Tətbiqi Fizika

You might also like

Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 19

Azərbaycan Texniki Universiteti

Sərbəst işin mövzusu: Elektroavtomatikada istifadə olunan


elektromaqnitlər, rele,onların növləri və iş prinsipinin fiziki izahı

Fənn: Tətbiqi Fizika


Kurs: 1
Fakültə: Energetika və Avtomatika (Alman mühəndisliyi)
Qrup: 8223 A4
Müəllim: Səfərova Sevinc
Tələbə:
Maqnetizm
Maqnetizmin tarixi min illər əvvəl Kiçik Asiyanın Maqneziya kimi tanınan bir
bölgəsində bir-birini cəzb edə bilən daşlar tapıldığı zaman başladı. Bu
daşlara kəşf olunduqları ərazinin adı ilə bağlı olaraq “maqnit” deyildi.
Elektrik cərəyanı maqnit sahəsi meydana gətirir.

•Maqnit sancaq, mismar və dəmirdən hazırlanan digər cisimləri cəzb edir.


•Hər hansı bir maqnitin iki qütbü var: şimal və cənub.
•Eyni qütblər bir-birini dəf edir, fərqli qütblər isə cəzb edir.
•Bir maqnit yarıya bölünürsə, iki yeni maqnit ortaya çıxır.
•Maqnit monopolu heç vaxt müşahidə edilməmişdir.
Maqnit sahəsi. Maqnit sahəsinin induksiya vektoru.

Erstedin müşahidə və təcrübələri göstərir ki, elektrik yükləri öz


ətrafında elektrostatik sahə yaratdığı kimi, elektrik cərəyanı da (sabit
maqnitlər də) onu əhatə edən fəzada maqnit sahəsi adlanan sahə yaradır.
Bu sahənin mövcudluğunu, onun cərəyanlı naqilə (və ya maqnit əqrəbinə)
təsiri ilə aşkar etmək olar. Cərəyanlı naqilin ətrafında yaranan maqnit
sahəsinin maqnit əqrəbinə yönəldici təsirini ilk dəfə (1820) X.Ersted müşahidə
etmişdir.
Bildiyimiz kimi, elektrik sahəsi həm sükunətdə olan, həm də
hərəkətdə olan yüklərə təsir edir. Maqnit sahəsinin mühüm xüsusiyyəti isə
odur ki, o, ancaq hərəkətdə olan elektrik  yüklərinə təsir edir. Təcrübələr
göstərir ki, maqnit sahəsinin cərəyanan təsiri, cərəyan axan naqilin
formasından, onun ölçülərindən, yerləşməsindən və cərəyanhəm
qiymətindən, həm də istiqamətindən asılıdır.
Elektrik sahəsin tədqiq etmək üçün nöqtəvi sınaq yükündən
istifadə edildiyi kimi, maqnit sahəsini tədqiq etmək üçün ölçüləri çox kiçik,
qapalı, müstəvi cərəyanlı çərçivədən (konturdan) istifadə edirlər. Belə kontura
maqnit sahəsi yönəldici təsir edir.
Hər bir maddə xarici maqnit sahəsinin təsiri altında maqnitlənir və əlavə maqnit sahəsi yaradır. Belə
maddələrə Maqnetiklər deyilir. Bu zaman yekun maqnit sahəsinin induksiyası :
(1)
Burada, - yekun maqnit sahəsinin induksiyası, - maqnitlənən maddədə əmələ gələn əlavə maqnit
sahəsi, - cərəyanın yaratdığı maqnit sahəsidir.
Maddələrin maqnitlənməsini izah edən Amper fərziyyəs belədir:
Hər bir dairəvi cərəyanın maqnit momenti vardır və öz ətrafında maqnit sahəsi yaradır. Xarici maqnit
sahəsi olmadıqda molekulyar cərəyanlar xaotik yerləşdiyindən onların yaratdığı maqnit sahəsi sıfıra
bərabər olur və maddənin yekun maqnit momenti də sıfıra bərabər olur.
Xarici maqnit sahəsinin təsiri altında molekulların maqnit momenti bir istiqamətdə düzülür, nəticədə
maddə maqnitlənir və sahəsi yaranır.
-in qiymət və istiqamətindən asılı olaraq maqnetiklər
a)Üç cür olur və aşağıdakılardır:Elə maddələr vardır ki, onların maqnitlənməsi zamanı yaranan maqnit
sahəsinin - induksiyası xarici maqnit sahəsinin - induksiyasının əks istiqamətində yönəlir. Belə
maddələrə diamaqnit maddələr deyilir.
b) və vektorları eyni istiqamətdə olan maddələr paramaqnit maddələr adlanır.
c) Maqnitlənmə zamanı yaranan maqnit sahəsi xarici maqnit sahəsi induksiyasından çox-çox böyük
olub, onunla eyni istiqamətdə olur. Belə maddələr ferromaqnit maddələr adlanır.
Maqnetikin vahid həcmində yaranan maqnit momentlərinin cəminə maqnitlənmə vektoru deyilir.
Burada - bir molekulun maqnit momentidir
6. Maqnitiklər: Paramaqnetiklər

Diamaqnetiklərdən fərqli olaraq paramaqnit adlanan maddələr var ki, bu maddələr


xarici maqnit sahəsində sahə istiqamətində maqnitlənirlər. Xarici maqnit sahəsi
olmadıqda paramaqnit maddələrdə elektronların maqnit momentləri bir-birini
kompensasiya etmirlər, ona görə də atomlar (molekullar) sabit maqnit momentinə
malik olurlar. Lakin bu maqnit momentləri atom və molekulların xaotik istilik hərəkəti
nəticəsində xaotik yönəlirlər, ona görə də maddə butövlukdə maqnitlənməmiş olur.
Paramaqnitləri xarici magnit sahəsinə gətirən kimi atomların maqnit momentləri sahə
istiqamətində müəyyən bir üstün istiqamətdə yönəlməyə çalışırlar.
6. Maqnitiklər: Ferromaqnetiklər

Xarici maqnit sahəsi olmadıqda belə maqnitlənmə vektoru sıfırdan


  
fərqli olan maddələrə ferromaqnetiklər deyilir. Nikel, kobalt, onların
ərintiləri və birləşmələrini ferromaqnitlərə misal göstərmək olar.
Onların maqnitlənmə vektoru dia– və paramaqnetiklərin maqnitlənmə
 
B  0 H  J
vektorundan 1010 dəfə böyük ola bilir.
1. Ferromaqnetiklərin xarakterik xüsusiyyəti onlarda   və  
JH
asılılıqlarının qeyri–xətti olmsıdır. Dia– və paramaqnetiklərdə
  BH  
 
 
JH
asılılığı xətti olur. Ferromaqnitlərdə isə bu asılılıq qeyri-xəttidir.
Bu asılılığın qeyri-xətti olmasının səbəbi odur ki, əvvəlcə  artdıqca
   H
J  H J
də artır və –ın müəyyən qiymətindən sonra doyma halına
H 
çatır, çünki artdıqca maqnit momentləri sahə istiqamətində yönələn
H
atomların sayı da artır və -ın müəyyən bir qiymətində artıq,

atomların hamısının maqnit momentləri sahə istiqamətində yönəlir 
H J
və maqnit doyması müşahidə edilir. Bundan sonra artsa da
demək olar ki, artmır.
Bu materiallara xas olan maraqlı
xüsusiyyətlər bu materiallar əsasında maqnit
sahəsinə həssas, daha doğrusu maqnit
sahəsini qeyd edən və ölçə bilən yüksək
keyfiyyət və dəqiqliyə malik cihazlar
düzəltməyə imkan verir. Bu cihazlar Holl
qeydediciləri, maqnitorezistorlar,
maqnitodiodlar, bipolyar maqnitotranzistorlar,
iki kollektorlu maqnitotranzistorlar, bir keçidli
maqnitotranzistorlardır.
Holl effekti.
Amerikan fiziki Holl 1880-ci ildə belə bir təcrübə qoymuşdur. O, nazik qızıl
lövhədən cərəyan buraxmış və lövhənin cərəyana parallel yuxarı və aşağı
üzlərində, eyni en kəsikdə, bir- birinə əks olan A və C nöqtələri arasında ∆φ
potensiallar fərqini ölçmüşdür (Şəkil 1).

Bu nöqtələr naqilin eyni en kəsiyində yerləşdiyindən təbii ki, onların potensialları eyni
və ∆φ=0 olmuşdur. Amma bu cərəyanlı metal lövhəni cərəyana perpendikulyar yönəlmiş
maqnit sahəsində yerləşdirdikdə A və C nöqtələrinin potensialları müxtəlif, yəni ∆φ ≠0
olur. Bu hadisə Holl effekti adlanır.

Holl effekti, induksiyası B olan maqnit sahəsində yerləşdirilmiş


cərəyanlı metal lövhədə maqnit sahəsinə və cərəyana
perpendikulyar istiqamətdə yönəlmiş elektrik sahəsinin yaranması
hadisəsinə deyilir.

j vektoru şəkildəki kimi yönəldikdə metaldakı yükdaşıyıcıların, yəni
sərbəst elektronların sürət vektoru sağdan sola doğru
yönələcəkdir. Bu halda maqnit sahəsində elektronlara yuxarıya
doğru yönəlmiş Lorens qüvvəsi təsir edəcəkdir. Nəticədə lövhənin
üst üzü mənfi, alt üzü isə müsbət yüklənir, yəni lövhənin yuxarı
üzündə elektron artıqlığı, aşağı üzündə isə elektron qıtlığı meydana
çıxır. Bunun nəticəsində metal lövhənin alt və üst üzləri arasında
aşağıdan yuxarıya doğru yönəlmiş, eninə elektrik sahəsi ( EB )
yaranır.
Bu sahə tərəfindən elektrona təsir edən qüvvə Lorens qüvvəsinə bərabər
olduqda, yüklərin lövhənin üzləri arasında paylanması qərarlaşır:

eEB  evB  E  vB  E 
 isə holl potensiallar a
Burada, a -metal lövhənin eni,
fərqidir.
I  jS  envS  evn  ad
S= ad isə qalınlığı d olan lövhənin en kəsiyinin sahəsidir. Bu ifadəni nəzərə
almaqla bərabərliyini I IB IB
  Ea  vBa  Ba  R
enad end d
şəklində yazmaq olar, yəni holl potensiallar fərqi maqnit sahəsinin induksiyası və cərəyan
şiddəti ilə düz, lövhənin qalınlığı ilə tərs mütənasibdir..

Burada, R= 1/en - Holl sabitidir. O maddənin növündən asılıdır.


Holl sabitinin qiymətini ölçməklə:
 naqildə yükdaşıyıcıların konsentrasiyasını;
 yarımkeçiricilərdə keçiriciliyin tipini;
 yükdaşıyıcıların yürüklüyünü təyin etmək olar.
Maqnit sahəsinin induksiyasını ölçmək üçün
Holl qeydedicisi
Yarımkeçirici materiallara xas olan maraqlı xüsusiyyətlər bu materiallar
əsasında maqnit sahəsinə həssas, daha doğrusu maqnit sahəsini qeyd edən və
ölçə bilən yüksək keyfiyyət və dəqiqliyə malik cihazlar düzəltməyə imkan verir.
İndiki dövrdə artıq bu məqsədlə istifadə olunan çoxlu sayda müxtəlif yarımkeçirici
cihazlar vardır. Onlardan ən geniş tətbiq tapmışları Holl qeydediciləri,
maqnitorezistorlar, maqnitodiodlardır.
Məlumdur ki, paralelpiped formasında olan (şəki 1) və oturacaqları (1,1') ilə
yanaşı, qarşı-qarşıya olan yan tərəfləri (2,2') üzərində də cərəyan kontaktlarına malik
uzunluğu eninin ölçülərindən təqribən 2-3 dəfə böyük olan müvafiq ölçülü
yarımkeçirici materialdan istifadə olunur. l,l'- oturacaq kontaktları arasrnda uzununa
istiqamətdə müəyyən I- cərəyanı axdıqda və eyni zamanda həm yan üzlərdəki 2,2'-
kontaktlarını birləşdirən düz xəttə,  həm də I- cərəyanına perpendikulyar
istiqamətdə yönəlmiş Bmaqnit sahəsi təsir etdikdə, həmin yarımkeçirici
induksiyalı
kristalın yan üzlərindəki 2,2'- kontaktları arasında müəyyən U H - potensiallar fərqi
(e.h.q.) yaranar.
Bu hadisəyə , yəni maqnit sahəsində yerləşdirilmlş və maqnit sahəsinə
perpendikulyar istiqamətində cərəyan axan yarımkeçiricidə, eyni zamanda həm
sərəyanın, həm də maqnit sahəsinin istiqamətinə perpendikulyar olan , eninə , e.h.q.-
nin yaranmasına Holl effekti deyilir.
Holl effektinin (potensalının )yaranmasına səbəb cərəyanı
yaradan yükdaşıyıcılara cərəyan və maqnit sahələrinə
perpendikulyaristiqamətdə yönəlmiş
  
FL  e   B 
 
Lorens qüvvəsinin təsir etməsidir. Bu halda yaranan UH – eninə
e.h.q.-si və ya Holl potensial fərqi deyilir və onun qiyməti :
RH
UH  IB
d
ifadəsi ilə təyin olunur. Burada d-kristalın maqnit sahəsi istiqamətindəki qalınlığı, İ-
kristaldan axan cərəyanın şiddəti , B- kristala təsir edən maqnit sahəsinin induksiyası, RH -
isə Holl sabiti adlanır
Bu kəmiyyət p- və n- tip yarımkeçiricilər halında uyğun olaraq RH=1/ep və ya RH=1/en
ifadələri ilə təyin olunur. RH – kəmiyyətinin ifadəsindəki e- elektronun yükü, p- və n- isə
uyğun olaraq baxılan yarımkeçiricidəki sərbəst deşik və elektronların konsentrasiyasıdır.
Holl e.h.q.-nin ifadəsindən göründüyü kimi, müəyyən d –qalınlıqlı kristalda sərbəst
yükdaşıyıcıların konsentrasiyasının verilmiş n- və ya p- qiymətlərində, ondan axan I -
cərəyanının sabit qiymətində UH- ın qiyməti yalnrz B- maqnit induksiyasının qiyməti ilə
müəyyən olunur.
Daha doğrusu, verilmiş yarımkeçirici materialdan müvafiq ölçülərdə hazırlanmış qiymətcə
sabit I- cərəyanı axan kristalda yaranan UH – Holl e.h.q.-ni ölçməklə onu yaradan maqnit
sahəsinin induksiyasını qiymətləndirmək, yəni Holl effekti əsasında maqnit sahəsi
induksiyasını ölçən cihaz düzəltmək mümkündür. Artıq mövcud olan və geniş tətbiq tapan
belə cihazlar Holl qeydediciləri adlanır.
Belə Holl qeydedicilərini dəyişən maqnit sahəsində yerləşdirib onlardan sabit cərəyan
buraxmaqla yan üzlərdəki kontaktların (bu kontaktlara Holl kontaktları deyilir) dövrəsində dəyişən
cərəyan alırlar. Bu halda alınan dəyişən cərəyanın tezliyi Holl qeydedicisinə təsir edən dəyişən
maqnit sahəsinin tezliyinə bərabər olur. Sabit cərəyanı dəyişən cərəryana çevirən belə cihaz-
cərəyan çeviricisi adlanır.
Cərəyan çeviricisi rejimində işləyən Holl qeydedicilərinin işini
xarakterizə etmək (qiymətləndirmək) üçün qeydedicinin
istifadə etmə əmsalı adlanan Py

Pgir
kəmiyyətindən istifadə olunur. Bu kəmiyyət Holl kontaktları dövrəsindəki Ry- yük müqavimətində
ayrılan Py- yük gücünün, giriş dövrəsində sərf olunan Pgir – giriş gücünə nisbəti ilə təyin olunur
(şəkil 2)
Əgər nəzərə alınsa ki:

Pgir  I 2
 R gir Pywk  I H2 R y
gir
UH
IH 
R0  R y
Burada R0 - Holl kontaktları arasındakı müqavimətdir. Onda yazmaq olar ki:
Py  U H2 R y /( R0  R y ) 2
Yük müqavimətinin R0=Ry, qiymətində isə:
Py  U H2 / 4 R0
RH RH2 I gir
2
Lakin: UH  I gir B buradan:
Py  B2
d 4 d 2 R0
Py RH2 I gir
2
R 2
  B 2
 H
B 2

Pgir 4d 2 R0 R gir I gir


2
4d 2 R0 R gir
1
 
Sonuncu ifadədəki Ro və Rgir müiqavimətləri materialın en n
və Holl sabiti olar:
Maqnitostriksiya metodu ilə US-in alınması

1847-ci ildə Coul aşkar edib ki, maqnit sahəsinə salınmış ferromaqnit
materiallar ölçülərini dəyişdirir. Bu hadisə maqnitostriksiya effekti adlanır.
Aydındır ki, sarğılı makaradan cərəyan buraxdıqda ondan axan
cərəyanın yaratdığı maqnit sahəsinin təsiri ilə onun içliyi deformasiyaya
uğrayacaq. Dəmir içlikdən fərqli оlaraq, nikel içlik maqnit sahəsində kiçilir.
Sarğıdan axan dəyişən cərəyanın istiqamətindən asılı olmayaraq içlik yalnız
bir istiqamətdə deformasiyaya uğrayır. Ona görə də mexaniki rəqslərin
tezlikləri dəyişən cərəyanın tezliyindən iki dəfə böyük olur.
Mexaniki rəqslərin tezliyinin dəyişən cərəyanın tezliyi ilə eyni olması
üçün şüalandırıcının sarğacına sabit polyarlaşma cərəyanı verilir.
Polyarlaşmış şüalandırıcıda dəyişən maqnit induksiyasının amplitudu böyüyür
Maqnitоstriksiya çevricisi və bu da içliyin deformasiyasının böyüməsinə və gücünün artmasına gətirir.
Maqnitоstriksiya effekti də düz və tərs оlur. Düz maqnitоstriksiya
effekti ferrоmaqnitin yerləşdirildiyi maqnit sahəsinin dəyişməsi zamanı оnun
ölçülərinin dəyişməsindən (defоrmasiyasından) ibarətdir. Maqnitostriksiya
effektindən US maqnitostriksiya çeviricilərinin hazırlanmasında istifadə edilir .
Şəkil 5-də maqnitostiksiya ossilyatorunun sxemi verilmişdir
qurğunun əsas hissəsi uzunluğu l olan və B orta nöqtəsindən
bərkidilmiş, XY ferromaqnit çubuğdan ibarətdir.Onun üzərinə uc
nöqtələrinə yaxın L1 və L2 sarğacları sarınmışdır.L1 sarğacına
C1 dəyişən tutumlu kondensator birləşdirilmiş və onun köməyi ilə
rəqs konturunda elektrik rəqsləri yaranmış olur. L 1 sarğacından
yuksək tezlikli periodik dəişən cərəyanın keçməsi nəticəsində
cubuq periodik olaraq uzanır və qısalır və ətraf mühitdə uzununa
ultrasəs dalğaları yaradır. Maqnitlənmış çubuğun uzunluğunun
periodik dəyişməsi onun üzərinə sarınmış L2 sarqacını kəsən
maqnit selinin dəyişməsinə və nəticədə triod lampasının toruna
birləşdirilmlş L2 induktivli dövrədə dəyişən induksiya e.h.q.-nin
yaranmasına səbəb olur və L2 induktivli dövrə ilə induktiv əlaqəli
L1 dövrəsinə təsir edərək ondakı rəqslərin davam etməsini idarə
edir.C1 kondensatorunun tutumunu dəyişməklə rəqs konturunda
yaranan rəqslərin tezliyini çubuğun məxsusi tezliyinə
uyğunlaşdırmaqla çubuğda rezanans halı yaradılır və bu zaman
çubuğun titrəməsi daha da aktivləşir və ətrafa muhitə US
dalğaları şüalandırır.
Maqnitоstriksiya çeviricilərində şüalanmanin tezliyi 100kHs-lə, şüalanmanın
intensivliyi isə yüksək olub onlarla Vt / sm 2 olur. Maqnitostiksiya metodu ilə alınan
US- dalğalarının tezliyi

şəkilində təyin olunur.burada l- feromaqnit şubuğun uzunluğu, E- Yunq modulu,


materialın sıxlığıdır.
Tərs maqnitоstriksiya effekti ferrоmaqnit defоrmasiya оlunarkən, оnda
maqnit sahəsinin meydana çıхmasından ibarətdir. Tərs maqnitоstriksiya effektdən,
ferrоmaqnit milin defоrmasiyasını yaradan ultrasəsin qeyd edilməsi üçün istifadə
edilir.
Bu çevricilər böyük nisbi deformasiyaları, çox yüksək mexaniki möhkəmliyi,
temperatur dəyişmələrinə az həssas olmaları ilə fərqlənirlər. Maqnitostriksiya
çevriciləri kiçik elektrik müqavimətinə malik olurlar, ona görə də böyük güc əldə
etmək üçün yüksək gərginlik tələb olunur. Əksər hallarda nikel çeviricilərdən istifadə
edilir kоrroziyaya qarşı davamlıdır, qiyməti ucuzdur). Qeyd olunan tip çevricilərdə içlik
kimi ferritlərdən istifadə edilir. Ferritlərin məxsusi müqavimətləri böyük olduğundan
onların çıxışlarında burulğanlı cərəyan çox kiçik olur. Lakin ferrit kövrək material
olduğundan onları böyük güclərə tab gətirə bilmirlər. Maqnitostriksiya çevricilərin
mayelərə və bərk -cisimlərə şüalandırılmaları zamanı FİƏ (50-90)% olur,
İstifadə edilmiş ədəbiyyat
1. А.М.Paşayev,E.M.Qocayev, H.S.Orucov Ümumi Fizika kursu, «Milli aviasiya akademiyası»
Bakı 2012, səh. 453
2. E.M.Qocayev S.X.Xəlilov N.Y.Səfərov, A.Ə.Abasov C.K.Qəniyev B.Q.Qaracayev, S.İ.Tağiyev
"Tətbiqi fizika" Dərs vəsaiti,Bakı, 2021,168 səh.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR !

You might also like