Coşqun Serbest Is 2 3

You might also like

Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 6

AZƏRBAYCAN HAVA YOLLARI” QSC

MİLLİ AVİASİYA AKADEMİYASI


Sərbəst iş №3

Mövzu: Siqnalların növləri və onların çevrilməsi. İdarəedici və


həyəcanlandırıcı təsirlərin növləri. Dinamik şəbəkələrlə siqnalın
çevrilməsi.
Fakültə: Fizika-Texnologiya
Kafedra: Energetika və Avtomatika
İxtisas:Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Fənn: Avtomatik idarəetmə nəzəriyyəsi
Qrup: 2562a
Tələbə: Allahverdiyev Coşqun
Müəllim: Allahverdiyeva Solmaz
 Sistemdə mövcud olan siqnalları əsasən 3 qrupa ayırmaq olar:
 a) giriş siqnalları;
 b) aralıq (daxili) siqnallar;
 c) çıxış siqnalları;
 Giriş siqnalları sistemə verilən (məsələn,tapşırıq siqnalı) və ya bizdən asılı
olmayaraq özü təsir edən (xarici və daxili həyəcanlandırıcı təsirlər)
siqnallardan ibarətdir. Adətən bu siqnallar qabaqcadan məlum olur və ya
sistemin işi zamanı identifikasiya oluna bilir.
Giriş siqnallarının qiyməti çox böyük ola bilər. Onları sistemin işçi diapazonu
ilə əlaqələndirmək üçün normallaşdırıcı – çeviricilərdən istifadə olunur.

 Daxili siqnallar sistemi təşkil edən müxtəlif elementlərin, manqaların, qovşaqların


çıxış siqnallarıdır. Məsələn, müqayisə elementinin, tənzimləyicinin, gücləndiricilərin,
çeviricilərin və s. çıxış siqnallarından ibarətdir. Bu siqnalların qiyməti çox da böyük
olmayıb qida siqnalının qiymətini aşmır.
 Məsələn, 0  5 mA, 0  20 V, pnevmatik sistemlərdə 20 140 Kpa və s. Bundan
başqa, bu siqnallar faydalı informasiya daşıdığından bir qurğunun çıxış siqnalının
qiyməti sonrakı qurğunun giriş diapazonunu aşmamalıdır. Əks halda növbəti qurğu
giriş siqnalının artığını qəbul etməyəcək. Bu xüsusiyyət doyma effekti adlanır və
çox ziyanlıdır. Doyma mövcud olduqda sistemin iş keyfiyyətini saxlamaq üçün xüsusi
tədbirlər görüllər.
 Çıxış siqnalı kimi ATS-də tənzimləyicinin (idarə
qurğusunun) çıxışı hesab oluna bilər. Bu siqnal
obyektə gedən idarə kanalında zəifləməmək üçün və
icra orqanını hərəkətə gətirə bilmək üçün amplitudu
və digər parametrləri dəyişdirilmədən gücləndirilir.
Bu məqsədlə güc gücləndiricilərindən istifadə olunur.
İcra orqanının giriş dipazonu tənzimləyicinin hasil
etdiyi idarə siqnalının dəyişmə diapazonuna uyğun
gəlməlidir. İcra orqanının düzgün seçilməməsi
nəzərdə tutulan məqsədi poza bilər.
 Şəkil 1.54-də avtomatik tənzimləmə sisteminin
müxtəlif nöqtələrində müşahidə olunan siqnallar
göstərilmişdir.
 Şəkildə ölçmə sisteminə təsir edən siqnal təsadüfi siqnal
şəklində göstərilmişdir. Sxemdə siqnalların mövcud əyriləri
əyanilik üçün göstərilmiş və konkret məna daşımır. Siqnalların
təsnifatı. Siqnalları əsasən 2 qrupa ayırmaq olar:
 a) determinik siqnallar;
 b) təsadüfi və ya stoxastik siqnallar.

 Qiyməti zamanın istənilən anında məlum


olan siqnal determinik siqnal adlanır.
Qiyməti məlum olmayıb yalnız verilmiş
(məlum) intervaldan qiymət alma ehtimalı
məlum olan siqnal təsadüfi siqnal adlanır.
Əgər təsadüfi siqnal (proses) zaman üzrə
dəyişirsə, onda o stoxastik siqnal adlanır.
 Qeyd etmək lazımdır ki, təsadüfi siqnalın
qiymətinin məlum olmasına baxmayaraq o fiziki
proses olduğundan onu osilloqrafın (cihaz) köməyi
ilə ölçmək və müşahidə etmək mümkündür.
Bundan başqa, siqnalları onların tamlığı mənasında
da 2 qrupa ayırmaq olar:
 a)fasiləsiz (analoq) siqnallar;
 b)diskret siqnallar.
 Fasiləsiz siqnalın qiyməti zamanın istənilən anında məlum
olur. Diskret siqnal isə zamanın və ya səviyyənin yalnız
qeyd olunmuş (diskret) anlarında məlum olub, digər
anlarında sıfıra bərabər olur. Qeyri-hamar (sınan) və
müəyyən nöqtələrdə kəsilən (sıçrayış edən) siqnalları da
analoq, daha doğrusu parçada analoq, siqnallarına aid etmək
olar.

You might also like