Download as ppt, pdf, or txt
Download as ppt, pdf, or txt
You are on page 1of 17

QAZMA TEXNIKASI

MÜHAZİRƏ MÜƏLLİMİ
XANKİŞİYEVA TAMİLA
Quyudibi mühərriklər
 
Turbin üsulu ilə qazmada qazma məhlulunun hid­ravlik gücü hesabına
hərəkətə gələn turbin mühərrikin valına bağlanmış qazma baltası fırlanma
hərəkəti alır.
Turbin üsulu ilə qazmada da rotor üsulu ilə qazmada olduğu kimi, baltaya
oxboyu yük qazma alətinin ağırlığı hesabı­na verilir. Rotor üsulu ilə
qazmadan fərqli olaraq burada qazma kəməri s
akit vəziyyətdə olduğundan, onun işinin gərginliyi xeyli azalır.
Çoxpilləli türbin qazıyıcısı (şəkil IV.1) iki qrup hissələrdən ibarətdir:
fırlanan və fırlanmayan. Fırlanmayan hissələr qrupu ibarətdir: 1 – keçirici:
2 – silindrik gövdə; 4 – dabanın üzükləri; 6 – statorun diskləri; 8 –
nippel.
Fırlanan qruppuna aiddir:
3 – val; 5 – dabanın diskləri; 7 – rotorun diskləri. Bu disklər valın üzərinə
işgillər, qayka və kontraqayka ilə bərkidilir. Valın aşağı hissəsində onun
içərisinə doğru deşikləri var. Bu deşiklərdən maye baltaya ötürülür. Balta
vala yiv birləşməsi ilə birkidilib.
Çoxpilləli birbölməli turbobur (a)
və turboburun turbin pilləsi (b):
a: 1 – keçirici; 2 – silindrik gövdə; 3 – val; 4
– daban üzükləri; 5 – daban diskləri; 6 –
statorun diskləri; 7 – rotorun diskləri;8 –
nippel; b:1 – rotor; 2 – stator; 3 – statorun
pərləri; 4 – statorun çənbəri;
5 – rotorun pərləri
Çoxpilləli turbində yuyucu mayenin sxemi
Qazmanın tələbatından asılı olaraq turbin qazıyıcısının diametri 127-mm-dən
220 mm və pillələrin sayı 25-dən 350 və daha çox götürülür.
Pillələrin sayı çox böyük olduqda turbin qazıyıcıcsının nəqlini və
quraşdırmasın asanlaşdırmaq üçün onu uzunluğu 6-10 m olan ayrı-ayrı bölmələrdən
(dördə qədər) hazırlayırlar. Turbin qazıyacısının bölmələrini, quyuya buraxmadan
qabaq, birləşdirərək, bir aqreqatda yığılır.
 a- sxemində birpilləli turbinin
yuxarı hissəsində və daha çox
istifadə olunan axar daban-
dayaq rezin-metal yastığından
istifadə edilir. Bu dayaq eyni
za-manda radial yastığ
vəzifəsini də görür.
b-sxeminda axar daban yastıq
turbinin aşağı hissəsinə köçü-
rülüb.
v-də radial və daban yastıq-
larının funksiyaları ayrılıb.
Bəzi konstruksiyalarda daban
yastıq-lar ayrıca bölmədə
yerləşdirilir.
Turbin rezin-metal daban yastığının hissələri

Turbində radial rezin-dayaq yastıqların vəzifəsi valı ox ətrafında mərkəzləməklə


onun əyilməsinin və yarana bilən titrəmələrin qarşısını almaq-dan ibarətdir.
Çoxbölməli turbin qazıyıcılarının valları friksion və ya şliş birləşmələri ilə
əlaqələndirilir.
Turboburlarda dayaqların yerləşdirmə sxemləri
Birbölməli turboburda və çox­bölməli turboburların
birinci (aşağı) bölmələrdə bir neçə dayaqların
yerləş­dirmə sxemləri tətbiq olunur. a-da ən geniş
yayılmış eyni za­manda yuxarı radial yastıq funksi­
yasını yerinə yetirən yuyulan daban göstərilmişdir.
b-də yuyulan daban aşağı keçirilib və onun yerinə
radial yastıq yerləşdirilmişdir.
c-də radial və oxboyu dayaq­ların
funksiya­ları ayrılmışdır. Valın aşağı
hissəsində yerləş­­di­rilmiş oxboyu dabanda
işçi maye şırnağı üçün qa­novu yoxdur. Bu
oxboyu daban val və nippel arasındakı
araboşluğundan ma­ye sızmasının mane
olan labirint və alın kipkəc kimi istifadə
olunur.
Т12МЗЕ-172 tipli birbölməli turbobur:
1, 25 – tıxaclar; 2, 24 – keçiricilər; 3, 6, 17 – tənzimləyici
halqalar; 4 – qayka; 5 – söykənəcək oymağı;
7 – disk; 8 – halqa; 9 – dabanaltı; 10 – statorun halqası; 11 –
gövdə;12 – orta dayaq oymağı; 13 – orta dayaq; 14 –
statorlar; 15 – rotorlar; 16 – oymaq; 18 – kip­lən­dirici rezin
halqası; 19 – söykənəcək; 20 – işgil; 21 – nippel; 22 –
qoruyucu oymaq; 23 – valın yığımı
ТС5Е-172 tipli ikibölməli turbobur:
a – aşağı bölmə: 1, 28 – tıxaclar; 2, 27 – keçirici­lər;
3 – aşağı yarımmufta;4 - əksqayka; 5 – örtük;
6 – rotor qaykası;7, 21 – tənzimləyici halqa;
8 – dabanaltı; 9 daban halqası; 10 – daban diski;
11 – stator hal­qası; 12, 19 – kipləndirici rezin halqası;
13, 20 – kip­ləndirici halqalarının oymağı;
14 – gövdə; 15 – orta dayağının oymağı; 16 – orta dayaq;
17 – stator; 18 – rotor; 22 – söykənəcək;
23 – işgil; 24 – nippel; 25 – aşağı daqaq oymağı;
26 – aşağı bölmənin valı;b – yuxarı bölmə; 1 – tıxac;
2 – keçirici; 3 - əksqayka; 4 – örtük; 5 – rotor qaykası;
6 – tənzimləyici halqa; 7 – orta dayaq; 8 – orta dayaq
oymağı; 9 – kiplən­dirici rezin halqası; 10 – stator halqası;
11, 14 – kipkəc halqa oymağı; 12 – stator; 13 – rotor;
15 – yuxarı bölmınin valı; 16 – gövdə; 17 – bir­ləşditici
keçirici; 18 – yuxarı yarım­mufta; 19 – qoruyucu örtük
Elektroburlar.

Elektrik üsulu ilə qazma ilə qazmada baltanı quyu dibin­


dəki üç fazlı dəyişən cərəyan mühərriki (asinxron mühərriki)
fırladır. Elektrik qazıyıcısına elektrik enerjisi qazma borularının
içərisində yerləşdirilmiş kabellə daxil olur və fırlanğıc üzərində
yerləş­di­rilmiş cərəyan qəbuledicisi vasitəsilə ötürülür.
Elektrik qazıyıcısının dövrlər sayı, momenti və başqa
para­metrləri:
- qazma məhlulunun sərfindən, onun fiziki və kimyəvi xassə-
lərindən, quyunun dərinliyindən asılı deyildir;
- qazma rejimi parametrlərinin dəyişməsindən asılı de­yildir;
yerin üstündən elektrik qazıyıcısının işinə nəzarət etmək və onu
tənzimləmək mümkündür.
Bütün bu üstünlüklərlə yanaşı, elektrik üsulu ilə qazmanın
nöqsan cəhətləri də vardır. Bunlar aşağıdakılardır:
1)elektrik qazıyıcısına elektrik enerjisi ötürülməsinin çə­tin­liyi və
mürəkkəbliyi;
2)elektrik qazıyıcısı ilə dərin quyuların qazılmasının müm­kün­
süzlüyü;
3)elektrik qazıyıcısını qazma məhlulunun təsirindən qoru­maq
məqsədilə hermetikliyin təmin edilməsinin çətinliyi;
4)elektrik qazıyıcısının quyu dibində bəzən işə düşməməsi.
Elektroburda quyu dibini qazma məhlul ilə yuduqda iki prob­
lem həll edil­məlidir:
1. Böyük hidrostatik təzyiq altında quyu dibində işləyən
elektrobura elektrik cərəyanını qazma borularının içərisindən
gön­dər­mək.
2. Elektrik mühərrikini gilli məhlul və süxur qırıntılarından
qorumaq.
Elektroburun başqa mühərriklərə nisbətən üstünlükləri aşa­
ğıdakılardır:
1. Fırlanma sürətinin başqa amillərdən asılı olmaması və
verilmiş iş şəraitində sabit qalması.
2. Gücün və fırlanma momentinin sabit saxlanılması.
3. Elektrik mühərrikinin lazım gəldikdə həddindən artıq
yüklənmə qabiliyyətinə malik olması.
4. Quyu dibindəki prosesin yer səthində nəzarət altına alınma
imkanlarının geniş olması.
Cərəyan quyu dibinə iki üsulla göndərilir:
1. Elektrik cərəyanı qazma kəmərinə bərkidilmiş cərəyan­
keçirici vasitəsilə qazma boruları içərisindən göndərilir.
2. Elektrobur xüsusi kabel-kanat aəsitəsilə quyu içərisinə
göndərilir.
Elektroburun ən böyük üstünlüklərindən biri də ondan
iba­rətdir ki, rotorun və statorun sarğılarından keçən cərəyanın
şiddəti və gərginliyi tənzim edilə bildiyi üçün, qazma zamanı
baltanın quyu dibində verişini mexanikləşdirib və avtomatlaşdır­
maq müm­kündür.
Reduktorsuz elektrobur Görüş mili 1, keçirici 2, mühərrikin işini
tənzim edən re­­zin diafraqma 3, kompensatorun
porşeni 4, yaylar 5 və 31, kom­pensatorun
silindri 6, mühərrik birləşdirici gövdəsi 7,
müva­fiq olaraq mühərrikin yuxarı və aşağı
kipkəcləri 8 və 19, mühərri­kin yuxarı klapanı 9,
müvafiq olaraq stator sarğısının yuxarı və
aşağı hissələri 10 və 17, mühərrikin valı 11,
statorun polad maq­nit keçirən paketi 12,
statorun maqnit keçirməyən materialdan hazır­
lanmış gövdəsi 13, polad maqnit keçirməyən
paket 14, müvafiq olaraq mühərrikin, aralıq və
aşağı diyircəkli yastıqları 15 və18, mühərrikin
rotorunun seksiyası 16, klapan 20, aşağı birləş­
dirici gövdə 21, şpindelin gövdəsi 22, oymaq
(tıxac) 23, dişli həlqə 24, klapan 25, müvafiq
olaraq yuxarı və aşağı radial diyir­cəkli yastıqlar
26 və 32, dayaq vəzifəsini yerinə yetirən yastıq
27, – oxboyu yükü paylayan xarici boru
(kəmər) 28, daxili boru 29, şpindel
kompensatorunun porşeni 30, tıxac 33,
şpindelin kipkəci 34, şpindelin valı 35, baltanın
bağlanması üçün keçirici 36.
Vintli (həcmi) quyudibi mühərriklər.
Qazma baltalarının intiqalı kimi ən geniş yayılmış avadanlıqlardan biri
vintli quyudibi (həcmi) mühərrikdir (VQM).
Əndazə ölçülərinə və tərtibinə görə vintli quyudibi mühər­rik­lər şaquli
və mayeli istiqamətləndirilmiş quyuların qazılması, təmir-bərpa işlərində, eləcə
də geoloji kəşfiyyət və struk­tur axta­rış qazması üçün nəzərdə tutulur. Həmçinin
quyu­larda qum tıxa­cının, sement körpülərin, duz çöküntülərinin və i.ə.
qazılmasında tətbiq olunur.
Vint mexanizmi əsasında yaradılmış bu mühərrikin kö­məyi ilə, turbin
mühərrikindən fərqli olaraq istənilən dövrlər sayı əldə etmək mümkündür.
Vintli mühərriklərinin və turbin mühər­rik­lərinin iş xarak­teristikaları
oxşardır. Lakin vintli həcm mühərrik­lərilə işlədikdə daha kiçik dövrlər sayına
və daha böyük fırlanma momentinə nail olmaq mümkündür ki, bu da çox böyük
üstün­lükdür. VQM-in konstruksiyası iki bölmələrdən ibarət olur: işçi cütlər
bölməsi (mühərrik bölməsi) və şpindelli bölmə (şpindel). Mühərrik bölməsinin
işçi cütün elementləri rotor və statordur. Stator polad gövdəsinin daxili səthinə
xüsusi rezinin çəkilməsi ilə hazırlanır. Statorun daxili səthi çoxgirişli vintlı səth
görünüşdədir, rotor isə poladdan çoxgirişli vint şəklində hazırlanır
• Vintli quyudibi mühərrikin sxemi:
1 – stator gövdəsi; 2 – rotor vint; 3 – val;
4 – mərkəzi yastıq; 5 – radial yastıq; 6 – süxurdağıdıci alət
VQM-in işçi cütünün en kəsiyi (a) və stator və rotorun üçölçülü modeli (b):
1 – rotor; 2 - stator

İşçi cütdə şlüzlərin yaranma sxemi

You might also like