Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 3

“GİGABİT TELECOM” Məhdud

Məsuliyyətli Cəmiyyətinin direktoru

cənab Məqsəd Sarıyevə

Hörmətli Məqsəd müəllim,

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində


İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən müvafiq sahədə
tənzimləmə və nəzarət səlahiyyətlərinin effektiv və səmərəli həyata keçirilməsi məqsədilə,
internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin təqdim etdikləri
abunəçilərlə bağlanan müqavilələrin “Telekommunikasiya haqqında” Azərbaycan
Respublikası Qanununun 40-cı maddəsində nəzərdə tutulmuş zəruri tələblərə
uyğunlaşdırılmasının təmin olunması istiqamətində tədbirlər görülür.
Bildiririk ki, abunəçilərlə bağlanmış müqavilələrdə uyğunsuzluqların aradan
qaldırılaraq nəticəsi barədə məlumat verilməsi və yenilənmiş müqavilə nümunəsinin təqdim
edilməsi ilə əlaqədar “GİGABİT TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə Agentlik
tərəfindən 6 mart 2024-cü il tarixli 3-27-107/2-567/2024 nömrəli və 22 aprel 2024-cü il tarixli
3-27-107/2-1009/2024 nömrəli məktublar göndərilmişdir. “GİGABİT TELECOM” Məhdud
Məsuliyyətli Cəmiyyəti tərəfindən Agentliyə təqdim edilmiş yeni müqavilə nümunəsində isə
sözügedən uyğunsuzluqların bir qisminin aradan qaldırılmadığı müəyyən olunmuşdur.
Qeyd olunmalıdır ki, internet telekommunikasiya xidməti göstərən operator və
provayderlər tərəfindən müvafiq məlumatların verilməməsi, həmçinin gecikdirilməklə
verilməsi ölkə üzrə telekommunikasiya sahəsində tənzimləmə mühitinin formalaşmasına
böyük maneə törədir.

Qurumun adı: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi


Sənədin elektron imzalanma tarixi: 09.07.2024
Sənədin qeydiyyat nömrəsi: 3-27-107/2-1658/2024
Imza edən şəxs: Nail Mərdanov İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri
Sənədin elektron yüklənmə ünvanı: https://docs.rabita.az/docs/e-doc?docId=mHAAwqxycAOtOlQBgL9YBxTIEZ16LtUd+Gst9KOVRgE=
Qeyd: 'Elektron imza və elektron sənəd haqqında' Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər
hüquqi qüvvəyə malikdir.Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.
Yuxarıda yazılanları nəzərə alaraq, abunəçilərlə bağlanmış müqavilələrdə
uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi və nəticəsi barədə 3 (üç) iş günü
müddətində Agentliyə məlumat verilməsi xahiş olunur.
Diqqətinizə çatdırırıq ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası
Qanununun 43.1-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulması Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Əlavə məlumat üçün Agentliyin Tənzimləmə departamentinin Elektron
kommunikasiya şöbəsinin mütəxəssisi Dərya Əhmədovaya (əlaqə nömrəsi:
+994993993309, elektron poçt ünvanı: darya.ahmadova@icta.az) müraciət edə bilərsiniz.

Hörmətlə,

İdarə Heyətinin sədri Nail Mərdanov

Qurumun adı: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi


Sənədin elektron imzalanma tarixi: 09.07.2024
Sənədin qeydiyyat nömrəsi: 3-27-107/2-1658/2024
Imza edən şəxs: Nail Mərdanov İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri
Sənədin elektron yüklənmə ünvanı: https://docs.rabita.az/docs/e-doc?docId=mHAAwqxycAOtOlQBgL9YBxTIEZ16LtUd+Gst9KOVRgE=
Qeyd: 'Elektron imza və elektron sənəd haqqında' Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər
hüquqi qüvvəyə malikdir.Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.
İcraçı:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin


Tənzimləmə departamentinin
Elektron kommunikasiya şöbəsinin mütəxəssisi
Dərya Əhmədova
Telefon: +994 99 399 33 09

Qurumun adı: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi


Sənədin elektron imzalanma tarixi: 09.07.2024
Sənədin qeydiyyat nömrəsi: 3-27-107/2-1658/2024
Imza edən şəxs: Nail Mərdanov İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri
Sənədin elektron yüklənmə ünvanı: https://docs.rabita.az/docs/e-doc?docId=mHAAwqxycAOtOlQBgL9YBxTIEZ16LtUd+Gst9KOVRgE=
Qeyd: 'Elektron imza və elektron sənəd haqqında' Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər
hüquqi qüvvəyə malikdir.Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

You might also like