Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 10

Tələbə-Türkan Platova Mövzu-Daxili

Müəllimə-Abdullayeva Nigar şüalanma və


İxtisas-Energetika mühəndisliyi
Qrup-521.22 ondan qorunma
Fənn-Mülki müdafiə
Şüalanma nədir Daxili şüalanmadan
qorunmaq

Növləri
Şüalanma – enerjinin şüalar (görünən
və görünməyən) vasitəsilə köçürülməsi
prosesi. Şüalanma tam vakuumda da
baş verir. Güclü və yaxud zəif
qızdırılmış bütün cisimlər (insan
bədəni, soba, lampa) enerji
şüalandırır.

Şüalanma nədir
Ümumiyyətlə, ionlaşdırıcı şüalanmaya məruz qalma, xarici və daxili məruz qalmalar
olmaqla, iki müxtəlif formada meydana çıxır. Xarici məruz qalma dedikdə, insan
orqanizminin xaricdən hər hansı bir ionlaşdırıcı şüalanma mənbəyi tərəfindən yayılan
şüalanmaya məruz qalması başa düşülür.

Belə məruz qalmaya ionlaşdırıcı şüalanma mənbəyinə həddindən artıq yaxınlaşma səbəb
olur. Daxili məruz qalma dedikdə isə, radioaktiv maddənin insan orqanizminin daxilinə
düşməsi nəticəsində daxildən ionlaşdırıcı şüalanmaya məruz qalma başa düşülür. Bu iki
müxtəlif məruz qalma növlərindən qorunma yolları da müxtəlifdir.
Daxili radiasiya təhlükəsindən
qorunma

Daxili şüalanmaya məruz qalma təhlükəsi


əsasən atom elektrik stansiyalarında baş
verən qəzalar, atom bombasının
partladılması və ya hər hansı bir səbəbdən
dolayı radioaktiv maddələrin bərk (toz),
maye və ya qaz halında atmosferə yayılması
zamanı yaranır. Daxili şüalanmaya məruz
qalma təhlükəsi radioaktiv maddələrin
tənəffüs, həzm və dəridəki yara və ya
sıyrıqlar vasitəsi ilə insan orqanizminə
düşməsi nəticəsində meydana gəlir
Radioaktiv maddə orqanizmə düşdüyü
andan etibarən vücuddan xaricə atılacağı
ana qədər bütün orqanizmin daxili
şüalanmaya məruz qalmasına səbəb olur.
Buna görə də qəza zamanı daxili radiasiya
təhlükəsindən qorunmaq məqsədi ilə
mühitin, paltarların və dərinin radioaktiv
maddə ilə çirklənməsinin qarşısını almaq
üçün qabaqlayıcı tədbirlər görmək lazımdır.

Belə ki, radiasiya qəzası həyəcan siqnalını (radio,


televizor mətbuat və s.) qapalı məkanda (ev, iş yeri
məktəb və s.) olarkən aldıqda, oranı tərk etməməli,
tez bir zamanda bütün qapı və pəncərələri bağlamalı,
ventilyasiya sistemlərini və hava boşluqlarını
müxtəlif vasitələrlə tutaraq xaricdən içəri daxil ola
biləcək hava axınlarının qarşısını almalı və beləcə
sığınacaq yaradılmalı.
Radiasiya təhlükəsi nişanları

Sığınacağa xaricindən heç bir qida


maddəsinin və əşyanın gətirilməsinə yol
verməməli, sığınacaqlarda olan qidaları isə
qapalı məkanlarda (soyuducu və ya ağzı kip
bağalanan qablarda) mühafizə edərək
qənaətlə istifadə etməli və icra orqanlarından
qəza təhlükəsinin sovuşduğuna dair məlumat
alınanadək, sığınacağı tərk etməməlidirlər.
Qəza həyəcanı siqnalını açıq havada olarkən aldıqda, ağızı və burunu dəsmal
və ya başqa bir yumşaq parça ilə qapayaraq, havanın birbaşa tənəffüsünün
qarşısını almağa çalışmaq lazımdır. Açıq ərazini tez bir zamanda tərk edib,
qapalı məkanlara girmək, ora girmədən öncə bütün üst geyimləri və
ayaqqabıları çıxarıb, bayırda qoymaq və evə daxil olduqdan sonra yuxarıda
bəhs edilən müvafiq qoruyucu tədbirləri görmək lazımdır.
Göründüyü kimi, nüvə və radioloji
təhlükə yarandıqda ətraf mühitə
yayılan radioaktiv maddələrin
insanlara mümkün təsirləri ancaq
qoruyucu tədbirlər vasitəsi ilə azaldıla
bilər. Buna görə də, ionlaşdırıcı
şüalanma mənbələri ilə iş zamanı
radioaktiv şüalanmadan qorunmanın
əsas prinsipi yol verilən doza hədlərini
bilmək, radiasiya sahəsində çalışan
insanların və əhalinin bu dozadan
yüksək doza almalarına yol verməmək
və meydana gələ biləcək qəzalara qarşı
qabaqlayıcı tədbirlər görməkdir.

You might also like