Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 17

Bakı Dövlət Universteti

Tələbə: Abbasov Abdulla


Qrup: 902
İxtisas: Menecment
Plan
• 1.Azərbaycanda qədim insan yaşayışının izləri.İstehlak
təsərrüfatının yaranması.
• 2.İstehsal təsərrüfatı.Qəbilə icmasının inkişafı.
• 3.İbtidai icma cəmiyyətinin dağılması.Erkən Tunc dövrü.
Azərbaycanda qədim insan yaşayışının izləri
Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə,
zəngin fauna və flora aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai
insanın formalaşdığı ərazilərdən biridir. Dünyada ilk insan qalıqları Şərqi Afrikada (Keniya,
Tanzaniya) tapılmış, 2-3 mln., Azərbaycanda ibtidai insanın (Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə
Zar, Naxçıvanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağaraları) isə 1,5 mln. il
b.ə. yaşadığı müəyyən edilmişdir. Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri.
Bəşər tarixinin inkişafının ilk mərhələsi olan ibtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə bölünür:
Daş dövrü, Tunc dövrü və Dəmir dövrü.
İbtidai icma cəmiyyətinin ilkin mərhələsi olan Daş dövrü öz növbəsində üç mərhələyə bölünür: -
Qədim Daş dövrü (Paleolit); - Orta Daş dövrü (Mezolit); - Yeni Daş dövrü (Neolit).
İbtidai insanın Qədim Daş dövrü-Paleolit 3 mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst
Paleolit.
Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam
etmişdir.
Azərbaycanda qədim insan yaşayışının izləri
• Bu dövr Qarabağın Quruçay vadisində, Füzuli 11 şəhəri yaxınlığında Azıx
mağarasında tapılmış maddi nümunələr əsasında öyrənilmişdir. İbtidai insanlar
mənimsəmə təsərrüfatı ilə - yığıcılıq və ovçuluqla məşğul olublar, kiçik qrup, dəstə
halında olaraq insan “sürüsü” və ya ulu icmada birləşiblər. Ulu icma kortəbii
şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır.
Əmək alətlərinin düzəldilməsi və oddan istifadə insanların heyvan aləmindən
ayrılmasını sürətləndirdi. Azıx mağarasında 700 min il b.ə. aid olan ocaq izləri
tapılmışdır. Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı
tapılmışdır-bu dünyada 4-cü tapıntıdır, Azıxantrop, yəni “Azıx adam” adlanır və 350-
400 min b.ə. yaşamışlar. Azıx mağarasında tikili qalığı, müəyyən işarələr cızılmış ayı
kəllələri tapılmışdır. Bu sadə dini ayinlərin və totemlərin (heyvanlara inam)
yaranması ilə bağlıdır. Alt Paleolit dövrünün sonunda əmək alətləri: çaxmaqdaşı,
bazalt və obsidiandan (vulkanik şüşə-dəvəgözü) hazırlanmışdır.
Azıx mağarası
Azərbaycanın qədim insan məskənlərinin öyrənilməsi
• Azərbaycanda insanlar 2 milyon il bundan əvvəl məskunlaşmış, müstəqil həyat sürməyə başlamışlar. 2
milyon yaşı olan Azərbaycanın qədim sakinlərinin tarixinin yalnız son 2—3 min ili haqqında yazılı
məlumatlar qalmışdır. Onlardan da az bir qismi dövrümüzə gəlib çatmışdır. Keçən əsrin II yarısından
başlayaraq Gədəbəy, Qalakənd mis mədənləri xarici kapitalın diqqətini özünə cəlb edir. Buraya gələn
xarici mütəxəssislər misəridən zavodların inşası zamanı üzə çıxarılan zəngin qəbirlərə və başqa arxeoloji
yadigarlara xüsusi maraq göstərmişlər. XIX əsrin 80-ci illərində naməlum həvəskar arxeoloq Xanlar
şəhərinin cənubunda apardığı qazıntı zamanı uzunboğaz çəkməyə oxşayan gildən hazırlanan çox nəfis
qab aşkar etdi. Sonralar almaniyalı Emil Resler, daha sonra isə Y. Hummel keçən əsrin sonlarında Xanlar
rayonu ərazisində uzunboğaz çəkməyə oxşar gil qabın tapılmasını təsdiq etdilər. 896-cı ildə Yelizavetpol
(Gəncə) əyalət xalq məktəbinin inspektoru A. Y. İoakimov Xanlar rayonu ərazisinin müxtəlif yerlərində
qazıntı işləri apardı və bir sıra qiymətli qəbir əşyaları üzə çıxardı. O, aşkar etdiyi qəbir əşyalarını və yerli
əhalinin torpaq işləri zamanı bu ərazidən üzə çıxardıqları maddi-mədəniyyət abidələrini toplayıb sistemə
saldı və onları Moskva Dövlət Tarix Muzeyinə göndərdi. Azərbaycanın arxeoloji cəhətdən tədqiqinin
dövrümüzə gəlib çatan materiallarının təhlili göstərir ki, onlar, əsasən, Azərbaycanın qədim tarixinin, e.
ə. II minilliyin II yarısından başlayaraq I minilliyin I yarısına qədər olan dövrünü əhatə edir.
Qədim insanlara aid izlər
Qəbilə icmasının inkişafı
• Qəbilə icmasının əmələ gəlməsi. Üst Paleolit 40 min il bundan
əvvəldən e. ə. 12 - ci minilliyə qədər davam etmişdir. Bu dövrün maddi
qalıqlarına Qarabağ və Qazax bölgələrində daha çox rast gəlinmişdir.
Bu dövrdə Azərbaycanda ağıllı insan tipi “Homo Sapiyens” yaranması
başa çatmışdı. Əmək fəaliyyətinin artması şüurun, düşüncənin inkişafı
tədricən səsli nitqin yaranmasına səbəb olmuş- du. Ulu icmanı qan
qohumluğuna əsaslanan qəbilə icması-nəsli qəbilə əvəz etmişdir.
Qadının təsərrüfatda rolu daha böyük olduğu üçün qan qohumluğu
ana xətti ilə götürüldüyünə görə belə quruluşa ana xaqanlığı –
matriarxat deyilir.
Qəbilə icmasının inkişafı
• Mezalit və ya Orta Daş dövrü e.ə. 12-ci minilikdən e.ə. 8-ci minilliyə qədər davam etmişdi.
Ox və kaman ixtira edilmişdir. İnsanlar qida ehtiyatlarını artırmağa və heyvanları
əhliləşdirməyə nail olmuşlar. Beləliklə, ibtidai maldarlığın əsası qoyulurdu. Toplanmış
yabanı bitki toxumlarının bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu ibtidai əkinçiliyinin
meydana gəlməsinə şərait yaradırdı. Beləliklə, Mezolit dövründə mənimsəmə
təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Bu dövr Qobustan abidəsi
əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Onlar
ovçuluq, balıqçılıq və yığı- cılıqla məşğul olmuşlar. Əmək alətləri kiçik ölçülü-mikrolit,
həndəsi formalı, gəzli, üçkünc, kəsici və s. olmuşlar. Sümükdən biz, ox ucu, balıqçılıqda
istifadə olunan alətlər düzəldilirdi. Qazaxda Damcılı mağarasında Mezolit dövrünə aid kiçik
ölçülü ox ucları, müxtəlif tipli alətlər, cilalanmış, dişli lövhələr tapılmışdır. Qobustan
qayalarında bu dövr insanlarının ovsun-totem inamları, dini ayinləri, ov səhnələrini əks
etdirən rəsmlər, qadın və müxtəlif heyvan rəsmləri təsvir edilmişdir. Mezolit dövründə
insanlar axirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar.
İstehsal təsərrüfatı
• İstehsal təsərrüfatının yaranması. Neolit dövrü e.ə. VII minillikdən başlamışdır. İstehsal təsərrüfatı bu dövrdə yaranmışdı. İnsanlar
maldarlıq və əkinçiliklə məşğul olmuş, saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul
olmuşlar. Təsərrüfatda olan bu yeniliklərə “Neolit inqilabı” deyilir. Əhali oturaq həyata keçmiş, ovçuluqla, balıqçılıqla məşğul
olmuşdur. Əmək alətləri çaxmaqdaşından, obsidandan (vulkanik şüşə-dəvəgözü) hazırlanırdı. Naxçıvanda, Gəncə ətrafında, Təbriz
yaxınlığında, Qobustanda, Qazax bölgəsində Neolit dövrü abidələrindən daş toxalar, oraq dişləri, çəkic, balta və lövhə- lərdən
ibarət əmək alətləri tapılmışdır. Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə etmişdir. İnsanlar ilk dəfə metalla tanış olmuş və misdən
alətlər hazırlamışlar. Azərbaycanda bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Naxçıvan bölgələrində,
Urmiya gölü ətrafında və Təbriz yaxınlığında tədqiq edilmişdir . Əkinçi-maldar tayfalar kiçik kəndlərlə, qəbilə icmaları halında çay
kənarında, əkin- çilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları kiçik, çiy kərpic və möhrədən dairəvi tikilirdi.
Evin ortasında və ya divarın yanında ocaq qurulurdu. Belə evlərdə qoşa nigaha əsaslanan ailələr yaşamışlar. Əhali əkinçilik,
maldarlıq, balıqçılıq, dulusçuluq, daşişləmə, sümükişləmə, toxuculuq və s. məşğul olmuşlar. Sənətkarlar saxsı qablar, daş və
sümükdən əmək alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar.Torpağı toxa ilə şumlayırdılar. Həmin dövr “toxa əkinçiliyi” dövrü
adlanır. Taxıl daş oraqla biçilirdi, taxıl ehtiyatı saxsı küplərdə və quyu anbarlarda saxlanırdı. Bir neçə buğda və arpa növü əkib
becərirdilər. Ev heyvanları əhliləşdirilmişdi. E.ə. V minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın əhliləşdirilməsinə başlanmışdır.
Cəlilabadda Əliköməktəpədə əhliləşdirilmiş at sümükləri tapılmışdır. Tapılmış iy ucluqları toxuculuqla məşğuliyyəti sübut edir.
Misdən müxtəlif əmək alətləri və bəzək əşyaları hazırlanmışdır. Qadın müqəddəs varlıq hesab edilirdi. Tapılmış qadın heykəlləri
bunu sübut edən maddi mədəniyyət qalıqları idi. Eneolit dövründə anaxaqanlığı nəslinin mövqeyi sona çatmış, icma ağsaqqalları
şurası mühüm rol oynamışdır. Ölüləri yaşayış məskənində, binaların arasında və evlərin içərisində basdırırdılar. Ölülərin üzərinə
qan rəmzi sayılan qırmızı boya çəkir, yaxud orxa səpirdilər. Eneolitin son mərhələsində e.ə. IV minilliyinin I yarısında
metalişləmənin inkişafı başlamışdı.
Erkən tunc dövrü
• Erkən tunc dövründə təsərrüfatın müxtəlif sahələri meydana gəlmiş, eyni zamanda əmlak və sosial bərabərsizlik
yaranmışdı. Tunc dövrünün əvvəlində toxa əkinçiliyi xış (cüt) əkinçiliyi ilə əvəz olunmuşdu. Xış ağacdan hazırlanırdı. Xışla
yer şumladıqda əvvəllər bir neçə adamın gücündən, sonralar isə iş heyvanlarından istifadə edilirdi. Daha sonra süni
suvarma yarandı, iş heyvanlarından istifadə olundu, taxıl tunc oraqla biçildi və dən əl dəyirmanında üyüdüldü. Ev
heyvanlarının növü artdı, at əhliləşdirildi, araba, təkər ixtira edildi (təkər təbiətdə olmadığına görə texniki tərəqqinin əsası
hesab edilir), köçəri maldarlıq meydana gəldi, heyvanların yaylaq və qışlaq şəraitində bəslənməsinə başlandı. Maldarlar
öz sürülərini yeni otlaqlara sürür, öz ailələri və əmlaklarını arabalara yığıb özləri ilə aparırdılar. Maldarlar ya arabalarda,
ya da qurulub-yığılan çadırlarda yaşayır, tədricən köçəri həyat tərzinə keçərək köçəri olurdular. Beləliklə, ilk (erkən) tunc
dövründə maldarlıq əkinçilikdən ayrıldı, birinci böyük ictimai əmək bölgüsü yarandı.
• Dulusçuluq, metalişləmə, toxuculuq inkişaf etdi, tuncdan əmək alətləri (oraq, balta və s.), silah (qalxan, qılınc, döyüş
baltası və s.), bəzək və məişət əşyaları (muncuq, tunc, boyunbağı, iynə, bıçaq və s.) hazırlayırdılar. İlk (erkən) tunc
dövrünün ən böyük nailiyyətlərindən biri yazının icad edilməsi idi. Bu dövrdən başlayaraq ailədə və ictimai həyatda
kişilərin rolu artdı. Xış əkinçiliyi, maldarlıq xüsusi dözüm tələb etdiyinə görə kişi peşəsinə çevrildi. Anaxaqanlığı
ataxaqanlıq əvəz etdi. Nəsil ata xətti ilə müəyyən olunmağa başladı. E.ə. II minilliyin ortalarında orta tunc dövründə
sənətkarlıq müstəqil sahəyə çevrildi, sənətkarlıq əkinçilikdən ayrıldı. Beləliklə, ikinci böyük ictimai əmək bölgüsü meydana
gəldi. Dulus çarxından istifadə edildi, naxışlı və boyalı qablar istehsal olundu. Metaldan hazırlanan yeni keyfiyyətli məişət
əşyaları, silahlar, əmək alətləri getdikcə çoxaldı.
• Qəbilə ağsaqqalı hər bir ailəyə pay torpağı ayırırdı. Belə bir şəraitdə qəbilənin tərkibi də dəyişdi. İri ailələr ayrı-ayrı
ailələrə parçalandı. Bu ailələr yeni kollektivə çevrildi, nəticədə qonşu icması (kənd icması) meydana gəldi. Qəbilə və
tayfalardan fərqli olaraq, qonşu icması qohum olmayan ailələrin qonşuluq əsasında qurulan kollektivi idi. Qonşuluq
icmasında hər bir ailənin pay torpağı var idi, bu torpağı hər bir ailə özü becərir, onun məhsulunu da özü üçün toplayırdı.
Qonşuluq icması bərabərsizliyin əsasını qoydu. Taxıl biçilib qurtardıqdan sonra onun yerindən mal-qara üçün birgə
istifadə olunurdu. Torpaq, su, meşə, biçənək və otlaqlardan hamı istifadə edirdi. Onlar yolları, su kanallarını birgə çəkir,
əkin sahələri üçün torpaq sahələrini meşədən birgə təmizləyirdilər.
İbtidai icma quruluşunun dağılması
• E.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması sürətlənmişdir.
Azərbaycanın cənub ərazisində dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud olmuşdur.
İri tayfa ittifaqları yaranır (Xocalı-Gədəbəy, Talış- Muğan, Naxşıvan, Qobustan-Abşeron, Quba-Xaçmaz,
Şəki-Balakən zonalarının iri etnik birləşmələri), bu itifaqa nüfuzlu tayfa başçıları rəhbərlik edirdi. Tayfalar
daxilində də güclü təbəqələşmə gedirdi. Əhalinin təbəqələşməsi yoxsul və varlı adamlara məxsus
qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənirdi. Kurqanlar böyüklüyü, quruluşu və içərisinə qoyulmuş
əşyaların zənginliyi ilə fərqlənirdi. Tunc dövründə əhalinin məişətində və dünyagörüşündə əsaslı
dəyişikliklər olmuşdur. Tikinti işində məişət avadanlıqlarının çox növlü və yüksək bədii zövqlə
hazırlanması, sitayişlə bağlı bütlərin yaranması, səma cisimlərinə, suya, ağaca, ayrı-ayrı heyvanlara və s.
sitayiş izlənilirdi. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan, heyvan və quş təsvirləri ilə
bəzədilirdi. Bu dövrdə qullar olmuşdu. Sahibkarların qullarını da onunla dəfn edirdilər. Qəbirlərdən
çoxlu silah-nizə, ox ucluqları, xəncər, qılınc, döyüş baltası, paltar zirehləri, toppuz və s. tapılması həmin
dövrdə cəmiyyətin həyatında hərb işinin mühüm yer tutduğunu göstərir. İri tayfa ittifaqlarının
yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və
varlılara parçalanması və s. amillər e.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində Azərbaycanda ibtidai
icma quruluşunun dağılmasını sürətləndirdi.
Erkən tunc dövrü
• Erkən Tunc dövrünün abidələri ilk dəfə Kür-Araz ovalığında öyrənildiyəin görə, Kür-Araz ovalığı mədəniyyəti dövrü də adlanır.
•          Bu dövrün əsas abidələri ilə tanış olaq:
•          İkinci Kültəpə-Naxçıvan şəhərindən 12 km şimalda, Çəhriçay vadisində yerləşir. Çoxtəbəqəli qədim yaşayıvş məskəni olan
abidənin hündürlüyü 11 metr, ərazisi 3 hektardır. Buradan müxtəlif ocaq qurğuları, silindrik formalı, öküz başlaı füqurlu ocaq
altlıqları aşkar edilmişdir. Tikililər çaydaşı,Ö çiy kərpic və gil məhluldan tikilmiş, qara və çəhrayı rəngli gil qablardan geniş
istifadə olunmuşdur.
•          Qaraköməktəpə- Füzuli rayolnu ərazisində-Köndələnçayın sağ sahilində yerləşir. Uzaqdan nəhəng torpaq ehramı andıran
bu abidə 10 min illik  dövrü əhatə edən qədim yaşayış yerinin qalığıdır. Buradan aşkar edilmiş binalar dairəvi və dördkünc
formada olub, diva rvə döşəmələri Sarı gillə suvanmış, bəzi hallarda Sarı rənglə boyanmışdır. Bu binaların birində ev
heyvanlarına sitayişə əlaqədar mərasimin qalıqları tapılmışdır. Bu tapıntı gildən düzəldilmiş öküz heykəlləri və «müqəddəs
ocaq»da yandırılmış öküz bunuzlarıdır.
•          Babadərviş-Qazax rayonu ərazisindədir. Dairəvi binaların böyük bir kompleksindən ibarət bu qədim məskənin ərazisi 600
kv metrdən çoxdur. Bu abidədən tunc istehsalı ilə bağlı üç kürə qalığı, metalişləmə alətləri aşkar edilmişdir.
•          Tuncun ixtirası təsərrüfatla yanaşı cəmiyyətdə də dəyişikliklərə səbəb olmuş, əmlak və sosial bərabərsizlik yaranmış,
böyük mədəni etnik birliklər olan  tayfa ittifaqları yaranmışdır.
•          Bu dövrdə əhvalinin dini inam və mərasimlərində də dəiyşikliklər nəzərə çarpır. Xaçmaz rayonu ərazisindəki Sərkərtəpə
yaşayış məskənində aşkarlanan ibadət evi və ibadət mehrrabı, Mingəçevirdəntapılmış qəbirlər, Xaçbulaqdakı kurqan tipli
qəbirlər bu dəyişiklikləri sübut edir. Bu qəbirlərdə skelet arxası üstə, oynaqlardan bükül formada, başı qərbə doğru qoyulmuş
vəziyyətdədir. Kurqanlarda kollektiv  dəfnetmə və ölüyandırma adətinin izləri aşkar olunmuşdur.
Erkən tunc dövrü
• Erkən tunc dövründə təsərrüfatın müxtəlif sahələri meydana gəlmiş, eyni zamanda əmlak və sosial
bərabərsizlik yaranmışdı. Tunc dövrünün əvvəlində toxa əkinçiliyi xış (cüt) əkinçiliyi ilə əvəz
olunmuşdu. Xış ağacdan hazırlanırdı. Xışla yer şumladıqda əvvəllər bir neçə adamın gücündən,
sonralar isə iş heyvanlarından istifadə edilirdi. Daha sonra süni suvarma yarandı, iş heyvanlarından
istifadə olundu, taxıl tunc oraqla biçildi və dən əl dəyirmanında üyüdüldü. Ev heyvanlarının növü
artdı, at əhliləşdirildi, araba, təkər ixtira edildi (təkər təbiətdə olmadığına görə texniki tərəqqinin
əsası hesab edilir), köçəri maldarlıq meydana gəldi, heyvanların yaylaq və qışlaq şəraitində
bəslənməsinə başlandı. Maldarlar öz sürülərini yeni otlaqlara sürür, öz ailələri və əmlaklarını
arabalara yığıb özləri ilə aparırdılar. Maldarlar ya arabalarda, ya da qurulub-yığılan çadırlarda
yaşayır, tədricən köçəri həyat tərzinə keçərək köçəri olurdular. Beləliklə, ilk (erkən) tunc dövründə
maldarlıq əkinçilikdən ayrıldı, birinci böyük ictimai əmək bölgüsü yarandı.
• Dulusçuluq, metalişləmə, toxuculuq inkişaf etdi, tuncdan əmək alətləri (oraq, balta və s.), silah
(qalxan, qılınc, döyüş baltası və s.), bəzək və məişət əşyaları (muncuq, tunc, boyunbağı, iynə, bıçaq
və s.) hazırlayırdılar. İlk (erkən) tunc dövrünün ən böyük nailiyyətlərindən biri yazının icad edilməsi
idi. Bu dövrdən başlayaraq ailədə və ictimai həyatda kişilərin rolu artdı. Xış əkinçiliyi, maldarlıq
xüsusi dözüm tələb etdiyinə görə kişi peşəsinə çevrildi. Anaxaqanlığı ataxaqanlıq əvəz etdi.
Erkən Tunc dövrünə aid alətlər
Erkən tunc dövrü
• Nəsil ata xətti ilə müəyyən olunmağa başladı. E.ə. II minilliyin ortalarında orta tunc dövründə
sənətkarlıq müstəqil sahəyə çevrildi, sənətkarlıq əkinçilikdən ayrıldı. Beləliklə, ikinci böyük
ictimai əmək bölgüsü meydana gəldi. Dulus çarxından istifadə edildi, naxışlı və boyalı qablar
istehsal olundu. Metaldan hazırlanan yeni keyfiyyətli məişət əşyaları, silahlar, əmək alətləri
getdikcə çoxaldı.
• Qəbilə ağsaqqalı hər bir ailəyə pay torpağı ayırırdı. Belə bir şəraitdə qəbilənin tərkibi də
dəyişdi. İri ailələr ayrı-ayrı ailələrə parçalandı. Bu ailələr yeni kollektivə çevrildi, nəticədə
qonşu icması (kənd icması) meydana gəldi. Qəbilə və tayfalardan fərqli olaraq, qonşu icması
qohum olmayan ailələrin qonşuluq əsasında qurulan kollektivi idi. Qonşuluq icmasında hər bir
ailənin pay torpağı var idi, bu torpağı hər bir ailə özü becərir, onun məhsulunu da özü üçün
toplayırdı. Qonşuluq icması bərabərsizliyin əsasını qoydu. Taxıl biçilib qurtardıqdan sonra onun
yerindən mal-qara üçün birgə istifadə olunurdu. Torpaq, su, meşə, biçənək və otlaqlardan
hamı istifadə edirdi. Onlar yolları, su kanallarını birgə çəkir, əkin sahələri üçün torpaq
sahələrini meşədən birgə təmizləyirdilər.
Diqqətinizə görə
təşəkkürlər

You might also like