K LB C R Rayon 106 Saylı Tam Ə Ə Ə Orta M KT Bin Ə Ə: Az Rbaycan Dili V Ə Ə D Biyyatı Mü Llimi Ə Ə Ə K Mal Haciyeva Ə Ə

You might also like

Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 12

K ə lb ə c ə r rayon 106 saylı tam

orta m ə kt ə bin

A z ə rb a yca n d i l i v ə
IX SINIFDƏ KEÇIRILƏCƏK ə d ə b i y ya t ı m ü ə l l i m i
AÇIQ DƏRSIN
ICMALI K ə m a l ə Ha c i ye va
MÖVZU: MÜRƏKKƏB
CÜMLƏNIN NÖVLƏRI

Məqsəd:
Şagirdlərə mürəkkəb cümlə anlayışını, mürəkkəb
cümlələri təşkil edən sadə cümlələrin quruluşu və
birləşmə vasitələrini, mürəkkəb cümlənin növlərini
mənimsətmək.
Problemin qoyulması

Zəng
Zəng Müəllim çalındı,
sinfə daxil müəllim
çalındı. oldu. sinfə daxil
oldu.
Ümumilikdə sinifdə şagirdlərlə belə bir sual -
cavab aparıram:
Cümlə nədir?
- Cümlə bitmiş fikir ifadə edən sintaktik vahiddir.
Cümlə nədən ibarətdir?
- Cümlə söz və söz birləşmələrindən ibarətdir.
Cümlə üzvləri nədir?
Söz və söz birləşmələri cümlədə digər sözlərlə məna və qrammatik cəhətdən əlaqəyə
girir, suala cavab verərək cümlə üzvü olurlar.
Hansı cümlə üzvlərini tanıyırsız?
- Cümlə üzvləri iki cür olur.
Baş üzvlər: mübtəda və xəbər
2 – ci dərəcəli üzvlər: tamamlıq, təyin, zərflik
Qrammatik əsas deyəndə nə başa düşürsüz?
- Cümlənin baş üzvləri.
Bir sadə cümlənin neçə qrammatik əsası ola bilər?
Bir sadə cümlənin yalnız və yalnız bir qrammatik əsası olur.
Yalnız baş üzvlərdən ibarət ibarət olan cümlələr necə cümlə adlanır?
- Belə cümlələr müxtəsər cümlə adlanır. Məsələn, Nailənin bacısı mənim sinif yoldaşımdır.

 Həm baş, həm də 2 – ci dərəcəli üzvlərin iştirakı ilə yaranan


cümlələr necə cümlə adlanır?
 - Belə cümlələr sadə geniş cümlə adlanır. Məsələn, Anam məni
uzaqdan görüncə sevincdən ağlamağa başladı. Burada baş üzvlərlə
yanaşı 2 – ci dərəcəli üzvlər də iştirak edib.
 Mürəkkəb cümlə nədir?
 - İki və daha artıq sadə cümlənin birləşməsindən ibarət olan cüml ələrə
mürəkkəb cümlə deyilir. Məsələn, İmran həyətdən yenicə çıxmışdı ki,
Badam xala gəldi. Göründüyü kimi bu cümlənin iki qrammatik əsası
var.
Digər şagird mürəkkəb cümlə
haqqında başqa bir izah verdi:
- lakin bu o demək deyildir ki, mürəkkəb cümlənin t ərkib
hissələri mütləq müəyyən şəxsli olmalıdır. Mürəkkəb
cümlənin tərkib hissələrindən biri və ya hər ikisi qeyri –
müəyyən şəxsli, ümumi şəxsli və ya şəxsiz cümlə şəklində də
ola bilər. Məsələn, şad xəbər verdilər, ananın ürəyi açıldı –
cümləsində tərkib hissələrindən birincisi qeyri-müəyyən
şəxsli, ikincisi şəxsiz cümlə şəklində qurulmuşdur. Ona gör ə
də, tərkib hissələrin heç birinin mübtədası yoxdur. Əsas
odur ki, tərkib hissələrin hər biri sadə cümlə modeli
şəklində qurulmuş olur və bu cəhətdən mürəkkəb cümlələr
həmcins üzvlü sadə cümlələrdən fərqlənir.
Şagirdlərin cavablarından sonra yeni dərsi izah edirəm:
Mürəkkəb cümlənin növləri

Mürəkkəb
cümlələr

Tabesizlik yolu Tabelilik yolu


ilə yarananlar ilə yarananlar
Mürəkkəb
cümlələr

Bağlayıcılı Bağlayıcısız
mürəkkəb mürəkkəb
cümlələr cümlələr
Dərslikdəki 33 – cü tapşırığın
yerinə yetirilməsini tapşırıram.
Mürəkkəb cümlələr düzəldin.
1. Birinci dəfə idi, o bizə gəlirdi.
2. Mənə elə gəldi ki, müəllim hər şeyi başa düşdü.
3. Mən anamdan soruşdum, atam kəndə nə vaxt
gedəcək?
4. Anamın nağıl eləməyindən məlum oldu ki, atamın
səhərki hadisədən heç xəbəri olmayıb.
5. Qohum-qonşu bu seyid haqqında deyir ki, ocağa
gələnlər əliboş qayıtmayıb.
Test nümunələri
I - variant
 1. Hansı mürəkkəb cümlədir?
 A) Yazın gəlməsinə baxmayaraq, havalar soyuq keçirdi.
 B) Gülzar başını qaldırmadı, ancaq anasının dediklərini eşidirdi.
 C) İstəsən, deyərəm.
 D) Piri baba bağçadakı ağaclara baxıb sevinirdi.
 E) İstəyəndə gələrəm.

 2. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini bir-birinə bağlayan vasitələr:


 1. tabelilik bağlayıcıları 2. tabesizlik bağlayıcıları 3. bağlayıcı sözlər 4. intonasiya
 5. şəkilçi və ədatlar
 A) 1,2 B) 2,4 C) 3,5 D) 3,4 E) 2,5

 3. Zeynəb hiss etdi ki, Tükəzban xala ona inanmır cümləsi haqqında nə dey ə bil ərsiz?
 ______________________________________________________________________________________
______________________________________________________________________________________
______________________________________________________________________________________
______________________________________________________________________________________
____
Test nümunələri
II variant
1. Biri bağlayıcılı tabesiz mürəkkəb cümlədir:
 A) Söhbət şirin və səmimi, süfrə sadə və yaraşıqlı idi.
 B) Əşrəf hiss etdi ki, anası bu barədə danışmaq istəmir.
 C)Nə doğma kəndi, nə də qohumları unuda bilmirdi.
 D) Ölkədə bir sabitlik yaranmışdı, hətta ümidsizlər də gələcəyə inanmağa başlamışdılar.
 E) O, qapının zəngini eşitdi, amma ayağa qalxmadı.
 2. Müəllim hər gün söylər, onların yox qiyməti,
 Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti.
 Verilən cümlə haqqında düzgün fikri göstərin.
 A) Sadə müxtəsər cümlədir.
 B) Sadə geniş cümlədir.
 C) bağlayıcılı mürəkkəb cümlədir.
 D)Bağlayıcısız mürəkkəb cümlədir.
 E) Həmcins mübtədalı sadə cümlədir.
 3. Həyatda elə yaşa ki, sonra peşman olmayasan cümləsi haqqında nə deyə bilərsən?
 _______________________________________________________________________________________
_______________________________________________________________________________________
_______________________________________________________________________________________
_______________________________________________________________________________________
Qiymətləndirmə
Şagirdlərdən bir neçəsini qiymətləndirib jurnalda və
şagird gündəliyində qeyd edirəm. Yüksək fəallıq
göstərərək yaxşı və əla qiymətlərlə qiymətləndirilir.
EV TAPŞIRIĞI
Dərslik: tapşırıq 36

You might also like