Mövzu: Siqnalların növləri və onların çevrilməsi. İdarəedici və
həyəcanlandırıcı təsirlərin növləri. Dinamik şəbəkələrlə siqnalın çevrilməsi. Fakültə: Fizika-Texnologiya Kafedra: Energetika və Avtomatika İxtisas:Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi Fənn: Avtomatik idarəetmə nəzəriyyəsi Qrup: 2562a Tələbə: Allahverdiyev Coşqun Müəllim: Allahverdiyeva Solmaz Sistemdə mövcud olan siqnalları əsasən 3 qrupa ayırmaq olar: a) giriş siqnalları; b) aralıq (daxili) siqnallar; c) çıxış siqnalları; Giriş siqnalları sistemə verilən (məsələn,tapşırıq siqnalı) və ya bizdən asılı olmayaraq özü təsir edən (xarici və daxili həyəcanlandırıcı təsirlər) siqnallardan ibarətdir. Adətən bu siqnallar qabaqcadan məlum olur və ya sistemin işi zamanı identifikasiya oluna bilir. Giriş siqnallarının qiyməti çox böyük ola bilər. Onları sistemin işçi diapazonu ilə əlaqələndirmək üçün normallaşdırıcı – çeviricilərdən istifadə olunur.
Daxili siqnallar sistemi təşkil edən müxtəlif elementlərin, manqaların, qovşaqların
çıxış siqnallarıdır. Məsələn, müqayisə elementinin, tənzimləyicinin, gücləndiricilərin, çeviricilərin və s. çıxış siqnallarından ibarətdir. Bu siqnalların qiyməti çox da böyük olmayıb qida siqnalının qiymətini aşmır. Məsələn, 0 5 mA, 0 20 V, pnevmatik sistemlərdə 20 140 Kpa və s. Bundan başqa, bu siqnallar faydalı informasiya daşıdığından bir qurğunun çıxış siqnalının qiyməti sonrakı qurğunun giriş diapazonunu aşmamalıdır. Əks halda növbəti qurğu giriş siqnalının artığını qəbul etməyəcək. Bu xüsusiyyət doyma effekti adlanır və çox ziyanlıdır. Doyma mövcud olduqda sistemin iş keyfiyyətini saxlamaq üçün xüsusi tədbirlər görüllər. Çıxış siqnalı kimi ATS-də tənzimləyicinin (idarə qurğusunun) çıxışı hesab oluna bilər. Bu siqnal obyektə gedən idarə kanalında zəifləməmək üçün və icra orqanını hərəkətə gətirə bilmək üçün amplitudu və digər parametrləri dəyişdirilmədən gücləndirilir. Bu məqsədlə güc gücləndiricilərindən istifadə olunur. İcra orqanının giriş dipazonu tənzimləyicinin hasil etdiyi idarə siqnalının dəyişmə diapazonuna uyğun gəlməlidir. İcra orqanının düzgün seçilməməsi nəzərdə tutulan məqsədi poza bilər. Şəkil 1.54-də avtomatik tənzimləmə sisteminin müxtəlif nöqtələrində müşahidə olunan siqnallar göstərilmişdir. Şəkildə ölçmə sisteminə təsir edən siqnal təsadüfi siqnal şəklində göstərilmişdir. Sxemdə siqnalların mövcud əyriləri əyanilik üçün göstərilmiş və konkret məna daşımır. Siqnalların təsnifatı. Siqnalları əsasən 2 qrupa ayırmaq olar: a) determinik siqnallar; b) təsadüfi və ya stoxastik siqnallar.
Qiyməti zamanın istənilən anında məlum
olan siqnal determinik siqnal adlanır. Qiyməti məlum olmayıb yalnız verilmiş (məlum) intervaldan qiymət alma ehtimalı məlum olan siqnal təsadüfi siqnal adlanır. Əgər təsadüfi siqnal (proses) zaman üzrə dəyişirsə, onda o stoxastik siqnal adlanır. Qeyd etmək lazımdır ki, təsadüfi siqnalın qiymətinin məlum olmasına baxmayaraq o fiziki proses olduğundan onu osilloqrafın (cihaz) köməyi ilə ölçmək və müşahidə etmək mümkündür. Bundan başqa, siqnalları onların tamlığı mənasında da 2 qrupa ayırmaq olar: a)fasiləsiz (analoq) siqnallar; b)diskret siqnallar. Fasiləsiz siqnalın qiyməti zamanın istənilən anında məlum olur. Diskret siqnal isə zamanın və ya səviyyənin yalnız qeyd olunmuş (diskret) anlarında məlum olub, digər anlarında sıfıra bərabər olur. Qeyri-hamar (sınan) və müəyyən nöqtələrdə kəsilən (sıçrayış edən) siqnalları da analoq, daha doğrusu parçada analoq, siqnallarına aid etmək olar.