Meşə

You might also like

Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 23

Qrup -264A

Fənn – Meşə Ekologiyası

Mövzu –Azərbaycanın milli parkları və onların səciyyəvi


əlamətləri

Təqdimat

Müəllim –Lalə Məcidova

Tələbə- Solmaz Ədilova


MİLLİ PARKLAR

Milli Parklar — xüsusi ekoloji,


tarixi, estetik və digər əhəmiyyət
daşıyan təbiət komplekslərinin
yerləşdiyi və təbiəti mühafizə,
maarifçilik, elmi, mədəni və digər
məqsədlər üçün istifadə olunan
təbiəti mühafizə və elmi tədqiqat
idarələri statusuna malik olan
ərazilərdir.
Adı: Hirkan Milli Parkı
Yaradıldığı il: 2004
Sahə (hektar): 40358
Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazisində.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin


ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü
dövrün relikt və endemik bitki növlərinin mühafizəsi,
Milli Park Azərbaycanın Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil
cənub-şərqində, Lənkəran edilmiş tipik flora və fauna növlərinin qorunub
və Astara inzibati saxlanılması, ətraf mühitin monitorinqinin həyata
rayonlarının ərazisində keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə
yerləşir. də tədqiqatlar, turizm və istirahət üçün şəraitin
təşkilidir. 
 Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə
qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə
dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd,
dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz
xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır.
Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd
azalır, onları fısdıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi,
Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır.

Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil


edilmişdir. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək,
məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu,
Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı
Kitabı"na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada
məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s.
növlərə rast gəlmək olar.
Adı: Şirvan Milli Parkı
Yaradıldığı il: 2003
Sahə (hektar): 54373,5
Olduğu yer: Salyan, Qaradağ və Neftçala rayonlarının ərazilərində

.
Milli Parkın yaradılmasında əsas
məqsəd yarımsəhra landşaftının başlıca Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün
komponentlərini, Azərbaycan müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa
Respublikasının "Qırmızı imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu
kitabı"na düşmüş ceyranları və o ərazi yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi
üçün səciyyəvi olan fauna növlərini təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra
qoruyub saxlamaq, ekoloji monitorinqi və quru bozqır tipli iqlim hakimdir.
həyata keçirmək, əhalini ekoloji
maarifləndirmək, turizm və istirahət
üçün şərait yaratmaqdır.
Milli parkda yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-
efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil
qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük
təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda
yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli
qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis),
Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl
qurbağasıdır (Rana ridibunda).

Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar


təşkil edir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli
sürünən növü hesab olunur. Quşların miqrasiyası və qışlama
dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş
ördəklər (Anas platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək
(A.strepera), marek (A.penelope), bizquyruq (A. aguta), cırıldayan
cürə (A. querqudela), enliburun ördək (A. clypeata), flaminqo
(Phoenicopterus ruber), fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq
(Fulica atra), dərin su sahələrində isə qırmızıburun (Netta rufina),
qırmızıbaş (Aythya ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları
(A.marila), güləyən ördək (Bucephala clangula) və digər ördək
növləri toplantılar əmələ gətirirlər. 
Adı: Ağ göl Milli Parkı Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi
Yaradıldığı il: 2003 mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas
Sahə (hektar): 17,924 olan yarımsəhra landşaftını, göldə və onun
Olduğu yer: Ağcabədi və Beyləqan ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi
rayonlarının ərazisində.  altında olan fauna növlərini qorumaq, ərazi üçün
xarakterik olan bəzi fauna növlərini keçmiş
ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf
mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən
maarifləndirilməsini və ekoturizmin inkişafını
təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə
Ağ göl Azərbaycanın ən məşhur çöl-göl
olunmuşdur.. Ağ göl Milli Parkında quşlardan
ekosistemi olub, köçəri və yerli quşların
mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və
və digər heyvanların məskunlaşdığı
kiçik qarabattaqlar, harayçı və fısıldayan qu
ərazilərdən biridir. Ağ gölün qorunmasının
quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi,
beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə
sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan,
adları Beynəlxalq Təbiəti Mühafizə
ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz,
İttifaqının "Qırmızı Siyahı"sına və
yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş)
Azərbaycan Respublikasının "Qırmızı
və s. məskunlaşmışdır. Milli Parkın ərazisində
Kitabı"na daxil edilmiş quşların
məməli heyvan növlərindən canavar, çaqqal, çöl
məskunlaşması ilə bağlıdır. Ağ göl
donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast
mühüm su-bataqlıq ərazisi kimi miqrasiya
gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış
edən quş növlərinin qışlama yeridir.
pişiyinin güclü populyasiyasına təsadüf olunur.
Adı: Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı
Yaradıldığı il: 2009
Sahə (hektar): 42797,4
Olduğu yer: Kiçik Qafqaz və Naxçıvan Muxtar Eyni sərəncamla Milli Parkın
Respublikası ərazisində. adı dəyişdirilərək Akademik
Həsən Əliyev adına Zəngəzur
Milli Parkı adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Milli Parkla yanaşı, xüsusi
2003-cü il 16 iyun tarixli Sərəncamı ilə mühafizə olunan təbiət
Ordubad rayonunun inzibati ərazisinin ərazisinin 27870,0 hektarında
12131,0 hektar sahəsində Ordubad Ordubad Dövlət Təbiət
Milli Parkı yaradılmışdır. Milli Parka Yasaqlığı yerləşir. Orta
akademik Həsən Əliyevin adı hündürlüyü 3200 metrə çatan
verilmişdir. 2009-cu il 25 noyabr Zəngəzur silsiləsi Kiçik
tarixində Azərbaycan Respublikası Qafqazın bütün silsilələrindən
Prezidentinin Sərəncamı ilə Ordubad yüksəkdir. Onun ən yüksək
Milli Parkının ərazisi Şahbuz, Culfa, zirvəsi olan Gəmiqaya
Ordubad rayonlarının torpaqları Zəngəzur Milli Parkının
hesabına genişləndirilərək sahəsi ərazisində olmaqla 3906
42797,4 hektara çatdırılmışdır. metrdir. 
Bu, eyni zamanda Kiçik
Başlanğıcını Göy-göldən götürən Sağarsu çayı Gilançaya tökülür. Naxçıvan
Qafqazın Azərbaycan
Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur.
Respublikası ərazisində
Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Naxçıvan
ən yüksək zirvəsidir.
Muxtar Respublikası öz quş faunasının zənginliyinə görə Azərbaycan
Zəngəzur silsiləsinin
Respublikasında özünəməxsus yer tutur. Ərazidə 217 növ və yarımnöv quşa rast
sonuncu üçüncü hissəsi
gəlinir ki, bunlardan 15 növü "Qırmızı Kitab"a daxil edilmişdir.
Soyuq dağdır ki, o da
Zəngəzur Milli Parkının
ərazisinə daxildir. Soyuq
dağın mütləq yüksəkliyi
Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı
2000-3000 metr arasında
kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək
tərəddüd edir. Zəngəzur
mümkündür. Azərbaycan sularında 100-dən artıq balıq
Milli Parkının ərazisinin
növü yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ
çox hissəsi dağlıqdır.
balığın olması müəyyən edilmişdir. Zəngəzur Milli
Yayı quraq keçən soyuq
Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali
iqlimi var. İllik yağıntı
və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar
300-800 mm-dir.
Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən
Zəngəzur Milli Parkının
77 növü Milli Parkın və yasaqlığın ərazisində
su şəbəkəsini, əsasən,
mövcuddur və əksəriyyətinin adları "Qırmızı Kitab"a daxil
ərazidən axan çaylar
edilmişdir.
təşkil edir.
Abşeron Milli Parkı Abşeron Milli Parkı Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 8 fevral tarixli
Yaradıldığı il: 2005 Sərəncamı ilə 783 hektar sahədə, Abşeron
Sahə (hektar): 783 Dövlət Təbiət Yasaqlığının bazasında
Olduğu yer: Bakı şəhərinin Xəzər yaradılmışdır. Milli Park yarımadanın cənub-
rayonunun ərazisində, şərq qurtaracağında — Şah Dili ərazisində
Abşeron yarımadası. yerləşir.

Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf


mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli
kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi,
ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.)
qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm
və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji
monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən
maarifləndirilməsini təmin etməkdir.
Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan
gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar,
bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük
ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz
bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar,
çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin
sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır.

Abşeron Milli Parkının Xəzər dənizi ərazisində


xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ,
pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya
okeanının ən kiçik suitisi kimi "Ginnes"in
rekordlar kitabına daxil edilmişdir.
Adı: Altıağac Milli Parkı
Yaradıldığı il: 2004
Sahə (hektar): 11035
Olduğu yer: Xızı və Siyəzən
rayonlarının ərazilərində.

 Altıağac Milli Parkı Altıağac Dövlət


Təbiət Qoruğu və ona həmsərhəd
olan dövlət meşə fondu torpaqlarının
bazasında 11035 hektar ərazidə
yaradılmışdır. 
Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük
Qafqazın cənub-şərqi yamaclarının təbii
landşaftlarının qorunub saxlanılması, flora və fauna
növlərinin bərpası, təbii komplekslərin
mühafizəsinin gücləndirilməsi, ekoloji
monitorinqin həyata keçirilməsi və eləcə də, turizm
və istirahət (rekreasiya) üçün şərait yaradılması və
əhalinin ekoloji cəhətdən maarifləndirilməsini
təmin etməkdir.

Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-


karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-
çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq
keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim
tipləri hakimdir.
Burada yemişan, böyürtkən, əzgil,
Milli Parkın ərazisinin çox hissəsini
qaratikan, itburnu və s. kimi kol
meşələr əhatə edir. Buradakı meşələri
bitkiləri üstünlük təşkil edir. Altıağac
əmələ gətirən əsas ağac növləri Qafqaz
Milli Parkının ərazisində
palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi
məməlilərdən cüyür, qonur ayı, çöl
göyrüş, itiyarpaqlı ağcaqayındır.
donuzu, vaşaq, yenot, dovşan, tülkü,
dələ, canavar, quşlardan qırqovul,
alabaxta, bildirçin, çobanaldadan, çöl
qartalı, kəklik, qaratoyuq və s.
növlərə rast gəlinir. Ərazidə adları
Azərbaycanın "Qırmızı Kitabı"na
daxil edilmiş qonur ayı, çöl qartalı
kimi məməli heyvan və quş növləri
diqqəti daha çox cəlb edir.
Göygöl Milli Parkı

Yaradıldığı il: 2008
Sahə (hektar): 12755
Olduğu yer: Göygöl, Goranboy və
Daşkəsən rayonlarının ərazilərində.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci


il 01 aprel tarixli 2744 nömrəli Sərəncamı ilə
Göygöl, Goranboy və Daşkəsən rayonlarının
inzibati ərazilərinin 12755 hektar sahəsində
Göygöl Milli Parkı yaradılmışdır. Milli Park
Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və
ona bitişik meşə və dövlət torpaqlarının
hesabına yaradılmışdır.
Qoruq içməli su mənbəyi kimi
Göygölün suyunun saxlanılması və
təmizliyinin təmin edilməsi, Kiçik
Qafqazın tipik landşaftının, faunasının
və florasının qorunub saxlanılması,
mühafizəsi və öyrənilməsi məqsədilə
yaradılmışdır.

Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün


dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli
yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların
dərələri ilə xeyli parçalanmışdır. Ərazidə qışı quraq
keçən soyuq iqlim və qışı quraq keçən mülayim-
isti iqlim tipləri hakimdir. Havanın orta illik
temperaturu 4-100 arasında tərəddüd edir.
İllik yağıntının miqdarı 600-900 mm-dir. Kiçik Qafqazın şimal yamaclarının subalp
zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin
ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.

Parkın heyvanlar aləmi bir çox vəhşi Ərazidə məskunlaşan heyvanlardan


məməli və quş növlərindən ibarətdir ikisinin — Şərqi Qafqaz təkəsi və
ki, bunlardan nəcib Qafqaz maralı, Zaqafqaziya qonur ayısının adı
ayı, cüyür, porsuq, meşə pişiyi, "Qırmızı Kitabı"a düşmüşdür. Qırmızı
samur, vaşaq, dovşan, dələ, kitablarda Göygöldə yaşayan və və
quşlardan Xəzər uları, qara kərkəs, qorunan forel balığının və bir çox
kəklik və s. göstərmək olar.  quşların da adı vardır.
Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki
örtüyünə malikdir.Burada dağ-meşə, dağ-bozqır,
subalp və alp dağ-çəmən bitki ekosistemləri
yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə
edən dağ meşələri çox zəngin bitki örtüklü olub,
80-ə qədər ağac və kol növünə malikdir.

Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq


fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş,
itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan
qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal,
zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s.
yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp
dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya,
zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və
göstərmək olar.
Adı: Şahdağ Milli Parkı
Yaradıldığı il: 2006
Sahə (hektar): 115895
Olduğu yer: Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı
rayonlarının ərazilərində.

Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814
nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki,
bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı,
Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları
81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar
13084 hektar təşkil edir.
Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda
Milli Parkın ərazisinin
endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd
yerləşdiyi yüksəklik onun
köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ
iqliminin müxtəlifliyinə, bitki
meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar
örtüyünün torpaqlarının və
ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın
heyvanlar aləminin
münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik
zənginliyinə əsaslı təsir
olan fauna və flora növlərinin qorunması, artırılması və
göstərmişdir. Buradakı meşələr
zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin
zəngin, füsunkar və gözəl
tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha
mənzərələr yaratmaqla
əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin
məşhurdur. Relyefin şaquli
monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və
dəyişməsi və parçalanması,
böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının
mürəkkəb iqlim şəraiti və
təmin edilməsidir.
torpaq örtüyü burada bitki
örtüyünün olduqca
müxtəlifliyinə səbəb olmuşdur.
Samur – Yalama Milli Parkı
Yaradıldığı il: 2012
Sahə (hektar): 11772,45
Olduğu yer: Xaçmaz rayonu ərazisində.

Milli Parkın florasında itburnu, sarmaşıq, dazı


otu, yağı otu, ballı nanə və başqa dərman
bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-
meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və
kolluqlar geniş yayılmışdır. Düzənlik
Samur-Yalama Milli Parkı Azərbaycan meşələri də var. Xaçmaz faunasının əsas
Respublikası Prezidentinin 5 noyabr 2012-ci il nüməyəndələri Çöl donuzu, yenot, qırqovul,
tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati kəklik və s.-dir. Sahil suları balıqla zəngindir.
ərazisində yaradılmışdır. Azərbaycan Termal və mineral su bulaqları vardır.
Respublikasının Xaçmaz rayonunun inzibati Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı
ərazisində olan dövlət meşə fondu torpaqlarının şərait var, Ovçular Cəmiyyəti fəaliyyət
əlavə olunan yerquruluşu planında göstərilmiş göstərir. "Gülalan gölü" qoruğu bu
11772,45 hektarlıq sahəyə malikdir. Cəmiyyətin nəzdindədir.
ƏDƏBİYYAT

https://azerbaijan.az/related-
information/34

You might also like