Sunu

You might also like

Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 9

Psixologiyanı

n əsasları
Diqqət – xüsusi proses kimi
• Gündəlik həyatda insana yüzlərlə
qıcıqlayıcılar təsir göstərir. Lakin
insan onların hamısını əks
etdirmir, ən vaciblərini seçib ayırır,
fəaliyyətinin icrasına kömək
edənləri saxlayır. Bunlar diqqətin
fəaiyyəti ilə bağlıdır. Diqqət, idrak
proseslərindən biridir. Başlıca
xüsusiyyətlərinə görə diqqət digər
idrak proseslərindən (duyğu,
qavrayış, təfəkkür, hafizə və s.)
fərqlənir.
• psixi fəaliyyət obyektinin
aşkar əks etdirməsini təmin
edir. İş nə qədər çətin və
mürəkkəb olarsa, o qədər
artıq diqqət tələb edir. Deməli,
diqqət fəaliyyət prosesi
zamanı insanın idrak
proseslərinə qoşulur, onların
daha müvəffəqiyyətli cərəyan
etməsini təmin edir.
Diqqət – şüurun müəyyən bir obyekt üzərinə yönəlməsi və
mərkəzləşməsindən ibarət psixi hadisədir.
Bu halda fərdin həm sensor, həm də intellektual hərəki
fəallığının səviyyəsi yüksəlir, bu cisim və hadisələrə seçici
münasibət bəsləməyə başlayır. Seçicilik təkcə müəyyən
fəaliyyətin təsirinin ayırd edilməsində deyil, eyni zamanda
onların hifz olunmasında (onların uzun müddət şüurda
saxlanılmasında) təzahür edir. Demək ki, diqqət, şüurun
müəyyən bir obyekt üzərinə yönəlməsində, onun üzərində
mərkəzləşməsində və nəticədə cism və hadisələrə seçici
münasibət bəsləməsində təzahür edir. Diqqətin əmələ
gəlməsi üçün ilk növbədə onun obyekti ayırd edilməlidir.
Diqqətin obyekti həm xarici aləm, cisimlər, həm də insanın
rəftarı və davranışı ola bilər
Diqqətin funksiyaları
İlk olaraq seçmə funksiyası tələbatlarla bağlı mövcud fəaliyyətə uyğun gələn
təsirləri seçməkdən təzahür edir. Bu funksiyayla yanaşı olaraq, idrak fəaliyyəti
və ya davranış aktı başa çatana qədər diqqətin onların üzərində saxlanması
funksiyası da vardır. Diqqətin mühüm funksiyalarından biri də fəaliyyətin
gedişini tənzim etmək və ona nəzarət etməkdən ibarətdir.
Bu funksiyalar iki mühüm nəticə çıxarmağa imkan verir:
Diqqət mürəkkəb psixi proses kimi bütün hadisələrə sensor fikrı və hərəki
proseslərə nüfuz edir, onların fəaliyyətinin daha səmərəli olmasını şərtləndirir.
• Diqqət hadisəsi mühüm idrak prosesi olan hafizənin nəinki bir sıra ixtiyari
proseslərinin mahiyyətini düzgün başa düşməyə, həm də onları məqsədə
uyğun surətdə təşkil etməyə imkan verir.
Fəaliyyətin məqsədindən asılı olaraq, eləcə də diqqətin ixtiyarı şəkildə tənzim
edilmə səviyyəsindən asılı olaraq bu psixi hadısənin 3 növünü fərqləndirmək olar :

1.Qeyri-ixtiyarı diqqət
2.İxtiyari diqqət
3.İxtiyari diqqətdən sonrakı diqqət
Qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan və
iradi cəhd etməyən diqqətə qeyri-ixtiyari diqqət deyilir. Qeyri-ixtiyari diqqət zamanı
insandan xüsusi səy tələb olunmur. Bu diqqət növü insanın hazırlığı olmadan
qıcıqlandırıcının bilavasitə təsiri ilə əmələ gəlir və yalnız qıcıqlandırıcının təsir etdiyi
müddətdə mövcud olur. Qeyd etmək lazımdır ki, hər bir hadısə və ya qıcıqlandırıcı
qeyri-ixtiyarı diqqət yaratmır, bunun üçün qıcıqlandırıcının bəzi xüsusiyyətləri
olmalıdır:
Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri
Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi
Obyektin hərəkətdə olması
İxtiyarı diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədi ilə bağlıdır. Qarşıya qoyulmuş şüurlu məqsədlə bağlı əmələ gəlib və
müəyyən iradi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir.
İxtiyarı diqqət zamanı cisim və hadisələr insan üzərində deyil, əksinə insan onların üzərində hakim olur. İxtiyari diqqət prosesində
biz heç də təsir edən bütün qıcıqlandırıcıları deyil, yalnız məqsədimizə müvafiq olanları seçirik. İxtiyari diqqətin əmələ gəlməsi
üçün bir sıra şərtlər vardır :

Fəaliyyətin yüksək səviyyədə yerinə yetirilməsi üçün borc və məsuliyyəti aydın dərk etmək
2.İcra edilən işin və ya fəaliyyətin məqsədini tam dərk etmək
Adəti iş şəraitinin olması
Əlavə maraqların yaranması
• Diqqət onunla xarakterizə olunur ki, o nə dərəcədə bu və ya digər obyekt üzərində mərkəzləşə bilir. Diqqətin nə qədər obyekti
əhatə edə bilməsi, bir obyektdən digərinə nə dərəcədə asanlıqla, ya da çətinliklə keçə bilməsi və s bu kimi cəhətlər isə diqqətin
xüsusiyyətləri ilə bağlıdır.
Diqqətin xüsusiyyətləri
Diqqətin xüsusiyyətləri

Diqqətin mərkəzləşməsi
Diqqətın həcmi
3.Diqqətin paylanması
Diqqətin davamlılığı
Diqqətin keçirilməsi
Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyekt və ya fəaliyyətə yönəlir, başqalarından uzaqlaşır.
Diqqətin mərkəzləşməsi obyektə olan dərin, fəal maraqla bağlıdır.
Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir. Əgər eyni
vaxtda təsir edən 10 obyektdən 5-i aydın qavranılırsa, deməli, diqqətin həcmi 5 obyektə bərabərdir. Diqqətin
həcminin böyük olması bir sıra fəaliyyət sahələrində çox əhəmiyyətlidir. Məsələn, kəşfiyyatçı eyni zaman
içərisində nə qədər çox obyekti əhatə etsə, kəşfiyyat işi bir o qədər səmərəli olar.
Diqqətin paylanması eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur.
Əgər eyni vaxtda 2 və ya 3 işlə məşğul olursunuzsa, deməli, diqqətiniz 2 və ya 3 iş üzərində paylanır. Avtomobil
idarə edən insanın diqqətini bir neçə yerə paylaması vacibdir. Bir sahədə lazımı vərdiş toplamış insanlarda
diqqətin paylanması müvəffəqiyyətlə baş verir.
Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq
saxlanılmasında ifadə olunur. Burada diqqət bir obyektdən başqasına keçirsə də onlar ümumi məqsədə tabe
olan fəaliyyət obyektləri kimi qalır. Şagird misal həll edərkən, onun diqqəti dərsliyə, oradakı misallara,
rəqəmlərə,işarələrə, keçmiş təcrübəyə yönəlsə də, əgər misal həlli davam edərsə, deməli, diqqət davamlıdır.
Çünki burda bütün bu obyektlər ümumi məqsədə- misal həll etmək məqsədinə tabedir.
Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətədən başqa fəaliyyətə
yönəldilməsidir. Bu, fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır.
Diqqətin keçirilməsi onun yayınmasına çox oxşayır, lakin onlar arasında keyfiyyətcə fərq var.
Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə ılaqədar olmayan cisim və hadisə üzərinə
yönəlməsində ifadə olunur. Müəllimin dərs izah edərkən şagirdin küçəyə baxması onun diqqətinin yayınmasını
göstərir.
Diqqətlilik və ya diqqətsizlik şəxsiyyətin xarakter əlamətinə çevrilə bilir, insanlara münasibətdə də təzahür edir.
Bu cəhət şəxsiyyətin aldığı tərbiyədən, öz üzərində işləmək, özünütəkmilləşdirmək cəhdindən, onun sərvət
meyllərindən, dünyagörüşü və əqidəsindən və s. Asılıdır.
• Unutmaq olmaz ki, insanlara diqqətli olmaq şəxsiyyətin mənəvi aləmini xarakterizə etmək üçün ən vacib

You might also like