Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 25

Qrup –164A

Fənn:Meşəçilik və meşə ekologiyası


Mövzu : Meşənin bioloji müxtəlifliyinin
yaranmasinin ekoloji əsaslari

Təqdimat

Müəllim-Lalə Məcidova

Tələbə- Solmaz Ədilova


Meşə nədir?

Meşələr ekoloji mühitin təsirindən təkcə vaxt baxı­


mından
Meşə - ətraf mühitlə vəhtət təşkil edən canlı deyil, eyni zamanda məkan baxımından da dəyişir.
orqanizmdir, ağaclıq coğrafi landşaftın Torpaq və iqlim meşəbitmə şəraitini müəyyən etdiyi
səciyyəvi elementidir. Meşələrin təbiətcə çox kimi,eləcə də, onun coğrafi bölümdə yerləşməsi orada
müxtəlif elementləri var və bu elementlər meşə­ bitən ağacların təbiətinə də təsir edir. Bir coğrafi rayon
lərin mürəkkəb, rəngarəng olmasına bilavasitə daxilində bitən meşə qonşu zonada bitən meşədən
lazımi şərait yaradır. tamamilə fərqlənir. Bu fərq orada məskunlaşan bitki və
heyvan qruplaşması baş verən populyasiyanın
müxtəlifliyi ilə əlaqədardır.
Məkan daxilində meşələrin dəyişməsi bir meşə tipinin
kəskin olaraq başqa meşə tipinə keçməsinə səbəb olur.
Dəyişkənlik tədricən getməklə ağaclıqda cinslərin dominant-
lığmın dəyişməsi və ya bir necə növıın başqa növlə əvəz
olunması ilə nəticələnə bilir.

Beləliklə, məkan daxilində meşə


qruplaşması və ya meşə tipində ağaclığın tərkibi kəskin və ya
tədricən dəyişə bilər. Meşə qruplaşma (assosiasiya) meşələrin
məkan daxilində baş verən dəyişkənliyinin öyrənilməsinin
əsası hesab olunur.
Meşənin tərkibi
nədir?

Küknar və ağ şam meşələri areal zonasında


Meşənin tərkibi dedikdə geniş
geniş ərazi tutur və özünə məxsus xarici
ərazidə küknar, şam, fıs­tıq, palıd və
görkəmi, quruluşu, tərkibi vardır ki,
s. ağac cinslərindən ibarət olan
şübhəsiz belə hallan küknar - ağ şam
meşələr anlaşılır.
qruplaşması (assosiasiyası) və ya meşə tipi
adlandırmaq olar.
Assosiasiya yunanca associato-birləşmə deməkdir. Fito­
senozun, yaxud biosenozun əsas təsnifat vahididir. Fitose­
nozun dəyişkənliyinin öyrənilməsində suksessiyanin gedişini
bilmək vacibdir (latınca-succosio varislik deməkdir) məkan
daxilində bir fitosenozun digəri ilə əvəz olunmasi başa düşül­
məlidir.

F. Klementsin əsas mövqeyi müəyyən ekoloji mühitdə


formalaşan qruplaşmanın təbii xüsusiyyətlərinin vaxta
Suksessiya botaniki termindir, əvvəl görə dövri dəyişməsidir. O, göstərir ki, fitosenozun
Amerika botaniki dəyişməsinin ilkin səbəbi ayrı- ayrı və ya kompleks
Koules (H.Coules, 1899), xüsusən iqlim amillərinin dəyiş­məsidir.
Klements (F Clements,
1916) suksessiya konsepsiyasini işləyib
hazirlamişdir.
Dünyada meşələrin yayilması bir cox amillərdən, ilk növ­bədə
ekoloji iqlim və torpaq şəraitindən asılıdır.
Meşələrin əsas coğrafi xüsusiyyətlərinə nəzər salsaq təbiət­də
yaranmış meşə müxtəlifliklərinin səbəbləri aydın olur.
Soyuq qurşağın iyııəyarpaq meşələri

Amerikanın şimalında hakim cins kimi ağ


Şimal yarımkürəsində tayqada geniş ərazi
küknar (Picea glauca Moench), qara küknar
tutur. Bu nəhəng qurşaq Rusiya, Finlandiya,
(Picea mariana Mili) və balzamın ağ şamı
İsveçrə, Norveç, Kanada, ABŞ (Alyaska),
(Abies balsamea Mili) növləri məskunlaşıb.
Yapo­niya, (Hokkaydo adasında subalp
Tayqa meşələri yııksək işlik oduncaq
meşələri) ərazilərində ya­yılıb.
məhsuldarlığı ilə seçilir.

Tayqa
Tayqa meşələrini
meşələrini fərqləndirən
fərqləndirən onun
onun cins
cins tərkibidir.
tərkibidir. Burada
Burada meşələrin
meşələrin yaranmasında
yaranmasında ağac
ağac növləri
növləri
azlıq
azlıq təşkil
təşkil edir.
edir. Əsas
Əsas meşə
meşə əmələgətirən
əmələgətirən növlər
növlər adi
adi küknar
küknar və
və adi
adi şam­
şam­dır.
dır. Avropada,
Avropada, Uralda,
Uralda,
Sibirdə
Sibirdə geniş
geniş ərazidə
ərazidə sibir
sibir küknarı,
küknarı, qara
qara şam,
şam, sibir
sibir sidri,
sidri, sibir
sibir ağ
ağ şamı,
şamı, Uzaq
Uzaq Şərqdə
Şərqdə Koreya
Koreya küknarı
küknarı

və s.
s. meşələri
meşələri var
var
Mülayim iqlim qurşağının qarışıq meşələri

Şimal yarım­kürəsinin orta en dairəsində


Fıstıq münasib ekoloji şəraitdə keyfiyyətli işlik
yayılmışdır. Əvvəlki qurşağa nis­bətən
oduncaq verir. Qafqazda, Karpatda və Krımda fıstıq
burada meşələrin növ tərkibi zəngindir.
qiymətli cins ki­mi qorunur və artırılır. Müasir
Eyni zamanda burada enliyarpaqlı cinslər
dünyada işlik oduncağa olan təlabatm ödənilməsində
üstünlük təşkil edir. Qurşaqda fıstıq, palıd,
iynəyarpaqlı cinslər (xüsusən, qarı­şıq meşə zonasının
qoz və s. enliyarpaqlı cinslər olsa da,
şimal hissəsindəki və şimali Amerikanin Sakit okean
iqtisadi cəhətdən iynəyaıpaqlı cinslər daha
sahillərindəki duqlas şamı, tuya və s. iynəyarpaqlı
öncül yer tutur. Meşə­lərdə tozağacı və
meşələr) mühüm əhəmiyyətə malikdir. Avropada,
qovağın cox olması da bu meşələrdən yük­
Meksikada və eləcə də Himalay dağlarında yayılmış
sək keyfiyyətli işlik oduncaq alınması
iynəyarpaqlı meşələr işlik oduncaq istehsalında
ehtimalını azaldır. Almaniyada -
xüsusi yer tutur.
Bavariyada meşəçilər fıstığın şamla əvəz
Təsvir olan zonalarda əhali sıx yerləşdiyinə görə
olun­ması istiqamətində işlər aparırlar.
meşələrin istismarı güclü gedir və demək olar ki,
Fıstığı yalnız iynəyarpaqlı cinslərin
əksər meşələr dünyanın bir cox rayonlarında
artırılmasında köməkçi cins kimi
məhsuldarlığını itirmişdir.
saxlayırlar.
Mülayim isti iqlimin rütubətli meşələri.

Hər iki yarım­kürədə təsadüf edilir. Bu meşələr enliyarpaq cinslərin çoxlu növ müxtəliflikləri ilə səciyyələnir.
Burada palıdın, evkaliptin və s. müxtəlif növləri bitir. Bəzən ərazidə olan iynəyarpaq meşə massivlərinin
istismar edilməsinə cəhd göstərilir. Xüsu­sən çoxlu növ müxtəlifliyi olan şam meşələri sənaye əhə­miyyəti kəsb
edir. ABŞ-ın cənub-şərqində bilən Amerika şamlarından bataqlıq şamı {Pirns palustris Mili) qısa iynəli şam
(Pirnsechinata Mili), “ sleş payn” adlanan şam, Elliota şamı( Pinus elliottii Engeln), “ Lobloli payn”{Pinus
teata L.) adları çəkilən dörd şam cənub- şərq ştatlarında daha cox sənaye əhəmiyyətinə malik növlərdir.

Geniş tanınan və tez böyüyən “sleş - payn” şam növü kağız və selliloz istehsalında xüsusi yer tutur.
Uzuniynəli şam tikinti materialı kimi qiymətlidir. Vaxtıilə yüksək keyfiyyətinə görə həmin şamın
oduncağı dünya bazarlarında yüksək yer tuturmuş. Hazırda həmin şamın ehtiyyatı nəzərə çarpacaq
dərəcədə azalsa da öz əmtəəlik dəyərini itirməyib.
Bu zonanın cənub hissəsində
sututarlarda (nohurlarda və ABŞ-
m cənub - şərqində, tropikdə
bataqlıq sərvi{Taxodium distichum
Rich) yüksək keyfiyyətli oduncağa Qara şam kimi bataqlıq sərvi də
malikdir, lakin çox gec böyüyür və yarpaqlarını (iynələrini) qışda
onu bərpa etmək çətindir. Bataqlıq tökür və bəzən yarpaqla bərabər
sər­ vinin ehtiyyatı azalıb, o təzə zoğları da tökülür.İsti mülayim
vətənində (cənub-şərqi ABŞ- iqlim zonasında təbii meşələr geniş
da)yalnız rekrasiya əhəmiyyətli miq­yasda tezböyüyən yerli və
şəhərətrafı meşələrdə qorunub ekzot iynəyarpaq növlər hesabına
saxlanılır. plantasiyalar salmaqla əvəz olunur.
Ekvatorial yağışlı meşələr Burada gecböyüyən, ağır və bərk oduncağa malik
cinslərlə yanaşı, tez böyüyən, yüngül və yumşaq
oduncaqlı cinslərə də rast gəlinir. Meşənin belə
Ekvatorial yağışlı meşələr bütün il boyu yağışların mürəkkəb tərkibi oduncaq hazırlığının məhdud olmasına
olduğu əksər tropik rayonlarda bitir. FAQ-nun (1966) səbəb olur. Latın Amerikasında bir çox küknar,
apar­dığı təxmini hesablamalara görə, yağışlı meşələrin maxoqoni,dəfinə fasiləsinin növləri, o cümlədən Qərb
ərazisi 850 mln hektar, oduncaq ehtiyyatı isə 125 mlrd ölkələrində gəmi­ qayırmada çoxdan istifadə edilən
m3-dur. Meşələr növ tərkibinə görə zəngindir, əsasən qiymətli ağac - yaşıl ürək (Ocotea rodioci Mez) bitir.
həmişəyaşıl enliyarpaqlı növlərdən ibarətdir. Bəzən bir Yaşıl ürək ağacının odun­ cağından Panama kanalında
hektarda 100 və daha çox növlər olduğu göstərilir. şlüz (mütəhərrik qapı) düzəl­ dilməsində istifadə
edilmişdir.

Afrikanın yağışlı meşələrində istifadə edilən sənaye əhə­miyyətli cinslər Sipo, limba, Obexe adlandırılır.
Bundan baş­ qa Afrika maxoqonisindən də istifadə olunur. Maxoqoni Meliaceae fasiləsinə daxildir. Bu
fasiləyə 40 cins və 700 növ daxil olduğunu demək kifayətdir. Bu növlərdən çoxu tropik qurşaqda bitir.
İnsanlar Cənubi Amerikada yağışlı meşələrə az (yalnız kənar hissələrə) toxunublar. Afrikada və Asiyada
meşələrin istismarı daha geniş ərazilərdə aparılır. Burada bitən enli­yarpaq cinslər dünya bazarının yüksək
keyfiyyətli oduncaqla təmin edilməsində mühüm rol oynayır. Meşələrin dəyərli sərvət olmasına
baxmayaraq onların ərazisi əkin sahələrini genişləndirmək məqsədilə daima kök­dən kəsilərək azalır.
Enliyarpaq rütubətli tropik meşələr,

Enliyarpaq rütubətli tropik meşələr, rütubətli Quraqlıq dövrünün müddətinin


adlanmasına baxmayaraq, heç də həmişə uzanmasından asılı olaraq meşələr
rütubətlə təmin olunmur. Onlar iqlimin xarakterinə görə ya yağışlı meşələrə, ya da
quraqlıq dövrü olan rayonlarda mövcuddur. Bu tam əks qütbdə Savanna meşə
dövrdə ağaclar yarpaqlarını tökür. formasiyasına keçir.

Yalnız Asiyada bu meşələrdə sənaye əhəmiyyətli cinslərdən ibarət ağaclara rast gəlinir. Burada
geniş tanınan və istifadə olunan tik (Tectona grandis L.) ağa­cıdır. Tik ağacı çürüməyə və
xəstəliklərə davamlıdır. Odun­cağı möhkəm, ağır və qatranlıdır.
Quru meşələr.

Dünyanın hər yerində, xüsusən quraqlıq mövsümü kəskin


Aralıq dənizi ölkələrində bu şam
özünü göstərdiyi rayonlarda mövcuddur. Bu meşələr quru
növü parklarda, bağlarda, şəhər
tropik və subtropik rayonlar üçün səciy­yəvidir. Quru meşələrin
yaşıllığında əkilir və yerli əhali
istismar əhəmiyyəti çox azdır. Vahid sahədə məhsuldarlığı
tərəfindən dekorativ ağac kimi çox
(odun ehtiyatı) aşağıdır. Uzun müddət insanların təsərrüfat
sevilir.
fəaliyyəti nəticəsində (kəsilmiş, otarılmış, yandırılmış)
İtaliya şamı Krımda, Qafqazın Qara
məhsuldarlığı və sıxlığı aşağı düşmüşdür. Xüsusən Aralıq
dəniz sahillərində, Türkiyədə,
dənizi ətrafı rayonlarda bu meşələrin müasir vəziyyəti
Azərbaycanda Zaqatalada,Lənkəranda
xoşagəlməzdir.
əkilibbecərilir. Fransada və
İspaniyada Sahil şamı (Pinus pinaster
Aralıq dənizi ətrafı quraq rayonları üçün şam ağacının bir neçə Sol) yüksək iqtisadi əhəmiyyətə
növü, xüsusən İtaliya şamı (Pirns pinea L.) quraq­ lığa malikdir. Xüsusən ondan alman
davamlıdır. Yağıntıların miqdarı 300 mm olduqda belə inkişaf qatrandan (bir ağacdan bir ildə 3-4
edir. Yağıntılar 500 mm və çox olduqda yaxşı inkişaf kq) sənayenin müxtəlif sahələrində
edir.İtaliyanın və İspaniyanın meşə təsərrüfatlarında İtaliya istifadə olunur.
şamını qozmeyvəli bitki hesab edirlər.
Meşələr coğrafi təzahür olmaqla, dəyişkən və müxtəlif mənşəlidir. Eyni zamanda meşələr müxtəlif cins­lidir.

Meşələr ayrı-ayrı təbii zona və qurşaqlarda yerləşməklə xüsusiyyətlərinə


görə bir-birindən kəs­kin fərqlənir.

Meşəçilik Taksasiya göstəricilə­


Cins tərkibinə Əmtəəliyinə
əlamətlərinə rinə
Təbii zonallıq (qısaldılmış şəkildə) ayrı-
ayrılıqda bir neçə göstəricidən ibarətdir:

Tropik həmişəyaşıl
Tundra (yağmurlu) və yayda
çılpaq musson meşələr
zonası

Subtropik meşələr
Meşə tundra zonası
Meşələr coğrafi zonalara görə
qeyri-bərabər paylanmış­ dır və
hər zonanın özünə məxsus
meşəsi, onun cins tərkibi və
Enliyarpaqlı Bərk yarpaqlı məhsuldarlığı var.
Tayqa meşələr zonası meşələr zonası.
1. Tundra - Burada vegetasiya müddəti 1,5-2,5 aydır. Bu müddətdə orta
illik temperatur 5-6 °C, ən isti ayda iyulda 8- 10 °C olur. Yağıntıların
ortaillik miqdarı 300 mm-dən az olur. Bitki örtüyü alcaqboylu (cırtdan)
tozağacı, söyüd, ayı- qulağı (Arctostaphylos), qarağac və s. ibarətdir.
Tundra zo­nasında meşələr yoxdur, iqlim amilinin təsiri nəticəsində bitki
örtüyü alcaqboylu və yerə sərilmiş haldadır.

2. Meşə tundra - Bu zonada vegetasiya müddəti artaraq 2-3 ay olur.


Orta illik temperatur 8-12 °C, ən isti ay olan iyul­ da 10-12 °C-yə çatır.
Yağıntıların miqdarı 300 mm-o qədərdir. Meşələr seyrək və az
məhsuldardır. Meşənin tərkibi şam, kük­ nar, qara şam, sibir sidri, toz
ağacı və s. növlərdən ibarətdir.
3. Tayqa - Bu zonada bitkilərin vegetasiya dövrü 3-5 aydır, ortaillik
temperatur əvvəlki iki zonaya nisbətən artaraq 12-16 °C-yə çatır, ən isti ayda
iyulda temperatur 14- 18 °C olur. Yağıntılar artaraq 600 mm çatır. Onu da
qeyd etmək lazımdır ki,
burada yağıntıların çoxu yay aylarına təsadüf edir. Bu zona bəzən
ədəbiyyatda iynəyarpaqlı meşələr zonası da adlanır. Meşələrin tərkibində
küknar, sidr şamı, qara şam, ağ şam, tozağacı, qovaq, boz və qara qızılağacı
bitir. Zonanın cənub sərhədində vegetasiya müddəti 5-6 aya qədər artır. Odur
ki, burada məhsuldar qarışıq (iynəyarpaq və enliyarpaq) meşələr formalaşır.

4. Enliyarpaqlı meşələr zonası - Burada vegetasiya müddəti 5-7 aydır, orta illik
temperatur 14-18 °C, iyulda isə 18-21 °C-yə çatır. Meşələrin tərkibində fıstıq, palıd,
göyrüş, ağcaqayın, cökə, qarağac və s. bitir. Zonanın cənub yarım- zonasında
meşələrin tərkibinə yuxarıda göstərilən cinslərdən əlavə adi şabalıd, adi qoz, tükcüklü
palıd (Quercus
pubescens) və s. daxildir. Şimali Amerikada müvafiq zonada qırmızı palıd (Quercus
rubrä), qara qoz (Juglans nigra), pekan (Carya pecan), tülpan ağacı, qışda yarpağını
tökən maqnoliya daxildir. Oxşar tərkibli (tipli) meşələr Şərqi Çində də mövcuddur.
5. Bərk yarpaqlı meşələr zonası. Zonada vegetasiya müddəti
7-9 aydır. Orta illik temperatur 18-21 °C, iyulda orta temperatur
22-25 ÜC - dir. Meşələrin tərkibində dəfinə, zeytun, həmişəyaşıl
palıdlar, saqqız ağacı, sərvlər, ağacvari ardıclar, çiyələk ağacı,
sahil şamı və s. cinslər mövcuddur. Bu meşələr Aralıq dənizi
ölkələrində, Kaliforniyada, Cənubi- şərqi və Cənubi-qərbi
Avstraliyada və s. yayılıb.

6. Subtropik meşələr zonası - Burada vegetasiya müddəti 9-10 aydır.


Orta illik temperatur 21-24 °C, iyulda isə 25-28 °C-yə çatır. Meşələr
mürəkkəb tərkiblidir və əksərən həmişə­ yaşıl bitkilərdir. Bu zonada
Savanna (musson tipli) meşələri mövcuddur ki, burada quraq keçən
aylarda ağaclar yarpaq­ larını tökür. Musson meşələrində yağıntıların
miqdarı ildə 1000-2000 mm-ə çatır. Odur ki, isti və quraq keçən aylarda
həqiqi akasiya, hind palıdı, baobab və s. ağaclar yarpaqlarını tökür. Bu
kateqoriyadan olan meşələrə Cənubi Çində, Yapo­ niyada, Portuqaliyada,
Kanar adalarında, Şimali Çilidə, Himalay dağlarının cənub yamaclarında,
Floridada və Mərkəzi Afrikada rast gəlinir.
7. Tropik həmişəyaşıl (yağmurlu) və yayda çılpaq
musson meşələr zonası.

Meşələr tərkibcə çox mürəkkəbdir, əsas pal­ma növləri və sarmaşan bitki növləri ilə
zəngindir. Yağın­tıların bol olmasına görə buradakı meşələr «Yağmurlu meşə­lər»
adlanır. Bitkilərdə yuxu dövrü olmur, vegetasiya il boyu gedir. Orta illik temperatur
25-28 °C - yə çatır və möv­sümlərə bölünmür.

Quraq keçən vilayətlərdə hind palıdından ibarət musson meşələri yayda çılpaq olur. Bu meşələr
Sey­londa, İndoneziya adalarında, Cənubi Hindistanda, Yeni Qvineyada, Cənubi Meksikada,
Mərkəzi Amerikada (Amazon çayı vadisində), Qərbi Afrikada (Konqo çayı vadisində) yayılmışdır.
Düzən şəraitdə üfiqi zonalardan başqa dağlıq şəraitdə də şaquli qurşaqlar (zonalar) mövcuddur.
Meşələrin şaquli qurşaqlara görə
paylanması

Dağlıq ölkələrdə meşələrin yüksəklik qurşaqlarına əsasən paylanmasının öz qanunauyğunluqları var.


Belə ki, yüksək­ lik azaldıqca meşələr tərkibinə və məhsuldarlığına görə də­ yişir. Məlumdur ki, dəniz
səviyyəsindən dağ zirvəsinə doğru qalxdıqca, hər 100 m-də temperaturun azalma qradiyenti 0,5-0,7
°C-ə bərabərdir.
Temperaturun azalması torpaq və bitki örtüyünün dəyiş­ məsinə səbəb olur. Dağətəyi düzənlikdə orta
illik temperatur 12 °C olduğu halda, dəniz səviyyəsindən 1000 m yüksəklikdə orta illik temperatur 6
°C, 2000 m yüksəklikdə isə 0 °C olur.

Dağ zirvəsindən aşağı endikcə temperatur dəyişir və bu dəyişkənlik


bitki örtüyünün də dəyişməsinə səbəb olur. Dəniz səviyyəsindən 4400-
4800 m yüksəklikdə alp çəmənliyi hökm sürdüyü halda, 3100-3700 m
yüksəklikdə iynəyaıpaqlı meşələr, 0-600 m yüksəklikdə isə palmalar,
banan ağacları üstünlük təşkil edir.
Böyük Qafqazda bu zona Samur-Şabran düzənliyindən və Qanıx-Əyriçay
vadisindən ibarət olub, də­niz səviyyəsindən 50-600 m-ə kimi olan ərazini
əhatə edir. Düzən zonada əsasən rütubətli isti iqlim mövcuddur. Burada Düzən zona.
tuqay tipli meşələr bitir. Düzən zonada yayılmış meşələrdə ağyarpaq
qovaq, uzunsaplaq palıd, xırdayarpaq qarağac, lələkvarı yalanqoz və söyüd
edifıkator hesab edilir. Göstə­rilən növlərdən başqa meşədə vələs, qoz,
göyrüş, alma, ar­mud, alça, zoğal, yemişan, əzgil, heyva, mürdarça, ağca­
qayın, birgöz, itburnu, sumaq, sarağan, qaratikan, iydə, nar, çaytikanı,
zirinc, qızılağac, xamırmaya, qızıl sarmaşıq, meşə üzümü və s. bitkilər
geniş yayılmışdır.

Mədəni əkinçiliyin inkişafı ilə əlaqədar olaraq bu zona­ nın meşə bitkiləri
tədricən sıxışdır ilmişdir və hazırda Böyük Qafqazın ümumi meşə fondunun
10%-ni təşkil edir. Meşələr fraqment şəklində olmaqla kiçik sahələrdə
qorunub saxlan mışdır.
Burada əkin tarlaları ilə yanaşı yovşanlı səhra, səhra efemer bitkilərinin
çoxluq təşkil etdiyi kolluq və kolçuqlar da müəyyən yer tutur.
Aşağı dağ-meşə qurşağı. Buraya 500 (600)-90ü (1200) m yüksəkliklər arasında
olan ərazi daxildir. Bu qurşaqda rü­ tubətli nisbətən isti və mülayim isti iqlim tipləri
mövcuddur. Bitki örtüyü düzən zonadan kəskin fərqlənir. Meşənin tərkibi qafqaz
vələsi, gürcü palıdı, çöl ağcaqayını, şərq vələsi, şərq alması, qafqaz xurması, alça,
əzgil, Qafqaz armudu, yemişan və quşarmudu növləri, dağdağan, şabalıd, zoğal,
böyürtkən və s. ibarətdir. Düzən zonada edifikator rolunu oynayan ağ- yarpaq
qovağa, yalanqoza, qızılağaca, söyüdə və s. aşağı dağ qurşağında yalnız dərələr
boyunca rast gəlirik. Bu qurşaqda ot örtüyünün tərkibində kserofit bitkilərlə yanaşı
mezofit bitki növlərinə də təsadüf olunur.

Orta dağ-meşə qurşağı. Bu qurşaq 900 (1200)-1600 (1800) m yüksəklikləri əhatə edir.
Buranın mülayim rütubətli və çox rütubətli iqlimi var. Bitki senozunun formalaşmasına şaquli
qurşaq dəyişkənliyindən əlavə cəhətlərin də təsiri ay­ dın nəzərə çarpır. Belə ki, cənub
yamaclarda palıd-vələs, şi­ mal yamaclarda isə məhsuldar fıstıq-vələs meşəliyi üstünlük təşkil
edir. Bunlardan əlavə meşənin tərkibində çöl ağcaqayı­ nı, Qafqaz dağdağanı, alça, göyrüş,
zoğal, alma, armud, əzgil, şabalıd və s. ağaclara tez-tez rast gəlinir, gözəl ağcaqayına, cökəyə,
dağ qarağacına, fındığa, kəndəlaşa da təsadüf edilir.
Yuxarı dağ - meşə qurşağı. 1600 (1800)-2200 (2400) m yüksəkliklərdə yerləşməklə çox rütubətli soyuq iqlim
tipinə malikdir. Bu qurşaqda yamacın cəhətləri meşənin tərkibinə nəzərə çarpacaq dərəcədə təsir göstərmir.
Yuxarıda qeyd olunan qurşaqlardan fərqli olaraq bu qurşaqda meşələrin tərkibində soyuğa daha davamlı bitki­
lərdən tozağacı, Trautvetteri ağcaqayını, qafqaz quşarmudu, rododendron keçi söyüdü, qarağat, motmotu,
gəlinbarmağı, dovşanalması, canavargiləsi və s. ağac və kol cinslərinin ya­ yıldığı qeydə alınmışdır. Yuxarı dağ-
meşə qurşağında meşə­ lər başdan-başa örtük təşkil etmir. Relyef elementləri (uçqun, qayalıq və s.) ilə yanaşı
subalp və alp bitki senozları hesabına örtük ara-sıra kəsilir. Dərələr boyunca meşələr bəzən daha yuxarılara meyl
edir, subalp və alp bitkiləri isə su ayrıcları boyunca aşağıya doğru meşələrin içərilərinə uzanaraq çox mənzərəli
landşaft qruplaşmaları yaradır.

Yuxarı dağ-meşə qurşağı ilə subalp qurşağın sərhəd- ləndiyi sahələrdə park şəkilli şərq palıdı və
Trautvetteri ağ­ caqayını bitir. Bununla yanaşı daha yuxarılarda kollaşmış alçaqboylu fıstıq və əyrigövdəli
tozağacı meşələri yayıl­mışdır. Tədricən kollaşan meşəliklər subalp və alp qurşaqda tamamilə yox olur və
onu subalp bitkiləri əvəz edir. Subalp bitkiləri içərisində ara-sıra sürünən gövdəli ardıc, itburnu, xanıməli,
moruq və s. kollara təsadüf edilir.
Subalp qurşağı. 2200 (2400) -2600 (2800) m yüksəkliyi əhatə etməklə çox ağır meşəbitmə şəraitinə
malikdir. Burada həddindən artıq rütubətli soyuq iqlim mövcuddur. Odur ki ,subalp qurşaqda
meşəəmələgətirən ağac növlərinə təsadüf edilmir. Bu qurşaqda ağac bitkilərindən itburnu, ardıc, xa­
nıməli, tubulqa kollarına təsadüf edilir.
Dəniz səviyyəsindən 2600 (2800) m yüksəklikdən başla­ yaraq zirvəsi daim qar və buzlaqlarla örtülü dağlar
alp və nival qurşaqlara aiddir. Bu qurşaqlarda yaşıl xalıya bənzəyən alp çəmənliyi və daha yuxarıda qar
örpəkli zirvələr nəzərə çarpır.

Planetmizin xəritəsi müxtəlif rəngdə olduğu kimi bitki örtüyü də biomüxtəlifliklərdən


ibarətdir. Buna başlıca səbəb müxtəlif zona və qurşaqların, iqlim və torpaq şəraitinin
olmasıdır.

Meşə coğrafi landşaft kompleksi olmaqla yanaşı təbiətin yaratdığı bənzərsiz rənglər
qammasıdır.
Ekoloji mühit dəyişdikcə meşələr də tərkibinə, taksasiya göstəricilərinə, meşəçilik və digər
əlamətlərinə görə qanuna­uyğun şəkildə dəyişir.
Ədəbiyyat

http://eco.gov.az/az/meseler/olkenin-meseleri/mese-anlayisi-haqqinda-
melumat

https://az.wikipedia.org/wiki/Me%C5%9F%C9%99

http://www.anl.az/down/meqale/kaspi_az/2011/may/ma46.htm

You might also like