Əməliyyat Sistemlərinin Resursları

You might also like

Download as pptx, pdf, or txt
Download as pptx, pdf, or txt
You are on page 1of 14

 Fakültə: İnformasiya və Telekommunikasiya

texnologiyaları
 Fənn: Əməliyyat sistemləri
 Kurs: 2
 Qrup: 682a1
 Müəllim: Kəmalə Əliyeva
 Tələbə: Abaslı Fuad
Əməliyyat sistemlərinin
resursları
Əməliyyat sisteminin köməyilə
istifadəçi-kompüter dialoqu yaranır,
əməli və daimi yaddaş qurğuları iş
prosesinə qoşulur, kompüter idarə
edilir və istənilən proqram işə düşür.
Beləliklə, ƏS-nin əsas funksiyası
kompüterlərin ehtiyatlarının ( fiziki
ehtiyatlar (mikropro­sessor, monitor,
disklər) və məntiqi ehtiyatlar
(proqramlar, fayllar və s.)) və
hesablama sistemləri proseslərinin
idarə olunmasıdır. Əməliyyatlar
sistemlərinə PC DOS, OS/2,MS DOS,
UNİX, Windows-u göstərmək olar.
ƏS-ləri yerinə yetirdikləri
funksiyalarına görə üç qrupa
bölünürlər:
1.birməsələli (bir
istifadəçidən ibarət) ƏS;
2.çoxməsələli (çox
istifadəçidən ibarət) ƏS;
3.Şəbəkə əməliyyatlar
sistemləri.
Birməsələli ƏS bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. Belə
sistemlərə MS DOS ƏS göstərmək olar.
Çoxməsələli ƏS fərdi kompüterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində kollektiv istifadəni
təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor kompüterin
resurslarını onlar arasında bölüşdürür. Belə ƏS –lərinə UNİX, OS/2, Windows, Windows NT-ni göstərmək olar.
Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama
şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlar sistemi geniş istifadə olunur:
-MS DOS və onunla uzlaşan PC DOS və Novell Dos əməliyyat sistemləri;
— Windows 3.1, Windows 3.11, Windows 95, Windows 98, Windows 2000/NT, Windows XP, UNİX.
Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş FK-lar üçün yaradılmışdır.
MS-DOS əməliyyat sistemi
MS DOS ƏS İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar
üzərində qurulmuş FK-larda istifadə edilir.
MS DOS ƏS-nin 1981-ci ildə ilk versiyası yaradılıb. 1987-ci ildə bu ƏS-nin 3.3 versiyası yaradılır
və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MS DOS ƏS-
nin 5.0 və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 KB-dan çox tutuma,
maqnit disklərinin isə 32 MB-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv
proqramlar yaratmağa diskdəki sıxılmış informasiylardan və antivirus proqramlarından istifadəyə
imkan verdi. Hazırda MS DOS 6.20 versiyası istifadə edilir.
MS DOS ƏS ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS ƏS-lərinin 6.0 və 7.0
versiyalarından istifadə edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə
uzlaşmamasıdır.
 MS DOS ƏS kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı
olub, yad­daşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini,
kompüter avadanlıq və qurğularının (klaviatura, displey, sərt disk, disk sürücüləri)
daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MS DOS ƏS minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid
proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:
 MS DOS-un ilkin və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar
arasında uzlaşma olmalıdır;
 MS DOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən kompüterlər
ilə işləmə imkanına malik olmalıdır.
MS DOS ƏS-nin üstün cəhətləri bunlardır:
-geniş imkanlı əmrlər sisteminə malikdir;
-fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;
-çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;
— əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması
imkanı;
-istifadəçilərlə dialoqla məsələlərin həlli;
MS DOS ƏS modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:
-Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm
də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və
xaricetmə ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir. O, həmçinin yaddaşın
işini yoxlayır, ƏS-nin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır;
UNİX əməliyyatlar sistemi:
UNİX əməliyyatlar sisteminin (ƏS) üstünlüklərindən biri ondan ibarətdir ki, bu sistem sayı
çox olmayan intuitiv aydın anlayışlara əsaslanır. Əvvəldən UNIX ƏS interaktiv sistemi kimi
nəzərdə tutulmuşdur. Başqa sözlə, UNİX terminal iş üçün təyin olunmuşdur. Sistemə daxil
olan istifadəçi fayl sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvari quruluşa malikdir.
Ağacın kökündə qurğu və ya əsas (kök) kataloq durur. Sonrakı şaxələnmə alt kataloqlar və
fayllar üzrə aparılır. İstifadəçi adətən, fayl və kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə
bilər.
İstifadəçinin UNİX sistemi ilə işləməsi ənənəvi olaraq əmrlər dilindən istifadəyə əsaslanır.
Sistemə daxil olduqdan sonra hər hansı əmrlər interpretatoru işə düşür. Adətən sistemdə oxşar
olan, lakin əmrlər dilindəki fərqlərə malik bir neçə əmrlər interpretatoru olur. UNİX ƏS-nin
istənilən əmrlər interpretatorunun ümumi adı SHELL (örtük) –dir. Çağrılmış əmrlər
interpretatoru növbəti əmrlərin daxil edilməsini tələb edir. Yeni əmrlər sətrində yerinə
yetiriləcək sadə əmrlərdən biri daxil edilməlidir. Əmrə uyğun nəticə ekrana verildikdən sonra
yenə də əmrlər sətrində yeni əmrin verilməsi üçün şərait yaradılır.
UNİX ƏS-də giriş-çıxışa istiqamətləndirmə mexanizmi güclü və eyni zamanda sadə
mexanizmlərdən biridir. UNİX interaktiv sistem olduğundan proqramlar mətn şəklində
klaviatura vasitəsilə daxil edilir və daxil edilmiş proqram mətni ekrana çıxışa verilir. Əslində
bu prinsip vasitəsilə məlumatlar fayldan alınaraq digər fayla da verilə bilir. UNİX ƏS-də
klaviatura və ekranla iş də fayllarla işləmə kimi qəbul edilir. İstənilən fayla daxil olma onun
deskriptoruna müraciətlə həyata keçirilir. Deskriptor tam müsbət ədəddir. Faylların
deskriptoru 1, 2 və ya 3 ola bilər. Deskriptoru 1 olan fayl standart giriş faylı adlanır (STDİN);
deskriptoru 2 olan fayl standart çıxış faylı adlanır (STDOUT); deskriptoru 3 olan fayl
diaqnostik məlumatların standart çıxış faylı adlanır (STDERR). Qeyd etmək lazımdır ki,
ixtiyari prosesdə işə salınan proqram özündən əvvəlki proseslərdə istifadə edilən faylların
deskriptorlarını qəbul edir. İstənilən çoxistifadəçi əməliyyatlar sistemi kimi UNİX ƏS-i də
istifadəçilərin bir-birindən mühafizəsi, sistem verilənlərinin kənar istifadəçilərinin
müdaxiləsindən qorunması üçün nüvəyə malikdir. Bu sistem nüvəsi kompüter resurslarını
idarə edir və istifadəçilərə baza xidmətlər yığımını təklif edir.
Windows-un üstün cəhətləri:
— proqramın xarici qurğulardan asılı olması
Windows və DOS arasında əsas fərq ondan ibarətdir ki, DOS proqramı (DOS-a ehtiyac olmadan) kompüter avadanlığı (displey,
klaviatura, printer və s.) ilə birbaşa işləyə bilir. Windows mühitində işləyən proqramlar isə xarici qurğulara Windows-un köməyi ilə
müraciət edir. Deməli, Windows bütün işləri, yəni konkret xarici qurğularla uzlaşma problemini öz üzərinə götürdüyü üçün
tədqiqatçırun konkret xarici qurğularla birgə işləməsinin təmin olunması problemi aradan götürülmüş olur. Odur ki, Windows
proqramı konkret xarici qurğulardan asılı olmur və qurğularla o zaman əlverişli işləyir ki, bu qurğular müstəqil olaraq Windows-la
işləyə bilirlər. İş prosesi zamanı ən çox istifadə edilən avadanlıqların işini lazımi səviyyədə saxlamaq üçün drayverlər Windows-un
tərkibinə daxil edilir.
— istifadəçi interfeysinin yaradılması üçün avadanlıq
Windows-a istifadəçi interfeysinin yaradılması üçün lazım olan funksiyalar: pəncərələr, menyu, sorğular, siyahılar və s. daxildir.
Buna görə də Windows-un istifa­dəçi interfeysi ən yaxşı nümunələrdən biri sayılır və bu mühitdə işləyən digər proqramlar Windows-
un funksiyalarından istifadə edir.
-əməli yaddaşdan tam istifadə
İzlədiyiniz Üçün Təşəkkür!

You might also like