Yaddaş qurğusu - Funksional baxımdan kompyuterdə yaddaş
qurğusu iki yerə bölünür: daxili və xarici yaddaş qurğuları.
Daxili yaddaş qurğuları. Daxili yaddaş qurğusu da öz növbəsində üç yaddaşdan: əməli yaddaşdan (əsas yaddaş) – ƏY, daimi (sabit) yaddaşdan – DY və keş yaddaşından ibarətdir. Daxili yaddaş prosessorla bilavasitə əlaqədə olub, icra olunan proqramların və emal olunan verilənlərin saxlanması üçündür. Daxili yaddaşın işləmə sürəti yüksək, lakin informasiya tutumu nisbətən kiçikdir müqayisədə xarici yaddaşla. Daxili yaddaşlar aşağıdakı funksiyaları yerinə yetirir. Əməli yaddaş - texniki ədəbiyyatlarda əməli yaddaş ixtiyari secməli yaddaş olaraq RAM (Random Access Memory) kimi yazılır. Əməli yaddaş kompyuterin əsas qurğularından biri olub, informasiyanın qəbul edilməsi, saxlanması, ötürülməsi və digər qurğular arasında informasiya mübadiləsinin təmin olunması üçün istifadə olunur. Əməli yaddaş qurğusu (ƏYQ) kompyuter işləyən zaman informasiyanın saxlanması və dəyişdərilməsi məqsədi ilə qurulur. Hər hansı əməliyyatın (proqramın) icra olunması üçün işlənmiş proqram, işlənəcək proqramlar, verilənlər xarici yaddaşlardan (sərt və ya çevik maqnit disk qurğularından, fləşdən, kompaq diskdən) oxunub, əməli yaddaşa cağrılır (yüklənir) bundan sonra əməliyyat ic ra olunur. Buna görə də əməli yaddaşa əsas yaddaşda deyilir. Bu yaddaş enerjidən asılıdır. Yəni kompyuter şəbəkədən çıxarıldıqda və yaxud ƏS-mi yenidən yükləndikdə oradakı informasiya itir. Əməli yaddaş qurğusunun informasiya tutumunun Mbaytlarla ölçülür. Əməli yaddaşın tipləri çoxdur. Onların çoxundan kompyuterdə istifadə olunur. Ümumi halda onları iki tipə bölünür- statiki (SRAM) və dinamiki (DRAM) tiplərə. Ən cəld işləyən statik (SRAM) yaddaşdır. Əməli yaddaş xüsusi yadaş modullarından ibarət olan mikrosxem şəklində istehsal olunur. Hal-hazırda bunlardan ən geniş tətbiq tapanı 168-kontaklı DİMM (Dual İn-Line Memory Module) moduludur ki, hər bir modulun tutumu 512 Mb qədər ola bilər. Praktiki olaraq, indiki zamanda tutumu 256, 512, 1024 Mb olan 3 tip moduldan istifadə olunur. Ana platada 3 və ya 4 modul yerləşdir mək olur. Yaddaşa informasiyanın yazılması və oxunması təqribən 56 nanosaniyə müddətində yerinə yetirilir. Bu isə yüksəksürətli mikro prosessorun (CPU) işini ləngidir. Bu uyğunsuzluğu aradan qal dırmaq üçün Keş-yaddaşdan istifadə edilir. Daimi yaddaş - Texniki ədəbiyyatlarda bu yaddaş (Read Only Memory) ROM kimi yazılır. Bu yaddaşda tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompyuterin düzgün işləməsini yoxlayan proqram lar və s.). Daimi yaddaş enerjidən asılı deyildir, yəni kompyuter şə bəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır, silinmir. Daimi yaddaş sabit yaddaş qurğusu da adlandırılır. Bu yaddaşdan informasiyanı yalnız oxumaq mümkündür. Bu yaddaş informasiyanın saxlanması və ötürülməsi üçün istifadə olunur, yəni istifadəçilər tərəfindən bu yaddaşa informasiyanın yazılması mümkün deyildir. Informasiya bu yaddaşa onun hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Daimi yaddaşın tutumu, əməli yaddaşın tutumundan çox xeyli azdır. Daimi yaddaş mikrosxemləri informasiyanın yazılması baxımından 2 növ olur: 1. İstifadəçi tərəfindən yalnız bir dəfə (Programable ROM) istifadə oluna bilən mikrosxemlər 2. İstifadəçi tərəfindən təkrar (Erasable PROM) yenidən proqramlaşdırıla bilən mikrosxemlər. Keş yaddaş - keş yaddaş ana plata üzərində prosessorla əməli yaddaş arasında yerləşir. Keş-yaddaşa müraçiət vaxtı təxminən 56 nanosaniyə müddətindədir. Keş-yaddaşın qiyməti cox baha olduğundan onun informasiya tutumu ƏYQ-na nisbətən kiçikdir. Keş yaddaş əsasən kiçik sürətlə işləyən dinamiki yaddaşın sürətini, cəld işləyən MP ilə uyğunlaşdırmaq üçün istifadə olunur. Keş yaddaşı Mrosessorun gözləmə vaxtının ləğv edilməsinə səbəb olur ki, bu da sistemin məhsuldarlığını artırır. Ingilis dilində keş «daldalanacaq» və ya «gizli yer» mənasındadır. Texniki ədəbiyyatlarda KEŞ yaddaş «ifrat əməli yaddaş» da adlanır. Keş-yaddaşın kontrolleri (onun şinini idarə edən qurğular) Mikroprisessorla əməli yadaş qurğusunun qarşılıqlı əlaqə prosesini izləyir. Əməli yaddaşa müraciət olunan zaman secilən xanalara uyğun informasiya Keş-ə daxil edilir. Keş yaddaş əsasən iki səviyyəli olur. I səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun daxilində, II səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir. I səviyyəli keş yaddaşın məlumat tutumu (864) kbayt, II səviyyəli keş-yaddaşın məlumat tutumu (128–512) kbaytdan 2Mbayta kimi ola bilər. Hesablamaların aralıq nəticələri Keş-yaddaşda yerləşdirilir. Aydındır ki, keş-yaddaşın tutumu nə qədər böyük olarsa, sistemdə boş dayanmaların sayı o qədər azalır və məhsuldarlıq artır. Keş yaddaş xüsusi texnologiya ilə hazırlanır. Kompyuterdə keş yaddaşından istifadə olunması onun məhsuldarlığını 10-12% artırır.
Xarici yaddaş qurğuları.
Qeyd etdiyimiz kimi kompyuterlərdə xarici yaddaş kimi sərt diskdən, Diskdən, fləşdən, optiki disklərdən istifadə olunur. Xarici yaddaşa bəzən informasiya daşıyıcısı da deyilir. Əməli yaddaşdan fərqli olaraq bu yaddaşlardakı informasiya kompyuter elektrik şəbəkəsindən ayrıldıqda pozulmur. Informasiya daşıyıcısında infor masiyanın uzun müddət saxlanması üçün maqnit örtöklö ma teriallardan və digər üsullardan istifadə olunur. Şəkil 3.1. Diskin formalaşdırıdması sxemi. Maqnit diski. Maqnit diski səthi ferromaqnit təbəqəsi ilə örtölmüş dairəvi aliminium lövhədir. Diskdən istifadə etmək üçün onda müəyyən struktur yaradılır ki, bu da formatlaşdırma prosesi adlanır. Onun nəticəsində diskin hər iki özündə cəmi 80 cığır açılır 2. Əlbəttə ki, bu cığırları gözlə görmək mümkün deyildir. Bu cığırlar maqnit qatının hissəciklərinin maqnit başlıqlarından axan cərəyan vasitəsilə maqnitləşməsi nəticəsində əmələ gəlir və cığırlar xaric tərəfdən başlayaraq 00, 01, 02,…,79 kimi bir başa nömrələnir. Hər bir cığır tutumu 512 bayt olmaqla 9-18 hissəyə bölünür və hər bir hissə sektor adlanır. Sektorlar bir–birindən sektor arası aralıqla ayrılırlar. Cığırlar növbə ilə hər üzdə 40 cığır olmaqla açılır. Ona görə də çevik diskdə informasiyanı hər iki üzə eyni zamanda yazmaq və oxumaq mümkün olur (şəkil 3.1b). Sərt disk- HDD (Hard disk driver) vinçestr adlanır. Bu ad sərt disklərin diametrinin 70-ci illərdə ABŞ-da istehsal olunan tüfənglərin kalibirlərinə uyğun gəldiyi üçün adlandırılmışdı. Sərt disk qurğusu, qapalı şəraitdə bir ox üzərində yerləşən dairə şəkilli disklərdən ibarətdir. Disklərin səthi xüsusi maqnit materialla örtölmüşdür. Disklər böyük sürətlə (dəqiqədə 6000-7200) fırlanır. Vinçestrin həcmi qurğudakı disklərin sayından asılıdır. Hər diskin özünün ayrıca maqnit başlığı vardır və başlıqlar elektrik mühərrikləri vasitəsilə diskin səthi boyu irəli-geri hərəkət etdirilir. Hər bir disk cığırlara, cığırlar isə öz növbəsində sektorlara bölünür və hər sektora 512 bayt informasiya yazılır. Yəni maqnit başlığı bir müraciətdə yalnız 512 bayt informasiyanı yaza və oxuya bilər (şəkil 3.1). Sərt diskləri xarakterizə edən başlıca parametr onların tutumudur.Pentium tipli kompyuterlərə qədər sərt diskkin tutumlu Mbaytlarla, indi isə Qb və ya Tbaytlarla ölçülür. Sərt diskin funksiyası kompyuterdə istifadə olunan Əməliyyat Sisteminin, proqramların, verilənlərin, nəticələrin və digər informasiyaların saxlanmasından ibarətdir. Sərt disk 3 əsas blokdan ibarətdir. 1. Birinci blok-informasiyanı saxlayan hissədir ki, o, bir və ya bir necə şüşə (və ya metal) disklərdən ibarətdir, səthi hər iki tərəfdən maqnit materialı ilə örtülür və orayada verilənlər yazılır. Aydındır ki, verilənlər diskə necə gəldi yox, xüsusi qanuna uyğunluqla yazılır. Əvvəlcə diskdə struktura yaradılır - yəni diskin səthi konsentrik cığırlara onlarda öz növbəsində-sektorlara bölynör. Vinçestr 2 - ölçülü deyil, həcmli qurğudur. O, diskləri silindir kimi təsvir etmək 2. Ikinci blok-sərt disklərin mexanikasıdır, o, diskin fırlanmasına və oxuyan başlıqların dəqiq mövqe tutmasına cavabdeh olur. Sərt diskin hər bir işci səthinə şaquli istiqamətdə yerləşən bir oxuyan başlıq uyğun gəlir. Bu da o deməkdir ki, hər bir zaman anında bütün başlıqlar eyni nömrəli cığırlarda yerləşəcəkdir, yəni onlar bir silindir hüdudunda işləyirlər. 3. Üçüncü bloka-verilənlərin emalına, mümkün ola bilən səhvlərin təshihinə və mexaniki idarəsinə cavabdeh olan mikrosxemdir. Bu gunkü gündə standart kimi sərt diskin fırlanma sürəti 7200 dövr/dəq - qəbul olunduğu halda, IBM firması bu sürəti 10000 dövr/dəq təklif edir. Vinçestirdə - tutumu cox böyük olmayan cəld işləyən "bufer" yaddaş vardır ki, bu bufer Keş adlanır - kompyuter tərəfindən tez-tez istifadə olunan verilənlər burada saxlanılır. Müasir kompyuterlərdə onun tutumu 2 Mb-olur. Amma 2002 - ci ildə Westem Digital kompanyası rekord həcimli (8 Mb) keş yaddaşlı vinçestr istehsal etdi. Hal-hazırda istifadə olunur. Compakt disk (optik disk) - informasiyanın kompakt diskə lazer üsulu ilə yazılması FK-in yaranmasından cox əvvəl yaranmışdır. Lazer texnologiyası rus alimləri Aleksandr Proxorova və Nikolay Basova məxsusdur onlar ilk soyuq lazer təklif etmişlər və bu təklif nəinki kompakt disklərin, həmçinin bir sıra kompyuter və məişət qur ğularının əsasını təşkil etmişdir. 1964-cü ildə hər iki alim Nobel mü kafatı almışdır. Bütün optik disklərdə informasiya daşıyıcısı kimi, səthinə işıq şüasını əks etdirən nazik maddə qatı çəkilmiş polikarbonatdan düzəldilmiş relyefdən istifadə edilir. Diskdən informasiya oxunduqda şüa gah udulur, gah da əks olunur. Nəticədə, biz məntiqi sıfır və ya vahid almış oluruq. Bu günkö gündə artıq onlarla standart optik disklər mövcuddur ki, onlar yazılma üsuluna və tutumuna görə bir- birindən fərqlənirlər. Ilk CD-ROM qurğusu 1983-cü ildə yaradılmasına baxmayaraq, onlar yalnız 1990-cı ildə kompyuterlərdə istifadə olunmuşdur. Bu disklərdən informasiyanın yazılmasını və oxunmasını uzunluğu 780 nanometr olan Lazer şüaları vasitəsilə həyata kecirilir. Standart kompakt - diskin tutumu 700 Mb - a qədər olur. Əvvəllər kompyuter istifadəçiləri kompakt diskləri hazır yazılmış şəkildə alırdı, 90-cı ildə vəziyyət dəyişdi. Bu diskləri bir necə dəfə yazıb oxumaq mümkün oldu və CD-RW yaradıldı. Yalnız oxunan Compakt disklərdə diskin səthinə işığa həssas qat çəkilir, yüksək temperaturlu lazer şüası onun üzərinə düşdökdə iz nöqtə qalır. Oxunma vaxtında həmin nöqtə şüanı əks etdirməyib, onu udur, lazer düşməyən səth isə şüanı əks etdirir. Yazılıb-oxunan CD-RW disklə rində isə digər texnogiyadan istifadə olunur. Burada da şüanı əks etdirən və şüanı udan sahələ olur. Lakin CD-ROM və CD-R disklərində olduğu kimi, bu çöküklər və təpəciklər şəklində olmur. CD-RW diski özlüyündə qat-qat olan piroqa oxşayır ki, burada metal əsasda işçi aktiv qat yerləşir. O, xüsusi materiallardan hazırlanır və lazer şüasının təsiri altında öz vəziyyətini dəyişdirir. Kristallik vəziyyətdə olaraq, qatların bəziləri işığı əks etdirir, digərləri isə amorf vəziyyətdə olduqları üçün şüanı özündən buraxıb, metal qata ötürür. Bu cür texnologiya sayəsində diskə həm informasiya yazmaq, həm də oxumaq olur. 1996-ci ildə ilk dəfə olaraq DVD videodiski yarandı. Xarici görünüşünə və informasiyanın yazılma üsuluna görə bu disk CD-ROM-dan çox fərqlənmədi. Bu diskin əsas üstün cəhəti onun tutumunun böyük olmasıdır. Bir tərəfli və bir qatlı ən sadə DVD-nin tutumu 3,2 Qbaytdan 4,7 Qbayta qədər ola bilir ki, bu adi CD diskinin tutumundan 7 dəfə coxdur. DVD daxilində cox qatlı və iki tərəfli ola bilər, bu halda onun tutumu 17 Qb çatdıra bilir.