Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 23

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli

167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Müəssisələrinin Akkreditasiyası Qay-
daları”-nı rəhbər tutaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.05.
2015-ci il tarixli 46-03-2955/17 nömrəli məktubuna əsasən XXXndə akkreditasiya
qaydalarına uyğun olaraq özünütəhlil aparmaq üçün Universitetin 09 oktyabr
2015-ci il tarixli 228 nömrəli əmri ilə tərkibi 17 nəfərdən ibarət səlahiyyətli
komissiya yaradılmışdır. Komissiya ötən dövr ərzində XXXnin tədris-metodik
fəaliyyətini təhlil etmiş və aşağıdakı hesabat materialını müzakirə üçün təqdim
etmişdir.

XXXnin akkreditasiyası üzrə özünütəhlilin


HESABATI

1. Fəaliyyətin təşkilati-hüquqi təminatı və idarə olunması.


XXX Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Ali Ekspert
komissiyasının XX mart XXXX-cı il tarixli 7/3 saylı qərarına əsasən qeydə alınmış
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin XX oktyabr XXXX-cı il tarixli
204 saylı qərarı ilə hüquqi status verilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin XX oktyabr XXX-cı il tarixli
13 saylı şəhadətnaməsinə əsasən XXX-nun Nizamnaməsi dövlət qeydiyyatından
keçmiş və nizamnamədə aparılan müvafiq dəyişikliklər nəzərə alınmaqla XX iyun
XXXX-cı il tarixində təkrar dövlət qeydiyyatına alınmışdır.
XXXnə mütəxəssis hazırlığı haqqında Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi tərəfindən sonuncu dəfə XX yanvar XXXX-cı il tarixində XXXXXX № -
li müddətsiz lisenziya verilmişdir.
XXX-nun idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının
Təhsil Qanununa, Ali təhsil müəssisələri haqqında Əsasnaməyə, Azərbaycan Res-
publikası Təhsil Nazirliyinin hüquqi-normativ aktlarına, Universitetin Nizamnamə-
sinə, universitetin ali idarəetmə orqanı hesab olunan Elmi Şuranın qərarlarına və
daxili əsasnamələrə müvafiq olaraq həyata keçirilir.

1
XXX öznütəhlil apararkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Təhsil Müəssisələrinin Akkreditasiyası Qaydaları”nın təsdiqi barədə 28 sentyabr
2010-cu il tarixli, 167 saylı qərarı əldə rəhbər tutulmuş və ondan irəli gələn tələb
və müddəalara, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
təsdiq və tövsiyə edilmiş meyarlara ciddi əməl olunmuşdur.
Universitetin idarəetmə orqanı Rektorluq və Elmi Şuradır. Elmi Şura müvafiq
Əsasnamənin tələblərinə uyğun olaraq formalaşdırılmışdır. Elmi Şuranın tərkibi 23
nəfərdən (o cümlədən: 8 nəfər elmlər doktoru, professor, 14 nəfər elmlər namizədi,
dosent və 1 nəfər doktorant) ibarətdir. Elmi Şuranın iş planları və protokollarının
təhlili göstərir ki, müzakirəyə çıxarılan məsələlər ümumilikdə Universitetin cari və
perspektiv inkişaf problemlərinin həllinə yönəlmişdir.
Elmi Şura və rektorluq Universitetin fəaliyyətinin idarəedilməsini tədris me-
todiki şöbə, fakültələr, kafedralar və digər struktur bölmələri ilə birlikdə sıx əlaqəli
şəkildə həyata keçirir.
Universitetin rektoru tərəfindən təsdiq edilmiş əsasnamələrin, daxili əmr və
sərəncamların tələblərinə müvafiq olaraq ümumi işlərin koordinasiyası ümumi işlər
üzrə prorektor, tədris və tədris-metodiki işlərlə əlaqədar fəaliyyətin koordinasiyası
tədris işləri üzrə prorektor, elmi işlərin koordinasiyası elmi işlər üzrə prorektor,
tərbiyə işlərinin koordinasiyası tərbiyə işləri üzrə prorektor və xarici əlaqələrlə
bağlı fəaliyyətin koordinasiyası isə xarici əlaqələr üzrə prorektor tərəfindən həyata
keçirilir.
Universitetin tərkibində struktur bölmə kimi 2 fakültə, 8 kafedra, elmi şöbə,
magistratura şöbəsi, məzunlarla iş və karyera mərkəzi, müstəqil elmi-tədqiqat
(problem) laboratoriyaları, “İngilis dili Resurs Mərkəzi”, Kitabxana, İnformasiya
Hesablama Mərkəzi (İHM) fəaliyyət göstərir.
Universitetdə bakalavr səviyyəsi üzrə 10, magistratura səviyyəsi üzrə 5
ixtisasda mütəxəssis hazırlanır ki, bunlar da fakültələr arasında aşağıdakı kimi
bölüşdürülmüşdür:

2
I. “İqtisadiyyat və idarəetmə” fakültəsində 050401 “Dünya iqtisadiyyatı”,
050402 “Mühasibat uçotu və audit”, 050403 “Maliyyə və kredit”, 050203 “Tər-
cümə” (ingilis dili) ixtisasları üzrə 605 nəfər tələbə təhsil alır.
Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri dekan rəhbərlik edir.
Fakültə Elmi Şuranın tərkibi 17 nəfərdən ibarətdir (3 nəfər pofessor, 10 nəfər
fəlsəfə doktoru, dosent, 4 nəfər tələbə).
Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir. (“İqtisadi nəzəriyyə”, “Mü-
hasibat uçotu və audit”, “Maliyyə” və “Dillər”). Həmin kafedraların ümumi dərs
yükü və professor-müəllim heyətinın tərkibi aşağıdakı kimidir:
“İqtisadi nəzəriyyə” kafedrasında cəmi 14 nəfər müəllim, o cümlədən 3
nəfər elmlər doktoru-professor, 10 nəfər dosent və 1 nəfər doktorant çalışır.
Kafedranın illik ümumi dərs yükü 4816 saat təşkil edir.
 “Mühasibat uçotu və audit” kafedrasında cəmi 16 nəfər müəllim, o
cümlədən 4 nəfər elmlər doktoru, professor, 11 nəfər fəlsəfə doktoru və 1 nəfər
müəllim çalışır. Kafedranın illik ümumi dərs yükü 5636 saat təşkil edir.
“Maliyyə” kafedrasında cəmi 11 nəfər müəllim, o cümlədən 2 nəfər elmlər
doktoru, 8 nəfər fəlsəfə doktoru, dosent, 1 nəfər müəllim çalışır. Kafedranın illik
ümumi dərs yükü 4263 saat təşkil edir.
“Dillər” kafedrasında cəmi 12 nəfər müəllim, o cümlədən 3 nəfər fəlsəfə
doktoru, dosent, 3 nəfər baş müəllim və 6 nəfər müəllim çalışır. Kafedranın illik
ümumi dərs yükü 5144 saat təşkil edir.
II. “Biznes və menecment” fakültəsində 050407 “Menecment (sənaye üzrə)”,
050408 “Marketinq (sənaye üzrə)”, 050404 “İqtisadiyyat”, 050409 “BiznIq və bə-
lədiyyə idarəetməsi” ixtisasları üzrə 755 nəfər tələbə təhsil alır. Fakültənin fəa-
liyyətinə onun Elmi Şurası və sədri dekan rəhbərlik edir. Fakültə Elmi Şurasının
tərkibi 17 nəfərdən ibarətdir (5 nəfər elmlər doktoru-professor, 6 nəfər fəlsəfə
doktoru-dosent, 2 nəfər fəlsəfə doktoru, 4 nəfər tələbə).
Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir. Həmin kafedraların ümumi
dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

3
“Menecment və marketinq” kafedrasında cəmi 14 nəfər müəllim, o
cümlədən 13 nəfər fəlsəfə doktoru, dosent və 1 nəfər müəllim çalışır. Kafedranın
illik ümumi dərs yükü 5355 saat təşkil edir.
“Humanitar elmlər” kafedrasında cəmi 13 nəfər müəllim, o cümlədən 3 nəfər
elmlər doktoru-professor və 8 nəfər fəlsəfə doktoru dosent, 1 nəfər doktorant, 1
nəfər müəllim çalışır. Kafedranın illik ümumi dərs yükü 4239 saat təşkil edir.
“Ali riyaziyyat və texniki fənlər” kafedrasında cəmi 12 nəfər müəllim, o
cümlədən 1 nəfər f.r.e.doktoru-professor, 10 nəfər fəlsəfə doktoru dosent, 1 nəfər
müəllim çalışır. Kafedranın illik ümumi dərs yükü 4153 saat təşkil edir.
“Sənayenin təşkili və bələdiyyə idarəetməsi” kafedrasında cəmi 7 nəfər
müəllim , o cümlədən 1 nəfər elmlər doktoru, professor, 6 nəfər fəlsəfə doktoru,
dosent, müəllim çalışır. Kafedranın illik ümumi dərs yükü 3788 saat təşkil edir.
Universitetdə magistratura səviyyəsi üzrə aşağıdakı ixtisaslar və ixtisaslaş-
malar üzrə “Dünya iqtisadiyyatı” (060401 “Beynəlxalq iqtisadi münasibətlər”- üz-
rə 7 nəfər, 060401 “Gömrük işi” üzrə – 2 nəfər), “Mühasibat uçotu və audit”
(060402 “İstehsal sferasında mühasibat uçotu və audit” üzrə – 4 nəfər, 060402
“Xidmət sferasında mühasibat uçotu və audit” üzrə – 2 nəfər), “Maliyyə” (060403
“Bank işi” üzrə – 4 nəfər, 060403 “Vergi və vergiqoyma” üzrə – 3 nəfər), “Me-
necment” (060407 “Heyətin idarəedilməsi” üzrə – 4 nəfər, 060407 “Menecment”
üzrə – 4 nəfər), “Dövlət və bələdiyyə idarəetməsi” (060410 “Dövlət strukturunda
menecment” üzrə - 7 nəfər, 060410 “Regional idarəetmə” üzrə – 1 nəfər) 38 nəfər
tələbə təhsil alır. Şöbənin fəaliyyətinə doktorant Abbasova Məleykə Nazim qızı
rəhbərlik edir.

2. Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu.


Universitetdə bakalavr səviyyəsində 10 ixtisas üzrə mütəxəssis hazırlığı
aparılır: “Dünya iqtisadiyyatı”, “Mühasibat uçotu və audit”, “Maliyyə”,
“İqtisadiyyat”, “Sənayenin təşkili və idarə olunması”, “Menecment”, “Marketinq”,
“Biznesin idarə edilməsi”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Tərcümə (ingilis
dili)”.
4
Magistratura səviyyəsində 5 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır: “Dünya
iqtisadiyyatı”, “Mühasibat uçotu və audit”, “Maliyyə”, “Menecment”, “Dövlət və
bələdiyyə idarəetməsi”.
01 yanvar 2016-cı il tarixə bakalavr pilləsində təhsil alan tələbələrin ümumi
sayı 1360 nəfər, uyğunlaşdırılmış tələbə kontingenitinin sayı 1360 nəfər təşkil edir.
Son beş ildə bakalavr pilləsi üzrə Universitetdə təkrar kursda qalanlar yoxdur,
tələbələr sırasına bərpa olunanların sayı 242 nəfərdir: o cümlədən hərbi xidmətlə
bağlı akademik məzuniyyətdən qayıdan 55 nəfər, digər səbəblərə görə bərpa olu-
nan 187 nəfər. Tələbə sırasından hərbi xidmətə görə akademik məzuniyyətə çıxan-
lar 110 nəfər, digər səbəblərə görə xaric olunanların sayı 248 nəfər olmuşdur.
Son 5 ildə magistratura pilləsi üzrə Universitetdə təkrar kursda qalan yoxdur,
tələbələr sırasına bərpa olunanların sayı 24 nəfədir: o cümlədən hərbi xidmətə görə
akademik məzuniyyətdən qayıdan 21 nəfər, digər səbəblərə görə bərpa olunan 3
nəfər. Tələbə sırasından hərbi xidmətə görə akademik məzuniyyətə çıxanlar 44 nə-
fər, digər səbəblərə görə xaric olunanların sayı 10 nəfər olmuşdur.

3. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi.


XXX-da tədris prosesi onun Nizamnaməsinə və Azərbaycan Respublikası
Təhsil Nazirliyinin əmr və göstərişlərinə uyğun olaraq idarəetmənin kompleks sis-
temi formasında təşkil edilmişdir. Tədris posesinin birbaşa təşkilini universitetin
əsas tədris-elmi struktur bölmələri kimi kafedralar və fakültə dekanları Elmi-Me-
todik Şura ilə sıx qarşılıqlı əlaqəli şəkildə həyata keçirirlər. Kafedraların fəaliy-
yətinə tədris işləri üzrə prorektor və fakültə dekanları nəzarət edirlər.
Universitet üzrə 2015-2016-cı tədris ilində ali təhsilin bakalavr pilləsi üzrə
buraxılış qruplarında bütün ixtisaslar üzrə mütəxəssis hazırlanır.
Bu ixtisasların tədris işləri Dövlət Təhsil Standartları və baza təhsil proq-
ramları əsasında hazırlanmış və universitetin Elmi Şurası ilə razılaşdırılaraq rektor
tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir.

5
Tədris planlarının tərtibində fənn bölümləri üzrə saatların optimal nisbəti, nə-
zəri, tədris və təcrübə hazırlıq həcmlərinin balanslaşdırılmış nisbəti nəzərə alınmış-
dır. Tələbələrin auditoriyada maksimal tədris yükü həftədə 30 saatdan çox deyil.
Bütün nəzəri tədris dövründə auditoriya məşğələlərinin həcmi orta hesabla həftədə
28 saatdır.
Bakalavr təhsil pilləsində nəzəri tədris müddəti I – VIII semestrlərdə 15 həftə,
VIII semestrdə 10 həftədir. Semestrdə imtahanların sayı 6 – dan çox deyildir. Təd-
ris ili ərzində tətil müddəti 11 həftədir (o cümlədən, 2 həftə qış dövründədir).
Bütün ixtisaslar üzrə bakalavr təhsil pilləsində Yekun Dövlət Attestasiyası
yekun buraxılış dövlət imtahanları ilə tamamlanır.
Universitet üzrə 2015-2016-cı tədris ilində ali təhsilin magistratura pilləsi
üzrə buraxılış qruplarında 5 ixtisas üzrə mütəxəssis hazırlanır.
Tədris məşğələlərinin əsas növlərinə auditoriya (mühazirələr, seminarlar, təc-
rübə məşğələləri, laboratoriya praktikumları) və auditoriyadankənar iş (tələbələrin
sərbəst işi) daxildir.
Tədris olunan fənn proqramları kafedralar tərəfindən mütəmadi olaraq yeni-
ləşdirildikdən və müvafiq fakültələrin elmi şuralarında baxıldıqdan, həmçinin,
Elmi-Metodik Şurasının tövsiyəsinə əsasən Təhsil Nazirliyinin qrifi ilə təsdiq olun-
muşdur.
Tələbələrin auditoriyadankənar sərbəst işi keçirilən dərslərin dərindən öyrə-
nilməsinə, tədris planı üzrə tapşırıqların yerinə yetirilməsinə, laboratoriya işləri
üzrə referatların və hesabatların yazılmasına, tələbə elmi-tədqiqat işlərinin və s.
yerinə yetirilməsinə yönəldilmişdir.
XXX-nun tədris və tədris-metodiki informasiyasının əsas mənbəyi onun elek-
tron kitabxanasıdır. Kitabxanada hal-hazırda 3 nəfər ali təhsilli mütəxəssis çalışır.
Kitabxananın faydalı sahəsi 432 kv. metrdir. Eyni zamanda Universitetin
kitabxana fondunda cəmi 222.135 nüsxə ədəbiyyat vardır. Ondan 176.910 nüsxə
tədris ədəbiyyatı, 26.098 nüsxə normativ-sorğu ədəbiyyatı və 19127 nüsxə bədii
ədəbiyyat təşkil edir.

6
Son beş il ərzində kitabxanaya orta hesabla hər ildə dərsliklər və tədris-
metodik vəsaitlər, monoqrafiyalar, 18 adda elmi, elmi-texniki və ictimai-siyasi
jurnal, 16 adda qəzet alınmışdır. Hal-hazırda isə 16 adda informasiya xarakterli
jurnal və 15 adda qəzet alınır. Göstərilən müddət ərzində kitabxanaya 5486 adda
48400-dən çox kitab daxil olmuşdur.
Hal-hazırda kitabxananın oxucularının sayı 1440 nəfərdir ki, bunların 86
nəfəri professor-müəllim, 1350 nəfəri tələbələr, qalanları isə digər kateqoriyalı
oxuculardır.
Kitab fondunun 203008 nüsxəsi ixtisas ədəbiyyatı təşkil edir ki, onun da
173008-i Azərbaycan dilindədir.
Fondda olan ümumi kitabların sayına görə hər tələbəyə 142-183 kitab, ixtisas
üzrə isə 141 kitab düşür.
Son beş ildə universitetin əməkdaşları tərəfindən hazırlanmış 40 adda dərslik,
dərs vəsaiti, 30 adda monoqrafiya, 292 adda jurnal məqalələri, 200 adda konfrans
materialları, 439 adda proqram və metodik vəsaitlər qriflə nəşr edilib kitabxanaya
verilmişdir. Universitetdə hazırda ümumi sahəsi 432 kv. metr olan ən müasir tipli
yeni elektron kitabxana fəaliyyət göstərir. Universitetdə həm də tədris vəsaitlərinin
təminat bazasını yaratmaq və ondan səmərəli istifadə olunmasını təmin etmək
məqsədi ilə daimi fəaliyyət göstərən komissiya yaradılmışdır.
XXX-da tədris prosesinin təşkilində ən müasir interaktiv metodlardan istifadə
olunur: mühazirələr, slaydlar, praktik və seminar məşğələləri, təqdimatlar, labo-
ratoriya işləri, esselər, istehsalat və tədris-ixtisas təcrübələri, elmi-tədqiqat işi,
buraxılış işləri, kurslararası sessiya attestasiyaları və yekun dövlət attestasiyası.
Universitetin maddi-texniki bazası tədris həftəsini birnövbəli, 5 günlük iş
rejimi ilə həyata keçirməyə imkan verir. Lakin tələbələrin mənimsəmə keyfiyyə-
tinin daha da artırılması məqsədilə tədris-təlim ikinövbəlidir. Universitetin bütün
strukturları, həmçinin iş rejiminə müvafiq olaraq kitabxana, oxu zalları, idman
kompleksi fəaliyyətlərini iki növbədə davam etdirirlər.
XXXndə istehsalat və ixtisas təcrübələri Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 17 noyabr 2014-cü il tarixli məktubuna, həmçinin Ali məktəblərdə
7
təcrübələrin keçirilməsinə dair nümunəvi əsasnaməyə uyğun olaraq həyata
keçirilir. 2014/2015-ci tədris ili üçün akademik təqvim qrafiki hazırlanmış və
təsdiq edilmişdir. Bu qrafikə uyğun olaraq bakalavr üzrə son kurs tələbələri
diplomqabağı ixtisas təcrübəsi keçmişlər. Təcrübə 20 aprel 2015-ci il tarixindən 16
may 2015-ci il tarixinədək olan dövrü əhatə etmişdir. Tələbələrin diplomqabağı
ixtisas təcrübəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, Azər-
baycan Tərcümə Mərkəzində, Biznes İnsight Cəmiyyətində və Yasamal rayon Bə-
lədiyyəsində keçirilmişdir. Diplomqabağı ixtisas təcrübəsində 258 nəfər tələbə
olmuşdur.
Rektorluğun 01 iyul 2014-cü il tarixli 96 nömrəli əmrinə əsasən III kurs
tələbələri 16 iyul 2015-ci il tarixdən, 14 avqust 2015-ci il tarixədək müvafiq idarə
və müəssisələrdə istehsalat təcrübəsi keçmişlər.
Təcrübə keçən 261 nəfər tələbə Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin şəhər və rayon mərkəzlərində (96 nəfər), AR Dövlət
Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrində (108 nəfər), Yasamal rayon
Bələdiyyəsində (20 nəfər) və Biznes İnsight Mərkəzində (37 nəfər) istehsalat
təcrübəsi keçmişlər.

4. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti.


XXX-nun tələbə kontingentinin formalaşması təsdiq olunmuş qəbul plan-
larına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test
imtahanlarının nəticələrinə görə həyata keçirilir. Bakalavr səviyyəsi üzrə 10 ixtisas
üzrə o cümlədən, ikinci ixtisas qrupundan 9 ixtisas, üçüncü ixtisas qrupundan isə 1
ixtisas üzrə qəbul aparılmışdır. Magistr hazırlığı üzrə isə 5 ixtisas üzrə qəbul
aparılmışdır.
XXX-da fənlər üzrə tədris materialının və informasiyalarının mənimsənilməsi
universitetdə cari, aralıq və yekun nəzarəti formalarında həyata keçirilir. Univer-
sitetdə bakalavr pilləsində tələbələrin seminarlarda biliklərinin, laboratoriya və
8
məşğələ dərslərinin qiymətləndirilməsi çoxballı qiymətləndirmə sisteminin tələb-
lərinə uyğun olaraq həyata keçirilir.
XXX-nun özünütəhlil komissiya tərəfindən attestasiyaya təqdim olunacaq
bakalavr pilləsinin bütün ixtisasları üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsi-
ni yoxlamaq məqsədi ilə hər bir ixtisas üzrə 6 fənni əhatə edən 60 sualdan ibarət
test tapşırıqları hazırlanmış və imtahan keçirilmişdir. Tələbələrin bilik səviyyəsinin
attestasiya zamanı əldə olunan nəticələr imtahan aparılan 21 fənn üzrə aşağıdakı
kimi olmuşdur (cədvəl 18; 19).
Universitet üzrə bütün ixtisaslar üzrə imtahanlarda tələbələrin davamiyyəti
94,8%, mənimsəmə səviyyəsi ixtisaslar üzrə orta hesabla 87,9% olmuşdur. İmta-
hanlarda əla qiymət alanların xüsusi çəkisi 30,1%, yaxşı qiymət alanların xüsusi
çəkisi 45,1%, kafi qiymət alanların xüsusi çəkisi 12,5%, keyfiyyət göstəricisi isə
75,3% təşkil etmişdir. Universitet üzrə bakalavr səviyyəsində 29 tələbə (12,1%)
müxtəlif fənlərdən qeyri-kafi qiymət almışdır.
XXX-nun özünütəhlil komissiya tərəfindən attestasiya üçün təqdim olunan
magistratura pilləsinin 5 ixtisası üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsi
yoxlanılmış və bu məqsədlə hər bir ixtisas üzrə 4 fəndən, hər birinə 40 sualdan iba-
rət test tapşırıqları hazırlanmış və imtahan keçirilmişdir. Magistrantların bilik sə-
viyyəsinin attestasiyası zamanı əldə olunan nəticələr imtahan aparılan fənlər üzrə
aşağıdakı kimi olmuşdur.
Universitet üzrə magistratura pilləsində imtahanlarda tələbələrin davamiyyəti
100%, mənimsəmə səviyyəsi 89,5% olmuşdur. İmtahanlarda “əla” qiymət alanların
xüsusi çəkisi 47,3%, “yaxşı” qiymət alanların xüsusi çəkisi 15,7%, kafi qiymət
alanların xüsusi çəkisi 26,3%, keyfiyyət göstəricisi isə 63,2 % təşkil etmişdir. Uni-
versitet üzrə magistratura səviyyəsində cəmi 2 tələbə müxtəlif fənlərdən “qeyri-
kafi” qiymət almışdır.
2014/2015-ci tədris ilində bakalavr pilləsi üzrə universiteti 241 nəfər tələbə
bitirmişdir. Bakalavr dərəcəsi üzrə dövlət imtahanı verən 241 nəfər tələbədən 42
nəfəri əla (17,7%), 72 nəfəri yaxşı (30,4%), 127 nəfəri kafi (52,7%) almış və qeyri-

9
kafi qiymət alan olmamışdır. Universitet üzrə buraxılış qruplarında keyfiyyət gös-
təricisi 47,3% təşkil etmişdir.
2014/2015-ci tədris ilində magistratura pilləsini bitirən 6 nəfərdən hamısı
“əla” qiymət almışdır.
Son beş ildə buraxılışın sayı 1652 nəfər olmuşdur. Son 5 il ərzində buraxılan
məzunların 85.8%-i işlə təmin edilmişdir. İşlə təmin edilən məzunların 65%-ə qə-
dərini Universitet tərəfindən göndərilənlər təşkil edir. Ümumilikdə işlə təmin edi-
lənlərin 64%-i ixtisasları üzrə işləyir. Aparılan sorğular göstərir ki, işlə təmin olun-
mayan məzunların bir çoxunu qızlar təşkil etdiyi üçün bu, ailə vəziyyəti ilə izah
olunur, digər qrupu isə müvəqqəti xarakter daşıyır.
Təhlil göstərir ki, XXX-nun bir çox məzunları dövlət ali icraedici orqanlarda
və nüfuzlu şirkətlərdə, banklarda, maliyyə və vergi idarələrində, asan xidmət mər-
kəzlərində, tərcümə mərkəzlərində, hüquq mühafizə orqanlarında və digər dövlət
xidmət sahələrində çalışırlar.
XXX-nun fəaliyyəti dövründə məzunların hazırlığı ilə bağlı heç bir təşkilat-
dan iradlar daxil olmamışdır, verilən müxtəlif təkliflər isə təhsil fəaliyyətində nəzə-
rə alınmışdır.
5. Kadr təminatı
XXX-da 2015/2016-cı tədris ilində professor-müəllim heyəti 99 nəfər təşkil
edir. Onlardan 14-ü elmlər doktoru, professor (14,1%), 69 nəfəri fəlsəfə doktoru,
dosentdir (69,6%). Əməkdaşların 84 nəfəri, yəni 85%-i ştatdadır.
Son beş il ərzində XXX-nun müəllimləri tərəfindən 4 elmlər doktoru və 13
fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. XXX-da pedaqoji kadr hazırlığı
istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır. Yaxın gələcəkdə pedaqoji kadr
potensialının bütövlükdə yeniləşdirilməsi, cavanlaşdırılması planlaşdırılır.

6. Elmi-tədqiqat fəaliyyəti.
Elmi-tədqiqat işləri hər il universitetin Elmi Şurasında təsdiq edilir və pla-
nauyğun formada aparılır. Kafedralarda aparılan elmi-tədqiqat işləri kadr hazırlı-
ğının profilinə uyğun həyata keçirilir. Əldə edilən nəticələr tədris prosesində tətbi-
10
qini tapır. XXX-da 2011-2015-ci illərdə ümumilikdə 2484 çap vərəqi həcmində el-
mi-tədqiqat işləri və elmi əsərlər yazılmışdır, o cümlədən, 40 adda dərslik və dərs
vəsaiti (870,9 ç/v), 30 adda monoqrafiyalar və kitabçalar (439,6 ç/v), 292 adda jur-
nal məqalələri (317,2 ç/v), 196 adda konfrans materialları (163,2 ç/v), 339 adda
proqramlar (693,1 ç/v) nəşr edilmişdir ki, bu da ali təhsil müəssisəsinin fəaliyyə-
inin Dövlət Təhsil Standarlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən uyğun
meyarlardan artıqdır.
Bütünlükdə nəşr sahəsində həyata keçirilmiş tədbirlər və çap edilmiş mate-
riallar əsasən yüksək ixtisaslı kadr hazırlığının təmin edilməsinə yönəldilmişdir.
Elmi-tədqiqat işlərinin maliyyələşdirmə mənbələri XXX-nun hesabına təmin edilir.
Tələbələrin elmi-tədqiqat işləri Tələbə Elmi Cəmiyyəti vasitəsilə həyata keçi-
rilir. XXX–nun yarandığı ilk gündən professor-müəllim heyəti tərəfindən TEC–in
xətti ilə gənc kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Onlara ən təcrübəli
müəllimlər təhkim edilir. XXX-da TEC-in 2015-ci ildə 358 nəfər üzvü olmuşdur.
Hər ilin sonunda elmi işlərin yekunlarına həsr olunmuş elmi konfranslar təşkil
edilir.
Konfrans qalibləri içərisindən kadrlar seçilir, onlara maqistraturaya və aspi-
ranturaya daxil olmaq məqsədi ilə istiqamətlər və tövsiyələr verilir. Bu iş XXX–da
yüksək səviyyədə təşkil edilərək daima diqqət mərkəzindədir.
XXX beynəlxalq və respublika elmi forumlarının keçirilməsinə xüsusi diqqət
yetirir. XXX-da keçirilən elmi konfrans və forumlara diqqət yetirsək görərik ki,
iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə elmi-yaradıcı əhəmiyyətli çox maraqlı
müzakirələr aparılmış, əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, Ulu Öndər
Heydər Əliyevin anadan olmasına həsr olunmuş “Heydər Əliyev və iqtisadi inkişaf
strategiyası”, “İnvestisiya qoyuluşunun iqtisadi səmərəliliyinin yüksəldilməsi
istiqamətləri”, “Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin
inkişafının sürətləndirilməsi istiqamətləri”, “Azərbaycan Respublikasında iqtisadi
inkişafın istiqamətləri”, “Sivil bazar iqtisadiyyatı münasibətlərinin inkişaf
istiqamətləri” və digər mövzulardakı beynəlxalq konfrans və forumlarda müasir
dövr iqtisadiyyatı üçün aktuallıq kəsb edən məsələlərdən bəhs edilmişdir. Müzaki-
11
ələrdə Ulu Öndərin həyat və fəaliyyəti, onun Müstəqil Azərbaycanın hərtərəfli və
sürətli inkişafı və tərəqqisi üçün gərgin, əvəzolunmaz diqqət və qayğısından bəhs
edən elmi nəticələr əldə edilmişdir. Eyni zamanda əsas kapitala, kənd təsərrüfatı
istehsalına və digər sahələrə yönəldilən investisiyalar, regionlarda daxili ehtiyat-
lardan səmərəli istifadə edilməsinin ölkənin xarici iqtisadi əlaqələr prosesinə cəlb
edilməsində böyük imkanlar yaratması, qeyri-neft sektorunun geniş planda
inkişafının böyük tərəqqiyə xidmət etməsi, məhsuldar qüvvələrin səmərəli
yerləşdirilməsinin ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsində əhəmiyyəti,
xarici və daxili investorlar üçün daha da əlverişli imkanların yaradılması kimi
məsələlərin təhlili konfransların aktuallığını artırmışdır.
Konfranslarda və forumlarda qardaş Türkiyə Respublikasından, Rusiya Fede-
rasiyasından, Polşadan, Ukraynadan, Çexiyadan, Portuqaliyadan, Gürcüstandan və
digər ölkələrdən, həmçinin ölkəmizin tanınmış alim-tədqiqatçıları, elm adamları
iştirak etmişlər.
Ümumiyyətlə, tədris ili ərzində bütün kafedralar profillərinə uyğun olaraq
hesabat xarakterli beynəlxalq, yaxud respublika elmi-praktiki konfrans təşkil edir.
Eyni zamanda, Universitet və Universitetin Tələbə Elmi Cəmiyyəti ayrılıqda bey-
nəlxalq konfranslar təşkil edir.

7. Beynəlxalq əməkdaşlıq.
XXXnin «Beynəlxalq əlaqələr» şöbəsi XXXX-cı ildən fəaliyyətdədir.
Şöbənin əsas məqsədi XXXnin beynəlxalq imicinin formalaşması və beynəlxalq
nüfuzunun artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərməkdir.
Universitet bir sıra beynəlxalq layihələrdə təmsil olunur və dünyanın bir sıra
aparıcı universitetləri ilə elmi-yaradıcı əlaqələr qurmuşdur. Avropa Şurasının
“Erasmus Mundus” layihəsi, qardaş Türkiyənin “Mövlanə” proqramı və ikili mü-
qavilələr əsasında hazırda 25 nəfər bakalavr və 5 magistr 6-10 ay müddətində Av-
ropanın 8 universitetində pulsuz təhsil alır, 2 doktorant isə 10 ay müddətinə Por-
tuqaliyada elmi-tədqiqat işlərini davam etdirir. Artıq dördüncü ildir ki, Universi-
tetin bir sıra tələbələri üçün yay məktəbləri xarici ölkələrdə təşkil edilir.
12
Universitetin beynəlxalq əlaqələr şöbəsi inkişaf planının icrası ilə əlaqədar bir
sıra istiqamətlərdə öz fəaliyyətini yenidən qurmuş və genişləndirir. Belə ki,
Çexiyanın Tomas Bata Universiteti və Praqanın Dövlət İqtisad Universiteti, Litva-
nın Vilnüs Dövlət Universiteti, Kaunas Dövlət Universiteti, Polşanın Lodz Dövlət
Universiteti və Bıdqoş İqtisad Universiteti ilə 2-li diplom proqramı çərçivəsində
işlər aparılır. “Erasmus Mundus” proqramı çərçivəsində Avropa universitetləri ilə
tələbə mübadiləsi, “Mövlanə” proqramı çərçivəsində qardaş Türkiyə universitetləri
ilə tələbə-müəllim mübadiləsi aparılır və bu sahədə böyük təcrübə qazanılmışdır.
Eyni zamanda Universitet xarici ölkələrdə pedaqoji kadrların doktorantura
vasitəsi ilə hazırlığı üzrə ciddi iş aparır.
Universitetin qəbul etdiyi proqrama əsasən məzunların işlə təmin edilməsi
istiqamətində əməli işlərin aparılması məqsədilə “Məzunlarla iş və karyera” mər-
kəzi yaradılmışdır. Bu mərkəzin araşdırmaları nəticəsində məlum olmuşdur ki,
Universiteti son 10 ildə bitirən tələbələrin 85%-dən çoxu ixtisası üzrə müvafiq işlə
təmin olunmuşdur, digər məzunların müvəqqəti işləməməsi isə bir sıra obyektiv
səbəblərlə izah edilir.

8.Maddi-texniki baza.
Maddi-texniki bazanın təhlili ayrı təhsil proqramları üzrə aparılmalıdır ki, bu
da universitetin bütünlüklə maddi-texniki, tədris-laboratoriya bazasını və onun
zəruri avadanlıqlarla təchizatının mövcud vəziyyətinin təhlilini əhatə etməlidir.
XXX hal-hazırda xxx ünvanında müasir tələblərə cavab verən ümumi ərazisi
8154 m2 olan 3 tədris korpuslu binada yerləşir. Bu sahədə 6440 m 2 tədris üçün
faydalı sahə, 432 m2 sahəsi olan kitabxana, 552 m2 sahəsi olan iaşə xidməti, 388 m2
sahəsi olan idman zalı, 3616 m2 sahəsi olan məşğələ, laboratoriya və xüsusi
təyinatlı auditoriyaları, tədris kabineti və emalatxanaları vardır (cədvəl 2 və 9). Bu
göstəricilər XXXndə ikinövbəli tədris prosesində ali təhsil müəssisəsinin fəaliy-
yətinin statusuna uğyunluğunu müəyyənləşdirən meyarlardan artıqdır və tələblərə
tam cavab verir. Tədris prosesinin normal gedişatını təmin etmək məqsədilə tədris
prosesinin İKT (informasiya-kommunikasiya texnologiyaları) vasitələri ilə ixtisas
13
fənlərinin tədrisi müasir tələblər səviyyəsində yerinə yetirilir və kompüter otaqları
daha müasir texniki avadanlıqlarla təmin edilmişdir. Universitetdə kifayət qədər
nəşr avadanlıqları olan mətbəə fəaliyyət göstərir. Həmçinin hər birində 10 müasir
tipli kompüterlə təchiz olunmuş 5 kompüter otaqları və 15 ixtisaslaşdırılmış audi-
toriya təşkil olunmuşdur.
Tədris prosesinin ümumi proqram təminatına aşağıda göstərilən proqramlar
daxildir:
Microsoft Office (bütün versiyalar), Visual Basic;
Qrafik redaktorlar: Power Point (müxtəlif versiyalar).
Bundan əlavə universitetdə tələbələrə aşağıdakı proqramlar tədris olunur:
Az mühasib
1C
Marketinq sahəsi üzrə – SPSS və digər ixtisaslar üzrə müasir proqram
təminatları tədris olunur.
Bütün auditoriyalarda müasir multimedia vasitələrinin tətbiqi nəticəsində
tədrisdə öz effektivliyi ilə ənənəvi vasitələrdən daha çox effektli olan elektron
dərsliklərdən geniş istifadə olunur. Həmin dərslər kompüter və PANASONİC
markalı proyektorların vasitəsi ilə aparılır.
Eyni zamanda bütün auditoriyalarda quraşdırılmış müşahidə kameraları vasi-
təsilə dərslərin gedişatına nəzarət edilir, keyfiyyət və səmərəlilik baxımından təlim
və tədris prosesində uğurlar əldə edilir.
Gün ərzində fasiləsiz işləyən internet xətti və saniyədə 50 mb gücünə və
sürətinə malik Wi-Fi sistemi tələbələrə və professor-müəllim heyətinə dünya infor-
masiya məkanında olan məlumatların alınmasını və operativ informasiya müba-
diləsini təmin edir.
Universitetin tədris prosesində və elmi-tədqiqat işlərinin yerinə yetirilməsində
165 vahid müasir tipli kompüterlərdən istifadə edilir. Tədrisin keyfiyyətinin təşkili
məqsədilə 69 proyektor (bütün auditoriyalarda) və ağıllı lövhələr quraşırılmışdır.

14
Universitetdə informasiya təminatının səmərəliliyini artırmaq məqsədi ilə
daxili lokal şəbəkə yaradılmışdır. Həmçinin universitetin Web səhifəsi hazırlanmış,
qeydiyyatdan keçirilmiş, elektron kitabxana fəaliyyət göstərir.

9. Tərbiyə işlərinin təşkili


XXX-da təlim prosesinin ayrılmaz hissəsi olan tərbiyə işləri Universitetin
Elmi Şurasında müzakirə edilmiş tədbirlərin planı əsasında həyata keçirilir. Tər-
biyə işləri Universitetin rektoru, tərbiyə işləri üzrə prorektor və ictimai təşkilatların
rəhbərliyi ilə fakültə və tələbə-gənclər təşkilatları tərəfindən həyata keçirilir.
Ölkəmizdə baş verən elmi-texniki, mədəni, iqtisadi yeniiklər, qəbul edilmiş
qərarlar, fərmanlar, sərəncamlar, həyata keçirilən islahatlarla bağlı təlim-tərbiyə
istiqamətində müvafiq tədbirlər təşkil edilmişdir.
“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli
697 №-li Fərmanının təhsil sistemində icrasını təmin etmək məqsədilə təhsil-tər-
biyə müəssisələrində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün hər-
bi-tətbiqi idman növləri üzrə oyunların keçirilməsi, onların mədəni-kütləvi tədbir-
lərə, o cümlədən teatr tamaşalarına cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyə-
si, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin aradan
qaldırılması, əyani təhsil alan tələbələrin kompleks tibbi müayinədən keçirilməsi,
lazımi peyvəndlərin edilməsi və s. istiqamətlərdə ilboyu geniş tədbirləri həyata
keçirilir.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərlərinin 15 fevral
2005-ci il tarixli 41 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında gənclər və
tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planı” na əsasən XXXndə
fəaliyyət göstərən Universitet Tələbə Gənclər Təşkilatı yarandığı gündən
fəaliyyətini “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə
Gənclər Təşkilatının əsasnaməsi” nə əsasən quraraq işini müvəffəqiyyətlə davam
etdirir.

15
Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının illiklərinə həsr olunmuş
dəyirmi masalar, bədii-yaradıcılıq və inşa müsabiqələri, idman yarışları, mahnı və
rəqs müsabiqələri və digər tədbirlər böyük təntənə ilə qeyd olunur.
Universitetdə Kunq-Fu Sanda, voleybol, futbol, şahmat, dama, basketbol,
tennis idman növləri üzrə bölmələr fəaliyyət göstərir və hər il tarixi günlər və
yubileylərlə əlaqədar həmin növlər üzrə universitetdaxili, rayon, respublika birinci-
likləri üzrə fərqlənən tələbələr mükafatlanırlar.

10. Sosial-məişət işləri.


İstirahətin səmərəli təşkili
2010-2015-ci illər ərzində Universitetdə tələbələrin və professor-müəllim
heyətinin səmərəli istirahəti üçün tədbirlər kompleks proqram əsasında yerinə
yetirilmişdir:
Universitetdaxili yubileylər, tarixi günlər, bayramlarla bağlı istirahət
tədbirləri silsiləsində Ulu Öndərimizin anadan olmasının yubileyləri, Universitetin
yaradılmasının yubileyləri, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliliyi
Günü və yeni ilin gəlişinə həsr olunmuş geniş əyləncəli konsert proqramları, Bey-
nəlxalq ana dili günü münasibəti ilə ədəbi-bədii gecələr, 8 Mart Beynəlxalq
qadınlar günü, Novruz bayramları, 9 May Qələbə günü, 28 May Respublika günü,
Milli Qurtuluş günü, məzun günü və digər əlamətdar günlərlə bağlı əyləncəli
proqramlar, konsertlər təşkil edilmişdir.
İstirahət günlərində qrup halında professor-müəllim heyətinin və tələbələrin
“Nabran istirahət mərkəzinə”, Qubada yerləşən istirahət mərkəzlərinə kollektiv
ekskursiyaları təşkil edilmişdir.
18 aprel – Beynəlxalq abidələr günü, 18 may – Beynəlxalq muzeylər günü
münasibətilə Şirvanşahlar muzey kompleksinə, AMEA-nın Milli Azərbaycan Tari-
xi Muzeyinə, AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muze-
yinə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, Azərbaycan
Dövlət İncəsənət Muzeyinə, İstiqlal Muzeyinə, Qobustan Tarix diyarşünaslıq mu-
zeyinə, S.Vurğunun, Maestro Niyazinin, C.Cabbarlının, İ.Dağıstanlının ev-xatirə
16
muzeylərinə qrup halında tələbələrin ekskursiyaları təşkil edilmişdir. Heydər
Əliyev Sarayına, H.Əliyev adına İdman Konsert Kompleksinə, Azərbaycan Dövlət
Milli Akademik Dram Teatrına, Ş.Qurbanov adına Musiqili Komediya Teatrına,
Gənc Tamaşaçılar Teatrına, Rəşid Behbudov adına mahnı teatrına konsert və tama-
şalara müəllim və tələbələrin mütəmadi olaraq gedişləri təşkil edilmişdir.
XXXnin professor-müəllim heyətinə və tələbə kontingentinə tibbi xidmət
(həkim məsləhəti, ambulator müayinə, müalicə və s.) M.Ə.Mirqasımov adına
Respublika Klinik xəstəxanası tərəfindən göstərilir. Bu xidmət tərəflər arasında
qarşılıqlı razılaşma əsasında bağlanılmış 2013-2018-ci illər üçün müqavilənin
şərtlərinə əsasən icra edilir.
Universitetdə professor-müəllim heyətinin və tələbə kontingentinin iaşə xid-
mətinə ciddi fikir verilir. Bu məqsədlə universitetdə 552 m 2 sahə ayrılmışdır ki, bu-
rada da ikinövbəli təlim-tədris prosesində tələbələr, həmçinin professor-müəllim
heyəti və işçi heyəti üçün yeməkxana və bufet xidməti təşkil edilmişdir.
Universitetin həyətində 800 m2-lik yaşıllıqla təchiz edilmiş istirahət sahəsi də
tələbələrin istifadəsinə verilmişdir.

11. XXX-nun maliyyə təminatı.


XXXnin 2015-ci il üçün büdcəsi 2.604.200 AZN təşkil etmişdir. Bu
vəsaitlərin hamısı tələbələrin təhsil haqqını təşkil etmişdir.
Bu vəsaitlərdən:
Əmək haqqı xərcləri – 1.063.000 AZN
Sosial sığortaya ayırmalar – 233.600 AZN
Vergi ödəmələri – 250.320 AZN
Rabitə xərcləri – 26.700 AZN
Bank xidmətləri xərcləri – 10.030 AZN
Cari və əsaslı təmir xərcləri – 160.000 AZN
Ezamiyyə xərcləri – 44.500 AZN
Kommunal xərclər – 34.300 AZN
Nəqliyyat xərcləri – 29.800 AZN
17
Sair xərclər – 216.300 AZN
Xammal material xərclərinə – 31.650 AZN
Digər ödəmələr – 504.000 AZN
Müstəqil elmi-tədqiqat işlərinin aparılması üçün Təhsil Nazirliyi tərəfindən və-
sait ayrılmamışdır. XXX-da təhsil alan hər bir tələbəyə sərf edilən vəsait 1960 ma-
natdır.
XXX-da maliyyə təminatı tədris prosesinin təşkili üçün kifayətdir.
Qeyd edək ki, 2010-cu ildə yəni əvvəlki akkreditasiya zamanı akkreditasi-
ya komissiyası tərəfindən XXXndə tədrisin təşkilinin səmərəliliyinin
yüksəldilməsi və keyfiyyətinin artırılması istiqamətində bir sıra tövsiyələr və
əməli təkliflər verilmişdir. Ötən 5 il müddətində XXX bu tövsiyələri öz
fəaliyyətində tam nəzərə almaqla yanaşı, tədrisin beynəlxalq standartlar
səviyyəsində qurulması istiqamətində bir sıra əməli işlər görmüşdür. O cümlədən
hər bir kafedranın ixtisas profilinə uyğun olaraq maddi-texniki bazası
zənginləşdirilmiş, modernləşdirilmiş və ən yeni texniki avadanlıqla təchiz edil-
mişdir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bütün auditoriyalarda müasir
texnoloji qurğular quraşdırılmış və tədris prosesində multimedia vasitələrindən isti-
fadəyə geniş yer verilmişdir.
Tədris-metodik təminatını zənginləşdirmək üçün tədris olunan bütün fənlər
üzrə yeni standartlara müvafiq fənn proqramları, mühazirə mətnləri, dərsliklər, də-
rs vəsaitləri, metodik vəsaitlər hazırlanmış və nəşr edilmişdir. Bu proses mütəmadi
olaraq təzələnir və yeniləşdirilir.
Tədris prosesi bütövlükdə interaktiv metodlardan istifadə edilməklə slayd və
proyektorlar vasitəsi ilə aparılır.
Tələbələrin Universitetdaxili təlim-tərbiyə, ictimai fəaliyyəti və tədris prose-
sində fəaliyyətlərini artırmaq məqsədi ilə onların Universitetin Böyük Elmi Şurası
və fakültələrin elmi şuralarının tərkibində təmsilçilik sayları genişləndirilmiş, bu
işdə qrup nümayəndələrinin fəallığı daha da artırılmışdır. Universitet Tələbə Gənc-
lər Təşkilatının üzvlərinin iştirakı mütəmadi olaraq təmin edilmişdir.
18
Universitetin bütün auditoriya və laboratoriyaları, kabinet və linqafon otaqları
ən müasir müvafiq proqramlar üzrə texniki vasitələrlə təmin edilmişdir. Bir sıra
auditoriyalarda “ağıllı lövhələr” dən istifadə edilir.
Tələbələrin istehsalat təcrübəsi, diplomqabağı ixtisas təcrübələri üçün, baza
müəssisələri sayılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin və onların yerli şöbələri, Azərbaycan Respublikası Dövlət Sosial Mü-
dafiə Fondu və onların yerli şöbələri, bələdiyyə və digər regional strukturlar, sa-
hibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı istehsalat müəssisələri, firmaları, mü-
əssisələrlə əvvəlcədən birbaşa müqavilələr bağlanır və həmin müəssisələrdə isteh-
salat və diplomqabağı ixtisas təcrübələrinin səmərəli və nəticəli keçməsi üçün ma-
liyyə vəsaiti ayrılır və birbaşa ödənişlər edilir. Bu işi koordinasiya etmək üçün
Universitetin “Təcrübə Şöbəsi” yaradılmışdır və həmin şöbəyə təcrübəli mütəxəs-
sis, rəhbərlik edir.
Porfessor-müəllim heyətinin tədris fəaliyyətinin səmərəliyinin yüksəltmək, mə-
suliyyətlərini artırmaq və nəticəliliyini təmin etmək üçün bütün tədris olunan fənlər
üzrə mühazirə mətnləri, slaydlar və əlavə köməkçi materiallar hazırlanmışdır. Bu
materiallar elektron və çap olunmuş formalarda Universitetin müasir elektron
kitabxanasında və müvafiq kafedralarda tələbələrin istifadəsindədir.
Universitetin böyük sayda elektron və nəşr tədris materialına malik elektron
kitabxanası, 400 nəfərdən artıq tələbəni əhatə edən oxu zalı vardır. Kitabxanada və
oxu zalında hər bir tələbənin elektron və internet resurslardan istifadə etməsi üçün
tam şərait təmin edilmişdir.
Tədrisin keyfiyyətini artırmaq məqsədi ilə müvafiq qrafikə uyğun olaraq ka-
fedralar açıq dərslər təşkil edir və onların nəticələri kafedra iclaslarında geniş mü-
zakirə olunur.
Kafedralar üzrə problem mövzulara dair elmi seminarlar təşkil edilir.
Tələbələrin müstəqil fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə onların au-
ditoriyadankənar fəaliyyətlərinin tərkibi zənginləşdirilmişdir. Belə ki, tələbələr se-
mestr ərzində hər bir fənn üzrə müvafiq mövzuların prezentasiyalarını hazırlayır,

19
esselər tərtib edir, kollokvium mövzuları üçün materiallar hazırlayır və elmi se-
minarlarda çıxış etmək üçün elmi-tədqiqat işləri ilə stimullaşdırılırlar.
Bütün bu qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 24
oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublika-
sında təhsilin inkişafı üzrə dövlət strategiyası”na uyğun olaraq XXX 2013-cü ilin
sonunda 2014-2018-ci illər üzrə 5 illik dövr üçün özünün yeni strateji inkişaf
planını işləyib hazırlamış və bu plan Elmi Şurada müzakirə edilərək icra üçün qə-
bul edilmişdir. Tərtib edilmiş strateji plan universitetin strateji inkişafının 5 illik
dövrü üçün aşağıdakı inkişaf istiqamətlərini özündə əks etdirir:
 Tədrisdə məzmun keyfiyyət dəyişikliyi;
 Professor-müəllim heyətinin potensialının yüksəldilməsi və peşəkarlığının
artırılması;
 Maddi-texniki bazanın müasir standartlara uyğun yenidən qurulması və mo-
dernləşdirilməsi;
 Elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi;
 Tələbə fəallığının artırılması və məzunlarla iş;
 Beynəlxalq əlaqələr.
Strateji inkişaf planının həyata keçirilməsinin aralıq dövrlər üzrə illik taktiki
fəaliyyət planı tərtib edilmiş, nəzərdə tutulan işlər cari dövrlər üzrə yerinə yetiril-
məkdədir. Bu sahədə artıq bir sıra işlər görülmüş və nəticələr əldə olunmaqdadır.
Belə ki, tədrisdə yeni məzmun keyfiyyət dəyişikliyinin əldə edilməsi məqsə-
dilə universitetdə tədris olunan bütün fənlər üzrə yeni təris proqramları müasir
standartlara uyğun tərtib edilmiş və qrifli nəşri təmin edilmişdir. Tədris olunan bü-
tün fənlər üzrə mühazirə mətnləri və slaydlar tərtib edilmiş və dərslər xüsusi tre-
ninq keçmiş müəllimlər tərəfindən fəal təlim üsulları əsasında aparılır. Universite-
tin müasir kitabxanasında tədris edilən fənlər üzrə tərtib edilmiş mühazirə material-
ları mütəmadi olaraq yeniləşdirilir və təkmilləşdirilir. Universitetdə tədris
vəsaitləri olmayan fənlər üzrə tərtib edilmiş mühazirə mətnlərinin dərsliklərə, dərs
vəsaitlərinə və metodik vəsaitə çevrilməsi işi aparılır.

20
Pedaqoji kadr potensialının yüksəldilməsi və peşəkarlığının artırılması üçün
XXX xüsusi proqrama malikdir. Belə ki, tərtib olunmuş plana uyğun olaraq Uni-
versitetin bakalavr və magistratura pillələrini əla qiymətlərlə oxuyan fəal tələbələr
ölkə daxilində və xaricdə doktoranturaya cəlb olunmaqla, onlar tədqiqat işində
böyük təcrübəsi olan mütəxəssislərlə müqavilə əsasında təhkim edilməsi
planlaşdırılır. Digər tərəfdən, müəllimlərin peşəkarlığının artırılması məqsədi ilə və
müasir tədris metodikasının mənimsənilməsi üçün mütəmadi olaraq Universitet
daxilində treninqlər təşkil edilir. Bu prosesdə “Erasmus Mundus” proqramının
vəsaitlərindən də istifadə edilərək xarici ölkələrin treninqləri bu məsələyə cəlb
edilmişlər. Bununla yanaşı, universitetin professor-müəllim heyəti tədris
metodikasını daha da təkmilləşdirmək üçün Avropa Şurasının “Erasmus Mundus”
proqramı çərçivəsində Avropanın bir sıra ölkələrinin (Portuqaliya, Yunanıstan,
Polşa, Çexiya, Türkiyə və s.) nüfuzlu universitetlərində tədris və pedaqoji təcrübə
mübadiləsində olmuşlar və onlar eyni zamanda elmi-tədqiqat layihələri üzərində
çalışmışlar.
Maddi-texniki bazanın yenidən qurulması və modernləşdirilməsi məqsədilə
bütün otaqlarda proyektorlar və kompüterlər quraşdırılmış, bir sıra auditoriyalarda
ağıllı lövhələr quraşdırılmış, 5 linqafon otaqları yeni texniki vasitələrlə təchiz edil-
mişdir. Bununla yanaşı, hər bir ixtisas kafedrasının yanında əyani və texniki vəsa-
tlərlə təchiz olunmuş xüsusi laboratoriyalar yaradılmışdır. Kitabxana fondu zəngin-
ləşdirilmiş və 45 ədəd internetə birbaşa çıxışla noutbukla təchiz olunmuşdur. Uni-
versitetin kitabxanası elektronlaşdırılmış və hal-hazırda bu proses davam edir. Uni-
versitetdə professor-müəllim və tələbə heyətinin məsuliyyətini artırmaq üçün bütün
auditoriyalarda müşahidə kameraları quraşdırılmışdır.
Elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi həmişə diqqət mərkə-
zində olmuşdur. Strateji inkişaf planının maddəsi olaraq elmi-tədqiqat işlərinin
səmərəliliyinin yüksəldilməsi məqsədilə universitetin metodik-təminat bazası möh-
kəmləndirilmiş və elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi sahəsində
də bir sıra yeni addımlar atılmışdır. Elmi-tədqiqat işlərinin nəticələrinin tədris
prosesinə və istehsalata tətbiq edilməsi üçün 2013-cü ilin dekabr ayında univer-
21
sitetdə “İqtisadi islahatlar və strateji araşdırmalar mərkəzi”, “Sosial-iqtisadi araş-
dırmalar mərkəzi”, “Tərcümə mərkəzi”, “Milli operator və test mərkəz”ləri yara-
dılmışdır. Bu sahədə hər professor-müəllim üçün aparılan tədqiqat işləri tədris ili
ərzində 5,5 və ya 6 ç/v təşkil etmişdir ki, bu da ümumi normadan 2,5 dəfə artıqdır.
Tələbə fəallığının artırılması və məzunlarla işlə bağlı bir sıra praktiki ad-
dımlar atılmışdır. Belə ki, tələbələrin auditoriyadankənar fəallıqlarının yüksəl-
dilməsi üçün Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 nömrəli qərarının 7.3
bəndinə müvafiq olaraq tədrisdə yeni meyarlar tətbiq edilmişdir. Tətbiq olunmuş
meyarlara əsasən tələbələrdə müstəqil düşüncəni formalaşdırmaq üçün tələbə tə-
rəfindən hər bir predmet üzrə prezentasiyanın verilməsi, esselərin yazılması, yazılı
kollokviumların keçirilməsi, şifahi nitqin qiymətləndirilməsi kimi tədris-metodik
işlər həyata keçirilir. Universitetdə 3 ildir ki, “Pilot” qrupu layihəsi üzərində ciddi
işlər aparılır.
Universitetin məzunlarını işlə təmin etmək məqsədi ilə hər il 200-ə qədər
dövlət və sahibkar müəssisələrin iştirakı ilə əmək yarmarkaları təşkil edilir ki, bu
yarmarkalarda tələbələrin təxminən 70-80%-i işlə təmin olunmaları üçün karyerada
ilk addımlarını atırlar.
Universitet beynəlxalq əlaqələr sahəsində bir sıra istiqamətlərdə öz fəaliy-
yətini yenidən qurmuş və genişləndirməkdədir. Belə ki, Universitetin Avropa Şura-
sının “Erasmus Mundus” layihəsi, qardaş Türkiyənin Mövlanə proqramı və ikili
müqavilələr əsasında ümumilikdə 32 nəfər, o cümlədən, 25 nəfər bakalavr və 5
magistr tələbələri Avropanın 8 Universitetində pulsuz təhsil alır, 2 doktorant isə 10
ay müddətinə Portuqaliyada elmi-tədqiqat işləri ilə məşğuldur. Eyni zamanda
Çexiyanın Tomas Bata Universiteti, Praqanın Dövlət İqtisad Universiteti, Litvanın
Vilnüs Dövlət Universiteti, Kaunas Dövlət Universiteti, Polşanın Lodz Dövlət
Universiteti və Bıqoş İqtisad Universiteti ilə ikil diplom proqramı çərçivəsində
işlər həyata keçirilir. Həmçinin, qardaş Türkiyə Universitetləri ilə Mövlanə
proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi aparılır. Həmçinin, XXXni
bitirmiş magistrların xarici ölkələrdə pedaqoji kadrların doktorantura vasitəsilə
hazırlığı ilə bağlı təxirəsalınmaz işlər aparılır.
22
XXXnin fəaliyyətinin bütün tərəflərinin: təhsil prosesinin təşkili, müəssisənin
maddi-texniki bazası, kadr potensialı, təhsil proqramları, maliyyə resursları, təhsil
infrastrukturu və s. bu kimi parametrlərin Dövlət Təhsil standartlarına və digər
normativ-hüquqi aktların tələblərinə və normalarına uyğun olmasını nəzərə alaraq
Universiteti akkreditasiyaya hazır hesab etmək olar.

Yuxarıda verilmiş Özünütəhlil Hesabatındakı (ÖH) məlumatlarla tanış olaraq


aşağıdakı sualları cavablandırın:

1. Daxili keyfiyyət təminatı sisteminə dair hansı məlumatlar əks olunub (həmin
məlumatların keyfiyyət təminatı sistemi ilə əlaqəsinin əsaslandırılması xahiş
olunur)?

2. Daxili keyfiyyət təminatı strukturuna dair hansı məlumatlar əks olunub?

3. Daxili keyfiyyət təminatı sisteminə dair daha çox məlumat almaq üçün hansı
məlumatların əks olunmasını istərdiniz (həmin məlumatların keyfiyyət
təminatı sistemi ilə əlaqəsinin əsaslandırılması xahiş olunur)?

4. Özünütəhlil Hesabatının çatışmayan cəhətləri nələrdir (əsaslandırmanın


daxil edilməsi ilə)?

23

You might also like