Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 30

FƏNNİN ADI

“Azərbaycan dilində işgüzar və


akademik kommunikasiya”

“Humanitar fənlər” kafedrası


“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisinə ayrılan
saatların mövzular üzrə paylanması
s/s Mövzuların adları Cəm Müh Məşğ

1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin mövzusu, məqsəd və vəzifələri. 2 - 2


Kommunikasiya haqqında anlayış. Kommunikativlik nitqin mühüm funksiyalarından biri kimi.
2 Azərbaycan dilində işgüzar üslubun mahiyyəti və xüsusiyyətləri. 2 - 2

3 İşgüzar ünsiyyət və onun əsas prinsipləri. Ünsiyyət informasiya mübadiləsi kimi. 2 - 2


4 İşgüzar ünsiyyətdə özünütəsdiq təqdimatı. 2 - 2
5 İşgüzar ünsiyyətdə dialoq janrları. 2 - 2
6 İşgüzar ünsiyyətin monoloji janrları. 2 - 2

7 İşgüzar ünsiyyətdə sözsüz bağlantı və ünsiyyəti tamamlayan ifadəli hərəkətlər; bədən dili, mimika və 2 - 2
jestlər.
8 İşgüzar ünsiyyət etikası və psixologiyası. 2 - 2
9 Lahiyə fəaliyyətinin logistik dəstəklənməsi. Layihə hazırlığı və onun təqdimatı. 2 - 2
10 Müvafiq ixtisaslar üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya. Peşə etikası və etiket 2 - 2
qaydaları. İşgüzar karyeranın idarə edilməsi.
11 Şifahi işgüzar ünsiyyətinin mədəniyyətlərarası aspektləri. Mədəniyyətlərarası münasibətlərdə düzgün 2 - 2
ünsiyyət amilləri
12 Yazılı işgüzar kommunikasiya və onların aparılması qaydaları. Sənəd yazılı işgüzar ünsiyyətin əsas 2 - 2
məhsulu kimi və onun xüsusi funksiyaları.
13 Şəxsi sənədlərin növləri və tərtibi qaydaları. 2 - 2

14 Təşkilati və inzibati sənədlər. Elektron sənəd dövriyyəsinin tətbiqi, bu növ sənədlərin hazırlanması və 2 - 2
icra qaydaları.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisinə ayrılan
saatların mövzular üzrə paylanması
s/s Mövzuların adları Cəm Müh Məşğ

15. İstinad və analitik sənədlər. 2 - 2

16. Məktublar; onların növləri və yazılma qaydaları. 2 - 2


Biznes sahəsində işgüzar ünsiyyət; əsas etik prinsiplər, davranış qaydaları və danışıqların
17. aparılması texnikası. Kommersiya yazışmaları və işgüzar tövsiyələr. İşgüzar e-mail və digər daxili 2 - 2
elektron yazışmalar; sosial şəbəkələrdən istifadə qaydaları .
18. Yazılı mesajların əsas növləri; ticarət yazışmaları (məktubları) və qeyri-kommersiya məktubları. 2 - 2
19. Elektron işgüzar rabitə. Poçt yazışmaları. Məktub yazmağın əsas prinsipləri. 2 - 2
20. Yazılı işgüzar ünsiyyətdə reklam. Reklam biznes əlaqələrinin üzvi və ayrılmaz hissəsi kimi. Dil 2 - 2
mediası və reklam dilinin əsas xüsusiyyətləri.

21. Akademik məqsədlər üçün dil. Akademik və peşəkar yazı qaydaları. Akademik kommunikasiyanın 2 - 2
elementləri, xüsusiyyətləri və növləri.

22. Elmi-tədqiqat mövzusu üzrə icmal məqalələrin hazırlasnması və növləri. Elmi işlər barədə 2 - 2
prezentasiyaların hazırlanması.
23. Yazılı işgüzar ünsiyyətin mədəniyyətlərarası ölçüsü. Mədəniyyətlərarası münasibətlərdə düzgün 1 - 1
ünsiyyət amilləri
Cəmi saatlar: 45 0 45
MƏŞĞƏLƏ 21

MƏŞĞƏLƏNİN MÖVZUSU: Akademik məqsədlər üçün dil. Akademik və peşəkar yazı


qaydaları.

MƏŞĞƏLƏNİN MƏQSƏDİ –Akademik kommunikasiyanın elementləri, akademik yazının


xüsusiyyətləri və növləri, istinadetmə, sitatgətirmə, mənbələrin seçilməsi və meyarları,
akademik mənbələrlə işləmə və onlardan istifadəetmə bacarığının formalaşdırılması
haqqında biliklər öyrənməkdir.

MƏŞĞƏLƏNİN PLANI:
1. Akademik kommunikasiyanın elementləri.
2. Akademik yazının xüsusiyyətləri və növləri. İstinadetmə, sitatgətirmə.
3. İstinadetmənin funksiyaları.
4. Mənbələrin seçilməsi və meyarları.
5. Akademik mənbələrlə işləmə və onlardan istifadəetmə bacarığının formalaşdırılması.
Dərsin Hədəfləri

Bu dərsi bitirdikdə
• akademik kommunikasiyanın elementləri,
• elmi konfranslar,
• işgüzar müşavirələr,
• polemika,
• mübahisə və müzakirə,
• akademik yazının xüsusiyyətləri və növləri,
• istinadetmə, sitatgətirmə,
• istinadetmənin funksiyaları,
• mənbələrin seçilməsi və meyarları,
• akademik mənbələrlə işləmə və onlardan istifadəetmə bacarığının
formalaşdırılması
haqqında məlumatlar öyrənmiş olacaqsınız.

Müvəffəqiyyətlər diləyirik!..
Akademik məqsədlər üçün dil

Qloballaşmanın, informasiya-kommunikasiya
bumunun özü ilə gətirdiyi yenilik və
üstünlüklərdən biri də elm və təhsil sahəsində
yanaşmaların, standartların unifikasiyalaşması,
yəni vahid bir forma alması və bunun tez bir
zamanda yayılaraq dünya elm ictimaiyyəti
tərəfindən fəal istifadə olunmasıdır.
Akademik məqsədlər üçün dil

Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz


üçün prioritet məsələlərdəndir.

Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr


imzalanmışdır.

Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin doktorant, magistr


və tələbələr beynəlxalq elmi tədbirlərə qatılır, çıxışlar edir, ölkəni
tanıdır, elmi əməkdaşlıq əlaqələri qururlar.

Bu əlaqələrin nəticəsi kimi, alimlərimiz həm də beynəlxalq


jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə
layihələr və əsərlər üzərində işləyirlər.

Təbii ki, əməkdaşlıq əsnasında beynəlxalq elm və təhsil


məkanındakı qayda və standartlarla tanışlıq baş verir,
sistemlərarası fərqlər aşkarlanır.
Beynəlxalq akademik yazı qaydalarına bələd olmaq

Dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş


standartları mənimsəmək və onun effektlərindən yararlanmaq
deməkdir.

Bütün dünyada elmi işlərin standart bir yazılma forması var.

Həmin meyarlara uyğun gəlməyən işlər beynəlxalq elmi jurnallar


tərəfindən qəbul edilmir.

Akademik yazı qaydalarına əməl etmək svadlılıq, mədəniyyət və


məsuliyyətin göstəricisidir.
Beynəlxalq akademik yazı qaydalarına bələd olmaq

• Dünya elm sisteminə inteqrasiya olmaq, orada


qəbul olunmuş standartları mənimsəmək və
onun Beynəlxalq akademik yazı qaydalarının
dünya səviyyəsində qəbul edilmiş modeli
inkişaf etmiş ölkələrdə hazırlanmış,
gəlişdirilmiş və tətbiq edilmişdir.
• Başqa sözlə, uzun müddətli tətbiq nəticəsində
sınanmış, hərtərəfli müzakirə yolu ilə
təkmilləşdirilmiş və “cilalanmış” bir modeldir.
• Bu səbəbdən də səmərəsi çox az adamda
şübhə doğurur.
Yazı

• Yazı həyatınız boyu müxtəlif situasiyalarda


sizdən tələb olunan bacarıqdır.
• Şəxsi məzmunlu yazışmada – dost-tanışlara
ünvanlanan yazının bir xüsusiyyəti ondan
ibarətdir ki, bu cür yazı, adətən, qeyri-formal
olur.
• Bu isə o deməkdir ki, burada orfoqrafiya
qaydalarını, punktuasiyanı (durğu işarələrinin
yerli-yerində işlənməsi) və yaxud qrammatik
qaydaları gözləməyə o qədər də ehtiyac
yoxdur (hərçənd bunlara əməl etsəniz,
oxucunuz sizə minnətdar ola bilər).
• Qeyri-formal yazı üslubu şəxsi tanışlıqlar
üzərində qurulan münasibətlər fonunda
olduğundan və siz də yazınızı ünvanladığınız
şəxsi tanıdığınızdan, sözləri qısa yaza, hətta
dialekt sözlərdən belə istifadə edə bilərsiniz.
Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses
xeyli fərqli olur.

Birincisi, burada konkret yazı strukturu tələb olunur. Məsələn, giriş,


əsas hissə və nəticə.

Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar.

Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi


xarakteri ilə tanış edir, daha sonra isə müzakirə edilən mövzu
yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir.

Girişdə siz çox qısa və aydın şəkildə, mövzu ilə bağlı mövqeyinizi,
məsələyə münasibətinizi bir - iki cümlədə bildirir,

daha sonra tutduğunuz mövqeyi yazınızın əsas hissəsində bir


neçə paraqrafda işıqlandırır və ya ətraflı şəkildə izah edirsiniz.
Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses
xeyli fərqli olur.

Nəhayət, son paraqrafda - nəticədə siz qeyd etdiyiniz əsas məqamları,


fikirləri yekunlaşdırmalısınız.

Əlbəttə ki, bütün məqamları əhatə etməyə də bilərsiniz.

Nəticə ilə əlaqəli tövsiyə xarakterli paraqraf isə yazınızı müraciət edilən
mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinizin gələcəkdə
daha fərqli aspektlərdə işlənməsi üçün önəmli rol oynayır.

Ümumiyyətlə, bir qayda olaraq, ali təhsil müəssisələrində yazılan akademik


işlərdəki formatlara qısaca nəzər salsaq, aydın olur ki, onlar formal struktura
riayət edirlər.
ə

n
q
ə
Akdemik yazının xüsusiyyətləri
l
şa
riq

ə
e
d
ta
n
d
r

rşə
rd
m

şe
b
d
i
iy
b
ily
rm
a
it
vşı
ə
yo
ya
x
zu
a
ıd
lu
b
ia
ğ
Akdemik yazının xüsusiyyətləri

Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik
standartlara əməl etməlisiniz.

Çünki dostunuzdan fərqli olaraq, oxucunuz böyük ehtimal ki, sizdən fərqli bir şəxsdir və
sizin nəyə işarə etdiyinizi heç də hər zaman bilməyə bilər.

Bu səbəbdən də, fikirlərinizi yazıda aydın ifadə etməniz çox önəmlidir.

Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq


olmaq üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm
daşıyır. yaradır.
Akdemik yazının xüsusiyyətləri

Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan


ideya və anlayışlar kimi mücərrəd məfhumlara əsaslanmışdır.

Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, siz


yenə də konkret sözlərdən istifadə etməklə, mücərrəd ideyaları və
onlar arasındakı münasibətləri izah edə bilərsiniz.

Adətən, akademik yazı sizdən mücərrəd ifadələri və onların


komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın
təsvir etməyi tələb edir.

Bəhs etdiyimiz bu giriş bölməsini yekunlaşdıraraq qeyd edirik ki,


akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı
janrıdır.
Akdemik yazının xüsusiyyətləri

Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir.

Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq
bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir.
Lakin Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.

Onlar düşünmə və planlaşdırma tələb edir.

Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi


formalaşdırmağa imkan verir.
Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi
tələb edir.
Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb
edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.
Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.
Akademik yazı növlərinin quruluşu:

Giriş:

Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;

Problemi və ya vəziyyəti təhlil edir;

Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;

Tədqiqat sualı qeyd olunur;

Tədqiqat metodu göstərilir;

Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;


Fəsillər - arqumentlər və əsaslandırmalar:

Mövzu fəsillərə
və yarım-fəsillərə
bölünməlidir.

Arqumentlərinizi
n məntiqi
ardıcıllığı
gözlənilməlidir.

Əsaslandırma
olaraq cədvəl və
diaqramlar
qoyulmalı və
izah edilməlidir.

Hər bir cədvəl və


ya diaqram
nömrələnməlidir.
Yekun Hissə:

Əsas hissədə təhlil olunan fikirlər


ümumiləşdirilir.

Arqumentlərə əsasən hansı


addımıların atılmasının zəruri olması
haqqında tövsiyələr edilir.
Akademik Yazıya əlavələr:

Mənbələr - Qoşmalar -
istifadə əlavə
olunan statistik
resurslar, məlumat,
kitablar, qrafiklər,
məqalələr və diaqramlar,
s. xəritələr və s.
Akademik yazının xüsusiyyətləri

Akademik yazı elmin və ali təhsilin


ayrılmaz atributlarından biridir.

Daha dəqiq ifadə etmək lazım gələrsə,


onun özəlliyini müəyyənləşdirən
meyarlardan biridir.

Universitetdə təhsil alarkən tələbə və


magistrantlar kurs işi, diplom işi və bu tipli
oxşar yazı işləri yazmalı olurlar.
Akademik kommunikasiyanın elementləri
Doğru mövzunu seçin.
• Həyatımızdakı hər bir şeyin başlaması kimi
akademik yazı da seçimlərdən başlayır.
Yazacağınız mövzu istər, esse, məqalə və ya
diplom işi, istərsə də, geniş həcmli dissertasiya
işi olsun, aktual olmalıdır. Yəni, dövrün
suallarına cavab verməlidir. Əlbəttə, çox
işlənmiş mövzuları da yazmaq mümkündür,
ancaq unutmayın ki, akademik yazınızın
məqsədi, qiymət almaq, ya da bir nəticəyə nail
olmaq, diplom əldə etməkdən daha çox və
daha vacib, elmə fayda verməlidir. Ona görə
də, yazacağınız mövzudan əvvəl, sizin
sahənizdə hal-hazırda elmi ən çox
maraqlandıran, üzərində az baş sındırılmış
mövzuların qısa siyahısını hazırlayın və birini
seçin. Seçdiyiniz mövzunun akademik işinizin
(esse, məqalə yoxsa, dissertasiya işi) həcminə
mütənasib olmasına diqqət edin. Mövzunu
olduqca spesifik, ancaq dar olmamaq şərtilə,
seçin.
Ətraflı araşdırma aparın.

Mövzunuzu seçdiniz.

İndi isə əvvəlcə açırsınız axtarış sistemlərini və başlayırsınız internet aləmini ələk-vələk
etməyə.

Mövzunuza dair kitabların, məqalələrin siyahısını çıxarın və mütləq və mütləq


kitabxanalardan istifadə edin.

Araşdırmalarınız sizin işinizin sistemini müəyyən etməyə kömək edəcək.

Ədəbiyyatları araşdırarkən, dil imkanlarından maksimum istifadə edin və qeyd edim ki,
yazacağınız mövzuda olduqca zəngin ingilis dilli kitablar mütləq tapacaqsınız.
u
b
n
i Məzmunu formalaşdırın.
u
l
z
Köçürməyin, öz fikrinizi təqdim edin.
ə
u
r
n
.
p
B
r
u
o
n
b
d
l
a
e
n
m
l
y
i
a
y
t
ı
ə
n
r
m
ə
a
f
ğ
l
ı
ə
n
r
i
y
n
o
Arqument və əks-arqumentlərini qurun.

Akademik yazının ürəyi, mən deyərdim ki, əks-arqumentlərdir.

Bir mövzuda araşdırma edərkən, öncədən formalaşmış bir mövqeyiniz varsa, əks mövqelərə göz
yummayın.
Ümumiyyətlə, həyatınızda da hər zaman əks fikirlərə, tənqidlərə açıq olmağınızı tövsiyə edərdim.

Bu sizi məsələlərə çoxtərəfli yanaşmağa və sahələrarası düşünmə bacarıqlarınızı formalaşdırmağa


kömək edəcək.
Qərəzli yanaşma hər zaman əskik yanaşmadır.

Dəstəklədiyiniz mövqeyi yazınızda bildirib əsaslandırdıqdan sonra, əks mövqedə olan fikirləri yeni
abzasda qeyd etməyiniz və mübahisələndirməyiniz sizin mövqeyi daha da möhkəmləndirəcək.
Akademik yazını güclü edən də elə budur.

Uyuşmayan fikirlər toplamaq, toqquşan məqamları araşdırmaq və əks-arqumentlər formalaşdıraraq, mövqeyinizi isbat etməyə çalışmaq.
Soruşmaqdan çəkinməyin. Vaxtınızı düzgün bölüşdürün.

Təəssüf ki, akademik yazıya başlayarkən, bu sahədə təcrübəli şəxslərdən, professorlardan


məsləhət almaqdan, nələrisə soruşub aydınlaşdırmaqdan çəkinməyin. Unutmayın ki, həmin
professorlar da bir vaxtlar sizin keçdiyiniz bu yolları keçiblər və xidmət etdiyiniz ali məqsədiniz
elmdir. Elmə verəcəyiniz hər bir töhfə sizin sizdən sonra unudulmağınıza imkan verməyəcək. Odur
ki, icazə verilən hər bir vasitə və imkanlardan maksimum istifadə edin.

Həyatımızdakı bir çox məsələdə olduğu kimi, vaxtın düzgün bölüşdürülməsi akademik yazı üçün də
hava və su kimi lazımdır. Burada mütləq tövsiyə etdiyim yazınızın bölmələri üçün plan qurmağınız
və təqvim üzrə son tarixlər (deadline) formalaşdırmağınızdır. Əlbəttə ki, bunlara əməl etmək də bir o
qədər əhəmiyyətlidir.
Yenilikçi və yaradıcı olun.

• Hər bir şeyin özəyində məqsəd dayanır.


Məqsədiniz elmi bir iş ortaya qoymaqdırsa,
yazı stilinizdən başlayaraq hər bir cümləniz
buna xidmət etməlidir. Yazdığınız akademik
yazı elmə yeni bir fikir qatmırsa, töhfə
vermirsə, o, yazı stili olaraq akademik olsa
belə, əhəmiyyətsiz bir yazıdan ibarət olacaq.
Ən müxtəlif elmi fikirləri bir yerə toplamaq elmə
yenilikçi yanaşma sayıla bilməz. Yazınız,
yanaşmalarınız özünəməxsus olduğu kimi,
yazınızın nəticə hissəsində mütləq və mütləq
akademik işinizdən çıxardığınız nəticələri və
əgər varsa, təklif və tövsiyələrinizi qeyd edin.
Yeni bir fikirlə çıxış etməkdən qətiyyən
çəkinməyin, çünki ən böyük ixtiralar da məhz
bu şəkildə yaradılıb!
Müəllifə istinadetmə

Akademik yazının əsas xüsusiyyətlərindən biri öz


fikirlərinizi əsaslandırmaq üçün ədəbiyyatdan
istifadə etməkdir. Bu, sizdən müəyyən bir
tədqiqat sahəsindəki məsələnin müxtəlif
tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı
tanışlıq tələb edir. Bu, o, deməkdir ki, bu
müəllifləri elmi yazı işinizə daxil edərək və onların
fikirlərini qeyd etməklə, müəyyən bir ədəbiyyat
araşdırmanız nəticəsində siz ortaya yenilik
gətirmişsiniz. Yazınızda müəlliflərə istinad edilən
bu üslub adətən, istinad etmə, və yaxud
mətnarası istinadetmə adlanır. Müəllifə istinad
məsləhətləri • İstinadı həm cümlənin ortasında,
həm də mötərizədə göstərə bilərsiniz.
Məşğələnin Xülasəsi

Bu bölmədə,
• akademik kommunikasiyanın elementləri,
• elmi konfranslar,
• işgüzar müşavirələr,
• polemika,
• mübahisə və müzakirə,
• akademik yazının xüsusiyyətləri və növləri,
• istinadetmə, sitatgətirmə,
• istinadetmənin funksiyaları,
• mənbələrin seçilməsi və meyarları,
• akademik mənbələrlə işləmə və onlardan istifadəetmə bacarığının
formalaşdırılması
haqqında məlumatlar öyrəndiniz.
İndi özünüzü sınaya bilərsiniz.
Müvəffəqiyyətlər diləyirik!..
Məşğələ üzrə yoxlama sualları

Suallara cavab verin.

• Akademik yazı ilə digər yazı növləri arasındakı fərqlər hansılardır?


• Akademik yazı yazarkən daha çox nələrə diqqət yetirməliyik?
• İstinadetmə və sitatgətirmə nədir?
• Akademik yazının quruluşu hansılardır?
• Akademik kommunikasiyanın etiket qaydaları hansılardır?

Müvəffəqiyyətlər diləyirik! ..

You might also like