Aristotelin Ritorika Əsərində Natiqlik Sənətinin Incəlikləri

You might also like

Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 12

Müəllim-Abdullayev Ruslan

Tələbə-Ayhan Atayev
İxtisas-Maşın mühəndisliyi
Qrup-412.22E

Mövzu-Aristotelin Ritorika əsərində natiqlik


sənətinin incəlikləri
Natiqlik sənətinin
Aristotel
incəlikləri

Ritorika əsəri
Antik yunan natiqlik sənətinin
yaranması və inkişafında
Aristotelin xüsusi rolu olmuşdur.
Aristotel e.ə.335-ci ildə “Ritorika”
adlı əsərini yazıb natiqlik sənətinin
elmi əsaslarını vermiş, sənəti insan
fəaliyyətinin xüsusi növü kimi
qiymətləndirmiş, natiq nitqinin
quruluşunu, üslubunu,
orfoepiyasını, ifadəlilik vasitələrini
geniş şəkildə izah etmişdir.

Aristotel
“Ritorika” əsəri üç hissədən
ibarətdir:

a) Nitqin tərtibi prinsipi;

b) Natiq üçün lazım olan şəxsi


keyfiyyət və qabiliyyət;

c) Nitqin texnikası, vasitələri


və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun
əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin
məharətinin beş cəhətini xüsusi qeyd edirdi:
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və
onlara əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın
düzgün seçilməsi, planın tutulması,
onun mükəmməl öyrənilməsi, söyləmə
zamanı uyğun üslubun
müəyyənləşdirilməsi, orfoepik və
intonasiya qaydalarına əməl edilməsi,
emosiyaların özünəməxsus forma ilə
verilməsini mühüm şərt sayırdı.
Qədim Yunanıstanda natiqlik
sənətinin inkişafına güclü təsir
göstərən səbəblərdən biri də Solon
qanunları olmuşdur. Bu qanunlara
görə hər bir afinalı məhkəmədə öz
hüququnu müdafiə etməyi bacarmalı
idi .
Esxin Trasimax Demosfen

Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını
müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O
zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək
edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə
baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı
həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin,
Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan
Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Demosfenin
yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir.
Demosfen xalq qarşısında çıxış
etməyi uşaq ikən arzu edirdi.
Hələ gəncliyində Demosfen öz
müəllimindən onu məşhur
natiqlərin dilinə qulaq asmaq
üçün məhkəmə iclasına
aparmağı xahiş edir. Oğlan
xalqın natiqləri necə
alqışladığını görür və qəlbləri
fəth edən natiqlik sənətinin
gücünə heyran olur. O,
həmyaşıdları ilə oynadığı bütün
digər oyunları atır və natiqlik
sənətinin öhdəsindən gəlməyə
çalışır. O, qətiyyətlə natiq olmaq
qərarına gəlir.
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən
biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər
yazmış, bu elmi nəzəri və praktik cəhətdən
şərh etmiş, faydalı fikirlər söyləmişdir.
Məsələn, ona görə, natiqlik sənətində
aşağıdakı tələblərə əməl olunmalıdır:
1) materialın toplanması; 2) materialın
məqsədəuyğun söylənilməsi üçün planın
tərtibi; 3) nitqin məzmununun öyrənilməsi,
mənimsənilməsi; 4) məzmunun dinləyicilər
qarşısında söylənilməsi.
Demosfenin tələffüzü aydın, anlaşıqlı idi. O,
özünün dərin məntiqi, rəngarəng intonasiya
çalarları, müraciət formaları, ritorik sualları
ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen
nitqlərində Afinanın satqın və fəaliyyətsiz
hakimlərini ifşa edir, onları ədalətli olmağa
çağırırdı. Məhz bu keyfiyyətlərinə görə
afinalılar böyük inamla danışan Demosfenin
nitqinə həvəslə qulaq asır, onu axıra qədər
dinləyirdilər.
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir,
hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən
müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür.
Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. İmperiya natiqliyin qarşısını alır, bu
sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir.
1. Babayev A.M. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). Bakı,
“Elm və təhsil”, 2011
2. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
3. Qasımov Ə.Ə. Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası). Nitq
mədəniyyətinin tarixi. Siseron, Sokrat, Demosfen. Bakı, 2013

You might also like