Professional Documents
Culture Documents
Qazma Texnikası-5
Qazma Texnikası-5
MÜHAZİRƏ MÜƏLLİMİ
XANKİŞİYEVA TAMİLA
Quyudibi mühərriklər
Turbin üsulu ilə qazmada qazma məhlulunun hidravlik gücü hesabına
hərəkətə gələn turbin mühərrikin valına bağlanmış qazma baltası fırlanma
hərəkəti alır.
Turbin üsulu ilə qazmada da rotor üsulu ilə qazmada olduğu kimi, baltaya
oxboyu yük qazma alətinin ağırlığı hesabına verilir. Rotor üsulu ilə
qazmadan fərqli olaraq burada qazma kəməri s
akit vəziyyətdə olduğundan, onun işinin gərginliyi xeyli azalır.
Çoxpilləli türbin qazıyıcısı (şəkil IV.1) iki qrup hissələrdən ibarətdir:
fırlanan və fırlanmayan. Fırlanmayan hissələr qrupu ibarətdir: 1 – keçirici:
2 – silindrik gövdə; 4 – dabanın üzükləri; 6 – statorun diskləri; 8 –
nippel.
Fırlanan qruppuna aiddir:
3 – val; 5 – dabanın diskləri; 7 – rotorun diskləri. Bu disklər valın üzərinə
işgillər, qayka və kontraqayka ilə bərkidilir. Valın aşağı hissəsində onun
içərisinə doğru deşikləri var. Bu deşiklərdən maye baltaya ötürülür. Balta
vala yiv birləşməsi ilə birkidilib.
Çoxpilləli birbölməli turbobur (a)
və turboburun turbin pilləsi (b):
a: 1 – keçirici; 2 – silindrik gövdə; 3 – val; 4
– daban üzükləri; 5 – daban diskləri; 6 –
statorun diskləri; 7 – rotorun diskləri;8 –
nippel; b:1 – rotor; 2 – stator; 3 – statorun
pərləri; 4 – statorun çənbəri;
5 – rotorun pərləri
Çoxpilləli turbində yuyucu mayenin sxemi
Qazmanın tələbatından asılı olaraq turbin qazıyıcısının diametri 127-mm-dən
220 mm və pillələrin sayı 25-dən 350 və daha çox götürülür.
Pillələrin sayı çox böyük olduqda turbin qazıyıcıcsının nəqlini və
quraşdırmasın asanlaşdırmaq üçün onu uzunluğu 6-10 m olan ayrı-ayrı bölmələrdən
(dördə qədər) hazırlayırlar. Turbin qazıyacısının bölmələrini, quyuya buraxmadan
qabaq, birləşdirərək, bir aqreqatda yığılır.
a- sxemində birpilləli turbinin
yuxarı hissəsində və daha çox
istifadə olunan axar daban-
dayaq rezin-metal yastığından
istifadə edilir. Bu dayaq eyni
za-manda radial yastığ
vəzifəsini də görür.
b-sxeminda axar daban yastıq
turbinin aşağı hissəsinə köçü-
rülüb.
v-də radial və daban yastıq-
larının funksiyaları ayrılıb.
Bəzi konstruksiyalarda daban
yastıq-lar ayrıca bölmədə
yerləşdirilir.
Turbin rezin-metal daban yastığının hissələri