Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 20

Transformator eyni tezlikdə bir gərginlikli dəyişən cərəyanı başqa

gərginlikli dəyişən cərəyana elektromaqnit induksiyası vasitəsilə


çevirən statik elektromaqnit aparatdır.
Transformatorların təyinatı. Transformator vasitəsilə gərginlik
artırılır və ya azaldılır, fazaların sayı və bir çox hallarda isə dəyişən
cərəyanın tezliyi dəyişdirilir . Elektrik siqnallarının bir dolaqdan
digərinə qarşılıqlı induksiya vasitəsilə ötürülməsinin mümkünlüyü
1831- ci ildə Faradey tərəfindən kəşf edilmişdir (polad nüvəyə
sarınmış dolaqların birində cərəyan dəyişən zaman digər dolaqda
elektrik hərəkət qüvvəsinin, induksiyalanması).
Transformatorların tətbiq sahələri. Transformatorlardan
aşağıda qeyd olunan məqsədlər üçün geniş istifadə olunur.
1.Elektrik təchizatı sistemlərində elektrik enerjisinin ötürülməsində
və paylanmasında istifadə olunan transformatorlar. Adətən elektrik
stansiyalarında dəyişən cərəyan generatorları 6…24 kV gərginlikli
elektrik enerjisi hasil edir. Elektirik enerjisinin uzaq məsafəyə
yüksək gərginliklə ötürülməsi səmərəli olduğundan hər bir elektrik
stansiyasında gərginliyi yüksəldən transformatorlar quraşdırılır.
Hazırda müasir yüksək gərginlikli elektrik veriliş xətləri üçün
gərginliyi 330, 500 və 750 kV, gücü 1200, 1600 MVA qədər olan yağ
ilə soyudulan güc transformatorları tədbiq edirlər. Elektrik enerjisi
sənaye və kənd təsərrüfatı müəssisələrinə, şəhər və kənd yaşayış
məntəqələrinə 220, 110, 35, 20, 10 və 6 kV gərginlikli hava və kabel
xətləri vasitəsilə paylanır.
2. Çevirici qurğularda ventillərin lazımı sxemlərə qoşulmasının
təmin edilməsində, çevricinin girişində və çıxışında gərginliklərin
uyğunlaşdırılmasında tətbiq olunan
transformatorlar.Ventilli çeviricilərdə dəyişən cərəyanın 111 sabit
cərəyana çevirilməsində və əksinə sabit cərəyanın dəyişən cərəyana
çevirilməsində (invertorlar) girişdə və çıxışda gərginliklərin nisbəti
ventillərin qoşulma sxemlərindən asılıdır. Buna görə əgər
çeviricinin girişinə standart gərginlik verilərsə, o vaxt onun
çıxışında qeyri standart gərginlik alınır. Bu nöqsanı aradan
qaldırmaq üçün ventillərin qəbul edilmiş qoşulma sxeminə görə,
standart çıxış gərginliyi ilə təmin etmək məqsədilə tətbiq olunan
transformatorlar çevirici transformatorlar adlanır
3. Müxtəlif elektromexaniki qurğularda texnoloji məqsədlər üçün:
qaynaq (qaynaq transformatorları), elektrotermiki qurğuların (soba
transformatorları) qidalandırılması və s. Bu transformatorların
gərginliyi 10 kV qədər, gücü isə on min kilovolt amperə çatır, 50 Hz
tezlikdə işləyir.
4. Rabitə qurğularında, avtomatika və telemexanika radio və
televiziya aparatlarının dövrələrinin elektrik enerjisi ilə
qidalandırılmasında, ayrı-ayrı avtomatika elementlərinin girişində
və çıxışında gərginliklərin uyğunlaşdırılmasında və s. Bu
qurğularda istifadə olunan transformatorlarının gücü kiçik (bir neçə
volt amperdən bir neçə kilovolt amperə qədər) gərginliyi (alçaq
gərginlikli) isə aşağı olur, 50 Hz və daha çox tezliklərdə işləyir.
5. Elektrik ölçü qurğularında elektrik ölçü cihazlarının yüksək
gərginlikli və ya cərəyanlı dövrələrə qoşulmasında, ölçü
cihazlarının ölçmə həddlərinin genişləndirilməsində, relelərin
dolaqlarının qidalandırılmasında, təhlükəsizliyin təmin edilməsində
və s. istifadə olunur. Bu məqsədlə istifadə olunan transformatorlar
ölçü transformatorları adlanır. Elektrik ölçü cihazlarının, relelərin
və s. tələbat gücü kiçik olduğundan bu növ transformatorların gücü
112 digər növ transformatorlarla müqayisədə çox kiçik olur.
Transformatorun elektromaqnit sxemi və işləmə prinsipi.
Birfazalı ikidolaqlı transformatorun elektromaqnit sxemi şək.6.1 –
də verilmişdir. Transformator ferromaqnit materialından
hazırlanmış qapalı maqnit keçiricisindən (3) və onun çubuqlarında
yerləşdirilmiş iki ədəd (1 və 2) dolaqdan ibarətdir.
Dolaqlar arasında elektromaqnit əlaqə vardır. Bu əlaqə dəyişən
maqnit seli vasitəsilə yaranır. Ferromaqnit keçirici dolaqlar
arasındakı maqnit əlaqəsini gücləndirmək üçündür.Transformatorun
dəyişən cərəyan şəbəkəsindən enerji alan dolağı birinci dolaq
(şək.6.1, 1–dolaq), şəbəkəyə enerji verən dolağı (şək. 6.1, 2–dolaq)
isə ikinci dolaq adlanır.

Şək. 6.1. Birfazalı transformatorun elektromaqnit sxemi 1 – birinci tərəf dolağı; 2 – ikinci tərəf dolağı; 3 –
maqnit keçiricisi
İşləmə prinsipi. Transformatorun işləmə prinsipi qarşılıqlı
induksiya prinsipinə əsaslanır. Əgər transformatorun dolaqlarıdan
birini (1) dəyşən gərginlik mənbəyinə qoşsaq (şək.6.1), onda bu
dolaqda I1 cərəyanı yarnır. Bu cərəyan transformatorun maqnit
keçiricisində (3) dəyişən maqnit seli əmələ gətirir. Bu maqnit seli
hər iki dolağı kəsir və onlarda elektrik hərəkət qüvvəsini (EHQ)
induksiyalayır. Dolaqlarda sarğılar sayı müxtəlif olduğundan,
onlarda induksiyanın EHQ-ri qiymətcə bir-birindən fərqlənir.
Sarğılar sayı çox olan dolaqda induksiyalanan EHQ-nin qiyməti
böyük, sarğılar sayı az olan dolaqda isə EHQ-nin qiyməti kiçik
olacaqdır. Birinci dolaqda induksiyalanan EHQ təxminən tətbiq
olunan gərginliyə bərabər və onu tam müvazinətləşdirir.
İkinci dolağa (2) müxtəlif elektrik enerjisi tələbediciləri qoşurlar. Bu
qoşulan tələbedicilər transformatorun yükü adlanır. İkinci dolaqda
induksiyalanan EHQ təsirindən I2 cərəyanı əmələ gəlir və sıxaclarda
U2 gərginliyi yaranır.İkinci dolaqda yaranan I 2, U2 cərəyan,
gərginlik birinci dolaqda yaranan I1, U1 cərəyan, gərginlikdən
fərqləndiyinə görə transformatorda elektrik enerjisinin
parametrlərinin dəyişməsi baş verir. Yəni şəbəkədən birinci dolağa
verilən U1 gərginlikli və I1 cərəyanlı elektrik enerjisi maqnit sahəsi
vasitəsi ilə U2 gərginliklə və I2 cərəyanla ikinci dolağa ötürülür.
Transformatoru sabit cərəyan mənbəyinə qoşmaq olmaz.
Transformatorun əvəz sxemi. Transformatorun birinci və ikinci
tərəf dolaqları arasında maqnit əlaqəsi vardır. İş rejimlərinin
hesabatında və işçi xarakteristikaların qurulmasında maqnit
əlaqəsinin elektrik əlaqəsi ilə əvəz edilməsi əlverişli sayılır. Çünki,
bu halda transformatorun işinin tədqiqi sadələşir və onun hesabatı
isə nisbətən sadə elektrik dövrələrinin hesabatı kimi aparılır.
Transformatorun dolaqları arasındakı maqnit əlaqəsinin elektriki
əlaqə ilə əvəz edilməsi elektrik sxemi transformatorun əvəz sxemi
adlanır. Bu sxemin strukturası elə seçilir ki, o transformatorun iş
prosesini təsvir edən tənliklərə (7.21)…(7.23) uyğun olsun. Bunun
üçün bu tənliklərdə müəyyən çevirmələr aparılmalıdır.
Dolaqlarda E1, və E2, EHQ-ni Ф, maqnit seli tərəfindən, Ф maqnit
selini isə I12 maqnitləşdirici cərəyan yaradır. Buradan aydın olur ki,
EHQ ilə maqnitləşdirici cərəyan arasında müəyyən əlaqə vardır.
Transformatorun vektor diaqramından görünür ki,(bax şəkil 7.8) E 1
və E′2 EHQ-ri I′12 cərəyanından fazaca geri qalır. Bu göstərilənləri
nəzərə almaqla E1 və E′2 EHQ ilə I12 maqnitləşdirici cərəyan
arasında asılılıq kompleks formada aşağıda göstərilən bərabərliklə
ifadə oluna bilər:

burada Z12 = r12+ jx12 – kompleks mütənasiblik əmsalı və ya tam qarşılıqlı induksiya
müqaviməti adlanır.
Dolaqların qarşılıqlı induksiya müqavimətini x 12 maqnit
keçiricisində qapanan əsas maqnit seli əmələ gətirir. r 12 fiktiv
müqavimət olub, aşağıda göstərilən düsturla təyin edilir:

burada Pm – maqnit itkiləri; m – fazaların sayıdır. Adətən güc


transformatorlarında x12 >> r12 olur.
İkinci tərəf dolağının gərginliyi U′2 aşağıdakı kimi ifadə oluna bilər:
burada Z′yük – transformatora qoşulmuş yük müqavimətinin çevirilmiş qiymətidir.

(7.24), (7.25) – ni nəzərə almaqla (7.21)…(7.23) tənlikləri aşağıdakı


şəkil alır:

(7.26)…(7.28) tənliklərini birlikdə həll etsək onda alarıq:


burada Ze – ekvivalent müqavimətdir. Ekvivalent müqavimətə dövrənin tam müqaviməti kimi
baxmaq olar və onun sxemi şəkil 7.9 – də verilmişdir

Aşağıda göstərilən sxem (7.26) … (7.28) tənliklərin bütün tələblərini


ödəyir. A, 1, 2, X konturu birinci tərəf dolağının 7.26), a, 1, 2, x
konturu ikinci tərəf dolağının (7.27), 1 – 2 isə (7.28) tənliyinə uyğun
gəlir. Şəkil 7.9 – da təsvir olunan sxem transformatorun əvəz sxemi
adlanır.
Transformatorun vektor diaqramı. Transformatorun vektor
diaqramını (7.21)…(7.23) kompleks tənliklərə əsasən qururlar. Bu
diaqramlar dolaqlardakı cərəyanlar, EHQləri və gərginlikləri
arasındakı nisbətləri göstərir. Diaqramların qurulma ardıcıllığı
ondan asılıdır ki, hansı kəmiyyətlər verilib və hansı kəmiyyətlərin
qiymətini vektor diaqramının qurulması nəticəsində tapmaq tələb
olur. Şək.7.8.-də aktiv-induktiv (a) və aktiv-tutum (b) xarakterli
yükdə işləyən transformatorun vektor diaqramı göstərilmişdir.
Şək. 7.8. Aktiv-induktiv (a) və aktiv -tutum (b) xarakterik yükdə transformatorun vektor
diaqramları
Diaqram qurularkən fərz edilir ki, Фm maqnit seli məlumdur.
Diaqramın qurulması Фm maqnit seli vektorunu absis oxunun
müsbət istiqamətində çəkilişi ilə başlanır. Sonra bu maqnit selini
yaradan və Фm vektorunu bucağı qədər qabaqlayan I12 ≈ I0
maqnitləşdirici cərəyanın vektoru qeyd edilir. Фm seli tərəfindən
yaranan E1 və E′1 = E1 EHQ-ləri maqnit selindən 90 geri qaldıqları
üçün E′2 = E1 vektorunu maqnit seli vektoruna nisbətən geri qalan
90 bucaq altında qururuq. Yükün xarakterindən asılı olaraq E′ 2=E1
vektoruna müəyyən bucaq altında I′2 cərəyanı vektorunu çəkirik. E′2
vektorunun ucundan –jI′2x′2 vektorunu I′2 cərəyan vektoruna
perpendikulyar olaraq qeyd edirik, sonra –jI′ 2x′2 vektorunun
ucundan I′2 vektoruna paralel –I′2r′2 vektorunu qururuq.
E′2 vektorunun başlağıcını I′2r′2 vektorunun sonuilə birləşdirərək U′2
ikinci tərəf gərginliyinin vektorunu alırıq. Transformatorun
cərəyanlar tənliyinə uyğun olaraq I12vektorunun ucundan I′2 cərəyan
vektoruna paralel və ona əks istiqamətdə I′2 vektorunu çəkirik. Sonra
I12 vektorunun başlanğıcı ilə – I′2 vektorunun son ucunu
birləşdirərək transformatorun birinci tərəf dolağının cərəyan I 1
vektorunu alırıq. Cərəyan vektoru I1 qurulduqdan sonra birinci
dolağa tətbiq edilən U1 gərginliyi (7.21) tənliyindən uyğun olaraq
üç mürəkkəbənin cəmi kimi, yəni – E1, I1r1, jI1x1 vektorlarının cəmi
kimi təyin edilir.
Transformatorun xarici xarakteristikası. U1 = U1n =const,
f=fn=const və cosφ2 = const şəraitində U2 = f(I2) və ya U2 = f(β)
asılılığına transformatorun xarici xarakteristikası deyilir. Bu
xarakteristikaları qurmaq üçün aşağıdakı düsturdan (3.8) istifadə
etmək olar.

Yük əmsalının 0 < β <1 qiymətlərində xarici xarakteristikalar


praktiki olaraq düzxətli alınır (şəkil 8.3).
Qısaqapanma gərginliyinin və mürəkkəbələri u q.a, uq.r müəyyən
dərəcədə transformatorun nominal gücündən asılıdır. Orta və böyük
güclü transformatorlarda reaktiv mürəkkəbə u q.r aktiv mürəkkəbədən
uq.a xeyli böyükdür. Odur ki, belə transformatorlarda reaktiv
xarakterli yük ikinci tərəf gərginliyinin daha çox dəyişməsinə səbəb
olur, yəni cosφ2 nə qədər kiçik olsa xarici xarakteristika aşağıdan
gedir. Aktivinduktiv xarakterli yüklərdə həmişə U′ 2<U1 aktiv-tutum
xarakterli yüklərdə isə φ2-nin müəyyən qiymətlərində U′2 >U1 ola
bilər
Şək. 8.3. Transformatorun xarici xarakteristikaları

You might also like