapers are sold every day - Hər gün çox qəzet satılır.
Much fel ilə də işlənə bilir.( yəni,zəif olur ) və feldən sonra gəlir.
Ex : She speaks much - O , çox danışır.
A lot of felə də aid olur.Bu zaman o feldən sonra gəlir və ondan sonra of
işlənmir.
Ex : She speaks a lot - O . çox danışır
few , little - bu əvəzliklər sinonim sözlərdir.Hər ikisi az kimi tərcümə edilir.
few - sayılan isimlə , little - sayılmayan isimlə işlənir.Few-dan sonra gələn isim cəm,
little conra gələn isim tək gəlir.
Sayılan isimlə işləndikdə fel də cəm olur,sayılmayanla işləndikdə fel tək olur.
Bunlar isimsiz də işlənə bilir.
Ex : Many guests were invited , but few had come - Çox qonaq dəvət edilmişdi, lakin
az gəlmişdi.
Few , little qeyri – müəyyənlik artiklı ilə işlənə bilir.Bu zaman onlar müsbət məna
bildirir və a few - bir neçə , a little - bir az kimi tərcümə olunur.
Ex : I have little money. I can’t give it to you - Mənim pulum azdır, sənə verə
bilmərəm ;
I have few books.I can’t give you - Mənim kitabım azdır,sənə verə bilmərəm ;
I have a few books , I can give it to you - Mənim bir neçə kitabım var, onu sənə
verə bilərəm.

İnkar əvəzlikləri ( Negative Pronouns )

İngilis dilində inkar əvəzlikləri bunlardır :


no one, nothing, nobody, no, none, neither.
İngilis dilində inkar əvəzliklərinə xas olan cəhət odur ki, onlar cümləni tək başına
inkar edir.
Bir cümlədə yalnız bir inkarlıq mümkündür ikinci inkarlıq heç vaxt işlənməz.
no - Bu əvəzlik isimin qarşısında gəlir cümləni inkar edir.Qarşısında no əvəzliyi
işlənən isimlər həmişə artiklsiz işlənir.No inkar əvəzliyi Azərbaycan dilinə heç bir
söz birləşməsi vastəsiilə tərcümə edilir.
Ex : No man he knew in that village – O,kənddə heç bir adam tanımır.

39
None - Bu əvəzlik no inkar əvəzliyinin mütləq , yəni tək isimsiz işlənən
formasıdır.O, həm şəxsə , həm də əşyalara aid işlənə bilir. None ancaq isimi əvəzlik
kimi işlənir.
Ex : I see none to be afraid of.
No - inkar əvəzliyi azərbaycan dilinə heç kim , heç nə kimi tərcümə edilir.
None of them deared to speak - Onlardan heç kim danişmağa cürət etmədi.
Nobody - Özündən sonra isim tələb etmir , mübtəda olarkən özündən sonra fel təkdə
gəlir.Heç kim ,heç kəs kimi tərcümə edilir.Şəxsə aid işlənir.
Ex : I know nobody in this village - Mən bu kənddə heç kimi tanımıram.
No one - Şəxsə aid olur, heç kim heç kəs kimi tərcümə edilir.Özündən sonra tələb
isimetmir.Mübtəda kimi işlənərkən özündən sonra fel təkdə gəlir.
Nothing - inkar əvəzliyi əşyalara aid işlənir heç nə , heç bir şey kimi tərcümə
olunur. Mübtəda funksiyasında işlənərkən özündən sonra fel tək gəlir.
Neither - həm tək işlənir , həm də özündən sonra isim gələ bilir.
Azərbaycan dilinə heç biri ... deyil , heç biri kimi tərcümə edilir. Mübtəda olarsa
özündən sonra fel tək gəlir.
Neither of my friends was there - Dostlarımdan heç biri orada deyildi ( yox idi).
Neither was wise enough - Heç biri kifayət qədər ağıllı deyildi.

Nisbi əvəzliklər (Relative Pronouns )

Who,whom,whchi,whose,that əvəzlikləri cümlədə ismi funksiyası daşıyır.


Nisbi əvəzliklər eyni vaxtda cümlədə 2 vəzifə dayışırlar.Onlar həm cümlə üzvü olur,
müəyyən sintaktik funksiya daşıyır , həm də təyin budaq cümləsini baş cümləyə
bağlayır , yəni bağlayıcı kimi işləyir.
Ex : The man who is standing in the corridor is our teacher.
Who - Təyin budaq cümlələrinin mübtədası və ya tamamlığı ola bilir.
Cümlədə insan bildirən isimlərin yerində işlədilir.
Ex : People who live in these small houses are poor.
Whom - Təyin budaq cümlələrinin yalnız tamamlığı ola bilər.Cümlədə insan bildirən
isimlərin yerinə işlədilir.
Ex : The man whom we are waiting for is a writer - Bizim gözlədiyimiz adam
yazıçıdır.
Which - Cansız əşyalara və heyvanlara aid işlənir.Həm mübtəda ,həm də tamamlıq
funksiyasindan çıxış edə bilir.
Ex : The bird which can speak is the parrot - Danışmağı bacaran quş tutuquşudur.
The story which he wrote last year won a prize - Onun keçən il yazdığı hekayə
mükafata layiq görüldü.
40
Whose - Mənsubiyyət bildirir. Bir qayda olaraq canlı varlıqları bildirirkən isimlərə aid
olur.
Ex : The boy whose father is in hospital is crying - Atası xəstəxanada olan oğlan
ağlayır.
That - həm who , whom və ya which – in əvəzinə işlənə bilir.Təyin budaq cümləsinin
həm mübtədası həm də tamamlığı olur.Həm canlı , həm də cansız varlıqların yerinə
işlədilir.
Ex : Don’t sit on the chair that has a broken leg – Ayağı sınıq olan stulda
oturma.
Is that the wase that you bought - Bu sənin aldıgın vazadır.
Whose - əvəz edə bilmir.
QEYD : Əgər yer bildirən zərflər olursa onun əvəzinə where və ya in wich
işlədilir.
Ex: We arrived at the house where ( və ya in which ) I lived.

Notes.
1. A number of – dan sonra isim cəm gəlir,fel də cəm gəlir.
Ex: A number of books are on the table.
The number of - dan sonra isə isim cəm , fel tək gəlir.Burada
“the number” nəyinsə sayı mənasında işlənir.
The number of books is unknown. - Kitabların sayı qeyri-müəyyəndir
2. Any of, none of, a lot of, a plenty of, all (of ) – dan sonra sayılmayan isim gələrsə
fel tək olur.
A lot of information is ready.
3. Politics (siyasət) fənn mənasında özündən sonra gələn fel tək olur.
Kiminsə siyasəti mənasında özündən sonra gələn fel cəm olur.
4. a lot of yalnız təsdiq cümlədə işlədilir, ismə aid olur.
“a lot” isə felə aid olur, feldən sonra gələr.
very və too - sifət və ya zərfə aid olur.
very many books - lap çox kitab
too many guestions - daha çox sual
5. Else - də, başqa sual əvəzliyindən (who,what - dan) sonra işlənir.Bu zaman
Else - dən sonra mütləq fel köməkçi, fel gəlməlidir, isim gələ bilməz.
What else must I do ?
Where else did you go ?
Sual əvəzliklərindən sonra üç nöqtə qoyulur sonra isim gələrsə onda “other” işlənir.
What . . . other films did you see?
What else did you see?
41
Həmçinin “ else ” qeyri – müəyyən əvəzliklərdən sonra işlənir:
Ex : There is something else I want to say you.
Ask somebody else about it.
6.too, either - həmçinin da, də mənasında cümlənin sonunda gəlir. “ too” təsdiq
cümlənin sonunda, either - inkar cümlənin sonunda işlədilir.
I shall be there too.
I haven’t seen him, either.
“ too” çox mənasında - aid olduğu sözün əvvəlində gəlir.
There are too many mistakes in your dictation.

Passive voice. (Məchul növ)

Məchul növdə işin icraçısı məlum olmur. “ to be ” köməkçi felinin müfaiq zaman forması
və əsas felin keçmiş zaman feli sifətilə düzəldilir : yəni to be + P ІІ
І. İndiki zamanın qeyri-müəyyən formasının məchul növü to be – nin indiki zaman
şəxs formaları am , is , are + P ІІ (feli sifət) düzəldilir.
I am invited - Mən dəvət edilirəm.
You are invited - Sən dəvət edilirsən
He (she) is invited - O dəvət edilir.
We are invited - Biz dəvət edilirik
You are invited - Siz dəvət edilirsiniz
They are invited - Onlar dəvət edilir
Sual formasını düzəldərkən to be-nin müvafiq şəxs formaları cümlənin əvəlinə keçir.
Am I invited? - Mən dəvət edilirəmmi?
Are you invited? - Sən dəvət edilirsənmi?
Is he/she invited? - O dəvət edilir?
Are we invited? - Biz dəvət edilirik?
Are you invited? - Siz dəvət edilirsiniz?
Are they invited? - Onlar dəvət edilir?
İnkar formasını düzəldərkən to be - felinin şəxs formasından sonra “ not ” hissəcəyi
artırılır.
I am not called
You are not called
He (she) is not called
II.Keçmiş zamanın qeyri-müəyyən formasınin məchul növü to be – nin keçmiş
zaman şəxs formaları was , were + P ІІ
I was invited - Mən dəvət edildim.
42
You were invited - Sən dəvət edildin
He/she was invited - O dəvət edildi.
Sual formasını düzəldərkən was, were mübtədadan əvvələ keçir
Was I invited
Were you invited
Was she (he) invited
İnkar formasını düzəldərkən was, were - sonra not inkar hissəciyi əlavə edilir.
I was not invited
You were not invited
He/she was not invited
III.Gələcək zamanın qeyri – müəyyən formasının məchul növünü düzəltmək üçün
shall be, will be + P ІІ ilə düzəlir.
I shall be invited - Mən dəvət ediləcəm.
You will be invited - Sən dəvət ediləcəksən.
He/she will be invited - O dəvət ediləcək
Sual formasını düzəldərkən shall ,will mübtədadan əvvələ keçir.
Shall I be invited - Mən dəvət ediləcəyəmmi?
Will you be invited - Sən dəvət ediləcəksənmi?
İnkar forması shall, will – dən sonra “ not ” inkar hissəciyi əlavə etmələ düzəlir.
I shall not be invited?
You will not be invited?
He (she) will not be invited?
IV. İndiki zamanın bitmiş formasının məhcul növünü təsdiqi to be -nin bitmiş zaman
forması to be (have been, has been) + P ІІ ilə düzəlir.
I have been invited - Mən dəvət edilmisəm.
You have been invited - Sən dəvət edilmisən.
He/she has been invited - O dəvət edilib.
Sual formasını düzəldərkən have, has mübtədadan əvvələ keçir.

Have I been invited?


Have you been invited?
Has she/he been invited?
İnkar forması düzəldərkən have, has – sonra not inkar hissəciyi əlavə edilir.
I have not been invited?
You have not been invited?
She/he has not been invited?
V.Keçmiş zamanın bitmiş formasının məchul növünün təsdiqini düzəltmək üçün had
been + P ІІ ilə düzəlir.
43
I had been invited - Mən dəvət edilmişən.
You had been invited - Sən dəvət edilmişdin
He (she) had been invited - O dəvət edilmişdi.
Sual formasını düzəldərkən “ had” cümləninin əvvəlinə keçir.
Had I been invited
Had you been invited
Had we been invited
İnkar formasını düzəldərkən “ had ” felindən sonra “ not” inkar hissəciyi əlavə edilir.
I had not been invited
You had not been invited
He (she) had not been invited
Məlum cümləni məçhul cümləyə çevirmək məlum cümlənin tamamlığı məchul
cümlənin mübtədası olur.Sonra to be –nin müfafiq şəxs formaları qoyulur.Sonra
cümlənin xəbəri P ІІ – da qoyulur və sonra digər üzvülər əlavə olunur.
İstəsək iş görəni by (tərəfindən) sözönü ilə cümlənin sonunda verə bilərək.
Əgər məlum cümlədə bir canlı bir cansız tamamlıq olarsa , canlı tamamlıq məçhul
cümlənin mübtədası olur.
İki canlı və iki cansız tamamlıq olasa birinci gələn tamamlıq məçhul cümlənin
mübtədası olur.
Ex : I write a letter to my friend.
My friend is written a letter by me.
Məlum cümlə hansı zamandaysa məçhul cümlənin tamamlığıda o , zamanda işlənir.
Əgər məlum cümlənin tamamlığı obyek əvəzlikləri ilə ifadə olunmuşsa (me,you, him,
her, it, us, you, them) onlar mechul cümlənin mubtedası olarkən səxs əvəzliyinə keçirlər
(I, you, he, she, it, we, you, they).
Əgər məlum cümlənin mübtədası şəxs əvəzliyi ilə ifadə olunarsa (I, you, he, she, it,we,
you, they) o məchul cümlədə “ by” sözünü ilə sonda verilərkən obyekt əvəzliyinə
keçir.
Ex : I do my homework.
My homework is done by me.
Sona gives me a pen.
I am given a pen
Modal fellərin məçhul növü belə düzəlir.Modall fellər + be + P ІІ.
Ex : The work must be done. The letter can be written.

Direct and İndirect Speech.Vasitəli və vasitəsiz nitq.Nəqli cümlənin çevirilməsi.


Nəqli cümlədən ibarət olan vasitəsiz nitqi vasitəli nitqə çevirmək üçün aşağıdakı
dəyişiklik baş verir.
44
1.Vasitəsiz nitqin əlaməti olan dırnaqlar atılır, vasitəli nitq tamamlıq budaq cümləsinə
çevirilir və “ that” bağlayıcısı ilə baş cümləyə bağlanır.
Jane said : “ I don’t understand ”
Jane said that she didn’t understand .
2.Şəxs əvəzlikləri mənaya uyğun olaraq dəyişir.
He says, “ I am a doctor ”
He says that he is a doctor.
3.Vasitəsiz nitq “to say” feli ilə başlanarsa və ondan sonra tamamlıq işlənərsə to say
feli, to tell feli ilə əvəz edilir, tamamlıq yoxdursa to say feli dəyişmir.
He says to me “ I am a driver ”
He tells me that he is a driver.
4.Baş cümlədəki fel indiki qeyri – müəyyən zamanda işlənərsə budaq cümlədəki fel
olduğu zamanda qalır.
He says , “ I am a doctor”.
He says that he is a doctor.
He has said , “I sent them the book on Monday
He has said that he sent them the book on Monday
He will say, “ I sent them the book on Monday.
He will say, that he sent them the book on Monday
QEYD : Vastəsiz nitqi vastəli nitqə çevirəndə “ that ” bağlayıcısı işlənməyə də bilər :
He says he is a pupil.
1.Baş cümlədəki fel keçmiş zamanda olduqda zamanlar aşağıdakı kimi əvəzlənir.(dəyişir)
a)Budaq cümlə indiki zamanın qeyri – müəyyən formasında olarsa keçmiş zamanın qeyri
–müəyyən forması ilə əvəz edilir.
James said , “ I am sure I don’t know ”
James said that he was sure he didn’t know
b) İndiki zamanın davamedici forması keçmiş zamanın davamedici forması ilə əvəz
olunur.
He said “ I am preparing my lessons ”
He said that he was preparing his lessons
c)İndiki zamanın bitmiş forması keçmiş zamanın bitmiş forması ilə əvəz edilir
He said , “ I have never seen him in my life”.
He said that he had never seen him in his life.
d)Keçmiş zamanın qeyri – müəyyən forması keçmiş bitmiş zamanla əvəz olunur.
The man said : “ I saw the boys yesterday. ”
The man said that he had seen the boys the day before
QEYD : Hərəkətin zamanı dəqiq bir vaxtla ifadə olunduqda keçmiş zamanın qeyri-
müəyyən forması dəyişmir.
45
The teacher said : “Ch. Dickens was born in 1812”
The teacher said that Ch. Dickens was born in 1812.
e)Vastəsiz nitqdə baş cümlədəki hərəkətin zamanı zaman budaq cümləsi ilə
bildirildikdə keçmiş zamanın qeyri – müəyyən forması dəyişmir .
Ex: He said : “ I went home when it began to rain”
He said that he went home when it began to rain.
Keçmiş zamanin davamedici forması da dəyişmədən qalır.
She said “ I was going home at two o’clock”
She said that she was going home at two o’clock.
f)Keşmiş zamanın bitmiş forması da dəyişməz qalır.
Ex: The doctor said : “ I had not thougut of it.”
The doctor said that he had not thought of it .
g) Gələcək zamanın qeyri - müəyyən forması, keçmişə nəzərən gələcək zamanın qeyri –
müəyyən forması ilə əvəz edilir.
He said “ I shall finish my work in time”.
He said that he would finish his work in time.
Vastəsiz nitqi vastəli nitqə çevirərkən zaman və məkanca yaxın olan sözlər müvafiq
olaraq zaman və məkanca uzaq olan sözlərlə əvəz edilir.
this - that tomorrow - the next day , the following day
these - those ago – before
here - there here- there
to day - that day yesterday - the day before, the previous day.
now - then

Ümumi sualların vastəli nitqə çevrilməsi


1)Ümumi sual tamamlıq budaq cümləsinə çevirilir,baş cümləyə “if” və yaxud whether
(ən çox if) bağlayıcısı ilə bağlanır.
2)Sözlər nəqli cümlədə olduğu kimi sıralanır, yəni mübdəda xəbərdən əvvəl durur.
3)Cümlədə (ümumi sualda) “do” köməkçisi feli varsa atılır.
4)Nəqli cümlələri vastəsiz niqdən vastəli nitqə çevirəndə olduğu kimi şəxs əvəzliyi
mənadan aslı olaraq dəyişir.
5)“to say” feli bir qayda olaraq “ to ask” feli ilə əvəz edilir
He says: “Do you go to” school in the morning.
He asks if I go to school in the moruing

Xüsusi sualların vastəli nitqə çeviriməsi.


Aşağıdakıları bilmək lazımdır:
1.Cümlə xüsusi sual tərkibində olan sual sözü ilə başlanır.
46
2.Sözlər nəqli cümlədəki kimi düzülür , yəni mübtəda xəbərdən əvvəl işlənir.
3.Köməkçi ” do ”, does, did felləri varsa atılır.
4.Şəxs əvəzliyi mənaya uyğun olaraq dəyişir.Zamanlar nəqli cümlədəki kimi dəyişir.
5.“ to say ” feli “ to ask” feli ilə əvəz edilir.
He says : “ Where do you live ?
He asks me where I live.
He asked me: “ Where is your friend” ?
He asked me where my friend was.
He said to me : “when will they send you the book”.
He asked me when they would send me the book.

Əmr cümləsinin vastəli nitqə çevirilməsi


Aşağıdakıları bilmək lazımdır.
1)Əmr bildirən cümlədə “to say” feli əvəzinə “to tell” feli və yaxud da “to order” feli
ilə, xahiş bildirən cümlədə isə “ to ask” feli işlənir.
2)Felin əmr forması məsdərlə əvəz edilir.
He said to her: “Come at six o’clock”.
He told her to come at six o’clock.
He said to her: “Please open the window”
He asked her to open the window.
İnkar əmr cümlələrin vasitəli nitqə çevirərkən məsdərin qarşısında “ not ” inkar ədatı
işlənir.
I said to her “ Don’t open the window”
I told her not to open the window

Mürəkkəb tamamlıq.Complex Object


İngilis dilində mürəkkəb tamamlıq 2 hissədən ibarət olur :
1-ci hissə adlıq halında olan isim və obyekt halında əvəzlik.
2-ci hissə isə məsdərdən ibarət olur. Bəzən 2-ci hissə P І - ola bilər (feli sifət І)

І hissə ІІ hissə
adlıq me
halında you , him
isim: her + məsdər və ya P І
father it
the boys us
Anar you
və. s them
47
Mürəkkəb tamamlıq bir qrup fellərdən sonra işlənir.Bu fellər bunlardır: to try, to want, to
expect (gözləmək), to find (tapmaq) , to order, to ask, would like, suggest fellərdən sonra
gələn mürəkkəb tamamlığın ikinci hissəsi olan məsdər to hissəciyi ilə işlənir.
І hissə ІІ hissə
I want you to understand me
І hissə ІІ hissə
I expect you to write to me
to see (görmək) , to watch (baxmaq) , to notice (görmək) , to hear, to feel
(hiss etmək) , to make (məcbur etmək) to let (icazə vermək) to smell (iyləmək) -
fellərindən sonra gələn mürəkkəb tamamlığın ikinci hissəsi olan məsdər to – suz işlənir.
I saw him go out

І hissə ІІ hissə
to see ,to watch,to hear, to smell, to fell fellərindən sonra ІІ hissə P І-da ola bilər.
Ex : I felt someone watching me

І hissə ІІ hissə
I saw him writing something

І hissə ІІ hissə

Xəbərin mübtəda ilə uzlaşması


İngilis dilində xəbər adətən şəxsə və kəmiyyətə görə mübtəda ilə uzlaşır: mübtəda
təkdə olduqda xəbər təkdə, cəmdə olduqda xəbər də cəmdə, mübtəda neçənci şəxsdə olsa
xəbər də müvafiq olaraq həmin şəxsdə olur.
I am afraid it is a big problem.
Xəbərin mübtəda ilə uzlaşmasında aşağıdakı qaydalara əməl edilməlidir.
1. “and” bağlayıcısı ilə bağlanan iki və daha çox həmcins mübtədadan sonra xəbər
cəmdə olur.
John and I were talking.
Tea and coffe are useful.
2.İki mübtəda either....or, neither...nor və ya not only...but also bağlayıcıları ilə bir-birinə
bağlanarkən onlardan sonra xəbər axırıncı mübtəda ilə uzlaşır, yəni axırıncı mübtəda tək
olsa xəbər tək,cəm olsa xəbər cəm olur.
Either you or I am to go to the village.
Neither Brown nor you were at home.
Neither you nor Brown was at home.
48
3. “ with” yaxud together with bağlayıcısı ilə bağlanmış iki isim mübtəda
funksiyasında işlənərkən xəbər şəxsə və kəmiyyətə görə birinci mübtəda ilə uzlaşır.
The teacher with the students was present at the meeting.
4. Qeyri-müəyyən əvəzliklər each, one, everybody, everyone, anyone, anybody,
somebody, something, anything, nobody, none, nothing ifadə olunmuş mübtədadan sonra
xəbər təkdə işlənir.
5. Ölçü, vaxt, məbləğ və məsafə bildirən isimlərlə ifadə olunan mübtədadan sonra
xəbər təkdə işlənir.
Ten miles is a long distance to work.
6. Mübtəda riyazi hesablama bildirən soz qrupu ilə ifadə olunduqda xəbər təkdə
işlənir.
Five and five is ten
Four minus two is two
Vurma əməliyyatında cümlənin xəbəri həm təkdə, həm də cəmdə işlənə bilər.
7.There formal sözü ilə başlanan cümlələrdə bir neçə mübtəda olduqda xəbər
adətən birinci mübtəda ilə uzlaşır
There is a table and six chairs in the room.

Sual cümlələri
Sual cümlələri bu və ya digər hal və hərəkət haqqında sual edilərkən işlədilir.İngilis
dilində 4 növ sual cümlələri var.
1. Ümumi suallar - Yes / no questions və ya general questions ;
2. Xüsüsi suallar - Wh / how questions və ya Special questions.
3. Seçmə suallar - Alternative questions
4. Ayrılan suallar -Tag questions və ya Disjunctive questions
1.Bütöv cümləyə verilən suala ümümi sual deyilir.Belə sulalları vermək üçün əgər
cümlənin özündə am, is, are, was, were, shall, will, can, may, must, have got, has got varsa
bu fellər mübtədadan əvvələ keçirməklə düzəldirik . Əgər bunlar cümlədə yoxdursa ,
müvafiq olaraq cümləyə do, does, did felləri cümlənin əvəlinə, yəni mübtədadan əvvələ
keçirməklə ümümi sual düzəldirik.
Ex : I am a teacher.
Am I a teacher ?
Yes, you are . No , you are not.
I go to school.Do I go to school ?
Yes, I do.No, I don’t.
Ümümi suallar qısa təsdiq və qısa inkar cavab tələb edir.
Bəzən cümlədə iki və ya üç köməkçi fel olduqda ümumi sual verərkən birinci
köməkçi fel mübtədadan əvvələ keçir.
49
Ex : A lot of houses will be built next year. Will a lot of houses be built next year?
2.Xüsusi suallar - wh /how questions .
Cümlənin ayrı-ayrı üzvülərinə verilən suallara xüsusi suallar deyilir.
Xüsusi sual cümləsi sual əvəzlikləri: who-kim,whom-kimə, kimi, kimdən, kim ilə və s.
Whose – kimin,which – hansı , what – nə ?
Sual zərfləri: where –hara ?,when –nə vaxt ,why –nə üçün ,how well –necə yaxşı? ;
Sual sözləri: how many/much - neçə, nə qədər, how often - necə tez, how long - neçə
müddətə, what kind of - necə, nə cür, what time - nə vaxt vasitəsilə veririk.
Xüsusi sual sözü cümlənin hər bir üzvünə ayrı – ayrılıqda aid olur və sual verdiyiniz
cümlə üzvü sual cümləsində iştirak etmir.
Who? ilə canlı mübtədaya sual veririk, mübtədaya sual verərkən söz sırası dəyişmir,
yəni mübtədanı cümlədən götürürük, yerinə sual əvəzliyini qoyuruq. Xəbər üçüncü
şəxsin tərkində olur. Köməkçi do, does, did işlənmir. Əgər cümlə Simple Presentdə
olursa felin sonuna - s, - es əlavə edirik .
I go to school.
Who goes to school ?
Əgər cümlə inkarda olursa elə inkar da sual verilir.
I don’t go to school.
Who doesn’t go to school ?
Mübtədanın təyininə sual verərkən söz sırası dəyişmir. Mübtədanın təyini götürülür,
yerinə təyinin sualı qoyulur, köməkçi do, does, did işlənmir.
A tragic event took place.
What event took plase?
Qalan bütün cümlə üzvülərinə sual verərkən, söz sırası dəyişir, yəni bir qayda ilə
düzülür.
Wh / how + köməkçi fel + mübtəda + xəbər (yəni əsas fel) + digər üzvülər.
Canlı tamamlığa sualı “whom” ilə, həm də who ilə verə bilərik.Bu zaman hər iki sual
əvəzliyi ilə sual verərkən söz sırası dəyişir, yəni yuxarıda dediyimiz qaydada
düzülür.Fərq ondadır ki, sözönlü tamamlıqlara sual verərək whom ilə sual verdikdə
sözönü whom- dan əvvəldə, who ilə verərkən lap sonda gəlir.Yer zərfi, zaman zərfi
olduqda onlardan əvvəl gəlir. Zaman zərfi cümlənin sonunda gəlir.
Sözönü + whom + köməkçi fel + mubtəda + xəbər + digər üzvülər.
Who + köməki fel + mübtəda + xəbər +digər üzvülər.
Ex : I give a pen to my sister.
To whom do I give a pen ?
Who do I give a pen to ?

50
What ... ? ilə cansız mübtədaya sual veririk. Yenə söz sırası dəyişmir , cansız
mübtədanı götürürük “ what” sual əvəzliyini onun yerinə qoyuruq. Xəbər üçüncü
səxsin təkində işlənir.
It makes me tell the lie.
What makes you tell the lie?
Cansız tamamlığa da, eyni qayda ilə sual verilir.Söz sırası dəyişir,yəni belə düzülür.
What + köməkçi fel + mübtəda + xəbər + digər üzvülər.
I give a pen to my sister.
What do I give to my sister ?
What ilə xəbərə də sual veririk. Söz sırası dəyişir , yəni
what + köməkçi fel + mübtəda + xəbərin əvəzinə əsas “do”
Əsas “ do” dəyişmir, o yalnız davamedidici zamanda “doing”, bitmiş zamanda
“done” ola bilir
Ex: I was reading a book.
What was I doing?
What ilə havanı, günü, tarixi, fəsili, ili, ayı,ölçünü, rəngi soruşa bilərik.
Ex: What is the weather like today? - Bu gün hava necədir?
What day is it today? - Bu gün hansı gündür?
What date is it today? - Bu gön hansı tarixdir ?
What season is it now ? - İndi hansı fəsildir ?
What size is your shirt ? - Köynəyin hansı ölçüdədir ?
What colour is your skirt? - Yubkan hansı rəngdədir ?
Peşəni soruşuruq.
What are you? - Sən nəçisən?
What is your proffession - İxtisasın nədir?
What do you do? - Nə edirsən?
What is your job? - Nə iş görürsən?
Who are you? - dedikdə isə - Sən kimsən? - adını soruşuruq.
Eyni zamanda “what ” sual əvəzliyinin hansı mənası da var .Which əvəzliyinin də
hansı mənası var.
What ilə hansı mənasında sual verərkən seçim qoymuruq , ümumi mənada sual
veririk.Which ilə sual verərkən seçim qoyulur, seçim 2 və ya 3 əşya arasında
olur.Seçim “or” bağlayıcısı ilə qoyulur.
What is the largest river in Azerbaijan ?
Which is the largest river in Azerbaijan : The Kur or the Araz ?
Which ilə səciyyələndirici təyinə sual veririk.
The boy standing at the door is my brother.Which boy is my frother ?
İngilis dilində əsasən 3 növ təyin var :
51
1. Təsviri təyin .
2. Səciyyələndiririci təyin
3. Prenozotiv təyin (növ təyini)
1.Təsviri təyin – sifətlə ifadə olunur ,isimin qarşısında gəlir , isimdə sayıla bilən tək
isim olarsa təsviri təyindən əvvəl “a, an” qeyri müəyyənlik artiklı işlənir.Sualı əsasən
what kind of ...? ilə veririk.
2.Səciyyələndirici təyin - əsasən feli sifətlə ifadə olunur.İsimdən həm əvvəl və sonra
gələ bilir.Onun təyin etdiyi isim təkdə olsa, cəm də olsa, sayılan da olsa ,sayıla
bilməyəndə olsa “the” müəyyənlik artikilı ilə işlənir.Sualı Which? ilə veririk.
3.Prenozativ (növ) təyini - ismin növünü bildirir, əsasən mücərrəd isimlərə aid olur,
həm isim, həm də sifətlə ifadə oluna bilir.Onun təyin etdiyi isim heç bir artikl ilə
işlənmir, təyin etdiyi isimdən əvvəl gəlir. Sualı What ... ? ilə veririk.
Which ilə sıra sayına da sual veririk.
The first boy is my brother?
Whose ilə yiyəlik halında olan isim və yiyəlik əvəzliyinə sual veririk.Bunlar ya
mübtədanın təyini olur ya da tamamlığın təyini olur.
Mübtədanın təyininə sual verərkən söz sırası dəyişmir, tamamlığın təyininə sual
verərkən söz sırası dəyişir.
My sister is a doctor.
Whose sister is a doctor ?
I give my pen to my sister.
Whose sister do I give a pen ?
Where ilə yer zərfinə sual veririk.Söz sırası dəyişir, yəni belə düzülür .
Where + köməkçi fel + mübtəda + əsas fel (xəbər) + digər üzvülər
I live in Baku.
Where do I live?
“When ...?” ilə zaman zərfinə sual veririk.Söz sırası yuxardakı qayda ilə düzəlir.
When ...? ilə indiki bitmiş, keçmiş bitmiş zamanlara sual vermirik.
Əgər cümlə indiki bitmiş və ya keçmiş bitmiş zamanda olarsa və həmin cümlədə
zaman zərfinə sual vermək lazımdırsa bu zaman “when” ilə verdiyimiz sual
keçmiş qeyri-müəyyən zamanda olur.
Why ...? ilə səbəb zərfliyinə sual veririk söz sırası dəyişir.Why ilə for işlənmir.
Əvəzində what ... for ilə səbəb zərfinə sual verə bilərik.Söz sırası burada da
dəyişir, yuxarıdakı qayda ilə düzülür.
How ...? ilə tərzi keyfiyyət zərflərinə sual veririk. Söz sırası dəyişir.
I can speak English well.
How can you speak English?
Eyni cümləyə how well ...? ilə də sual ilə veririk.
52
How well can you speak English?
Ümumiyyətlə how sual əvəzliyi sifət və zərflə yanaşı işlənərək mürəkkəb sual
sözləri formalaşdırır.
How tall? - hündürlüyü / boyu soruşmaq .
How big? - böyüklüyünü, sahəsini soruşmaq.
How old? - yaşı soruşmaq.
How far? - məsafəni soruşmaq.
How often? - neçə dəfə? əsasən every day (week, month, year), usually, often, never
və s. kimi qeyri-müəyyən zərflərə sual veririk. Söz sırası dəyişir.
I go to school every day?
How often do you go to school?
How long? - nə qədər müddətdir ki, sual sözü ilə davam müddətinə sual
veririk.Davam müddətini zaman zərfindən ayırmaq üçün zaman zərfinin qarşısında
for, another gəlir və ya cümlənin xəbəri to last, to continue ilə ifadə olunur.Söz
sırası dəyişir.
Ex: I want to stay there another week.
How long do you want to stay there?
Our lesson lasts 45 minutes?
How long does our lesson last?
I have know him for 2 years?
How long have you known him?
3. Alternative (Seçmə suallar) – Alternative Questions - iki fikirdən birini seçmək
üçün işlədilən sual cümləsidir.İki hissədən ibarət olur. Birinci hissə ümumi sual olur
ikinci hissə isə or bağlayıcısı və alternativ sözdən ibarət olur. Ümumi sual bu
köməkçi fellərdən biri ilə bağlanır , yəni cümləninin özündə am, is, are, was,were,
shall, will, should, would, can, ma, must varsa onları əvvələ keçirdirik, yoxsa cümləyə
zamana uyğun olaraq do, does, did gətirilir və mübtədadan əvvələ keçirdilir or
bağlayıcısı hansı sözə əvəzləyici veririksə həmin sözün yanında qoyulur.Bu səbəbdən
bu bağlayıcının sabit yeri yoxdur.Bu tipli sual cümlələrinə
yes/no cavabı veririk.Ya tam cavab verilir ya da cavab qısaca verilir.
Do you go to school or home ?
I go home və ya Home.
4.Tag questions - Ayrıcı suallar - da iki hissədən ibarət olur .Birinci hissə adi nəqli
cümlə, ikinci hissə qısa sual olur.Qısa sual köməkçi feldən və mübtədadan ibarət olur.
Mübtəda da mütləq şəxs əvəzliyi ilə əvəzlənməlidir. Birinci tərəf təsdiq olsa ikinci tərəf
inkar və ya əksinə, birinci tərəf inkar olsa ikinci tərəf təsdiq olmalıdır. Bu tip sual
cümləsinə qısa təsdiq və ya qısa inkar cavab verilir.Birinci şəxsin təkində “am”
formasının yerinə “are” yazılır.
53
I am a teacher, arn’t I?
I am not a pupil, am I?
Discanktiv suallarda aşağıdakı əvəzlik dəyişmələrinə diqqət yetirmək lazımdır.
1.This,that mübtəda olarsa ikinci tərəfdə onların yerinə it işlədiləcəkdir.
This, that - it ilə: This is a book, isn’t it?
these / those - they: These are books, aren’t they?
2.Everybody, everyone, someone, somebody, none, nobody - they: Everybody took the
test, didn’t they ?
3.Everything, something, nothing - it :
Everything is OK, isn’t it?
4.Birinci şəxs təkdə “ am” formasının yerinə adətən are yazılır.

The İmperative ( əmr cümləsi)


Əmr, xahiş bildirən cümlələrə deyilir.
Hərəkət əsasən ikinci şəxsə aid olur.
Felin qarşısından “ to ” hissəciyi atılır və cümlə fellə başlayır.
To go - Go to school. to read - Read the book.
Əmr cümlələrində hərəkətin daha da vacibliyini və mütləqliyini bildirmək üçün
“ do” sözündən istifadə edilir.
Do - mütləq
Do go to school - Mütləq məktəbə get.
Do read this book. - Mütləq bu kitabı oxu.
Əmr cümlələrinin inkarı don’t vastəsilə düzəlir.
Don’t go to school. - məktəbə getmə.
Don’t read this book – Bu kitabı oxuma
to be felin əmr forması
Be ready! - Hazır ol!
Be sure! - Əmin ol!
Don’t be angry! - Əsəbləşmə!
Don’t be late! - Gecikmə!
Hərəkət І və ІІІ şəxsə aid edildikdə “ to let ” feli ilə başlayan cümlə növündən
istifadə edilir. “ to let” felindən sonra məsdər “ to ” hissəciksiz işlədilir.Let – gəlin ,
icazə verin/qoy tərcümə edilir.
Ex: Let him go home . Don’t let Fuad go out - Fuada çölə çıxmağa icazə vermə.
Obyek əvəzliklərinin І şəxs cəmi daha çox ixtisar edilmiş variantda işlədilir.
Let’s go home. və ya Let us go home. - Gəlin evə gedək.

The Exclamatory Sentences.Nida cümlələri


54
Hiss və həyacan bildirən cümlələrə nida cümlələri deyilir.İngilis dilində nida
cümlələri əsasən “ what ” və “ how ” sözləri vastəsilə düzəlir və hər iki halda necə
də, nə vastəsilə tərcümə edilir.
What ilə verilən nida cümlələrinin sturukturu belə düzəlir.
What + ( an ) əgər sayıla bilən isim olsa + sifət + isim + əvəz edə bilən əvəzlik +
xəbər.
What ilə verilən nida cümlələri mütləq isim tələb edir , heç vaxt hərəkət ifadə
etmir,heç vaxt what ilə “ the ” artiklı işlənmir.
Sayıla bilən tək isim olsa mütləq a (an) artiklı “ what ” sözündən sonra gəlir, sayıla
bilməyən, cəm isim olarsa artıkıl işənmir.
How ilə düzələn nida cümlələrində söz sırası belə düzülür.
How + sifət və ya zərf + the ( isim sayılan, sayıla bilməyən, cəm olmasından, olmayaraq)
+ isim və ya əvəzlik + isim və ya feli xəbər.
How ilə heç vaxt a/an artiklı işlənmir.
How ilə verilən nida cümlələri hərəkət ifadə edə bilir.
Ex : What an intersting book it was!
How intersting the book was!
How well she sings
How nice the rose smells
Nida cümləsində mübtəda , xəbər olmaya da bilər.
What a beutiful name !
How interesting.

The Preposition
İngilis dilində hal kateqoriyası az olduğundan sözlər arasındakı əlaqə əsasən
sözönləri vastəsilə düzəlir.
Sözönləri isimin qarşısında gələrsə əsasən hal şəkilçilərini əvəz edir , feldən sonra
gələrsə felin mənasını dəyişir.
İfadə etdikləri mənaya görə sözönləri 4 yerə bölünür.
1.Yer bildirənlər - in, on, at, opposite
2.Zaman bildirənlər - in, on, at, after, before.
3.İstiqamət bildirənlər - to, into, along, from .
4.Mücərrəd əlaqə bildirənlər - with, by, abont .
İngilis dilində in, on, at, həm yer, həm də zaman bildirə bilirlər.
İn – sözönü şəxsin və ya əşyanın nəyinsə daxilində, müəyyən bir yerdə, sərhədləri
olan bir ərazidə olduğunu bildirir. Həmin ərazi yer zərfi funksiyasında olarsa.
in the first form - birinci sinifdə
in the city - şəhərdə
55
in the park - parkda
in the yard - həyətdə
in the garden - bağda
in the sky - səmada
in the book - kitabın içində
in the corner - küncdə ( otağın )
in the cup - fincanda
in the world - dünyada
in the tree - ağacda
in the picture - şəkildə
in the street - küçədə
in the row - cərgədə
in the line - sırada
in queue - növbədə
in the open air - açıq havada
in the shade - kölgədə
in the room - otaqda
in the box - qutuda
in the bag - çantada
Ölkə, şəhər, kənd və sair yaşayış əraziləri yer bildirdikdə
in Azerbajan - Azərbaycanda
in Bakı - Bakıda
Coğrafi cəhətlər yer zərfi olduqda:
In the north - şimalda
in the south - cənubda
bir sıra birləşmələrdə :
in a car - maşınla
in a taxi - taksi ilə
Qeyd: artikl olarsa nəqliyyat vastələri “ by ” sözönü ilə işlədilməz.
to be in time - vaxtında gəlmək
to be interestid in - marağında olmaq , maraqlandırmaq.
to stand in a queue [kju:] - növbədə dayanmaq
in a hat - (şlyapada)
in bed - (yataqda)
in the armchair - kresloda
in hospital - xəstəxanada
in prison - həbsdə
in a newspaper - qəzetdə
56
in a book, in a photograph - kitabda, şəkildə.
in a picture - rəsmdə
in the sea - dənizdə
in the distance - məsafadə
in the suburb - şəhər ətrafında
in most sities - şəhərlərin çoxunda.
in - zaman bildirərkən aşağıdakı hallarda işlədilir.
1) günün üç hissəsi ilə
in the morning - səhər çağı
in the afternoon - günorta çağı
in the evening - axşam çağı
2) aylar, ( tarix göstərilməsə ) və illər zaman zərfi olduqda.
in may, in September, in 1994
3) fəsillər zaman zərfləri olduqda.
in spring, in simmer - yayda, yazda
4) gələcək qeyri-müəyyən zaman formasının zaman zərfi ilə
in two days - iki günə, iki gündən sonra
5) əsrlər zaman zərfi olduqda
in the XX century
6) dövrlərlə
in my life - həyatımda
in my youth - gəncliyimdə
On - sözönü səxsin və ya əşyanın üfüqi, istərsə şaquli vəziyyətdə nəyinsə üstündə
olduğunu bildirir. Dilimizə üstündə, - da2 kimi tərcümə olunur.
Ex : The book is on the table. The picture is on the wall.
on the right - sağda
on the left - solda
on the plate - boşqabda
to go on foot - piyada getmək
on the way - yolda
on the ground - yerdə
on the Earth - yer kürəsində
on the floor - döşəmədə, mərtəbədə
on seashore,
on the cost - dəniz sahilində
on the isle - adada
on the beach - çimərlikdə
on TV - televizorda
57
to dry on the towel - dəsmalla qurulanmaq
to speak on (or over) the telephone - telefonla danışmaq
on the map - xəritədə
on new Year’s Eve - yeni il bayramında
on holiday, vacation - tətildə, məzuniyyətdə
on Christmas Day - milad bayramı, day olmasa at ilə işlənir.at Christmas
Zaman bildirərkən :
1) “ on ” həftənin günləri zaman zərfi olduqda işlənir.
on Monday, on Sunday
on a warm spring day - mülayim bir yaz günü
2) Əgər həftənin günləri morning , evening , afternoon sözləri qarşısında gələrsə
yenə “ on ” işlənir.
on Friday morning - cümə günü axşamı
3) Aylardan əvvəl və ya sonra rəqəm gələrsə:
on the fourth of March
On - kitabın, filmin, pyesin, danışığın məzmunu haqqında söhbət gedərkən işlədilir.Bu
zaman sözönü dilimizə haqqında, - dan2 kimi tərcümə olunur.
I have book on history - mənim tarixdən çox kitabım var.
Bir sıra ifadələrlə :
to put on - geyinmək
to go on - davam etmək
to get on - minmək
to depend on - asılı olmaq
on my return - mən qayıdanda
on that day - həmin gün
to turn/switch on - yandırmaq
to try on - geyib baxmaq
on page - səhifə ... də
on average - orta hesabla
on a bus / train / ship / plane - avtobusla, gəmilə, qatarla, təyyarə ilə
on sale - satışda
on business - biznes üçün.
a legend on our heroes - qəhramanlarımız haqqında əfsanə
to go on an excursion - ekskusiyaya getmək
at - əsasən yer bildirir, yanında, kənarında , arxasında, – da2 kimi tərcümə olunur.
Ex : The teacher is at the window . - Müəllim pəncərənin yanındadır.
The tree is at the river - Ağac çayın kənarındadır.
He sits at the desk - O parta arxasında oturur.
58
at home - evdə
at school - məktəbdə
at the lesson - dərsdə
at the party - ziyafətdə
at the station - vağzalda
at the weekend - həftə sonu
at the moment - hazırda
at zaman bildirərkən aşağıdakı hallarda işlədilir:
Saatları göstərərkən
at eight o’clock - saat 8-də
at 9 p.m - saat 9- da (günortadan sonra)
at last - nəhayət
at the same time - eyni vaxtda
at that moment - o anda
at that time - o vaxtda
Günün üç hissəsi zaman zərf olarsa:
at noon - günorta saat 12-də
at night - gecə vaxtı
at midnight - gecə yarısı
Əgər günün bu hissəsi artikl ilə verilərsə “ at ” sözönü işlədilməz.
During the night - gecə vaxtı, ərzində
Keçmiş davamedici zaman forması dəqiq zaman zərfi ilə ifadə olunduqda.
at this time yesterday - dünən bu vaxt
at this time last Monday - keçən bazar ertəsi bu vaxt
Bir sıra ifadələrlə :
at the station - stansiyada
at the airport - aeroportda
at the bus – stop - avtobus dayanacağında
at the traftic light - işıq forda
at each bus stop - hər bir avtobus dayanacağında
at my uncle’s - əmimgildə
at the doctor’s - həkimdə
at the baker’s - çörək mağazasında
at the concert - konsertdə
at the party - şənlikdə
at the football match - futbol oynunda
at the corner of the street - küçənin tinində
at the age of 5 - beş yaşında
59
at the door - qapının ağzında
at the gate - darvazanın ağzında
at the border crossing - sərhəd keçid məntəqəsində
at the top/bottom of the page - səhifənin başında , aşağısında
at 65 Nizami street - Nizami küçəsi 65-də
Əgər küçənin adı nömrəsiz verilərsə in sözönü işlədilir.
in Nizami street - Nizami küçəsində
at dinner/supper - nahar/şam vaxtı
at the end - sonda ,axırda
at first - əvvəlcə
at least - heç olmasa, hər halda
at last - nəhayət
at once - dərhal
at present - hal-hazırda
at sözönü ilə mənasını dəyişən fellər :
to look at - baxmaq
to laught at - gülmək
to smile at - gülümsəmək
to work at - bir iş üzərində işləmək
to be good at smth - bir işdə bacarıqlı, səriştəsi olmaq
to arrive at - çatmaq ( məktəbə, partiyə )
to wink at - göz vurmaq
to throw at - atmaq ( gül, daş )
to shout at - kiminsə üstünə qışqırmaq
hotel, və restaurant sözləri həm at, həm də in sözönü ilə işlənir.
at/in hotel - oteldə
at /in restaurant - restoranda
to - hərəkətin istiqamətini bildirir.Əsasən - a 2 - ya 2 və ya tərəf, gilə kimi tərcümə
olunur.
Ex: I go to London - Mən Londana gedirəm
I go to the map - Mən xərtəyə tərəf gedirəm
I go to my friend - Dostumgilə gedirəm
home sözü qarşısında istiqamət bildirmək üçün heç vaxt “ to ” işlənməz
to go home - evə getmək
bir sıra fellərlə to sözönu işlənir.
to go to - harasa getmək
to get to - harasa çatmaq
to pay attention to smb. - kiməsə diqqət vermək
60
to belong to smb. - kiməsə məxsus olmaq
to speak to smb. - kiminləsə danışmaq
to talk to - kiminləsə söhbət etmək
to listen to - kiməsə qulaq asmaq
to hear from smb. - kimdənsə eşitmək
to write to smb. - kiməsə yazmaq
to phone to smb. - kiməsə zəng etmək
to prefer smth to smth - bir şeyi o birindən üstün tutmaq
to be nice / kind to smb. - kiməsə qarşı səmimi / mehriban olmaq
to be nice / kind of smb. to do smth - bir kəsin nəsə etməsinə sevinmək
from – dan2 tərcümə olunur.Böyük obyekdən ayrılmağı bildirir.
I come from school - Məktəbdən gəlirəm
into – içinə, içərisinə tərcümə edilir. Bayırdan örtülü yerə istiqamət bildirir.
Put your books into your bag. - Kitablarınızı çantalara qoyun.
to get into a car - maşına minmək
near- yaxınlığınnda kimi tərcümə edilir.Mənaca at sözönünə yaxındır.Near böyük
obyektlərin yanında, at isə nisbətən kiçik obyektlərin yanında,kənarında tərcümə
edilir.
Ex : near school - məktəbin yanında
At the window - pəncərənin yanında
under – nəyinsə altında:
under the table - stolun altında
but: in the Sun - günəşin altında
in the rain - yağışda
in the Shade - gölgədə
out off - örtülü yerdən bayıra olan hərəkəti bildirir.
out off the room - otaqdan çıxmaq
above, over - üzərində, yuxarısında kimi tərcümə olunur.
above - nəyisə yuxarısında , yuxarı
The flag is above the window - Bayraq pəncərənin yuxarısındadır.
The clock is above the TV
over - nəyinsə üzərində , üstündə, üzərindən
over the river - çayın üzərində
over the city - şəhərin üzərində
to turn over page - səhifəni çevirmək
all over the world - bütün dünyada
over- bəzən o tayında kimi tərcümə olunur.
Ex: I see a small hause over the river - Mən çayın o tayında balaca ev görürəm.
61
in front of - qarşısında, qabağında, adətən iri obyektlərlə işlənir.
There are many trees in front of our school - Məktəbimizin qarşısında çoxlu ağaclar var.
behind - arxasında, arxada:
There is a garden behind the house - Evin arxasında bağ var.
Between - ikisinin arasında, yəni bu sözönü obyekt iki əşyanın, iki şəxsin, iki sıranın
arasında olarkən işlədilir.
The TV is between the sofa and the bookcase - Televizor divan ilə kitab şkafının
arasındadır.
among - arasında, ikidən artıq şəxs və ya əşya arasında sifət və zərfi üstünlük
dərəcəsində tələb edir.
Distribute the books among the students - Kitabları şagidlər
arasında paylaşdırın.
In the middle of - ortasında , mərkəzində kimi tərcümə olunur.Həm zaman, həm də yer
bildirir.
The table is in the middle of the room - Stol otağın ortasındadır.
Everywhere is green in the middle of the spring - Yazın ortasında hər yer yaşıl olur.
after - Sonra kimi tərcümə olunur.
after school - məktəbdən sonra
after dinner - nahardan sonra
the day after tomorrow - birisigün
one after another - bir- birinin ardınca
to look after - qayğısına qalmaq , qulluq etmək
to take after - oxşamaq ( xarakterimə görə ).
After - bəzən “ şərəfinə ” kimi tərcümə edilir.
after the guests - qonaqların şərəfinə
before - əvvəl, qabaq kimi tərcümə edilir.
before lesson - dərsdən əvvəl
before dinner - nahardan qabaq
the day before yesterday - sırağa gün
During - ərzində, müddətində
While - ərzində, müddətində bu iki sözün arasında fərq ondan ibarətdir ki,during -
özündən sonra isim, while - isə özündən sonra (fel ) bütöv cümlə başlanır, əsasən
keçmiş davamedici zamanda olur.
along - istiqamətində, boyu, boyunca :
along the river - çay boyunca
for – üçün tərcümə edilir.Bu zaman for - dan sonra isim əvəzlik gəlməlidir.
for you - sənin üçün
for my sister - bacım üçün
62
Əgər for – dan sonra zaman bildirən sözlər gələrsə müddət bildirir “... dir ki”
tərcümə edilir.Bu zaman bitmiş zaman işlənir.
I have known him for five years - Mən onu beş ildir ki, tanıyıram
for a week - bir həftəliyinə
for the first time - ilk dəfə, birinci dəfə
for few months - bir neçə aylığa
Bir neçə fellərlə işlənir:
to look for - axtarmaq
to be late for - gecikmək
to be ready for smth - nəyə isə hazır olmaq
to be grateful to smb. for smth - bir kəsə bir şey üçün minnəttar olmaq
to leave for - harayasa getmək
to ask smb for smth - bir kəsdən nəisə xahiş etmək
to thank smb for smth – bir kəsə bir şey üçün təşəkkür etmək
a rent for – nə üçünsə kirayə haqqı
to wait for - gözləmək (nəyisə, kimisə )
to be sorry for doing smth - nə isə etdiyi üçün peşman olmaq
to wait felindən sonra isim gələrsə for sözönü, fel gələrsə “ to ”sözönü işlədilir.
I’m waiting for you - Mən səni gözləyirəm
I’m waiting to see you - Mən səni görmək üçün gözləyirəm.
to go for a walk - gəzməyə getmək
to take for a walk - gəzməyə aparmaq
for zaman bildirərkən bitmiş zaman formasında da işlənir
till, untill - qədər, dək2, kimi, can tərcümə olunur.Zaman ifadə etdikdə işlənir.
I shall do my homework till evening - Mən axşamadək ev tapşırığını edəcəyəm.
about - haqqında, barəsində:
about your friend - sənin dostun haqqında
Həm də təxminən tərcümə oluna bilir.
about eight million - təxminən 8 milyon.
Bir sıra fellərlə :
to talk about - haqqında söhbət etmək
to speak about - haqqında danısmaq
to hear about - haqqında eşitmək
to know about - haqqında bilmək
by - ilə, la2 - bu zaman nəqiliyyat vastələri ilə işlənir, by ilə nəqliyyat vastələri
arasında sözönü olmur.
by bus - avtobusla
by car - maşınla, in a car - maşınla
63
by train - qatarla
in a taxi - taksi ilə
Əgər nəqiliyyat vastələrinin qarşışında yiyəlik halında olan isim və ya əvəzlik olarsa
“ in” sözönü işlənir.
in my car - mənim maşınımla
in Tom’s car - Tomun maşını ilə
by ilə isimin arasında artikl olarsa yanında tərcümə olunur.
by the car - maşının yanında
to pass by the picture - şəkilin yanından keçmək
by - qədər, dak 2, can2 - keçmiş bitmiş zaman formasında dəqiq vaxt bildirdikdə
işlənir.
by five o’clock yesterday - dünən saat beşə kimi
by - tərəfindən məchul növdə hərəkətin icrası göstərildikdə işlədilir.
The book is written by our teacher - Bu kitab müəllimimiz tərəfindən yazılıb.
QEYD: by the way - yeri gəlmişkən
to be excited by - nədənsə həyacanlanmaq.
With - ilə, la, lə tərcümə edilir.
with my father - atam ilə
bir sıra cansız isimlərlə :
with glasses - eynəkli
with beard - saqqallı
with a dog - it ilə
with a gun - tüfənglə
to cut with knife - bıçaqla kəsmək
to be angry with smb. - kiməsə acıqlanmaq
to be angry at smth - nəyə isə acıqlanmaq
to agree with - razılaşmaq
to have problems with smb. - kiminləsə problemi olmaq
a girl with flowers - əlində gül tutan qız.
Without - siz 4 - inkarlıq əmələ gətirir. Ancaq qarşısında gəldiyi sözü inkar edir.
without your help - sənin köməyin olmadan
without any money - pulsuz
Life is difficult without you - Həyat sənsiz çətindir.
of - in , nin 4 cansız isimlərin yiyəyik halını düzəldən sözönüdür.
4

the title of the film - filmin adı


the wesf of Europe - Avropanin qərbində
the day of the week - həftənin günü
to take pictures of something - nəyinsə fotoaparatla şəkilini şəkmək.
64
to take care of - qayğısına qalmaq
to besf of all - hər şeydən yaxşı
a loaf of bread - bir buxanka çörək
a cup of coftee - bir fincan qəhvə
a glass of water - bir stəkan su
a piece of chalk - bir parça tabaşir
a slice of cheese - bir dilim pendir
a box of matches - bir qutu kibrit
a packet of cigarettes - bir qutu siqaret
a bottle of wine - bir şüşə şərab
a crowd of people - izdiham, böyük bir insan dəstəsi
a gang of thieves [ θ i : v z ] - bir dəstə oğru
a group of students - bir qrup tələbə
a lot of people - çoxlu adam
a boy of 14 - 14 yaşlı bir oğlan
a great man of our time - dövrümüzün dahi adamı
a bunch of flowers - bir dəstə gül
a bar of chocolate - bir qutu şokalad
bir sıra fellərlə :
to think of - fikirləşmək
to be full of - dolu olmaq
to take care of - qayğısına qalmaq
to be afraid of - qorxmaq
to be made of - bir şeyin nədənsə istehsal olduğunu bildirdikdə
to be kind of smb. to - bir kəsin nəsə etməsinə səmimi münasibət bildirmək
to be source of energy - güc mənbəyi olmaq
at the age of - yaşında olarkən
instead of - əvəzinə, yerinə
which of - hansı, each of - hər biri, all of - hamısı, some of - bəziləri, bir neçəsi, both
of - hər ikisi, sort of - növ, çeşid.
off - bir qisim fellər vardır ki , “ on ”sözönü ilə birləşərək yeni fellər əmələ gətirir.
“ off ” sözönü əsasən həmin fellərdən sonra işlədilərək inkarlıq ifadə edən əks mənalı
yeni fellər əmələ gətirir.
to put off - söndürmək
to run off - qaçıb uzaqlaşmaq
to drive off /away - sürüb getmək
to take off - soyunmaq
to get off/out off - düşmək
65
to switch off - söndürmək
to turn off - söndürmək
Up - yuxarıya doğru hərəkəti bildirir və yaxud kiməsə nəyəsə yaxınlaşmağı bildirir.
up the stairs - pillələrlə yuxarı
upstairs - yuxarı mərtəbə
Hurry up - tələsin
Stand up - ayağa qalxın
to get up - yataqdan qaxmaq
to run up - qiymətləri qaldırmaq
to come up - kiməsə yaxınlaşmaq
to walk up - kiməsə yaxınlaşmaq
down - aşağıya olan hərəkəti bildirir.
to sit down - əyləşmək
to jump down - aşağı tullanmaq
to write down - köçürmək
to fall down - yıxılmaq
along - istiqamətində, boyu, boyunca:
along the river - çay boyunca
towards [ t ə ’w s : d z ] - tərəfə, istiqamətə, sarı:
They were driwing towards the shore of the Caspian Sea . Onlar Xəzər dənizi
sahillərinə sarı gedirdilər.
next to - (bitişik, mənasında )
beside - yanında, yanaşı
Sadig was sitting beside /next to Arzu. - Sadiq Arzunun yanında oturmuşdur.
opposite [ o p ə z ı t ] - üz - üzə, üzbəüz, qarşı - qarşıya
They were sitting opposite us - Onlar bizimlə üzbəüz oturmuşdular.
round
ətrafında, dövrəsində, ətrafına, dövrəsinə
around
We walked round the town - Biz şəhər ətrafında dolaşdıq.
across [ ə ’ k r s s ] - arasından, içərisindən, eninə, o biri tərəfdə
My home is situated across the street. Evim yolun o biri tərəfindədir.
across the river/street - çayı/ yolu keçmək
accross bridge - körpüdən keçmək
below [ b ı ’l o u ] - aşağı, aşağıda, altında
The temperature is usually 200 c below zero in Winter in Russia. - Qışda Rusiyad a
tempratur - 20 dərəcə olur (sıfırdan 20 dərəcə aşağı olur).

66
Sözönlü sözlər
all over the world - Bütün dünyada
along the river - çay boyunca
to appear in the dark - qaranlıqda peyda olmaq
arrive in - şəhərə gəlib çatmaq
arrive at - stansiyaya, partiyə gəlmək
as a rule - bir qayda olaraq
ask for smth - bir şey xahiş etmək
at the bus stop - avtobus dayanacağında
at the age of 20 - 20 yaşında
to be at the war - müharibə etmək
to be devoted to - həsr olumaq
to be famous for - nə iləsə məşur omaq
to be grateful to smb. - kiməsə olmaq, minnətdar olmaq
to be in a hurry - tələsmək
to be interested in - maraqlanmaq
to belong to - məxsus olmaq, aid olmaq
to be pleased with - razı qalmaq
to be tired of - yorulmaq
by heart - əzbərdən
by hand - əlindən
in hand - əlində
by the way - yeri gəlmişkən
consist of - ibarət olmaq
to cry for help - köməyə gəlmək
to depend on - asılı olmaq
to die in a battle - döyüşdə ölmək
ear for music - musiqi qavramaq qabiliyyəti
to fall in love with - kimisə vurulmaq
for hearts sake - qəlbin rahatlığı naminə
to get into trouble – falakətə düçar olmaq
to go on an excursion - səyahətə çıxmaq
in honour of somebody - kiminsə şərəfinə
in short - qısası
in the mountains - dağlarda
in time - vaxtında
to leave for - yola düşmək
lights went down - işıqlar söndü
67
to live in pease - dinc ömür sürmək
to look after - gullur etmək
to take care of - qayğısına qalmaq
to look like - bənzəmək ( zahirən )
to take after - bənzəmək ( xarakterinə )
to move to - köçmək
passer by - yoldan ötən
places of interest - görməli yerlər
to make a good impression on smb.-kiməsə yaxşı təsir etmək
point of view - nəzər nöqtəsi
to shake hands with - əlini sıxmaq
to switch on - yandırmaq
to turn on - yandırmaq
to switch off - söndürmək
to turn off - söndürmək
to take part in - iştirak etmək
ticket to a city - şəhərə bilet
ticket for a play - tamaşaya bilet
to try on - geyib baxmaq
What ’s up? - nə olub?
What is the matter with you - Sizə nə olub?
to be wrong with - nə isə baş vermək (pis bir şey)
to wake up - yuxudan oyanmaq
year by year - ilbə il
on business - işə görə
to be busy in - nə iləsə məsğul olmaq
on the right ( left ) – sağda ( solda )
on sale - satışda
on the way (ground, Earth, isle, island, floor) - yolda (yerdə, yer kürəsində, adada,
mərtəbədə)
later on - sonra
to spend money on smth - bir şeyə pul xərcləmək
over and over - dəfələrlə
through - vastəsilə, olan, dən
to telephone to - kiməsə zəng etmək
with a storm of applause - gurultulu alqışlarla
to be in trouble - bəlada olmaq
to put out the fire - alovu söndürmək
68
by cheak - çeklə
by credit card - kredit kartı ilə
in cash - nağd pul ilə
to be found of - bir şeyi çox xoşlamaq
to turn to - müraciət etmək
School and lesson sözlərinin qarşısında yiyəlik əvəzliyi gələrsə - da 2 mənasında
“in” işlədilir.
on the farm - fermada
on the poultry - farm - quşçuluq fermasında
on the stock form - mardarlıq fermasında
Bütün mağaza adlar: “Shop” - dan başqa cinema, theatre, party, consert, stadium - “at ”
sözönü ilə işlənir.
Cost, show, beach -da2 mənasında “on” sözönü ilə işlənirlər.
on the cost - sahildə
but : at the seaside - dəniz kənarında
Home, there, here - sözlərindən əvvəl istiqamət bildirən “ to ” sözönü işlənir.Home
sözü yalnız -da2 mənasında “ at ” sözönü ilə işlənir.

Sözönü ilə işlənməyən fellər.


to adress
to reach
to catch
to watch
to enter
to learn
to visit
to approach
to meet

Zərf və onun dərəcələri. (Adverb)


Zərf hərəkətin əlamətini və yaxud hərəkətin hansı şəraitdə, nə halda, harada, necə, nə zaman
icra olunduğunu bildirən nitq hissəsinə deyilir. Zərf cümlədə əsasən felə aid olur.
Ex: She came yesterday - O dünən gəldi.
Ali speaks well - Əli yaxşı danişır.
Mənalarına görə zərflər ingilis dilində aşağıdakı qruplara bölünür.
1.Hərəkətin zamanını bildirən zərflər: today, tomorrow, before, after, still, yet, soon, once
[ w ∧ n s ] və sairə.
69
2.Hərəkətin yerini bildirən zərflər - here, there, inside, outside, downstairs, upstairs,
homeward and so on.
3.Hərəkətin səbəbini və nəticəsini bildirənlər: therefore [ð ℰ ə f o: ] - ona görə,onun üçün,
conseguently [k o n s i k w ə n t l i ], accordingly - ona görə, əsasən .
4.Hərəkətin tərzini, necə baş verdiyini bildirən zərflər - daily, always, usually, quickly, fast,
hard.
5.Hərəkətin təkrar edilməsini göstərən zərflər: often, seldom, sometimes, scarcely [s k ℰ ə s
l i] - güclə, çətinliklə.
6.Hərəkətin dərəcəsini, ölçüsünü bildirən zərflər: nearly, almost, hardly, much, very,
enough, little, too and so on.
Zərfin dərəcələri. The degreese of adverbs.
İngilis dilində ancaq keyfiyyət zərflərinin dərəcə kataqoriyası var.Zərfin də dərəcəsi
sifətlərdə olduğu kimi 2 üsulla düzəlir :
1) Sintetik üsulla - yəni zərfin sonuna şəkilçi əlavə edilməklə.
2) Analtik üsulla - yəni zərfin əvvəlinə köməkçi söz əlavə etməklə.Birhecalı keyfiyyət
bildirən zərflərin müqayisə dərəcəsində - er, üstünlükdə isə - est şəkilçisi əlavə etməklə,
düzəlir.
fast - faster - fastest
hard - harder - hardest
long - longer - longest
İki və çoxhecalı zərflərin müqayisə dərəcəsi zərfin əvvəlinə “more”, üstünlük
dərəcəsini isə zərfin əvvəlinə “ most ” artırmaqla düzəlir.
nicely – more nicely - most nicely
Bütün “ ly” ilə düzələn zərflərin müqayisə dərəcəsi more , üstünlük dərəcəsi most ilə
düzəlir.Müqayisə dərəcəsi much ilə qüvvətləndirilir. Yalnız “ early” zərfinin müqayisə
və üstünlük dərəcəsi “ er ”,- “ est” artırmaqla düzəlir, çünki “- ly” burada zərf düzəldən
şəkilçi deyil, kökün özündədir.Ümumiyyətlə zərflər əsasən sifətin üzərinə - ly artırmaqla
düzəlir.
Ex : slow – slowly, nice - nicely.
hard, fast,early, late, near, short, far, straight, big, long həm sifət, həm də zərfdirlər .
İsimdən əvvəl gələndə sifət feldən sonra işləndikdə zərf olurlar.
hard work – çətin iş ( sifət )
He works hard - o, çox işləyir .(zərf)
hardly, nearly, lately zərfdirlər, ancaq dərəcələri yoxdur. Ancaq öz tərcümələri yerinə
işlədilirlər. Hardly - güclə, çətinliklə, nearly- demək olar ki, lately - son zamanlar kimi
tərcümə edilirlər.
hardly – işləndiyi cümləyə daha inkarlıq işlənmir, inkarlıq onun özündədir .
Bəzi zərflərin dərəcələri kökün dəyişməsi yolu ilə düzəlir.
70
well - better - best
badly - worse - worst
much - more - most
little - less - least
Bəzi zərflərin 2 müqayisə və iki üstünlük dərəcələri var.
near - nearer nearest
next
far - farther - farthest
further - furthest
late - later latest
last

1.Əgər cümlədə as ... as, not so ... as, not as ... as, too, very, rather, quite olarsa zərf adi
dərəcədə olur.
1. Əgər cümlədə that, much, a little, a bit olarsa orada zərf müqayisə dərəcəsində olur.
2. Əgər cümlədə which, which of, of all, ever, in the world, in the village, at home, at
school və sairə varsa orada zərf üstünlük dərəcəsində olur.
Üstünlük dərəcəsində olan zərfin qarşısında “ the” artiklı heç vaxt işlənmir.
Enough - həm isim, həm də sifətlə işlənir. Enough isimdən əvvəl, sifətdən sonra işlənir.
Ex: enough time, but: hot enough, cold enough.

Zərfin cümlədə yeri


Tərzi hərəkət zərflərinin yeri əsasən feldən sonradır .
Ex : She was walking slowly.
Əgər cümlədə feldən sonra tamamlıq olarsa zərf tamamlıqdan sonra gəlir.
Ex : He recited the poem loudly. O , ucadan şer oxudu.
Diqqət: zərf fel ilə tamamlıq arasında dura bilməz.
Cümlədə feldən sonra məsdər olduqda zərf feldən əvvəl gəlir.
Ex : He seriously began to study. - O , ciddi oxumağa başladı.
Qeyri-müəyyən zaman zərfləri: always, often, seldom, ever, never, just, already,
sometimes, soon, yet.
Sometimes əsasən cümlənin əvvəlində gəlir.
Yet isə inkar cümlədə sonda gəlir.
1.Əgər bir mübtəda bir xəbər olsa qeyri müəyyən zərflər ikisinin arasında gəlir.
Ex : He often goes to the library.
2.Cümlədə xəbər köməkçi və əsas fellə ifadə olunmuşsa (bir köməkçi fel və bir əsas fel
olarsa) bu zərflər, köməkçi fellə əsas felin arasında işlənir.
Ex : I shall never forget you. - Mən səni heç vaxt unutmayacağam .

71
3.Cümlədə iki köməkçi fel olduqda bu zərflər birinci köməkçi feldən sonra işlənir.
Ex : The letter has already been sent. - Məktub artıq yola salınmışdır.
4.Qeyri-müəyyən zaman zərfləri can, may, must modal fellərdən sonra gəlirlər.
Ex : I must always greet her.
5.Cümlədə “must” felinin əvəzedicisi “have to” vastəsilə ifadə olunduqda qeyri-müəyyən
zaman zərfləri “have to” - dan əvvəl gəlir.
Ex : I often had to help her. - Mən tez – tez ona kömək etməli olurdum.
6.Hərəkət “used to” feli ilə ifadə olunduqda qeyri-müəyyən zərflər “used to” – dan
əvvəl gəlir.
Ex : He often used to go the village. - O tez-tez kəndə gedərdi.

Zərf ilə işlənməyən fellər.


Bir qrup fellər var ki, onlardan sonra zərf işlənmir, sifət işlənir. Bunlar aşağıdakılardır:
to get, to be, to become, to grow - olmaq mənasında, yəni to get - əldə etmək, to get to -
çatmaq, to get on - minmək, to get off - düşmək, to get up - yataqdan qalxmaq
mənasında zərf ilə işlənirlər, yalnız “to get” olmaq mənasında zərf ilə deyil, sifət ilə
işlənir.
Ex : to get sad , to get tired və sair.
to be, to become həmişə sifət ilə işlənir, yalnız “to be well” insanın əhval-ruhiyyəsinə
aid olanda işlənir, çünki good insanın əhval ruhiyyəsinə aid işlənmir.
to grow yalnız olmaq mənasınnda sifət ilə işlənir, yəni to grow becərmək mənasında
zərf ilə işlənir.
to grow old – qoca olmaq
to taste - dadmaq, to sound - səslənmək, to remain - qalmaq, to smell - iyi gəlmək,
iyləmək, to seem - elə gəlmək, elə görünmək - həmişə sifət ilə işlənirlər.
to feel - hiss etmək - həmişə sifət ilə işlənir, yalnız to be və to feel - yaxşı mənasında
insanın əhval ruhiyyəsinə aid olduqda “good” ilə deyil “well” ilə işlənir.
I feel well və ya I am well but the film is good.
to look - görünmək mənasında sifət ilə işlənir.
Ex : to look nice - gözəl görünmək.
Əgər :
to look at - baxmaq
to look for - axtarmaq
to look through - nəzərdən kerirmək
to look up - lüğətdən söz seçmək
to look after - qulluq etmək
to look like - bənzəmək
to look forward - bir şeyi səbirsizliklə gözləmək
72
to look araund - ətrafa baxmaq
to look up and down - aşağı yuxarı baxmaq
to look ahead - irəli baxmaq - olarsa zərf ilə işlənəcəklər.
to look - yalnız görünmək mənasında sifət ilə işlənir, (söz önsüz olanda).
lonely life - təhna həyat, lonely woman, lovely weather ;
lonely, lovely - sifətdir, alone - zərfdir. to stay alone - tək qalmaq,
to be alone - tək olmaq.
Bəzi zərflər cümlədə əlavə məna çalarları yaradırlar.
too, also, either - hər üçü həmçinin, da, də - kimi tərcümə olunur.
too - təsdiq və sual cümləsini təsdiq edir, cümlənin lap sonunda gəlir.
also - təsdiq və sual cümləsini təsdiq edir, cümlənin ortasında gəlir.
either - inkar cümləni təsdiq edir , cümlənin lap sonunda gəlir.
else - daha, even - hətta, only - yalnız, just - elə, məhz mənanı qüvvətləndirmək üçün
işlədilir.
When, where,why, how, how well - bunlar sual zərfləridir; mübtəda və ya tamamlıq
budaq cümləsini bağlayanda (yəni cümlənin ortasında gələrkən) bağlayıcı zərf olurlar, zərf
funksiyasında işlənirlər.
So - beləliklə, therefore - odur ki, however - lakin, besides - bundan başqa, otherwise, or -
ya, yoxsa bunlar da bağlayıcı zərf kimi işlənirlər.Zərflər sadə düzəltmə və mürəkkəb
olurlar.
Sadə zərflər: here, there, fast, hard
Düzəltmə zərflər: quickly, homeward, slowly
Mürəkkəb zərflər: sometimes, somewhere, anyhow, anywhere və sair.

Make and do

to make - düzəltmək
to make money - pul qazanmaq
to make up sentence - cümlə qurmaq
to make tea - çay dəmləmək
to make dinner - nahar hazırlamaq
to make a dress - paltar tikmək
to make proqress - nailliyyət əldə etmək
to make a film - film çəkmək
to make a note - qeyd götürmək
to make a bed - çarpayını yığışdırmaq
to make one’s mind - qərara almaq
to make a fire - tonqal yandırmaq

73
to do - etmək
to do shopping - bazarlıq etmək
to do one’s best - əlindən gələni etmək
to do one’s lesson - dərslərini etmək
to do housework - ev işlərini etmək
to do homework - ev tapşırığını etmək
to do morning exercise - səhər idmanı etmək
to do exercises - tapşırıqlar etmək
to do sums - misallar etmək
to do good - yaxşılıq etmək
to do smb. a favour - bir kəsə yaxşılıq etmək
to do research - araşdırma aparmaq
to do business - kommersiya ilə məşğul olmaq
to do damage - xətər yetirmək, zərər vermək

Artikl.
Artikl köməkçi nitq hissəsidir.Artikl ancaq ismin əlamətidir.Artiklın iki növü var.
a)Qeyri-müəyyənlik article - The İndefinite article “a, an”
b)Müəyyənlik article - The Definite article “the”
I. “A, an” qeyri-müəyyənlik artiklı:
a) a- samitlə başlayan isimlərin qarşısında işlədilir. Ex : a book [ ə’b u k ],
b) an- isə sait səs qarşısında işlədilir . an egg [ ə n ’ e g ] ,
Oxunmayan h hərfi ilə də başlayan isimlərin qarşısında da “an” işlənir.
an hour [ ə n ’ a u ə ],
an honourable person [ ən s n ə r ə b i p ə ; s n ]
Samit səs verən “y və u” hərifləri ilə başlayan sözlərin qarşısında “a” işlənir.
a yard [ ə ’j a : d ], a uniform [ ə’ j u : n ı f s : m ] “a, an” artiklı qədim ingilis dilində
bir (one) sözündən yaranıb, bir mənasını verir.Bütün sayıla bilən tək isimlər a, an
artiklı ilə işlənməlidir.Sayla bilməyən isimlər, cəm isimlər, mücərrəd isimlər a, an
artiklı ilə işlənmirlər.Yalnız sayla bilən tək isimlərin qarşısında yiyəlik əvəzlikləri,
that işarə əvəzlikləri, “no” inkar əvəzliyi gələrsəartiklsız işlənir.Artikl həmişə təyin
etdiyi isimdən əvvəl gəlir.Əgər isimin qarşısında sifət gələrsə artikl sifətdən əvvəl
işlənir,ancaq ismə aid olur.Əgər ismin qarşısında all və both əvəzlikləri gələrsə artikl
all və both əvəzliklərindən sonra gəlir.
All the children - Uşaqların hamısı
Both the boys - oğlanların hər ikisi
1.a,an artiklı təkdə olan və iki dəfə adi çəkilən və sayıla bilən tək isimlərin
qarşısında işlənir.
74
Ex : My brother bought a new house.
2.Məşğuliyyət, peşə bildirən sözlərin qarşısında a, an artiklı işlənir.
my brother is a doctor.
3.Nida cümlələrində “ what ” sözündən sonra sayla bilən tək isim gələrsə qeyri-
müəyyən artikl işlənir.
What a nice day it is:
4.Tərkibində “ have ” feli olan bir sıra ifadələrlə a, an artiklı işlənir.
to have a rest - istirahət etmək
to have a talk - söhbət etmək
to have a bath - çimmək
to have a walk - gəzintiyə çıxmaq
to have a good time - yaxşı vaxt keçirmək.
5.bir insanı və ya əşyanı təsvir etdikdə :
Sadig was a fifteen year old boy - Sadiq 15 yaşlı oğlan idi.
6.Ölçü, məbləğ, vaxt, masafə bildirən isimlər:
a quarter of an hour - yarım saat
an hour and a half - bir saat yarım.
7. hundred, thousand, millon saylarının qarşısında işlədilən bilər. a hundred years, a
thousand times.
8.Sayıla bilən tək isim predikative funksiyasında işləndikdə
It is a book - bu kitabdır.
9.Such (elə, belə), quite (kifayət qədər, tamamilə) ,rather (olduqca) sözləri sayıla bilən
tək ismin qarşısında gəldikdə onlardan sonra a, an artikli işlənir.
Such a nice girl
Quite a little boy
10.Bir sıra sabit ifadələrdə :
a piece of paper - bir parça kağız
a cup of tea - bir fincan çay
a glass of water - bir stəkan sy
a bottle of wine - bir butulka şərab
a slice of bread - bir dilim çörək
a dozen of tulips - bir dəstə zanbaq
a room of books - kitab dolu otaq
a couple of - bir cüt
a kind of punishment - bir növ cəza
a pair of shoes - bir cüt ayyaqqabı
a bar of chocolate - bir qutu şakalad
a little money - bir az pul
75
a few books - bir neçə kitab
a lot of people - çoxlu adam
a number of sfudents - çoxlu şagird
a bunch of flavers - bir dəsdə gül
a gluster of grapes - bir salxım üzüm
a grour of people - bir qrup adam
Əgər yemək sifətlə təyin edilərsə və növündən danışılarsa :
a little dinner - kiçik bir nahar
an excellent supper - əla bir şam yeməyi
11. There ... cümləsi təkdə olan, sayıla bilən ismi ifadə edərsə.
There is a car in the yard - Həyətdə bir maşın var.
12. Seçmə suallarda verilən isimlər təkdə və sayıla bilən olarsa.
Are you a pupil or a student ? – Sən şagirdsən yoxsa tələbə?
period (dövr), population (əhali), distance (məsafə), salary (maaş) mücərrəd isimləri a
(an) artiklı ilə işlədilə bilir.
ІІ.The - müəyyənlik artiklı - this işarə əvəzliyindən yaranmışdır.İki cür tələffüz
edilir. Samitlə başlayan sözlərdən əvvəl [ ðə ] kimi: the book [ðə buk] , the pen [ðə
pen] , the yard [ðə ’ j a : d] .
Saitlə və eləcədə tələffüz olunmayan “ h ” ilə başlayan sözlərdən əvvəl [ ð i : ]
kimi the artist [ ð ə ’ j a : d ] .
1.The müəyyənlik artiklı adım ikinci dəfə çəkdiyimiz, əvvəlcədən məlumat vermiş ,
həm danışana, həm də dinləyənə məlum olan isimlər.
I see a car.The car is red.

Modal fellər (Modal Verbs)


Modal fellərin aşağıdakı xüsusiyyətləri var:
1.Modal feldən sonra məsdər “ to” hissəciksiz işlənir.Yalnız “ought” felindən sonra
“to” hissəciyi işlənir.
2. Bu fellərin heç biri Present Simple zaman formasında üçüncü şəxsin təkində “s”
sonluğu qəbul etmir.
3.Sual cümlələri verilmiş modal felin mübtədadan əvvələ keçməsi ilə düzəlir.
You may take my book.
May I take your book?
4.Modal fellər şəxssiz formalara malik deyil.
5.İnkar forması modal feldən sonra “not” inkar hissəciyinin artırılması ilə düzəlir.
She cannot swim
“Can” modal feli
Can modal feli bacarmaq ,bilmək deməkdir.İki zaman forması var:
76
1)İndiki zaman forması - can
2) Keçmiş qeyri-müəyyən zaman forması - could.
Can ,could şəxslər üzrə dəyişmir,özündən sonra “to” hissəciksiz məsdər işlənir.Sualda
can əvvələ keçir,inkarda can,could felindən sonra not inkar hissəciyi artırılır.
I We
You can work. You can work.
He (She) They

I We
You could work. You could work.
He (She) They

I We
Can You work? Can You work.?
He (She) They
Could you work ?
I cannot ( can’t) work.
I could not (couldn’t) work
Can felinin əvəzedicisi “ to be able to” felidir. “ to be able to” şəxslər üzrə
dəyişir və bütün zamanları var.

I am able to work.
You are able to work.
He/she is able to work.
We are able to work.
You are able to work.
They are able to work.
Keçmiş qeyri- müəyyəndə was (were) able to, gələcək qeyri müəyyəndə shall be able
to, will be able to, indiki bitmiş zamanda have (has) been able to, keçmiş bitmiş
zamanda had been able to kimi işlənir.
Sual formasını düzəldərkən am, is, are, was, were, shall (will), have (has), had
mübtədadan əvvələ keçir.
am I able to work?
are you able to work?
Is he/she able to work?
are we/you/they able to work?
Was he/she able to work?
Shall we be able to work?
77
Have you been able to work?
Had you been able to work?

İnkarda am, is, are, was, were, shall (will), have (has), had fellərindən sonra not
inkar hissəciyi əlavə olunur.

I am not able to work.


You weren’t (were not) able to work.
I shall not (shan’t be ) able to work.
I haven’t been able to work.
I hadn’t been able to work.
To be able to şəraitdən asılı olaraq bir şeyi bacarmaq, bilmək kimi istifadə olunur.

“May” modal feli

May modal feli olar,olarmı, icazə, mümkünlük və güman bildirir . May modal
felinin 2 zaman forması var :
1)İndiki qeyri-müəyyən zamanda “may”
2)Keçmiş qeyri-müəyyən zamanda isə “might” olur.
May, might şəxslər üzrə dəyişmir, onlardan sonra gələn fellər şəxslər üzrə dəyişmir, “
to” – suz məsdər işlənir.
I may work We
You may work You may work
He ( she) may work They

Sualda may mübtədadan əvvələ keçir.


May I work ? we
May you work ? May you work?
May he ( she) work ? they

İnkarda isə may felindən sonra “ not ” inkar hissəciyi işlənir.


I may not work.
You may not work.
He (she) may not work.
Qısa təsdiq,qısa inkar cavab may feli ilə verilir.
Yes,you may? No, you mayn’t.
Qətilik bildirərkən may ilə verilən suallara must ilə cavab verə bilərik.
May I smoke? No,you mustn’t.
May feli indiki qeyri-müəyyən zamanda ancaq icazə mənasında işlənir.

78
Keşmiş qeyri-müəyyən zaman forması might [ m a i t ] felidir.Şəxslər üzrə dəyişmir ,
ondan sonra gələn fel dəyişmir , “ to”-suz məsdər işlənir.
I might do.
They might do
You mignt do.
Might ancaq vasitəli niqtdə işlənir :
Ex :They said that I might take her book.- Müəllim dedi ki,mən onun kitabını götürə
bilərəm.

“Must” modal feli


Must modal feli vaciblik,zərurət,güman və etimal bildirir.Must modal felinin yalnız
indiki zaman forması var.Must şəxslər üzrə dəyişmir,ondan sonra gələn fel “ to” -
suz məsdər gəlir.
I must work. We must work.
You must work. You must work.
He (she) must work. They must work.
Sualda “must” modal feli əvvələ keçir.
Must I work? Must we work. ?
Must you work ? Must you work ?
Must he (she) work ? Must they work ?

İnkarda must modal felindən sonra not inkar hissəciyyi işlədilir.


I must not go.
You must not go.
He (she) must not go.
Qısa təsdiq,qısa inkar cavab must felinin özü ilə verilir .
Must you go?
Yes I must.
No , I mustn’t.

“Have to” modal feli


Bu must modal felinin əvəzedicisidir. “ Have to ” şəraitdən asılı olaraq bir şeyin
vacib olduğu bildirilir.
İndiki qeyri-müəyyəndə - have to,has to,
Keçmiş qeyri-müəyyəndə - had to
Gələcək qeyri-müəyyəndə Shall have to

will have to
79
İndiki bitmiş zamanda have had to
has had to
Keçmiş bitmiş zamanda - had to işlənir.

I have to come.
You have to come.
He (she) has to come.
We
You have to come.
They

Sual verərkən do,does köməkçi feli mübtədadan əvvələ keçir.


Do I have to come ?
Do you have to come?
Does he (she) have to come?
Do we ( you, they ) have to come?
Qısa təsdiq,qısa inkar cavab do,does feli ilə verilir.
Yes , I do. No , I don’t.
Yes,he does. No,he doesn’t
Tam inkar forması don’t və doesn’t mübtədadan sonra işlənir.
I don’t have to come.
You don’t have to come
He (she) doesn’t have to come.
We
You dont’t have to come
They
Keçmiş qeyri muəyyəndə “ had to” olur və sualı ,inkarı did feli ilə verilir.Bu
zaman had to have to ilə əvəzlənir.Keçmişlik özünü did felində göstərir.
I had to come Yes, you did
Did I have to come No,you didn’t
I didn’t have to come?
Gələcək qeyri-müəyyən forması shall have to , will have to olur. Sualda shall , will
mübtədadan əvvələ keçir.
I shall have to come.
Shall I have to come.
I shall not have to come

“Should” modal feli


80
Should modal feli gərək , -malı2 tərcümə edilir , bir şeyin məsləhət şəklində vacib
olduğunu bildirir.Bütün şəxslərdə dəyişmir , “to” –suz məsdər işlənir.
I should go
You should go.
Should I go ?
I shouldn’t go?
Ought to modal feli в, should feli kimi gərəklik bildirir ,şəxslər üzrə dəyişmir,
özündən sonra “to”-suz məsdər işlənir.
For ex :I ought to go
You ought to go
“Need” modal feli
Need modal feli həm əsas , həm də köməkçi feldir.
1.Əsas fel kimi need felindən sonra isim gəlir və ya fel to ədatı ilə işlənir.Modal fel
kimi need felindən sonra “to”- suz fel işlənir.
2.Əsas fel kimi need həm təsdiq,həm sual,həm inkar cümlədə işlənir.
3.Əsas fel kimi need felin sualı,inkarı do,does,did ilə düzəlir,modal fel kimi need
felindən sonra not işlənir.
4.Əsas fel kimi need felinin bütün zamanları var,modal fel kimi ancaq indiki qeyri-
müəyyən zamanda işlənir.
5.Əsas fel kimi ІІІ şəxs təkdə need “ S” qəbul edir.
6.Əsas fel kimi need “ehtiyacı olmaq” tərcümə olunur , modal fel kimi lazım deyil
kimi tərcümə edilir.

81

You might also like