Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 21

*ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ* sual-cavab

1. Ədəbiyyat nədir?

Həyatı bədii şəkildə, obrazlarla əks etdirən söz sənəti

2.Ədəbiyyatdan bəhs edən elm nə adlanır?

Ədəbiyyatşünaslıq

3.Bu elmin sahələri hansılardır?

Ədəbiyyat tarıxı

Ədəbiyyat nəzəriyyəsi

Ədəbi tənqid

4.Ədəbiyyat nəzəriyyəsi nəyi öyrədir?

Ədəbiyyatın xüsusiyyətlərini, növ və janrlarını, süjet və kompozisiyasını, dilini

5.Nəsrin əlamətləri hansılardır?

Adi danışıq dilinə yaxın olması

İnversiyanın az olması

Ədəbi dilin normalarının daha çox gözlənilməsi

Cümlələrdən və abzaslardan ibarət olması

6. Yazılı ədəbiyyatımızda ilk nəsr əsər hansıdır?

Ə. Xəqaninin “Münşəat” adlanan məktubları

7.Nəzm sözünün mənası nə deməkdir?

Ərəb sözüdür, nizam-intizam, qayda-qanun deməkdir

8.Nəzmlə yazılan əsərlər hansı formada olur?

Misra , beyt, bənd

9.Nəzmin əsas vahidi nədir?

Misra

10.Əsas əlamətləri hansılardır?

Ahəng, ölçü, qafiyə, rədif, bölgü, inversiya

11. Ahəng nədir?

Eyni ölçülü səslərin bir-birini izləməsidir

12. Şeirdə ahəng yaradan vahidlər hansılardır?

Ölçü, qafiyə, bölgü, rədif


13.Ölçüyə ədəbiyyatşünaslıqda başqa nə deyilir?

Vəzn

14.Vəzn nə deməkdir?

Misraların həcmi

15.Vəznin əsas tələbi nədir?

Şeirdə misralar həcm və ahəngcə bir-birinə bərabər olsun

16.Qafiyə nəyə deyilir?

Tələffüzdə səs tərkibi etibarı ilə bir-birinə yaxın olan sözlərə

17.Qafiyənin neçə növü var?

Beş

18.Hansılardır?

Zəngin qafiyə - əksər səslərin bir-biri ilə uyğunlaşması

Yoxsul qafiyə - cəmi bir-iki, əsasən də axrıncı səslər oxşar olur

Qulaq qafiyəsi – yazıya görə fərqlənən, oxşar tələffüz olunan sözlər

Daxili qafiyə - ahəngdarlığı artırmaq üçün misraların daxilində işlənir, bu qafiyə bütün misralarda eyni
yerə düşməlidir

Cinas qafiyə-şəkilcə, tələffüzcə eyni olan müxtəlif məna ifadə edən sözlərdir

19.Rədif nədir?

Misranın sonunda gəlib qafiyədən sonra təkrar olunan söz

20.Rədif bəndlərin və beytlərin sonundakı qafiyədən sonra gələndə nəyə xidmət edir?

Bəndləri yaxud beytləri bir-birinə bağlamağa

21.Misradaxili bölgü nədir?

Misraların tərkibində edilən fasilələr

22.Ədəbiyyatşünaslıqda bölgü əvəzinə başqa hansı terminlərdə işlənə bilər?

Təqti, sezura, duraq, ayaq

23.Misra nədir?

Şeirin bir sətri

24.Beyt nədir?

İki misradan ibarət nisbətən bitkin hissə

25.Beytin hansı növləri var?

Mətlə beyt – ilk beytdir


Məqtə beyt – son beytdir

Şah beyt – şeirin ən qüvvətli bəndidir

26.Beytlə yazılan şeirlər hansılardır?

Qəzəl, qəsidə, qitə, məsnəvi

27.Hər iki misraya beyt demək olarmı?

Xeyr, bitkinlik olmalıdır

28.Bənd nədir?

Şeirin müxtəlif misralarından ibarət hissə

29.Şeirdə misraların sayı nəyə əsasən müəyyənləşir?

İlk bəndə əsasən, ilk bənd neçə misradırsa digərləridə elə olacaq

30.Yalniz bir bənddən ibarət olan şeirlər hansılardır?

Rübai, tuyuq, bayatı

31.Bəndlər şəkilində olan digər şeir janrları hansılardır?

Qoşma, gəraylı, mürəbbe, müxəmməs, müsəddəs, muüşşər

32. beşlik şəkilində yazılan janrlar hansılardır?

Müxəmməs, təxmis

33.Dördlük şəkilində yazılan hansılardır?

Rübai, tuyuq, mürəbbe

34.Ədəbiyyatımızda hansı vəznlər vardır?

Heca və əruz, əlavə olaraq sərbəst şeir forması

35.Milli vəznimiz hansı sayılır?

Heca vəzni

36.Bu vəznin əsas tələbi nədir?

Misralarda hecaların sayının bərabər olması

37.Şeir şəkilləri neçə haçalı ola bilir?

İki – on altı

38. Ən çox işlənən şeir şəkilləri hansılardır?

7,8,11 hecalı şeirlər

39.Heca vəznində misradaxili bölgü nəyə əsaslanır?

Bütöv söz prinsipinə

40. Heca vəzninə başqa nə vəzni deyirlər?


Barmaq vəzni

41.Əruz vəzni ədəbiyyatımıza hansı ədəbiyyatdan keçmişdir?

Ərəb ədəbiyyatından

42.Əruz nə deməkdir?

Şeir haqqında elm

43. Bu vəzni ilk dəfə kim sistemləşdirib?

Ərəb alimi Xəlil ibn Əhməd

44.Əruz vəznin əsas tələbi nədir?

Uzun və qisa hecalar bir-biri ilə növbələşir, bir-birini izləyir, mütənasib yaranır

45.Hecaların sayı fərqli ola bilərmi?

Bəli

46. Bu fərqlilik nəyin hesabına aradan qaldırılır?

Hecaların uzanması və qısanması

47. Uzanma necə adlanır?

İmalə

48. Qisalma necə adlanır?

Zihaf

49.Uzun heca nəyə deyilir?

Samitlə və ya uzun saitlə bitən hecaya

50. Qısa heca nəyə deyilir?

Adi saitlə bitən hecaya

51.Əruzun prinsipləri hansılardır?

Heca prinsipi, bölgü prinsipi

52.Heca prinsipinin tələbi nədir?

Uzun və qisa hecaların mütənasib yaratması

53.Əruzda təfilə deyilən anlayış nədir?

Bölgü

54. Təfilə hansı bənddə qurulur?

Mətlə beytdə

55.Əruzun neçə bəhri mövcuddur?

On doqquz
56.Xəlil ibn Əhməd bu bəhrlərdən neçəsini yaradıb?

On beşini

57. Digər dördünü kim yaradıb?

Fars alimləri

58. Ədəbiyyatımızda bu bəhrlərin neçəsi işlənir?

On biri

59. Ən çox işlənən bəhr hansıdır?

Həcəz

60. Ən az işlənən bəhr hansıdır?

Rəcəz

61.Ən çox işlənən bəhrlər hansıdır?

Həcəz, Rəməl, Xəfif, Səri, Münsərih

61.Həcəz nə deməkdir?

Xoşa gələn səs, gözəl avaz, cəh-cəh

62.Həcəz bəhri necə yaranır?

MəfAİlün təfiləsinin dörd dəfə təkrarı ilə

63.Bu bəhrdə yazılan hansı əsərlərə rast gəlirik?

“Dəhnamə”, “Leyli və Məcnun”, “Məni candan usandırdı...”, “Əkinçi”, “Neylərdin ilahi”, “Türkün
nəğməsi” və s.

64.Rəməl sözünün mənası nədir?

Ləngərlənmək, ağır-ağır yerimək

65.Necə yaranır?

Failatün təfiləsinin təkrarından

66.Ədəbiyyatımızda rəməldə yazılan hansı əsərlərə rast gəlirik?

“Guş qıl”, “Söz”, “Əql yar olsaydı...”

67.Xəfif nə deməkdir?

Zərif, incə

68.Xəfif bəhrində yazılan hansı əsərlərimiz var?

“Qafqaz müsəlmanlarına xitab”, “Qaz və durna”

69. Səri sözünün mənası nədir?

Sürətli, tez-tez, cəld


70.Bu bəhrdə yazılan hansı əsər var?

“Ağacların bəhsi”

71.Münsərih nə mənasını verir?

Axici

72. Bu bəhrdə yazılan əsərlər hansılardır?

“Yanaram”, “Oxutmuram, əl çəkin”

73.Heca vəznindən yazılı ədəbiyyatımızda nə vaxtdan istifadə olunmağa başlayıb?

Xətayi yaradıcılığı ilə

74.Sərbəst şeir şəklidə nə gözlənilməlidir?

Ahəngdarlıq

75.Sərbəst şeir şəklində hansı vəznın təsiri duyulur?

Heca

76. Bu şeir səklində yazan sənətkarlarımız kimlər idi?

R. Rza, S. Vurğun, S. Rüstəm, B. Vahabzadə, Ə. Kərim, M. Araz

ƏDƏBİ NÖVLƏR VƏ JANRLAR

77.Epik nə deməkdir?

Epos sözündəndir, mənası danışmaq, söyləmək deməkdir

78.Epik növ üçün əsas olan nədir?

Təhkiyə

79.Epik növdə başqa nədən istifadə edilə bilər?

Təsvir və tərənnümdən

80.Epik növün şifahi xalq ədəbiyyatında janrları hansılardır?

əfsanə, rəvayət, nağıl, lətifə

81. Epik növün yazılı ədəbiyyatda janrları hansılardır?

Təmsil, hekayə, povest, roman, oçerk, xatirə

82.Təmsilə məxsus xüsusiyyətlər hansılardır?

Başlıca xüsusiyyəti alleqoriya olan təmsildə cansız əşya və heyvanların şəxsləndirilməsi, qədim janr
olması

83. Həcm etibarı ilə kiçik olan janr hansıdır?

Hekayə

84.Sonu gözlənilməz sonluqla bitən hekayə necə adlanır?


Novella

85.Hekayə nəzm yoxsa nəsrlə olur?

Hər iki formada

86.Nəzmlə yazılan hekayə necə adlanır?

Mənzum hekayə

87.İlk mənzum hekayəmiz hansıdır?

N. Gəncəvinin “Sirlər xəzinəsi”nə daxil olan ilk hekayə

88. İlk nəsrlə yazılan hekayəyə kim yaradıcılığında rast gəlirik?

A. Bakıxanov, İ. Qutqaşınlı (XIX əsr)

89.Povest nə deməkdir?

Rus dilində təhkiyə, nağıl etmə mənasını verir

90. Povesti başqa cur necə adlandırırlar?

Böyük hekayə

91.Povestlə hekayənin fərqi nədir?

Povestdə bir neçə əhvalatdan bəhs olunması, obrazların çox olması

92.Ədəbiyyatımızda ilk povest hansıdır?

M.F. Axundzadənin “Aldadılmış kəvakib”

93.Epik növün həcmcə ən böyük janrı hansıdır?

Roman

94.Romanda hadisələr necə nəql olunur?

Dinamik inkişafda, bəzən qəhrəmanın həyatını əvvəldən axıra qədər təsvir edir

95.Romanın həcmcə növləri hansılardır?

İki hissəli roman – dilogiya

Üç hissəli roman – trilogiya

Dörd və daha artıq hissəli roman – epopiya

96.Romanın məzmunca növləri hansılardır?

Tarixi roman – tarixi şəxsiyyətlər, onların həyatı əks olunan roman

Psixoloji roman – qəhrəmanın duyğu və düşüncələrinin geniş əks olunduğu

97.Nəzmlə yazılan ilk roman hansıdır?

Nizaminin “Xosrov və Şirin”

98.Nəsrlə yazılan ilk ana dilli roman hansıdır?


N. Nərmanovun “Bahadır və Sona”

99. Ədəbiyyatımızda satirik roman hansıdır?

Mir Cəlalın “Açıq kitab”

100.Oçerk həcminə görə hansı janra yaxındır?

Hekayəyə

101.Hekayədən fərqi nədir?

Faktiki həyat materiallarına əsaslanması

102.Oçerk ... yaxındır

Bədii publisistikaya

103.Ədəbiyyatımızda oçerk yazmış sənətkarlar....

Əvəz Sadıq, M. Cəlal, N. Babayev

104.Epik növün hansı janrına memuarda deyilir?

Xatirəyə

105.Oçerklə oxşar cəhəti nədir?

Faktiki həyat hadisəsinə əsaslanması

106.Ədəbiyyatımızda xatirə yazmış sənətkarlarımız kimlərdi?

C. Məmmədquluzadənin “Xatiratım”, A. Şaiqin “Keçmiş günlər”, Ö.F. Nemanzadənin “Xatirələrim”,


M. Hüseynin “Bir ay və bir gün”

107.Lirik növ nədir?

Yunan sözüdür, lira musiqi aləti ilə əlaqədar yaranmışdı

108.Lirik əsərlərdə ön plana keçən nədir?

Hadisənin doğurduğu hiss-həyəcan

109.Lirika mövzu və məzmunca hansı hissələrə bölünür?

Məhəbbət lirikası

İctimai lirika

110.Lirik növün şifahi xalq ədəbiyyatındakı janrları hansılardır?

Nəğmələr, bayatılar, mahnılar

111.Yazılı ədəbiyyatda janrları hansılardır?

Beytlə və bəndlə yazılan bütün əsərlər

112.5-10 beytdən ibarət olan, əruz vəznində yazılan janrlar hansıdır?

Qəzəl
113. Qəzəlın qafiyə quruluşu necə olur?

Aa,ba,ca,da

114.Qəzəllərində təxəllüsünü işlətməyən sənətkar kim idi?

Q. Bürhanəddin

115.Qəzəllə qəsidənin fərqi nədir?

Qəsidədə beytlərin sayının 15-dən çox olması

116. Qəzəllə qəsidənin oxşar cəhəti nədir?

Qafiyə quruluşunun eyni olması

117.Qəsidənin növləri hansılardır?

Minacat – Allah təriflənir, ondan kömək istənilir

Nət – peyğəmbərin qüdrətindən danışılır

Mədhiyyə - hökmdarların tərifi

Fəxriyyə - şairin öz qüdrətindən bəhs etməsindən

Mərsiyə - hökmdarların, xalq qəhrəmanlarının ölmü ilə bağlı yazılır

Həcv – konkret bir adamın tənqidinə həsr olunur

118.Qitə nədir?

Ərəb sözü olub, parça, hissə mənasını verir

119.Neçə beytdən ibarət olur?

2-10

120.Hansı mövzuda yazılır?

İctimai-siyasi, əxlaqi-tərbiyəvi

121.Qafiyə quruluşu necə olur?

Ab,cb,db,qb

122.Qəzəllə əsas fərqi nədir?

Sonda yazanın təxəllüsünün verilməməsi

123.Məsnəvi nə deməkdir?

ərəbcə ikilik

124.Qafiyə quruluşu necə olur?

Aa,bb,cc,dd,

125.Klassik ədəbiyyatda hansı janr məsnəvi şəkilində yazılır?

Poema
126.Məsnəvinin növləri hansılardır?

Lirik məsnəvilər

Epik məsnəvilər

127.Rübaiyə məxsus əlamətlər hansılardır?

Dörd misradan ibarət olması

İctimai məzmunlu olması

Həcəz bəhrində olması

Aaba bəzən də aaaa formasında qafiyələnməsi

128.Tuyuqa məxsus əlamətlər hansıdır?

Türk xalqına məxsus janr olması

Duymaq, duyğu sözündən olması

Dörd misradan ibarət olması

İbrətamiz məzmunlu olması

Rəməl bəhrində yazılması

Aaba bəzən də aaaa formasında qafiyələnməsi

Cinaslı və cinassız olması

129.Tuyuqla rübainin oxşar cəhəti nədir?

Qafiyə quruluşu,bir bənddən ibarət olması

130.Mürəbbe nə deməkdir?

ərəbcə dördlük deməkdir

131. Qafiyə qurulusu necədir?

Aaaa, bbba, ccca

132.Müxəmməs nə deməkdir?

ərəbcə beşlik deməkdir

133.Qafiyə quruluşu necə olur?

Aaaaa, bbbba, ccca, çççça

134.Yazılı ədəbiyyatdakı müxəmməslə şifahi ədəbiyyatdakı müxəmməsin fərqi nədir?

Yazılıdakı əruz, şifahidəki heca vəznində olması

135. hansı janr müxəmməslə eyni quruluşa malikdir?

Təxmis

136. Təxmislə müxəmməsin fərqi nədir?


Bəndin son iki misrası başqa müəllifdən olması

137. Müsəddəs nədir?

Altılıq deməkdir, 6-10 bənddən ibarət olur

138. Qafiyə quruluşu necə olur?

Aaaaaa, bbbbba, ccccca

139.Klassik ədəbiyyatda bənd şəkilində olan başqa hansı janrlar var?

Müsəbbe – yeddilik

Müsəmmən – səkkizlik

Müəşşər – onluq

Tərkibənd

Tərcibənd

140.Həm lirik həmdə epik növün xüsusiyyətlərini daşıyan janr necə adlanır?

Epik-lirik növ

141.Bu növə daxil olan janrlar hansıdır?

Dastan, poema

142.Epik-lirik yoxsa lirik-epik?

Tərənnüm çox olarsa lirik-epik, təhkiyə çox olarsa epik-lirik

143.Dramatik növdə əsas olan nədir?

Göstərmə

144.Dramatik növdə yazılan əsərlər başqa cür necə adlanır?

Pyes

145. Dramatik növdə əsas olan nədir?

Göstərmə

146.Dramatik mətn hansı hissələrdən ibarət olur?

Remerka

Monoloq

Dialoq

147.Remerkada nələr təsvir olunur?

Baş vermiş hadisə, yer, zaman, qəhrəmanın daxili aləmi, geyimi haqqında məlumat.

148.Remerkanın monoloq və dialoqdan fərqi?

Səhnədə oxunmaması
149.Monoloq nədir?

Təkbaşına danışmaq, səhnədə qəhrəmanın təkbaşına danışmasıdır

150.Dialoq nədir?

Söhbət, mübahisə deməkdir, əsərdə iki və daha artıq şəxsin bir-biri ilə danişması

151. Dialoqa başqa nə deyilir?

Mükalimə

152.Nəzmlə yazılan səhnə əsəri necə adlanır?

Mənzum dram

153.Yalnız oxumaq üçün nəzərdə tutulan dramlar necə adlanır?

Laze dram

154.Dramatik növün şifahi xalq ədəbiyyatında janrları hansılardır?

Xalq oyunları, xalq tamaşaları, şəbihlər

155.Yazılı ədəbiyyatdakı janrları hansıdır?

Komediya, faciə, dram

156.Komediyaya məxsus xüsusiyyətlər...

Şən yığıncaq, şən tamaşa mənasını verməsi

Şərqdə məzhəkə deyilməsi

Həyat hadisələrini gülüş şəklində əks etdirməsi

Bu gülüşün ictimai-əxlaqi məzmuna malik olması

Baş qəhrəmanın mənfi və müsbət obraz ola bilməsi

Gülüşün həm satirik, həm də yumoristik növündən istifadə olunması

157.Ədəbiyyatımızda musiqili komediyaya harada rast gəlirik?

Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində

158.Faciəyə məxsus xüsusiyyətlər...

Kədərli, dəhşətli mənasını verməsi

Kədərli hadisələrin ön plana keçməsi

Tragediya da deyilməsi

Böyük ümid və arzuların məhv olması

Kəskin ziddiyyətlərin olması

Əsərin qəhrəmanın ölümü ilə bitməsi

Qəhrəman ölsə də mənən qələbə çalması


Əsər qəhrəmanının mənfi və müsbət obraz ola bilməsi

159.Dramla faciənin fərqi nədir?

Dramda qəhrəman bütün rəqiblərinə qalib gəlir

160.Dram nədir?

Komediya və faciə arasındakı janr

161.Tragikomediya nədir?

Komediyada faciə ünsürlərinin çox olması, onun komediya yoxsa faciə olmasını aydınlaşdırılmasının
çətin olması

162.Ədəbiyyatımızda hansı tragikomediyalara rast gəlirik?

“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”

163.Bədii gülüşün növləri hansılardır?

Satira – ifşaedici gülüşdür, nöqsanları daşıyanların məhvı məqsədi güdür

Yumor – tənqidi mahiyyətə malikdir, yumor qəhrəmanına düsmən yox dost kimi baxılır

164. Satira və yumordakı gülüşün fərqi nədir?

Satirada öldürücü, yumorda isə islahedici və mərhəmət doğucu gülüşün əsas olması

BƏDİİ ƏSƏRİN QURULUŞU

165.Mövzu nədir?

Yazıçının dərk edib seçdiyi və əsərə gətirdiyi hadisə

166.Mövzu hansı qruplara bölünür?

Əsas və yardımçı mövzu

167.İdeya nədir?

Yazıçının gəldiyi fikir, əsərdən çıxan nəticə, oxucuya çatdirmaq istədiyi fikir

168.Əsərin məzmununu nə təşkil edir?

Mövzu və ideya

169. Əsərin forması nədir?

Janrı, vəzni, bölgüsü, qafiyəsi, bədii təsvir və ifadə vasitələri

170.Əsərin formasını nə müəyyən edir?

Məzmun

171.Məzmun yoxsa forma dəyişkəndir?

Məzmun

172.Əsərdəki hadisələr kimlər vasitəsi ilə taqdim olunur?


Surətlər

173.İnsan surəti necə yaranır?

Fərdiləşdirmə və ümumiləşdirmə yolu ilə

174.Surətin növləri hansılardır?

İnsan, təbiət, əşya, heyvan surəti

175.Yazıçı obraz yaradarkən həyatdan real obraz seçərsə bu obraz necə adlanır?

Proobraz, prototip

176 Əsərdə surətlər neçə cür olur?

İki, mənfi və müsbət

177. Əsərin qəhrəmanı hansı obraz sayılır?

Bütün hadisələrin mərkəzində dayanan şəxs

178.Əsərin qəhrəmanı mənfi surət ola bilərmi?

Bəli

179.Əsərdə iştirakına görə surətlər neçə yerə bölünür?

İki, əsas və epizodik surətlər

180. Portret nədir?

Obrazın görkəminin sözlə ifadəsi

181.Əsərdə təbiət surəti necə adlanır?

Peyzaj

182.Təbiət surəti əsərdə nəyə lazımdır?

Obrazın daxili aləmini açmağa kömək edir, bəzən onunla ziddiyyət təşkil edir

183.Əşya surət nədir?

Əsərdə əşyaların təsviridir

184. Əsər əşya adı ilə adlandırıla bilərmi?

Bəli, “Poçt qutusu”

185.Süjet nədir?

Təsvir olunan mahiyyət və hadisənin özüdeməkdir,hadisələin müəyyən xətt üzrə inkişafidir

186.Süjet təşkil edən hadisələr necə inkişaf edir?

Yüksələn və enən xətt üzrə

187.Süjetin neçə mərhələsi var, hansılardır?

Beş, Ekspozisiya – zavyazka – kulminasiya – razvyazka – final


188.Ekspozisiya nədir?

Bədii müqəddimə, zəmin. Əsərdə hadisələrin baş vermə yeri haqqında məlumatın verilməsi

189.Zavyazka nədir?

Düyün, rəbt mənasını ifadə edir, düyün vurmaq bağlamaq deməkdir, hadisələrin get-gedə
düyünlənməsidir

190.Konfliktin meydana çıxması hansı hissədə başlayır?

Zavyazka

191.Kulminasiya nə deməkdir?

Qulmen sözündəndir, zirə, yüksəklik, təpə mənasını verir,

192. Zavyazkada başlanan konflikt harada özünü ən yüksək pilləsinə çatır?

Kulminasiyada

193.Razvyazka nədir?

Düyünlərin açılması, münaqişənin zəifləməsidir

194. Hadisələrin enən xətt üzrə inkişafı hansı hissədə olur?

Razvyazkada

195. Final hissədə nə baş verir?

Hadisələr sona çatır

196.Əsərin kompozisiyasını nədir?

Hadisələrin bir-biri ilə əlaqələnməsi, müəyyən sistemdə qurulması

197.Kompozisiyaya nələr daxildir?

Epiqraf, proloq, epiloq, lirik haşiyə, peyzaj

198.Epiqraf nədir?

əsərin əvvəlində başqa sənətkardan və ya görkəmli şəxslərdən gətirilmiş hikmətli sözlər

199. Epiqraf əsərin başqa hansı hissəsində verilə bilər?

Fəsillərin və hissələrin əvvəlində

200.Proloq nədir?

Ön söz mənasını verir, əsərin əvvəlində oxucu hadisələr barəsidə qismən tanış etmək üçün verilən
kiçik hissədir

201.Epiloqla proloqun fərqi nədir?

Əsərin sonunda verilməsi, qəhrəmanın sonrakı taleyi barədə məlumat verilməsi

202.Proloq və epiloq hansı əsərlərdə olur?

İri həcmli, roman, povest, poema


203.Bədii əsərdə təbiət təsviri necə adlanır?

Peyzaj

204.Lirik haşiyə nədir?

Hadisənin inkişafinin dayandırılıb öz zəmanəsi ilə əlaqələndirilməsi və ona münasibət bildirməsi

205.Ədəbi dildə yazılan əsərlərdə hansı sözlər özünü göstərə bilir?

Arxaizmlər – yazıçı əsərdə tarixiliyi qorumaq üçün istifadə edir

Neologizm – müasir dövrün yazıçıları daha çox istifadə edir

Varvarizm – dildə işlənən, lakin ədəbi dilə keçə bilməyən sözlərdir

Vulqarizmlər – yazıçı mənfi obrazların dilindən istifadə edir, onun haqqında təsəvvur yaradır

Terminlər – obrazın dilindən istifadə etməklə onun ixtisasini bildirir

Dialektizmlər – obrazın dilinin fərdiləşdirilməsi üçün istifadə olunur, onun düşdüyü mühiti, regionu
ifadə edir

206. Hansı obrazların dilindən də terminlər işlədilir?

Özünü savadlı, oxumuş göstərən mənfi obrazların

BƏDİİ TƏSVİR VASİTƏLƏRİ

207.Bədii təsvir vasitələri hansılardır?

Epitet, təşbeh, metafor, metonimiya, simvol

207.Epitet nədir?

Yunan sözü olub əlavə deməkdir, sözə onu qüvvətləndirən başqa sözün əlavə edilməsidir

208.Epitetə başqa nə deyilir?

Bədii təyin

209. Bütün epitetlər qrammatik təyin hesab olunur?

Bəli

210.”Zümrüd meşələr” birləşməsində epitet hansı sözdür?

Zümrüd

211.Bir neçə sənətkarın işlətdiyi epitet necə adlanır?

Müqəyyəd epitet

212.Epitetlər nə ilə ifadə olunur?

Birinci növ təyini söz birləşməsinin aşlı tərəfi ilə

213.Təşbeh nə deməkdir?

ərəb sözüdür, bənzətmə, oxşatma deməkdir.


214. Təşbeh nəyə deyilir?

Bir predmetin müəyyən əlamətinə görə özündən qüvvətli başqa predmetə bənzədilməsinə

215.Təşbehdə İştirak edən dörd ünsür hansıdır?

Bənzəyən – bəzədilən – bənzətmə əlaməti – bənzətmə qoşması

216.”Sən bir ana kimi səxavətlisən” misrasında təşbehin ünsürlərini göstərək...

Bənzəyən – sən

Bənzədilən – ana

Bənzətmə əlaməti – səxavətlisən

Bənzətmə qoşması – kimi

217.Bu cür təşbehlər necə adlanır?

Müfəssəl təşbeh

218.Mükəmməl təşbeh nədir?

Yalniz bənzəyən və bənzədilənin olduğu təşbeh

219.”Azərbaycan – qayalarda bitən bir çiçək” mükəmməl təşbehin əlamətlərini göstərək...

Bənzəyən – Azərbaycan

Bənzədilən – qayalarda bitən çiçək

220. Metafor nədir?

Köçürmək mənasını verir, predimetin müəyyən əlamətinin başqa predimetin üzərinə köçürülməsidir

221.Metafor nəyin əsasında yaranır?

Bənzətmənin

222. Təşbehdən fərqi nədir?

Bənzədilənin adının çəkilməməsi

223. Metafora başqa nə deyilir?

Gizli təşbeh

224.”Göy kişnər, qərib ağlar” metafora göstərək...

Göy kişnər

225.”Göy kişnər”i təşbehə necə çevirmək olar?

Göy at kimi kişnər

226.Müraciət kimi işlənən tülkü, çaqqal, ceyranım, quzum kimi sözlər nə sayılır?

Metafor

227.Metaforun növləri hansılardır?


Bənzədilən atılan – “göy kişnəyir” kimi

Bənzədilən bənzəyənin yerini tutur – yavrum, quzum adın nədir kimi

228.Metonimiya nədir?

Addəyişmə mənasını verən yunan sözüdür, predment bildirən söz əvəzinə onunla əlaqəli başqa
sözün işlənməsi

229.”Salon heyət içindədir, qara zənci kürsüdədir” metonimiya hansıdır?

Salon heyət içindədir

230. Metonimiya və metaforan fərqi nədir?

Metaforda qarşılaşdırılan tərəflər arasında heç biri əlaqə olmur, metonimiyada isə tərəflər bir-biri
ilə əlaqəlidir

231.Dilçilik qaydaları ilə bu fərqi necə izah etmək olar?

İsimləşmə, sifətləşmə, zərfləşmə varsa metonimiya, başqa bir canlı və ya cansızın əlaməti aid
olmayan birinin əlamətinə çevirilirsə metaforadır.

232.Sinekdoxa nədir?

Metonimiyanın bir növüdür

233.Simvol nədir?

Nişanə, şərti əlamət mənasını verən söz, əvəzinə rəmz termini də işlənir

234.Simvola bəzi nümunələr göstərək...

Göyərçin sülhün, tülkü hiyləgərliyin, dovşan qorxaqlığın

BƏDİİ İFADƏ VASİTƏLƏRİ

235.Bədii ifadə vasitələri başqa necə adlanır?

Poetik sintaksis, sintaksis fiqurlar

236.Bədii ifadə vasitələri daha çox...

Cümlə şəklində olur

237.Bədii ifadə vasitələri hansılardır?

Bədii sual, bədii təzad, təkrir, kinayə, mübaliğə, litota, inversiya

238. Bədii sual nədir?

Bədii sual - əsərin təsir gücünü artırmaq üçün cavab tələb etməyən sualdır

239.Bədii təzad nədir?

Məzmunca zidd iki anlayış və ya vəziyyətin qarşılaşması

240.Əks mənalı sözlərin vasitəsi ilə yaranan təzad necə adlanır?

Antiteza
241.Təkrir nədir?

əsərdə sözün və ya birləşmənin qəsdən təkrar olunması

242.Anafora nədir?

Misranın yaxud cümlənin əvvəlində işlənən təkrir

243. Epifora nədir?

Misranın yaxud cümlənin sonunda işlənən təkrir

244.Kinayə nədir?

Mənfi cəhətin müsbət kimi təqdim olunması

245. Başqa nə deyilir kinayəya?

İroniya

246.Mübaliğə nə deməkdir?

ərəb sözü olub şişirtmə deməkdir

247.Mübaliğə başqa cür necə adlanır?

Hiperbola

248.Əsərdə mübaliğə necə olur?

Bir hadisənin daha qabarıq nəzərə çatdırılması

249.Litota nə deməkdir?

Kiçiltmə, əhəmiyətsizləşdirmə

250. İnversiya nədir?

Cümlədə və ya misrada sözlərin yerinin qəsdən dəyişdirilməsidir

BƏDİİ YARADICILIQ METODU

251.Yaradıcılıq metodu nədir?

Hadisələri təsvir etmək üçün yazıçının götürdüyü prinsip

252.Ədəbiyyatimizda hansı yaradiciliq metodları var?

Romantik metod

Realist metod

253.Romantik metod nədir?

Burada yazıçı hadisələri gördüyü kimi deyil, görmək istədiyi kimi yazır

254.Romantik metod nə vaxtdan formalaşmağa başladı?

XX əsrin əvvəlində

255.realist metodun əsas xüsusiyyəti nədir?


Hadisələri olduğu kimi təsəvvür etmək

256.Bu metoddan nə vaxtdan istifadə olunmağa başlandı?

XVIII başlayaraq

257.Realist ədəbiyyatın qolu hansı idi?

Tənqidi realizm

258.Tənqidi realizm nə vaxt yarandı?

XX əsrdə

259.Onlar harada birləşmişdilər?

“Molla Nəsrəddin” jurnalında

260.Ədəbi cərəyan nədir?

Yazıçıların qruplaşıb ideyaca, məsləkcə, əqidəcə, üslubca birləşməsidir

261.Metodla cərəyanının fərqi nədir?

Metodun geniş anlayış olması, böyük ədəbi dövrü əhatə etməsi, cərəyan isə konkret tarixi şəraitdə
yaranır və onunla bağlı olur

262.Müstəqillik dövründə ədəbiyyatımızda hansı cərəyanlara rast gəlirik?

Modernizm, postmodernizm, magik realizm

263.Ədəbi məktəb nədir?

Bir sənətkarın özündən əvvəlki sənətkarı özü üçün bir məktəb seçməsi, onun yaradıcılıq yolu ilə
getməsi

264.Ədəbiyyatımızda ədəbi məktəb yaradan sənətkarlar kimlər idi?

Nizami, Füzuli, Vaqif, M.F. Axundzadə, Sabir və s.

265.Mətbuat sahəsində ədəbi məktəb yaradan jurnallar hansılar idi?

“Molla Nəsrəddin”, “Füzuyat”

266. Aşıq ədəbiyyatında ədəbi məktəb yaratmış sənətkar kim idi?

Aşıq Ələsgər

267.Nizami məktəbinin davamçıları kimlər idi?

Marağalı Öhvədi, Əssar Təbrizi, Arif Ərdəbili

268.Füzuli ədəbi məktəbinin davamçıları kimlər idi?

Saib Təbrizi, Qövsi Təbrizi, S.Ə. Şirvani

269. Sabir ədəbi məktəbinin davamçıları kimlər idi?

Ə. Nəzmi, Ə. Qəmküsar, M.Möcüz

270. Hər hansı bir ədəbi məktəbin davamçısı olan sənətkar özü ədəbi məktəb yarada bilər?
Bəli, Sabir “Molla Nəsrəddin”inin davamçısı idi, Özü ədəbi məktəb yaratdı

You might also like