Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 10

Müəllim-Mehman Şabanov

Tələbə-Əfsun Məmmədova
Fakültə-İdarəetmə
İxitsas-Maliyyə,mühasibat
Fənn-Azərbaycan tarixi

Mövzu-Azərbaycanda ilk insan məskənləri


PLAN
Azərbaycanda ilk insan məskəni

Azıx mağarası

Tapıntılar və mağaranın yeri


Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma
quruluşu adlanır. İbtidai cəmiyyət başqa dövrlərə
nisbətən daha uzun müddət davam etmişdir.

İbtidai icma quruluşu ilk insanların yaranması ilə


başlamış və uzun inkişaf yolu keşmişdir. Bu quruluş
ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərə qədər davam
etmişdir. İcma quruluşunun inkişafı və dağılması hər
bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və
başqa amillərlə bağlı olmuşdur.

Arxeologiya (yunan sözü olub,"arxoyos"-qədim,


"logos"-elm deməkdir.) elminə görə, ibtidai icma
quruluşu şərti olaraq üç dövrə bölünür: Daş dövrü,
Tunc dövrü və Dəmir dövrü.

Azərbaycan dünyanın ən qədim mədəniyyət


ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şərait
(şirin su qaynaqlarının, bitki və heyvanat aləminin
zənginliyi, təbii mağaraların olması) hələ qədim
dövrlərdən burada ibtidai insanların məskən
salmasına imkan yaratmışdır.
Azərbaycanda insanların yaşadığı ən
qədim insan məskənlərindən biri Azıx
mağarasıdır. Azıx mağarası Qarabağın
Füzuli şəhəri yaxınlığında yerləşir. 1960-
cı ildə Azərbaycan arxeoloqu Məmmədəli
Hüseynovun rəhbərlik etdiyi ekspedisiya
Azıx mağarasını kəşf etdi və üzərindəki
pərdəni götürməyə başladı. Aydın oldu
ki, əjdahaların yox, dünyanın ən qədim
sakinlərinin (onları Azıx adamı
adlandırırlar) yaşayış məskəni olub.

Azıx mağarası
1968-ci ildə M.Hüseynovun uzun
zamandan bəri Azıx mağarasında
apardığı qazıntıların nəticəsi olaraq
Neandertal tipə məxsus olan bir
insanın alt çənə sümüyü aşkar edildi.
Tapıntı üzərində aparılan
tədqiqatlardan sonra məlum oldu ki,
onun ən azı 350-400 min illik bir tarixi
vardır.

Azıx mağarasında, həmçinin


ayının, şirin, kərgədanın,
maralın, atın, qabanın və digər
vəhşi heyvanların sümükləri
tapılıb.
Azıx mağarasında ocaq izləri və daş
alətləri də aşkar edilib. Bu alətlərin
1-1,5 milyon il əvvələ aid olduğu
söylənilir. Mütəxəssislərin fikrincə, Azı
mağarasından tapılmış çənə sümüyü
qədimliyinə görə dünyada dördüncü
yerdədir. Ondan əvvəlki dövrlərə aid
edilən bu növ arxeoloji tapıntılar
Tanzaniyada, Keniyada və Fransada
aşkar edilib. Bu fakt kifayətdir ki,
dünyanın ən qədim sakinlərinin
məskunlaşdığı ərazilər arasında
Azərbaycanın mühüm yer tutduğu
sübuta yetirilsin.
Azıx mağarasının sahəsi 800 kv.km.-dir. Azıx mağarası Qafqazda indiyə qədər
aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
Vaxtilə dünyanın ən qədim
insanlarının yaşadığı bu mağaranın
yerləşdiyi Azərbaycan torpağı
1993-cü ildən etibarən erməni işğalı
altındadır və mağaranın işğaldan
sonrakı vəziyyəti haqqında heç bir
məlumat yoxdur.
http://az.baku-art.com/
az/azerbaycanin-ilk-insan-
mesk-nl-ri-qarabag-n-
incisi-az-x-ma-aras

Ədəbiyyat

You might also like