Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 23

Keçid proseslərinin yaranması. Kommutasiya qanunları.

Elektrik dövrələrində ayrı-ayrı budaqların qoşulması və


açılması, ayrı-ayrı hissələrin açılıb-bağlanması və
qısaqapanması, parametrlərin birdənbirə kəskin dəyişməsi
və s. hadisələr baş verə bilər. Elektrik dövrələrindəki belə
dəyişmələrə kommutasiya deyilir. Kommutasiya
dəyişmələrinin ani olaraq baş verməsini qəbul edək. Belə
dəyişmələr zamanı keçid proseslər baş verir ki, bunlar da
kommutasiyadan bir müddət (nəzəri olaraq sonsuz böyük)
sonra başa çatır. Kommutasiyanın iki qanunu var.
Kommutasiyanın birinci qanunu - Kommutasiya
anında dövrənin induktivlik olan istənilən budağındakı
cərəyan və maqnit seli öz qiymətini sıçrayışla dəyişə bilmir;
kommutasiya anında onlar bilavasitə kommutasiyadan
əvvəlki qiymətini saxlayır və sonra məhz bu qiymətdən
başlayaraq zaman keçdikcə tədricən dəyişir:

iL(0 +)=iL(0)=iL(0 −)

Kommutasiyanın ikinci qanunu - Kommutasiya anında


dövrənin istənilən budağında tutumdakı gərginlik və
elektrik yükü öz qiymətini sıçrayışla dəyişə bilməz;
kommutasiya anında tutumdakı gərginlik və yük bilavasitə
kommutasiyadan əvvəlki qiymətini saxlayır və sonra məhz
bu qiymətdən başlayaraq zaman keçdikcə tədricən dəyişir:

uC (0+)=uC (0)=uC (0−)

Energetik nöqteyi-nəzərdən induktivlikdəki cərəyanın və


tutumdakı gərginliyin sıçrayışla dəyişə bilməməsi onlarda
toplanmış enerjinin,yəni induktiv sarğacda toplanan və

bərabər olan maqnit sahəsi enerjisinin, kondensatorda


toplanan və

- yə
bərabər olan elektrik sahəsi enerjisinin sıçrayışla dəyişə
bilməməsi ilə izah olunur. Həqiqətən, enerjinin sıçrayışla
dəyişməsi induktivliklərdəki və tutumlarda sonsuz güclərin
olmasını tələb edir. Bunun isə heç bir fiziki mahiyyəti
yoxdur, çünki real mənbələr sonsuz böyük gücə malik
olmur.
Keçid, qərarlaşmış (məcburi) və sərbəst proseslər.
Keçid proseslərinin hesablanmasının ümu-mi məsələlərini
budaqlanmamış r, L, C dövrəsinin zaman etibarilə kəsilməz
dəyişən və hər hansı analitik ifadə ilə verilmiş e.h.q.
mənbəyinə qoşulması misalı üzərində araşdıraq (şək.13.1).
Şək.13.1.Ardıcıl r, L və C dövrəsi

Zamanın hər hansı istənilən anı üçün Kirxhofun ikinci


qanununu yazaq:

(13.1)
burada i − keçid prosesinin cərəyanı, yaxud keçid
cərəyanıdır.
Zaman keçdikcə elə bir məqam gəlib çatır ki, artıq
keçid prosesi ilə hesablaşmamaq olar və bu halda məcburi
(qərarlaşmış) rejim yaranır ki, onun da tənliyi bu şəkli alır:

(13.2)

burada iq − məcburi rejimin cərəyanı, yaxud qərarlaşmış


cərəyandır.
(13.1) tənliyindən (13.2) tənliyini hədbəhəd çıxara

i − iq = i s (13.3)

işarəsini qəbul edərək, aşağıdakı tənliyi alırıq:

(13.4)
və ya
(13.4,a)
Keçid və qərarlaşmış rejimlərin uyğun olaraq cərəyan və
gərginliklərinin fərqi sərbəst prosesin cərəyanı və
gərginliyi, sadəcə olaraq sərbəst cərəyan (is) və sərbəst
gərginlik (us) adlanır.
(13.3) tənliyi göstərir ki, dövrədə baş verən prosesə iki
bir-birinin üzərinə gələn proseslərin sanki birdən birə baş
vermiş qərarlaşmış və yalnız keçid prosesində mövcud olan
sərbəst proseslərin vəhdəti kimi baxmaq olar. Məhz sərbəst
toplananların təsirindən keçid prosesinin parametrləri
aramsız olaraq, tədricən öz qərarlaşmış qiymətlərinə
yaxınlaşır.
Deməli, keçid prosesində cərəyan və gərginliklər
qərarlaşmış rejimin və sərbəst prosesin toplananlarına
ayrıla bilər.

Superpozisiya prinsipi yalnız xətti dövrələrə tətbiq edilə


bildiyindən, yuxarıda göstərilən qayda ilə toplananlara
ayırma da yalnız xətti dövrələr üçün aparıla bilər.
r, L dövrəsinin qısa qapanması - Müqavimətdən və
injuktivlikdən ibarət olan r, L budağı, yəni real sarğac açar
vasitəsilə qəflətən qısa qapanır (şək.13.2).
Kommutasiyaya qədər sarğacdakı cərəyan sabit idi:

Sarğacdakı cərəyanın dəyişmə qanununu tapaq.


Kommutasiyadan sonra sarğacdakı qərarlaşmış cərəyan
sıfra bərabərdir. Deməli, i = is olacaqdır.
Şək. 13.2.r,L dövrəsinin qısa Şək. 13.3.Cərəyanın qrafiki.
qapanması.

(13.4) tənliyinə əsasən sərbəst cərəyan birtərtibli bircins


diferensial tənliyi ödəyəcəkdir:
(13.8)
və bu tənliyin ümumi həlli belə yazılacaqdır:

(13.9)

t=0 olduqda (13.9) həllindən alırıq:


is(0) = A = i(0)
yəni
burada is (0) = A − sərbəst cərəyanın başlanğıc qiymətidir.
Sərbəst cərəyanın dəyişmə əyrisi şək.13.3-də göstərilmişdir.
Zaman ölçü vahidinə malik olan kəmiyyətinə
r, L dövrəsinin zaman sabiti deyilir; bu zaman ərzində
sərbəst cərəyan sönərək özünün i s (0) başlanğıc qiymətindən
başlayaraq e dəfə azalır:

τ zaman sabitini qrafiki təyin etmək üçün i s əyrisinə


istənilən hər hansı C nöqtəsində toxunan çəkək.
BD toxunanaltısının qiyməti CBD üçbucağından tapıla
bilər. Bu halda zaman sabiti:

burada mi , mtgβ, mt − uyğun miqyaslardır. Buradan zaman


sabitinin qiymətcə istənilən toxunanaltının uzunluğuna
bərabərliyi alınır.
Zaman sabitinin tərs qiymətinə r,L dövrəsinin sönmə
əmsalı deyilir.

A inteqral sabitini başlanğıc şərtlərdən tapaq. t=0


kommutasiya anında induktivlikdəki cərəyan sıçrayışla
dəyişə bilməz:

Onda sarğacdakı cərəyan üçün alarıq:


(13.10)

Özünə induksiya e.h.q.-si

(13.11)

Energetik nöqteyi-nəzərdən r,L dövrəsindəki


qısaqapanma prosesi onunla xarakterizə olunur ki,
kommutasiyaya qədər sarğacın maqnit sahəsində toplanmış
bütün
enerjisi keçid prosesi müddətində r müqavimətində istiliyə
çevrilir:

Əgər kommutasiyaya qədər sarğacda dəyişən cərəyan


olarsa, onda keçid prosesinin xarakteri dəyişməyəcək, lakin
i(0) cərəyanı qısaqapanma anında sarğacın cərəyanına
bərabər olacaqdır.
Klassik metodla keçid prosesinin hesablanmasının
ümumi halı - Əvvəlcə qərarlaşmış rejimin hesablanması
hesablanması metodunu araşdıraq. Bir çox hallarda
təsiredici funksiya, məsələn mənbənin e.h.q.-si
ümumiləşdirilmiş formada Eme jψe pt kimi göstərilə bilər;
burada p = c+ jω− kompleks ədəddir. İfadəyə daxil olan
hərfi kəmiyyətlərin qiymətlərindən asılı olaraq, e.h.q.-nin
bu və ya digər dəyişmə qanunu alınır. Bu halda
e.h.q.-lərin ani qiymətləri ifadənin xəyali və ya həqiqi
hissələri ilə müəyyən olunur. ω≠ 0 şərti artan (c>0), azalan
(c < 0) və ya dəyişməz (c=0) amplitudalı harmonik e.h.q.-
yə uyğundur (şək.13.19).
Şək.13.19. şərti daxilində artan,azalan və dəyişməz
harmonik e.h.q-lərin qrafiki göstərilmişdir:
Şək.13.20. şərti daxilində e.h.q-lərin qrafiki

ω= 0 şərti artan (c > 0) və ya azalan (c < 0) üstlü funksiyaya


uyğundur. c = 0 olduqda e.h.q.-si sabit olur (şək.13.20).
Eme jψe pt e.h.q.-sinin qiymətini məlum qəbul edərək,
qərarlaşmış cərə-yanı Ime jαe pt şəklində axtarırıq. Bu
funksiya diferensiallama zamanı (t dəyişəni üzrə) p-yə
vurulur, inteqrallama zamanı isə p-yə bölünür. Buna görə də
Ime jαe pt ifadəsinin ilkin diferensial (və ya inteqrodiferensial)
tənlikdə yerinə yazılması cəbri tənliyə gətirib çıxarır. Bu
tənlik qərarlaşmış rejim üçün kompleks şəkildə yazılmış
tənlikdən yalnız onunla fərqlənir ki, burada jω işarəsi p ilə
əvəz edilir. Beləliklə, qərarlaşmış cərəyan üçün alırıq:

(13.65)
Sxemdən və məsələnin qoyuluşundan asılı olaraq Z(p)
kəmiyyəti ümumiləşdirilmiş giriş müqavimətini, yaxud
ümumiləşdirilmiş ötürmə keçiriciliyinin tərs qiymətinə
bərabər olan kəmiyyəti xarakterizə edir. Z(p) kəmiyyəti
uyğun kompleks müqavimətində

ilə

əvəz edilməsindən alınır. Cərəyanın ani qiymətləri Iq (t) - nin


xəyali və ya həqiqi hissəsi ilə müəyyən olunur.

You might also like