Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 24

Azərbaycan Dövlət Aqrar Universiteti

Aqrar sahənin inkişafında investisiyaların rolu

Magistrant: Samir Aslanov Şahin oğlu


• Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi – geniş və sistemli təhlil
aparmaqla, aqrar sahənin formalaşması və inkişafında investisiyanın rolunun
xüsusiyyətlərinin və müasir inkişaf meyllərinin araşdırılması, bu prosesə təsir edən
amillərin qiymətləndirilməsi və məhsul keyfiyyətinin idarə olunmasının təkmilləşdirilməsi
üçün elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələrin işlənib hazırlanmasıdır
• Tədqiqatın nəzəri-metodoloji əsasları. Tədqiqatın nəzəri-metodoloji əsasını - yerli və
xarici ölkə alimlərinin elmi əsərləri və müddəaları, ölkə Konstitusiyası, Milli Məclis
tərəfindən qəbul edilmiş qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamları, ölkə hökumətinin qərarları, həmçinin digər dövlət orqanları tərəfindən
hazırlanmış və təsdiq olunmuş normativ aktlar və qərarlar təşkil edir.
• Tədqiqatın obyekti. Dissertasiyanın obyektini Azərbaycan Respublikasının kənd
təsərrüfatı müəssisələri, onun formalaşması və inkişafında investisiya siyasətinin idarə
olunmasının mövcud vəziyyəti və təkmilləşdirilməsi ilə bağlı məsələlər təşkil edir.
• Tədqiqatın predmetini isə kənd təsərrüfatı müəssisələri, onun formalaşması və
inkişafında investisiya siyasətinin yüksəldilməsi və idarə olunmasının nəzəri-metodoloji və
praktiki məsələləri təşkil edir.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

• İnvestisiya qoyuluşunun sosial-iqtisadi mahiyyəti və məzmununu araşdırılmış, onun nəzəri-


metodoloji əsasları şərh edilmişdir;
• İnvestisiya mühiti və investisiyalaşdırma məsələsi öyrənilmiş;
• İnvestisiya siyasəti və onun elementləri şərh edilmiş;
• ölkə iqtisadiyyatının təşəkkülü şəraitində, xarici investisiyaların cəlb edilməsinin milli ərzaq bazarına
təsiri mexanizmi araşdırılmışdır;
• İnvestisiya qoyuluşunun forma və maliyyələşmə mənbələri öyrənilmişdir;
• aqrar sahəyə investisiyaların cəlb olunmasının zəruriliyi və əhəmiyyəti, xarici investisiyalar, onların
növləri və həyata keçirilmə formaları öyrənilmişdir;
• Azərbaycan iqtisadiyyatında investisiyaların iqtisadi səmərəliliyi və idarə edilməsinin
təkmilləşdirilməsi məsələləri öyrənilmişdir.
• 1-ci fəsil. İnvestisiya mühiti və investisiya siyasəti

• 2-ci fəsil. İqtisadiyyatın inkişafında investisiyaların rolu və formaları

• 3-cü fəsil. Aqrar sahənin inkişafında investisiyaların rolunun iqtisadi


səmərəliliyi və idarə edilməsinin təkmilləşdirilməsi
1-ci fəsil. İnvestisiya mühiti və investisiya
siyasəti

• İnvestisiya mənfəət (gəlir) və ya müəyyən sosial səmərə əldə olunması məqsədilə


sahibkarlıq və yaxud digər fəaliyyət növləri obyektlərinə uzun müddətə qoyulan
maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.

• Dövlətin investisiya siyasəti ölkə iqtisadiyyatına və onun ayrı-ayrı sahələrinə və


sənayelərinə investisiya qoyuluşunun tələb olunan səviyyəsini və strukturunu təmin
etmək üçün bir-biri ilə əlaqəli məqsəd və tədbirlərin məcmusudur.
İnvestisiyanın növləri

Birbaşa(Real investisiya)-investisiyalar
Portfel (və ya maliyyə) investisiyaları isə
kapitalın sənaye, ticarət, xidmət və digər
məlum olduğu kimi, səhmlərə, istiqrazlara
sahələrin müəssisələrinə bilavasitə
və digər qiymətli kağızlara investisiyalardır
yerləşdirilməsini nəzərdə tutur
İnvestisiyanın qiymətləndirilməsi

• Maliyyə dayanıqlığı

• İşgüzar fəallıq

• Səmərəlilik

• İnkişaf dinamikası

• Ödəniş qabiliyyəti
İnvestisiya siyasətin əsas istiqamətləri aşağıdakı kimidir:

• Xammalın daha dərindən emalı, aztullantılı və tullantısız texnologiyaların


geniş tətbiqinə vəsait qoyuluşu;

• Yüksək texnoloji məhsul istehsalında və müasir infrastrukturun inkişafında


ölkənin rolunun artırılmasına investisiyaların cəlb edilməsi;

• Xidmət sahələrinin kompleks inkişafının investisiyalaşdırılması və s.


Investisiya siyasətində dövlətin rolu
ölkədə xarici investisiyanın sığortalanması və müdafiə edilməsi ;

beynəlxalq maliyyə institutları və təşkilatları ilə investisiya əməkdaşlığının inkişafı ;

ölkədən daşınan kapitalın təhlükəsizlik və maneəsiz qaytarılmasını təmin edən əlverişli şəraitin yaradılması ;

ixracı artırmaq məqsədi ilə ölkədə azad iqtisadi zonaların yaradılması üzrə dövlət proqramının işlənməsi ;

gələcəkdə xarici investorların valyuta əməliyyatlarının yerinə yetirilməsinin norma və qaydalarının liberallaşdırılması ;

regionlara xarici investisiyaların axınını gücləndirmək məqsədilə regional investisiya proqramlarının, investisiya layihələrinin
işlənib hazırlanması ;
xarici banklarla əməkdaşlığı genişləndirmək, respublikanın bank sistemi, investisiya layihələri haqqında məlumatı beynəlxalq
bank ictimaiyyətinə çatdırmaq, kredit xətlərinin açılmasına çalışmaq.
II fəsil. Aqrar sahədə investisiyaların rolu və formaları

• Aqrar investisiya-vəsait qoyuluşu, maddi və intellektual sərvətlər olmaqla


ölkə daxilində və xaricdə mənfəət əldə etmək məqsədilə yeni müəssisələrin
yaradılmasına, fəaliyyətdə olan müəssisələrin modernləşdirilməsinə, yeni
texnologiyaların mənimsənilməsinə yönəldilmiş fəaliyyəti ifadə edir.
Təsnifat əlamətlərinə görə investisiyanın iqtisadi obyektlərinə aşağıdakılar daxildir:

• rəqabət qabiliyyətli müəssisələrin, obyektlərin yaradılması və alınması;


• mövcud istehsalı genişləndirmək üçün sahələrin hazırlanması, çoxillik əkmələr aparılması, toxum və cins
heyvandarlığın genişləndirilməsi;
• yeni texnika, texnologiya və avadanlıqlar alınması, əsas istehsal fondları və dövriyyə fondlarının modernləşdirilməsi;
• məqsədli vəsait, kreditlər, paylar, əmanətlər, qiymətli kağızlar;
• aqrar sahələrin maddi-texniki təchizatının maliyyələşdirilməsi;
• torpağın meliorasiyası və irriqasiyasının həyata keçirilməsinin maliyyələşdirilməsi;
• yeni elmi-texniki, texnoloji məhsullar istehsalı;
• istehsal və sosial infrastrukturun yaradılması;
• intellektual dəyərlərin inkişafı və iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi üçün tədqiqatların
maliyyələşdirilməsi;
• məqsədli proqram və layihələrin yerinə yetirilməsi və s.
Aqrar sahəyə investisiya qoyuluşuna təsir göstərən amillər:

• 1. Sahibkarların fəaliyyətinin maliyyə nəticələrinin müxtəlifliyi.


• 2. Bankların kreditə görə müəyyən etdikləri faiz dərəcələri.
• 3. Aqrar istehsalda amortizasiya ayırmalarının vəziyyəti.
• 4. Aqrar sahədə sahibkarların istehsal və xidmətlər üzrə layihələrinin
maliyyələşdirilməsinin kifayət qədər dəstəklənməməsi.
• 5. Aqrar sahədə yeni bağların salınması, meliorasiya və irriqasiya işlərinin
həyata keçirilməsi, obyektlərin yaradılması və qurulması miqyasının çoxluğu
və s.
Dövlət tərəfindən kənd təsərrüfatı müəssilərinə göstərilən dəstək

• Güzəştli kreditlərin verilməsi


• Subsidiyaların verilməsi
• Cins heyvanların lizinq ilə verilməsi
• Kənd təsərrüfatı texnikaların lizinq ilə verilməsi
• Mineral gübrələrin güzəştlə verilməsi
• Kimyəvi dərmanların güzəştlə verilməsi
• Vergi güzəştlərinin tədbiq olunması
Aqrar sahənin inkişafında investisiya qoyuluşunun rolu
aşağıdakılarla ifadə olunur:
• - ehtiyatlardan səmərəli istifadə olunur, təkrar istehsal və geniş təkrar istehsal
həyata keçirilir;
• - aqrar istehsalın strukturunun təkmilləşdirilməsi, sahə və sahədaxili nisbətin
formalaşmasına imkan verir;
• - məhsul istehsalının artırılması, keyfiyyətinin yüksəldilməsi və rəqabət
qabiliyyətinin təmin edilməsi mümkün olur;
• - aqrar sahədə elmi-texniki tərəqqinin həyata keçirilməsi təmin edilir;
• - iqtisadiyyatın digər sahələri davamlı şəkildə xammalla təmin olunur;
• - aqrar sahədə istehsal və sosial infrastruktur sahələrinin inkişafı təmin edilir;
• - əhalinin məşğulluq səviyyəsi yüksəlir;
• - ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsi təmin edilir;
• - əhalinin ərzaq təminatı yaxşılaşır, sahələrarası inteqrasiya möhkəmlənir və s.;
III fəsil . Aqrar sahənin inkişafında investisiyaların rolunun iqtisadi
səmərəliliyi və idarə edilməsinin təkmilləşdirilməsi

Aqrar sektorun inkişafı üçün respublikada bir sıra tədbirlərin həyat keçirilməsi
nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə
artsa da, aqrar sahədə torpaqlardan istifadənin səviyyəsi, əmək məhsuldarlığı, ixrac
göstəriciləri potensial imkanlardan hələdə xeyli geri qalır. Son illərdə kənd
təsərrüfatı istehsalının artım tempi 7 faizə yaxın olub, 5,6 milyard manatlıq məhsul
istehsal edilib. Aqrar sahədə artım tempi dinamik olsa da, hələlik adambaşına ildə
581 manatlıq, ayda 48 manatlıq, gündə 1,6 manatlıq kənd təsərrüfatı məhsulu
istehsal olunur.
• Son illərdə aqrar sektorun dövlət tərəfindən dəstəklənməsi mexanizminin
formalaşdırılması üçün əhəmiyyətli addımlar atılmışdır. Subsidiyalar yerli məhsulların
istehsal xərclərini kompensasiya etməklə onların daxili və xarici bazarlarda qiymətə görə
rəqabətqabiliyyətini artırır. Xərclərin kompensasiyasına istiqamətlənmiş subsidiya
mexanizmi istehsalçıların gəlirlərinin artımına deyil, kənd təsərrüfatı məhsullarının
qiymətlərinin azalmasına təsiri daha yüksək olmuşdur.

• Kənd təsərrüfatı sahəsində investisiya fəallığının yüksəldilməsi məqsədilə istehsalçıların


xərclərinin kompensasiyasına və gəlirlərinin artımına yönəldilmiş dəstək tədbirləri ilə
yanaşı, bilavasitə investisiya ilə bağlı xərclərinin kompensasiyasına istiqamətlənmiş
tədbirlər də həyata keçirilir. Bu tədbirlərdən biri "Aqrolizinq" ASC tərəfindən lizinq yolu ilə
kənd təsərrüfatı istehsalçılarına satılan texnikanın ilkin dəyərinin 40%-i həcmində güzəşt
tətbiq edilməsidir. Hazırda kənd təsərrüfatında investisiya fəallığının dövlət dəstəyinin
mühüm istiqamətlərindən biri investisiyanın güzəştli şətrlərlə verilən kreditlər hesabına
maliyyələşdirilməsidir
Nəticə
• Aqrar sahədə bazar münasibətlərinin inkişafının iqtisadi səmərəliliyi stabil maliyyə sisteminin
formalaşdırılmasından bilavasitə asılı olmuşdur. Bu problemin səmərəli həlli isə, aqrar sahənin
maliyyə-kredit tənzimlənməsini və bu sahədə çevik pul-kredit, investisiya siyasətinin həyata
keçirilməsini tələb edir.

• Kənd təsərrüfatında həyata keçirilməli tədbirlər:

- maliyyə-kredit və investisiya resurslarından istifadə imkanları genişləndirilməli;


- investisiyanın səmərəliliyi yüksəldilməli,
- aqrar-ərzaq kompleksinin investisiyalar, xüsusən də daxili investisiyalar ilə təminatının
gücləndirilməli;
- bölgələr üzrə araşdırma aparılmalı və kənd təsərrüfatı texnikalarının təminatı yaxşılaşdırılmalı;
- elmtutumlu investisiyaların cəlb edilməsi;
- bu istiqamətdə maliyyə resursları və kredit vəsaitlərindən istifadənin fəallığı artırılmalı;
- kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının müqayisəli üstünlüklərə əsaslanan səmərəli
strukturunun formalaşmasına dövlətin xüsusi investisiya proqramları ilə yardım göstərilməlidir.

You might also like