Download as ppt, pdf, or txt
Download as ppt, pdf, or txt
You are on page 1of 7

Şərtləndirən amillər

Kaş mən məktəbdə oxuyanda


bu dərsi bizə keçərdilər!

1
Yuxarı siniflərdə maliyyə savadlılığı təhsili – ehtiyaclar

 Maliyyə ilə bağlı qərarların sayı (çeşidlilik və mürəkkəblik) artmaqdadır

 Ən önəmli qərar – orta təhsildən sonra karyera seçimidir

 Ali təhsil üçün kreditlər

 Bank məhsullarının yeni istifadəçisi olmaları

 Pensiya proqramlarında olan dəyişikliklər

 Yaşlı nəslin maliyyə savadlılığı gənc nəsildən daha yüksəkdir

 Valideynlər maliyyə savadlılığı mövzularında övladları ilə rahat danışa


bilmirlər

Sitat: Bir gəncin sürücülük vəsiqəsiz sükan arxasına oturmasına icazə vermədiyimiz halda,
gənclərimizə müvafiq təhsil vermədən mürəkkəb maliyyə dünyasına daxil olmalarına icazə veririk.
Kredit kartı, tələbə krediti və ipoteka imkanları verilmiş maliyyə savadlılığı olmayan bir şəxs, özü
və cəmiyyətləri üçün bir avtomobilin sükanı arxasındakı sürücülük vəsiqısiz insan qədər təhlükəli
ola bilər (John Pelletier).

2
Məktəblərdə maliyyə savadlılığı təhsilinin olmamasından yaranan
problemlər

 Şagirdlərin 7%-i yuxarı siniflərdə məktəbə davam etmədiyi üçün


maliyyə savadlılığı dərsi ala bilmir
 31,6% -i orta təhsildən sonra hər hansı əlavə təhsil almadığı üçün,
kollecdəki MS təhsilində iştirak edə bilmir
 Kolleclərdəki şəxsi maliyyə savadlılığı dərsləri az və sistemsizdir,
çox az kollec MS təhsilini seçmə fənn kimi təklif edir, daha azı
məzun olmaq üçün tələb kimi qoyur
 MS dərsləri üçün ən uyğun dövr bu dərslərin yuxarı siniflərdə və bir
tam semestr (yarım il) keçirilməsidir

3
Tədqiqatlar nə deyir?

 Maliyyə savadlılığı bilikləri daha yaxşı fərdi maliyyə davranışları


yaradır (Gale and Levine, 2010; Lusardi and Mitchell, 2014)

 Maliyyə savadlılığı təhsili maliyyə savadlılığı biliklərini artırır (Brown,


Grigsby, Klaauw, Wen and Zafar, 2014)

 Maliyyə savadlılığı təhsili maliyyə biliklərini artırmır (Villis 2008)

 Mövcud maliyyə savadlılığı təhsili uğurlu deyil, fərqli bir tədris


metodu istifadə etsək uğurlu ola bilər (Fernandes, Lynch and
Netemeyer, 2013)

4
Doğru suallar verib, ölçməni düzgün aparırıqmı?

• Maliyyə savadlılığı təlimatı hansı öyrənmə məqsədlərini əhatə edir?


• Bu fənnin tədrisi üçün hansı kurrikulumdan istifadə olunur?
• Proqrama neçə saat maliyyə savadlılığı dərsi daxil edilmişdir?
• Müəllim özünün şəxsi maliyyəni öyrətmək bacarığına inanırmı?
• Müəllimin öz şəxsi həyatındakı maliyyə davranışları qənaətbəxşdirmi?
• Kimlərin şəxsi maliyyəni öyrətmək icazəsi var?
• Fərdi maliyyə kursunu götürən şagirdlərin biliklərini ölçmək üçün hansı növdə
standartlaşdırılmış testlər verilir?
• Müəllim və məktəb üçün keyfiyyətli tədris proqramı və müəllimlərin davamlı təhsili üçün
maliyyə mövcuddurmu?
• Təhsil işçilərinin etibarlı və keyfiyyətli onlayn məlumat mənbələrinə çıxışı varmı?
• Maliyyə savadlılığı fənninin bütün şagirdlərə tədrisi tələb olunur, yoxsa seçmə fəndir?
• Məktəblərdə verilən maliyyə savadlılığı təhsilinin şagirdlər məzun olduqdan sonra
onların davranışına uzun müddətdə təsirinə dair araşdırmalarda hansı davranış
göstəriciləri nəzərdən keçirilir?
5
Orta məktəblərdə fərdi maliyyə dərsinin effektivliyini yoxlamaq
üçün nəzəri çərçivə
• Maliyyə savadlılığı fənni orta məktəbdə məzun olmaq üçün tələb olunan bir semestrlik
dərs olmalıdır
• Maliyyə savadlılığı fənninin əsaslı öyrənmə məqsədləri və standartları olmalıdır
• Dərsi keçən pedaqoqların mövzu üzrə aydın təsəvvürü olmalıdır
• Tələbləri qarşılamaq və məzun olmaq üçün bir neçə istiqamətin olub-olmadığı
müəyyənləşdirilməlidir
• Sınaqdan çıxmış keyfiyyətli tədris proqramı, alətlər və onlayn resurslar mövcud
olmalıdır
• Şəxsi maliyyə dərslərini keçənlərə qarşı tələblər və təkmilləşdirmə proqramları
olmalıdır
• Təhsil işçilərinin işə yanaşması, davranışları və özünəinam səviyyələri ölçülməlidir
• Mütəxəssislər tərəfindən yaradılmış, sınaqdan keçirilmiş və təsdiqlənmiş standart
qiymətləndirmə testindən istifadə edilməlidir
• Təhsil öhdəliklərinə uyğun maliyyələşmə olmalıdır
• Şagirdlərdən ibarət nəzarət qrupundan istifadə edilməlidir
• Uzunmüddətli araşdırmalar və əsas faktorların ölçülməsi olmalıdır 6
Standartlara uyğun keçirilmiş tədqiqatların nəticəsi

• Maliyyə savadlılığı mandatı kredit davranışını yaxşılaşdırır (Brown,


Collins, Schmeiser and Urban, 2014)

• Müəllimlərin keyfiyyətli təlimi və yaxşı dizayn edilmiş kurrikulum işə


yarayır (Asarta, Hill and Meszaros, 2014)

You might also like