Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 8

Mübtəda

 Mübtəda cümlənin baş üvzü olub hərəkət və əlaməti xəbərlə


müəyyənləşən şəxsi və ya əşyanı bildirir və kim? nə? hara?
suallarından birinə cavab verir.

 Mübtəda cümlədə haqqında danışılan şəxs və ya əşyadır.


O,cümlədəki fikrin özülüdür.

 Mübtəda təyini və xəbəri özünə tabe edir.

Qoca bənna yorulmadı


hansı? kim? nə etmədi?
( asılı) (əsas) (asılı)

Çalışqan şagirdlər mükafatlandırıldı.


Mübtəda adlıq halda olan söz və söz birləşmələri ilə
ifadə olunur, kim? nə? hara? suallarından birinə
cavab verir.

Aygün (kim?) dərsdədir.


 Uşaqlar ( kim?) odun toplamaq üçün meşəyə getdilər.
Bulaq suyu (nə?) sərin olur.
Bərdə (hara?) qədim şəhərdir.

Nitq hissələri ilə ifadə olunan mubtədalar sadə, mürəkkəb adlar


və söz birləşmələri ilə ifadə olunanlar isə quruluşca mürəkkəb
mübtədalardır
MÜBTƏDANIN İFADƏ VASİTƏLƏRİ
İsimlər
Qeyd: Hər cür quruluş və növ xüsusiyyətlərinə malik, yəni
sadə,düzəltmə,mürəkkəb,ümumi və xüsusi, tək və cəm, mücərrəd ,
konkret toplu isimlər mübtəda vəzifəsində çıxış edə bilir.
Ordu hərəkətə gəldi.İsmayıl gümüş xəncəri belinə
bağlamışdı.Xatirələr onu tək buraxmırdı.Buludlar göyün
üzünə toplanmışdı.

Mürəkkəb adlar
Nizami Gəncəvi Gəncədə anadan olmuşdur
Milli Elmlər Akademiyası yaxınlıqda yerləşir.
Şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, bəzi sual
əvəzlikləri.

Mən də qartallar kimi qanadlandım uçmağa.


Hamı dərsə gəlmişdi.
Otaqda nə isə uçub töküldü.
Kim gəlməmişdi?

 Təyini əvəzliklərdən öz ismin xüsusiyyətlərini qəbul etdikdə


mübtəda vəzifəsində çıxış edir.
Özün bilərsən. Özüm də səbəbini bilmirəm.

 İşarə əvəzlikləri ( bu, eləsi, beləsi, elələri, belələri)


Elələri sənə dost ola bilməz. Beləsi adamı utandırar.
Bu, maraqlı kitabdır.
Mübtəda o, bu əvəzlikləri ilə ifadə olunduqda ondan
sonra vergül qoyulur.
Bu, məktəbin həyətidir. Bu, maraqlı kitabdır. O, yuxarıda əyləşdi.
O, beşinci sırada əyləşdi. O, çox kitab oxuyur. O, çox oxuyur.

Qeyd: O və bu əvəzliklərindən sonra əvəzlik, feil və köməkçi


nitq hissələri gələrsə, vergül işlənməz.
Bu mənim bacımdır. O qaça-qaça bizə doğru gəlirdi. O oxudu.
O da gəldi. O həm də şairdir. O öz məsuliyyətini hiss edir.

Qeyd: O və bu əvəzliklərindən sonra feili sifət, nida və modal


sözlər gələrsə, vergül qoyulacaq.
O, oxuyan şagirddir. O, əlbəttə, mükafata layiqdir.
İsmin xüsusiyyətini daşıya bilən sözlər
( say, sifət, zərf,feili sifət, məsdər)
Beşincilər yarışda qalıb gəldilər.

Üçü də bir-birinə sadəcə dost deyirdi.

Zaldakılar heyrətlə baxırdılar.

Yuxarılar bizim təklifimizi qəbul etmədilər.

Aşağı gül- çiçəklə dolu idi.

Rəqs edənlər geri çəkildilər.

Danışmaq,şənlənmək,gülmək yasaq idi.


Mübtədanın ifadə vasitələri içərisində söz
birləşmələri xüsusi yer tutur.
 İsmi birləşmələr
• Hər tərəf qaranlıq idi.
 Toy sahibi qonağın kürəyinə vurdu.
 Dağın quzeyi meşəlik idi.

Məsdər tərkibləri ilə.


 Dərslərini yaxşı oxumaq şagirdlərin vəzifəsidir.

 Yarı yoldan qayıtmaq bizə yaraşmaz.


Feili sifət tərkibləri ilə.
 Yarışda birincilik qazananlar bizim şagirdlərdir.
 Doğrunu danışan möhtəşəm olar.

You might also like