Riyazi Analiz - 1 SƏRBƏST Iş.

You might also like

Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 16

Funksiyanın ekstemumu.

Ekstemumun varlığı üçün


zəruri şərtlər.
Fərz edək ki, y = f(х) funksiyası [а,b] parçasında təyin
olunmuşdur və х0 ∈ [а;b] -dir.
Əgər х = х0 nöqtəsinin hər hansı [x0 - δ : x0+ δ] (δ > 0) ətrafında
yerləşən bütün x nöqtələrində

bərabərsizliyi ödənilərsə, onda deyirlər ki, f(х) funksiyasının х0


nöqtəsində lokal maksimumu (minimumu) var. f ( xo ) ədədinə
funksiyanın lokal maksimum (minimum) qiyməti deyilir.
Funksiyanın lokal maksimumuna və lokal minimumuna birlikdə
funksiyanın lokal ekstemumu deyilir.
Teorem (Lokal ekstemumun varlığı üçün zəruri şərt).
Əgər diferensiallana bilən y = f(х) funksiyasının х = х0 nöqtəsində
lokal ekstemumu varsa, onda onun törəməsi həmin nöqtədə sıfra
bərabərdir, yəni f* (x0) = 0
Müəyyən olmaq üçün х = х0 nöqtəsində f(х) funksiyasının lokal
maksimum qiymət aldığını fərz edək. Onda ixtiyarı kiçik ∆х artımı
üçün
Buradan isə ∆х > 0 olduqda alarıq.

∆х < 0 olduqda alırıq. Bu bəbərsizliklərdə


∆х → 0 şərtində limitə keçsək alarıq:

(2) və (3) bərabərsizlikləri birlikdə yalnız olduqda


doğrudur.
Verilmiş funksiyanın böhran nöqtəsində lokal ekstemumun
qiymətinin olduğunu yoxlamaq üçün kafi şərtlər verək.
I-kafi şərt: y = f(х) funksiyası х = х0 böhran nöqtəsinin müəyyən
ətrafında kəsilməyən və həmin ətrafda ( х0 - nöqtəsi müstəsna ola da
bilər) diferensiallanandırsa, onda:
1. funksiyanın f ′(х) törəməsi х < х0 olduqda f ′(х) > 0 və х > х0
olduqda isə f ′(х) < 0 olarsa, həmin nöqtədə funksiyanın lokal
maksimumu var;
2. funksiyanın f ′(х) törəməsi х < х0 olduqda f ′(х) < 0 və х > х0
olduqda isə f ′(х) > 0 olarsa, həmin nöqtədə funksiyanın lokal
minimumu var;
3. Əgər f ′(х) törəməsi х < х0 və х > х0
olduqda işarəsini dəyişmirsə, onda х0 nöqtəsində funksiyanın lokal
ekstemumu yoxdur.
II Kafi şərt: Əgər х0 nöqtəsinin müəyyən ətrafında təyin olunmuş
y = f (х) funksiyasının х0 nöqtəsində ikinci tərtib törəməsi varsa və
f ′ (х0 ) = 0 ′ və f ′(х0 ) ≠ 0 -dırsa, onda:
1. f ′′ (х0) < 0 olduqda funksiyanın х0 nöqtəsində lokal
maksimumu vardır;
2. f ′′ ( х0) > 0 olduqda funksiyanın х0 nöqtəsində lokal minimumu
vardır.
III Kafi şərt: Əgər y = f (х) funksiyasının х0 böhran nöqtəsində
n-ci tərtibə qədər kəsilməyən və
şərtlərini ödəyən törəmələri varsa, onda:

1. n cüt ədəd və olduqda funksiyanın х0 nöqtəsində


lokal maksimumu var;
2. n cüt ədəd və olduqda funksiyanın х0 nöqtəsində
lokal minimumu var;
3. n tək ədəd olduqda funksiyanın х0 nöqtəsində lokal ekstemumu
yoxdur.
Qabarıq və çökük əyrilər. Əyrinin əyilmə nöqtəsi .
Müstəvi üzərində y = f (х) funksiyasının əyrisini götürək və f (х)
funksiyasının diferensiallanan olduğunu fərz edək. Onda əyrinin
[а;b]intervalına uyğun bütün nöqtələri, bu nöqtələrdəki əyriyə
çəkilmiş istənilən toxunandan aşağıda (yuxarıda) yerləşirsə, onda
[а;b] intervalında əyri qabarıq (çökük) adlanır.

Teorem. Tutaq ki, f(х) funksiyasının [а;б] intervalında sıfırdan fərqli


iki tərtib törəməsi vardır (f ′′(х) ≠ )0 . Onda:
1) f ′′(х)< 0 olduqda f (х) funksiyası [а;б] intervalında qabarıqdır;
2) f ′′(х) > 0 olduqda f (х) funksiyası [а;б] intervalında çökükdür.
Əyrinin əyilmə nöqtəsi.
Kəsilməyən əyrinin qabarıq hissəsini çökük hissəsindən ayıran
nöqtəyə əyrinin əyilmə nöqtəsi deyilir.
Əyilmə nöqtəsinin tərifindən aydındır ki, bu nöqtədə toxunan
əyrini kəsir, çünki bu nöqtədən bir tərəfdə əyri toxunandan yuxarıda,
digər tərəfdə əyri toxunandan aşağıda yerəlşir.
Əyilmə nöqtəsinin varlığı üçün zəruri və kafi şərtləri qeyd edək.

Zəruri şərt. y = f (х) funksiyasının х = х0 nöqtəsində ikitərtibli


kəsilməz törəməsi varsa və М (х0, f (х0 )) nöqtəsi onun qrafikinin
əyilmə nöqtəsidirsə, onda f ′′ (х0 ) = 0 olur.
Qeyri müəyyənliklərin açılışı, Lopital teoremi.
Aşağıdakı kimi qeyri-müəyyənliklər vardır:

Əvvəlcə şəklində olan qeyri-müəyyənliklərin açılışının»


hesablama qaydasını verək.
1) Tutaq ki, olduqda

limitini tapmaq lazımdır. Bu halda limitinə kəsrin limiti


haqqında teoremi bilavasitə tətbiq etmək olmaz. Belə limitlərin
hesablanmasına adətən, şəklində olan qeyri-müəyyənliklərin
açılışı» deyilir. Qeyri - müəyyənlikləri açmaq üçün limitlər
nəzəriyyəsindən bir sıra sadə üsullar məlum olmasına baxmayaraq,
diferensial hesabını tətbiq edərək qeyri-müəyyənlikləri açmaq üçün
ümumi metod almaq olar. Bu metodu Lopital verdiyindən ona
qeyri-müəyyənliklərin açılışı üçün Lopital qaydası da deyilir.
Teorem (Lopital qaydası). Tutaq ki, f (х) və ϕ(х) funksiyaları х
= а nöqtəsinin müəyyən ətrafında (a nöqtəsi müstəsna olmaqla)
təyin olunmuş, diferensiallanan, və həmin
ətrafda ϕ′(х) ≠ 0 şərtini ödəyən funksiyalardır. Onda
limiti varsa, limiti də vardır və

olur.

Tutaq ki, f (х) və ϕ(х) funksiyaları Koşi teoreminin şərtlərini [а,b]


parçasında ödəyir və х = а nöqtəsində sıfra çevirirlər, yəni
f (а) = ϕ(а) = 0 .
Onda [а,х] parçasında Koşi düsturunu yazsaq
1)-dən

Buradan olur.

Əgər f (х) və ϕ(х) funksiyalarının х = а nöqtəsinin müəyyən


ətrafında n tərtibli törəmələri varsa və
olarsa, törəmələri üçün teoremin şərtləri ödənərsə,
Lopital qaydasını n dəfə ardıcıl tətbiq etməklə

bərabərliyini almaq olar. (Burada limitinin sonlu


olduğu fərz olunur)
Qeyd edək ki, limitinin olmasından
limitinin olması alınmır.
2) şəklində olan qeyri-müəyyənliklərin açılışını verək.

Teorem (Lopital qaydası). Əgər f (х) və ϕ(х) funksiyaları х = а


nöqtəsinin müəyyən ətrafında (a nöqtəsi müstəsna olmaqla) təyin
olunmuşsa, diferensiallanandırsa və ϕ′(х) ≠ 0 (a nöqtəsinin həmin
ətrafında) şərti ödənirsə və olarsa onda

(2)
limiti varsa, limiti də vardır və

olur.
Teorem isbatsız qəbul olunur.Əgər f (х) və ϕ(х) funksiyalarının
х = а nöqtəsinin müəyyən ətrafında n tərtibli törəmələri varsa,

limiti sonludursa, onda

olur.

You might also like