Professional Documents
Culture Documents
1ci Sinf Qaydalar
1ci Sinf Qaydalar
Qaydalar
Azərbaycan dili
Əlifba
Səslərin müəyyən olunmuş ardıcıllıqla düzülüşünə əlifba
deyilir.Əlifbada 32hərf,34 səs var.9sait,23 samit hərf var.k
hərfi ka və ke kimi oxunur.
Əlifba sırası
Cümlə
Ədədlər və rəqəmlər
Rəqəmlər bunlardır:0,1,2,3,4,5,6,7,8,9
Ədədlər çoxdur və sonsuzdur.Onlar rəqəmlərin koməyilə yaranır.1-dən başlayır
sonsuzluğa qədər davam edir.1,2,3,...................
Ədəd evi
Ədədlərin tərkibini özündə birləşdirir.Ədəd evində eyni mərtəbədə qonşu ədədlər
birləşib evin damındakı ədədi əmələ gətirir.
Qonşu ədədlər.
Hər bir verilən ədədə qonşu ədədi tapmaq üçün toplama və çıxma əməllərindən
istifadə olunur.
Hər hansı bir ədəddən 1 çıxmaq ondan əvvəlki ədədi almaq deməkdir.
8 9
9-1=8
Hər hansı bir ədədin üzərinə 1 gəlmək ondan sonrakı ədədi almaq deməkdir.
9 10
9+1=10
Ədəd oxu
Ədəd oxunda ədədlər soldan sağa 0-dan 10-a qədər və daha çox düzülür.
0-a doğru qayıtdıqda çıxma,10-a doğru irəlilədikdə toplama əməlindən
istifadə olunur.
0 1 2 3 4 5 6 7 8 9 10
Ədəd ailəsi(ədəd üçlüyü)
Ədəd ailəsinə daxil olan ədədlərdən həm toplama ,həm də çıxmaya
aid misallar düzəltmək olur.Bu misallarda yalnız göstərilən ədədlər iştirak edə
bilər.Məs,
Burada 2,3,5 ədədləri ədəd ailəsidir.
3+2=5
2+3=5
5-2=3
5-3=2 Əməllər
4 hesab əməli var:toplama ,çıxma,vurma,bölmə.
Toplama əməli
Toplamanın kompanentləri bunlardır:toplanan,toplanan,cəm.
Toplananların yerini dəyişəndə cəm dəyişmir.Bu toplamanın
yerdəyişmə xassəsidir. 3+2=5,2+3=5
Toplananlardan birini tapmaq üçün cəmdən digər toplananı çıxmaq lazımdır.
3( toplanan)+2( toplanan)= 5 (cəm)
3+ ? =5
5-3=2 demək ? işarəsinin cavabı 2 ədədidir.
Çıxma əməli
Çıxmanın kompanentləri bunlardır:azalan,çıxılan,fərq
Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır.
5(azalan)-3(çıxılan)=2(fərq)
?-3=2 3+2=5 5-3=2
Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır.
5-?=3 5-3=2 5-2=3
Qeyd:Bir ədədin o biri ədəddən nə qədər çox və ya az olduğunu
tapmaq üçün böyük ədəddən kiçik ədədi çıxmaq lazımdır
Cüt və tək ədədlər